Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3118/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyul 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Birliyin nümayəndəsi X8 və cavabdeh X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Birliyinin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə Birliyə dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə 11.133,18 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 124 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Birlik ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış 03-9997 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqaviləyə” əsasən cavabdehə məxsus və ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi təbii qazla təchiz edilir. Qeyd olunan ünvana **********00081 nömrəli abonent kodu verilmiş, ünvanda “Zenner G-4T” markalı, **********162 nömrəli smart qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin və “X6” tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Bununla bağlı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Birliyin əməkdaşları tərəfindən bir neçə “Təbii X6 pozulması haqqında” müvafiq aktlar tərtib edilmiş və həmin aktlar əsasında cavabdehə əlavə sərfiyyat kimi cəmin 11.133,18 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən aktlar və aktlar əsasında hesablanmış borclar aşağıdakı kimi olmuşdur: xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504,0 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669,6 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2.203,20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat. Birlik cavabdehə dəfələrlə xəbərdarlıq məktubları göndərərək borcun ödənilməsini tələb etmiş, lakin borcun ödənilməmişdir. Bu səbəbdən də Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 124 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya münasibəti barədə məlumat
3. Cavabdeh iddia tələbini qismən qəbul edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, qeyd olunan ünvana bir il olar ki sayğac qoyulmuşdur. O vaxta qədər sayğac olmadan təbii qazdan istifadə edilmişdir. Həmin ünvan onun atalığına məxsus olmuşdur. Atalığı ilə analığı orada yaşamışlar. Cavabdeh, uzun müddətdir ki həmin evdə yaşamır. Həmin ünvanda heç bir zaman sayğac olmamışdır. Sayğacı adına keçirdikdən sonra cavabdehə məlum olmuşdur ki, qeyd olunan ünvana sayğacdan kənar qaz xəttindən istifadə olunduğu üçün cərimələr yazılmışdır. Həmin ünvanda PQ4, QSSQ (qeyri standart su qızdırıcısı - samovar) və qış aylarında istifadə olunan dəmir soba olmuşdur. Başqa qaz avadanlıqları olmamışdır. Aktlarda şişirdilmiş məbləğ göstərilmişdir. İddia tələbi qismən təmin olunmalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 1.710 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 18,60 manat olmaqla, ümumilikdə 1.728,60 manatın tutularaq iddiaçı Birliyə ödənilməsini, ödənilmiş dövlət rüsumunun 105,40 manat hissəsinin iddiaçının özünə aid edilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, həmin aktlara ayrı-ayrılıqda hesablama aktlar üzrə orta günlük iş rejimi 24 saat, 18 saat, 10 saat və 4 saat olmaqla müxtəlif qaydada hesablanmışdır. Halbuki, həmin aktların 17 ədədi yaz-yay aylarında təbii qazdan sayğacdan kənar qaz xəttindən istifadəyə görə, 14 akt isə qış aylarında istifadəyə görə hesablanmışdır. İşdən görünür ki, istehlakçıya məxsus evdə yaz-yay aylarında 1 ədəd PQ-4 və QSSQ-dən, qış aylarında isə əlavə olaraq dəmir sobadan istifadə olunmuşdur. Belə olan halda yaz-yay aylarında itirilmiş təbii qazın dəyərinin 17 akt üzrə bir ədəd PQ-4 qaz sobası və QSSQ-ə görə 324 kub metr (1.2x4x30=144, 1.5x4x30=180), qış aylarında itirilmiş təbii qazın dəyərinin 14 akt üzrə bir ədəd PQ-4 qaz sobası, QSSQ-ə (samovar) və dəmir sobaya görə 828 kub metr (1.2x4x30=144, 1.5x4x30=180,1.4x12x30=504) olmaqla hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə yaz-yay ayları üçün tərtib olunmuş 17 aktın hər biri üzrə 32,4 manat hesablanmaqla 550,80 manat (17 x 32,4), qış ayları üçün tərtib olunmuş 14 aktın hər biri üzrə 82,8 manat hesablanmaqla 1.159,2 manat (14 x 82,8), cəmi 1.710 manat məbləğində borcun cavabdehə hesablanmasını ədalətli və ağlabatan hesab etmişdir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.5 və 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi düzgün nəticəyə gəlməmiş, xüsusilə də hesabat günlərini və saatlarını düzgün hesablamamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin qismən ləğv edilməsinə əsasdır. e) iş üzrə qəbul edilmiş məhkəmə aktları
8. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)- 6143/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin iddiaçı Birliyin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. İddiaçı Birliyin həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (iş № 2(102)-693/2024) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını qərara almışdır.
10. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, Rayon Məhkəməsi orta sərfiyyatla bağlı gəldiyi qənaəti heç bir normativ akta istinadla əsaslandırmamış, müvafiq dövr (fəsil) üçün müəyyən edilən sərfiyyat həcminin hesablanma mənbəyini göstərməmiş, sadəcə bu cür hesablamanı öz mülahizəsi əsasında ədalətli və ağlabatan hesab etmişdir. Halbuki bu cür yanaşma məhkəmə aktlarının əsaslandırılması ilə bağlı prosessual qanunvericiliyin maddələrinə uyğun hesab oluna bilməz. Eyni zamanda birinci instansiya məhkəməsi mübahisəli dövr ərzində cavabdehin yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etdiyi barədə gəldiyi qənaəti də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən işdə olan sübutlara və onlara tətbiq edilməli olan normativ hüquqi aktlara istinadla əsaslandırmamış, cavabdehin dəlilləri üzrə hər hansı araşdırma aparmamış, cavabdehlə iddiaçı arasında eyni ünvanda qazın alqı-satqısı barədə müqavilə xx.xx.2022-ci il tarixdə bağlandığı halda, xx.xx.2019-xx.xx.2022-ci il tarixlərində abonent (cavabdehin mərhum atası, 2016-cı ildə vəfat edib) Aydın Məmmədovun adına tərtib edilmiş 31 akt üzrə cavabdehin mülki hüquqi məsuliyyətinin hansı əsaslarla yarandığı barədə mövqeyini tətbiq edilməli olan maddi hüquq normalarına istinadla əsaslandırmamışdır. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
11. İddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi.
12. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
14. Belə ki, qaz paylayıcısı olan cavabdeh Biriliyin Bakı Regional Qazın Satışı Departamenti ilə istehlakçı olan cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli 03-9997 nömrəli müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.
15. Həmin müqaviləyə əsasən cavabdehə məxsus evi təbii qazla təchiz edilir. Qeyd olunan ünvana **********00081 nömrəli abonent kodu verilmiş, ünvanda “Zenner G-4T” markalı, **********162 nömrəli smart qaz sayğacı quraşdırılmışdır.
16. İşdə olan “Abonentin saldosundan” və “Gasrep” proqramından edilmiş çıxarışdan görünür ki, verilən qaz xətti üzrə **********00081 sayla qeydiyyata alınmış abonent koduna 2022-ci ilin avqust ayınadək ümumilikdə 11.333,18 manat zərər hesablanmışdır.
17. İddiaçı Birlik bildirir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıda qeyd olunan aktlar tərtib olunmuş və ziyan hesablanmışdır: xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2.203,20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, cəmi 11.133,18 manat.
18. Hazırda iddiaçı cavabdehdən 11.133,18 manat məbləğində zərərin və 124 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulmasını tələb edir.
19. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
20. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
21. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına” əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (bənd 4.2.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.9.). İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır (bənd 6.2.). İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir (bənd 6.3.). İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır (bənd 6.5-3.). Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (bənd 6.5- 4.). Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir (bənd 6.6.). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (bənd 6.7.).
24. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. İş materiallarından görünür ki, iddiaçı Birlik cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı tərtib edilmiş 31 ədəd akta əsasən hesablanmış zərərin əvəzi olaraq cavabdehdən cəmi 11.133,18 manat pulun ödənilməsini tələb edir.
26. Rayon Məhkəməsi araşdırılan yay ayları üçün tərtib olunmuş 17 aktın hər biri üzrə 32,40 manat hesablanmaqla 550,80 manat (17 x 32,4), qış ayları üçün tərtib olunmuş 14 aktın hər biri üzrə 82,80 manat hesablanmaqla 1.159,2 manat (14 x 82,8), cəmi 1.710 manat məbləğində borcun cavabdehə hesablanmasını ədalətli və ağlabatan hesab etmişdir.
27. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar iş materiallarında mövcud deyil, həmin sübutlar iddiaçı Birlik tərəfindən məhkəməyə təqdim edilməmişdir.
28. Apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən həmin sübutların məhkəməyə təqdim edilməməsinin səbəbi araşdırılmış, iddiaçı Birliyin nümayəndəsinə sübutların təqdim edilməsi təklif olunmuşdur. Lakin sözügedən aktlar iddiaçı Birlik tərəfindən təqdim edilməmiş, bunun səbəbi sənədlərin tapılmaması ilə əlaqələndirilmişdir.
29. Qeyd edilənlərə əsasən, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Rayon Məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə qətnamə qəbul edilmişdir.
30. MPM-in 385.1 və 385.1.3-cü maddələrinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Qeyd edilən prosessual hüquq normalarının tələbinə əsasən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz hesab edilərək ləğv edilməlidir.
32. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, cavabdehə həmin aktlar əsasında 11.133,18 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin akta görə hesablanmış borcun tutulmasını tələb edir.
33. Qeyd edildiyi kimi, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar Məhkəməyə təqdim edilmədiyi üçün həmin aktlar əsasında hesablanmış cəmi (194,40 + 194,40 + 295,20 + 295,20 + 194,40 +2.203,20 =) 3.376 manat pulun tutulması hissəsində iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir.
34. Bundan başqa, Məhkəmə, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat ziyan hesablanmasını da əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanunu ilə “Qaz təchizatı haqqında” Qanuna 13.8-1-ci maddə əlavə edilmiş və qeyd olunan maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir.
35. Həmin maddəyə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
36. Qanuna edilmiş əlavəyə əsasən hansı hallarda qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olması dəqiq müəyyən edilmişdir. Bunun üçün istehlakçının qazın talanmasında təqsirli olmasına dair müvafiq orqanların və ya məhkəmənin qərarı olmalıdır.
37. İddiaçı Birlik tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Qanuna qeyd edilən dəyişiklikdən sonra tərtib edilmişdir. Bu baxımdan, həmin akta (iddianın təmin edilməyən hissəsi üzrə) “Qaz təchizatı haqqında” Qanuna edilən dəyişiklik kontekstində qiymət verməlidir.
38. İddiaçı Birlik tərəfindən həmin Qanunun 13.8-1-ci maddəsində qeyd edilən hərəkətlərin edilməsi, habelə istehlakçının qazın talanmasında təqsirli olması barədə inzibati xəta və ya cinayət təqibi orqanlarının qərarının olması müəyyən olunmamışdır. Belə olan halda, qaz paylayıcısının həmin akt əsasında vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməsi üçün əsas yoxdur.
39. Odur ki, iddiaçı Birlik tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 362,88 manat ziyanın əvəzinin cavabdehdən tutulması ilə bağlı iddia tələbi də əsassızdır.
40. İddianın qalan hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdeh həqiqətən də aktların tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, lakin evdə daimi yaşamadığını, evdə 1 ədəd PQ4 qaz sobası bir ədəd QSSQ (samovar) və bir ədəd dəmir soba olduğunu, akt üzrə dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, cavabdeh təbii qazdan qeyri-qanuni istifadə edilməsini qəbul etməklə iddiaçını bu hissədə sübutetmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır.
41. Məhkəmə hesab edir ki, iddiaçı Birlik tərəfindən aktlar cavabdehin deyil, Aydın Məmmədovun adına tərtib edilmiş olsa belə, “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə cavabdehlə bağlandığından, cavabdeh tərəfindən qazdan qeyri-qanuni istifadənin başqa şəxs tərəfindən həyata keçirildiyini təsdiq edən sübutlar təqdim edilmədiyindən, iddiaçı Birlik ona vurulmuş ziyanın əvəzini məhz cavabdehdən tələb etməkdə haqlıdır.
42. İddiaçı Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən hesablanmış borcun düzgün və ya səhv hesablanmasının müəyyən edilməsinin işin obyektiv həlli üçün zəruri olduğunu nəzərə alan Məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
43. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli 9/5801 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, itirilmiş təbii qaz sərfiyyatına görə borcun məbləği 2019-cu il üzrə 852,80 manat, 2020-ci il üzrə 2.314,40 manat, 2021-ci il üzrə 3.590,60 manat, 2022-ci il üzrə 1.534 manat, ümumilikdə isə 8.291,80 manat müəyyən edilmişdir.
44. Beləliklə, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı Birlik tərəfindən cavabdehin hüquqazidd davranışı nəticəsində ona vurulmuş ziyanın məbləği düzgün hesablanmamışdır.
45. Ekspert rəyi ilə müəyyən edilmiş 8.291,80 manatdan xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış cəmi 3.376,80 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 362,88 manat çıxıldıqda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vəsaitin miqdarının (8.291,80 – 3.376,80 – 362,88 =) 4.552,12 manat təşkil etdiyi müəyyən edilir. h) apellyasiya baxışının nəticəsi
46. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə prosessual pozuntu əsasında qəbul edildiyi üçün ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehdən 4.552,12 manat məbləğində pul tutularaq iddiaçı Birliyin hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
47. İddia tələbi qismən təmin edildiyindən MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri iddianın təmin edilən hissəsinə mütənasib olaraq tərəflərə aid edilməlidir.
48. İddianın təmin edilən hissəsi ümumi iddianın 41%-ni təşkil edir. İş üzrə ödənilməli olan dövlət rüsumları iddia ərizəsinin verilməsi üçün 123,39 manat, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün isə ayrı-ayrılıqda 57,11 manat təşkil edir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
49. Qeyd edilənlər nəzərə alınaraq, iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumlarının ümumi məbləğini təşkil edən (123,39 + 57,11 + 57,11 =) 237,61 manatın 41%-ni təşkil edən 97,42 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Birliyin hesabına ödənilməli, ödənilmiş dövlət rüsumu məbləğlərinin qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
50. Eyni qaydada məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 59 manat iddiaçı Birlikdən, 41 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
51. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti ümumilikdə beş min manatdan çox olsa da, iddianın təmin edilməsi hissəsində iddianın qiyməti beş min manatdan az (4.552,12 manat) təşkil etdiyi üçün hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
52. İddiaçı Birliyin iddia tələbi təmin edilməyən hissəsində iddianın qiyməti beş min manatdan çox (6,581,06 manat) olduğundan və iddia tələbi əmlak xarakterli iddia olduğundan iddiaçı Birlik MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
53. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyul 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X3 qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh X1 4.552,12 (dörd min beş yüz əlli iki manat on iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 97,42 (doxsan yeddi manat qırx iki qəpik) manat məbləğində pul cavabdeh X1 İddiaçı hesabına ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının qalan hissəsi İddiaçı özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərinin ödənilməsi məqsədilə İddiaçındən 59 (əlli doqquz) manat, cavabdeh X1 41 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Qətnamədən cavabdeh X4 tərəfindən kassasiya şikayəti verə bilməz.