Məhkəmə qərarları › İş №2(103)-3120/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3120/2020

10.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3120/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı DepartamentininCavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavod MMC və Maraqlı şəxs3 cəlb edilməklə) orderin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5859/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxx” Zavodu MMC-yə və Bakı şəhəri Maraqlı şəxs3 cəlb olunduğu – Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 33/34 saylı mənzilinə dair cavabdehin qanunsuz olaraq əldə etdiyi xx.xx.2004-cü il tarixli, 0199 saylı orderin etibarsız hesab edilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylıünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxsərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qrumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" xx xxxxxx 2011-ci il tarixli, 1346nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən '"köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh BakıŞəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 33/34 saylı otaqlarına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanıəldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 33 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X7 məskunlaşmış və hal hazırdada faktiki olaraq orada yaşayır. Bakışəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 34 saylı otağında isə 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün kimi X8, arvadı X10, oğlu Kənan Quliyev və 2 qızı Ayşən və Aytən Quliyevalar məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən Cavabdeh 34 saylı otağıəldə emək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda "Üfüq" İstehsalat Birliyi "xxxxxxxxxxxxxxx" İstehsalat Zavodunun xx.xx.2004-cü il tarixli, 0199 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə 33/34 saylı otaq onun istifadəsinə verildiyindən, həmin otaqlara xx.xx.2012-ci ildə qeydiyyata alınmış və ona AZE 0******* saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan mənzilə guya order verilmiş, qeyd edilən orderin isə "xxxxxxxxxxxxxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adı çəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə elan protokolların surəti isəşablon xarakterli olmaqla həqiqəti əks etdirmir. BakıŞəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla "Üfüq" İstehsalat Birliyi "xxxxxxxxxxxxxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “Üfüq" İstehsalat Birliyi "xxxxxxxxxxxxxxx" zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 33 və 34 saylı otaqlara dair Cavabdeh verilmiş xx.xx.2004-cü il tarixli 0199 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. “Üfüq" İstehsalat Birliyi "xxxxxxxxxxxxxxx" zavodu MMC tərəfindən Cavabdeh adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də, Cavabdeh adına yazılmış həmin order etibarsız hesab edilməlidir. xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganəəsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5859/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdirlər. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının orderin ləğvi üçün əsas hesab etdiyi dəlil orderin xxxxxxxxxxxxxxx Zavodu HİK Müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə qərarının olmamasıdır. Halbuki işdə olan xxxxxxxxxxxxxxx Zavodu HİK X2 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli protokolu və xx.xx.2006-cı il tarixli protokolu müəssisənin rəhbəri və HİK-in sədrli tərəfindən imzalanmış, təsdiq edilmişdir. Digər tərəfdən, təhvil verildikdən sonra otağa dair orderlərin verilməməsi əvvəlki dövrlərdə verilmiş orderin etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. İş materialları ilə təsdiqlənir ki, order verilərkən qanunvericiliyin tələbləri pozulmayıb, məcburi köçkünlərin məskunlaşdığı otaqlara dair ayrı-ayrı şəxslərin adına orderlərin verilməsi barədə sənədlər mövcuddur və təhvil verilib. O uzun müddət müqavilə əsasında zavodda işləmişdir. Məcburi köçkünlər mənzildən köçdükdən sonra 2018-ci ildən hal-hazıradək həmin mənzildə yaşayır. Məhkəmənin onun 33/34 saylı mənzili zəbt etməsi və hal-hazırda faktiki olaraq mənzildə yaşamadığına dair arqumentinin heç bir əsası yoxdur. İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, yataqxana 2007-ci ildə onun rəisi olduğu MKİS-in istismarına verilmiş, cavabdehin qeyd edilən müəssisədə işləməsi və mənzilin həmin vaxt ona verilməsinin şahididir. İddiaçı isə yataqxana 2013-cü ildə təhvil verildikdən 6 il sonra müddəti ötürməklə iddia qaldırıb, buna görə iddia rədd edilməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X3 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5859/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi şikayətə etiraz edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5859/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxslər iclasda təmsil olunmamış, bunun səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia təmin olunduğundan qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməlidir. İşdə olan xxxxxxxxxxxxxxx Zavodu və HİK-in X2 Şurasının və MMK-nin xx.xx.2004cü il tarixli, 41 saylı birgə növbəti iclasının protokolundan çıxarışa görə, mübahisəli otaqların cavabdehin adına order əsasında sənədləşdirilməsi, otaqda yaşayan məcburi köçkün ailəsinə mənzil verilərkən qeyd şərtsiz boşalacaq mənzilin cavabdehə verilməsi qərara alınmışdır. xxxxxxxxxxxxxxx Zavodunun baş direktoru V.Cəlilovun və HİK-in sədri B.Nəcəfovun adından imzalanmış, Zavodun Mənzil təsərrüfatı şöbəsinin və HİK-in möhürü ilə təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 0199 saylı orderlə mübahisəli otaqları tutmaq hüququ növbə əsasında cavabdehə verilmiş, orderdə onun verilməsinə əsas kimi xxxxxxxxxxxxxxx Zavodunun müdiriyyətinin və HİK-in xx.xx.2004-cü il tarixli birgə qərarı göstərilmişdir. xxxxxxxxxxxxxxx Zavodunun xx.xx.2019-cu il tarixli, 02/47 saylı cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxxxxxxxxxxxxxxxxxxxxxx" MMCnin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat verə bilmirlər. Cavabdeh xx.xx.2019-cu il tarixdə ərizə ilə Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, mübahisəli otağa dair adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı 68/11-ç saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı binanın (keçmiş yataqxana) 34 saylı mənzili Cavabdeh tərəfindən zəbt edilmişdir. Hal-hazırda faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşamır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzilə köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq onun həmin mənzilə hüquqmüəyyənedici sənədləri olmamış, həmin mənzildə yaşaması faktı öz təsdiqini tapmamışdır. Cavabdehə mübahisəli mənzilə dair orderin verilməsi həmin orderin həqiqiliyini və mötəbərliliyini şübhə altına aldığından, ona həmin orderin verilməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər (maddə 49). Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir (107-ci maddəsinin ikinci bəndi). İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Həmin qərar əsasında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özü-özlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Qüvvədən düşmüş mənzil qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutsa da, onun verilməsinə əsas olan hüquq müəyyənedici sənədin və ya müvafiq qərarın qanuniliyi yoxlanılmadan ayrıca olaraq orderin etibarsızlığı barədə iddia tələbi təmin oluna bilməz. Baxılan iş üzrə iddiaçı orderin verilməsinə əsas olmuş qərarın qanuniliyini mübahisələndirməmişdir. Digər tərəfdən qüvvədən düşmüş Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 14 il, iddiaçının mübahisəli otağın yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 5 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh göstərmiş, tələbini ona qarşı yönəltmişdir. Orderin verilməsinə əsas olan hüquqi şəxs baxılan iş üzrə yalnız maraqlı (üçüncü) şəxs kimi cəlb edilmişdir. Halbuki birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən order xxxxxxxxxxxxxxx Zavodu tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar Cavabdeh mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz xxxxxxxxxxxxxxx Zavodudur. Lakin birinci instansiya məhkəməsi iddiaya cavab verməli olan şəxsin cavabdeh kimi qoyulmadığı iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxmış və iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması və ya yeni cavabdehin cəlb edilməsi barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (maddə 387.2.2). Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququndan məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5859/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 33/34 saylı otaqlara dair cavabdehə verilmiş xx.xx.2006-cı il tarixli, 0199 saylı orderin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar