Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3122/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-670/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. AZ-İV seriyalı 046311 №-li doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, 17 yanvar 2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış, 79 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160(bir yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, aliment məbləğinin 26 noyabr 2018-ci il tarixdən hesablanması qət edilmişdir.
3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi Vəkil iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş 160 ( yüz altmış) manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (¼) hissəsi miqdarında alimentin tutularaq azyaşlı uşağın mənafeyi naminə ona ödənilməsi və mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manat xərcin əvəzi Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Binəqədi Rayon Məhkəməsinə Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 onun yanında saxlanmasının müəyyən edilməsi və yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi, uşaq 3 yaşına çatanadək cavabdehdən onun xeyrinə hər ay 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, № 2(001)-1480/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış, 79 № ilə qeyd edilmiş nikah pozulması, xx.xx.2018-ci il təvəllüdlü smayılova Nilufər Azər qızının anası İddiaçı yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüzaltmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, alimentin məbləğinin 26 noyabr 2018-ci il tarixdən hesablanılması, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət nəfinə alınması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. 2019-cu il qətnaməsi ilə müəyyən olunmuş 160 ( yüz altmış) manat aliment himayəsində olan 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, uşağın böyüdükcə maddi-sosial tələbatları,ehtiyacları, reabilitasiya və müalicəsi, habelə təhsil və tədrisi ilə bağlı xərcləri artır. Onlarda olan məlumata görə Cavabdeh "xxxx" MMC (VÖEN: **********) -dən 650 AZN (altı yüz əlli manat/ vəzifə: hüquqşünas, vəkil), "xxxx" MTK (VÖEN:**********) –dan 850 AZN ( səkkiz yüz əlli manat/ vəzifə hüquqşünas, vəkil), "xxxx" MTK-dan (VÖEN: **********)150 AZN (yüz əlli/ vəzifə: hüquqşünas),"xxxx" Motors MMC (VÖEN:**********)-dən 150 AZN (yüz əlli manat/ vəzifə: hüquqşünas), "xxxx" MTK(VÖEN:**********)-dan 150 AZN ( yüz əlli manat/ vəzifə: hüquqşünas, məhkəmə prosesi), “EURO STYLE” LTD (VÖEN:**********)-dən 300 AZN ( üç yüz manat/ vəzifə: hüquqşünas), "xxxx" MMC-dən (VÖEN: **********)500 AZN (beş yüz manat/ vəzifə: idarə edən), "xxxx" MTK-dan (VÖEN: **********)150 AZN (yüz əlli manat/ vəzifə: hüquqşünas, məhkəmə prosesi), "xxxx" MMC (VÖEN: **********) -dən 700 AZN (yeddi yüz manat/ vəzifə: idarə edən),Bərgüşad MTK (VÖEN: **********)-dan 150 AZN ( yüzəlli manat/ vəzifə: hüquqşünas, vəkil) hər ay əmək haqqı alır. Ümumilikdə, Cavabdeh 3750 ( üç min yeddi yüz əlli) AZN əmək haqqı alsa da övladı onun mövqeyinə görə 17 yanvar 2018-ci il təvəllüdlü X3 cəmi 160 AZN ( yüz altmış manat) alimentdən bir qəpik də artıq pul vermir. Bunu məhkəmənin özü də elektron sistemdə axtarış etməklə rahatlıqla müəyyən edə bilər. Bundan başqa Cavabdeh adına xx.xx.2022-ci ildə ** RP *** dövlət qeydiyyat nişanlı, BB286181 nömrəli qeydiyyat şəhadətnaməli, WP1ZZZ9YZPDA00302 banömrəli, 557646 mühərrik nömrəli, 2022-ci il istehsal ili olan, “Porsche Cayenne” markalı qara rəngli minik avtomobili, xx.xx.2022-ci il tarixdə ** LB *** dövlət qeydiyyat nişanlı, BB273695 saylı qeydiyyat şəhadətnaməli, KNAFX411BE5112871 ban nömrəli, G4FGDH655111 saylı mühərrik nömrəli qara rəngli, 2013-cü il istehsal ili olan “Kia Cerato” markalı avtomobil qeydə alınıb. Həmin avtomobilin bazar qiyməti 101.000-149.000 Dollar (253.300 AZN) arasında dəyişir. Buna dair sübutu iş materiallarına əlavə etmişlər. Bundan başqa Cavabdeh adına Bakı şəhəri, Cəfər Xəndan küçəsi, məhəllə 3066, ev 40 b, mənzil 60 saylı mənzil var. Habelə, Cavabdeh ( VK-1190) Bakı şəhəri, 4 saylı vəkil bürosunun vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, 4 ildir ki, vəkillik fəaliyyəti ilə məşğul olur. Hesab edirlər ki, cavabdehin maddi vəziyyəti dəyişdiyi üçün alimentin miqdarı artırılmalıdır. Bir məbləğ təyin olunduqdan sonra aliment verənin maaşının, gəlirinin və digər qazanclarının artdığı barədə yeni məlumatlar əldə edilirsə,aliment alan tərəf alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldıra bilər. 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi ( ¼) miqdarında aliment tutulmalıdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-670/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği və tutulma qaydasının dəyişdirilməsi, 17 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh hüquqşunas, vəkildir və bir neçə şirkətdə hüquqşunas (vəkil) vəzifəsində işləyir. Cavabdehdən bir uşağın saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği (160 manat), onun qazancının (3750 manat) dörddə bir hissəsinin miqdarı (937,5 manat) nəzərə alındıqda əhəmiyyətli dərəcədə azdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilməsini tələb etməkdə haqlıdır və onun iddiası həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 17 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 160 manat miqdarda alimentin məbləği dəyişdirilməli, 17 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli, həmin aliment məbləği tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ədalətli hesab olunmalıdır.
8. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 19-cu maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76.1, 76.1.1, 112.1-ci maddələri, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni heç bir norma ilə əsaslandırmamışdır. Belə ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə əsaslı deyildir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını, uşağın anasının rəsmi işlədiyini və müstəqil qazancının olmasını, habelə diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment qeyd edilən üsulla dəyişdirilməməli idi. Qətnamədə göstərilən formada aliment ödənilərsə, məlum məsələdir ki, iddiaçı həmin məbləği şəxsi ehtiyaclarına sərf edəcəkdir və uşağın saxlanması üçün hər hansı xərc çəkməyəcəkdir. Çünki bir ana kimi öz vəzifələrini düzgün yerinə yetirmir, yalnız öz maraqları üçün yaşayır və uşağın qayğı və tərbiyəsi ilə lazımı qaydada məşğul olmur. Mülki Prosessual Məcəllənin 112.1.3cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Alimentin artırılması ilə bağlı iddiaların hesablanması zamanı əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı nəzərə alınmalıdır. Lakin məhkəmə iddianı təmin edərkən qanunvericiliyin tələblərinə riayət etməyərək dövlət rüsumunun cavabdehdən tutulmalı hissəsinə qiymət verməmişdir. Hər bir halda apellyasiya şikayətinin verilməsi üçün rüsum qanuni dövlət rüsumu nəzərə alınaraq artıqlaması ilə ödənilmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd etmişdir ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır”. Lakin məhkəmə nəzərə almamışdır ki, qətnamədə qeyd edilən iş yerləri hamısı müvəqqətidir və yaxın zamanda həmin iş yerləri ilə bağlı əmək müqavilələrinə xitam veriləcəkdir. Belə olan halda isə iddiaçının ümid etdiyi “uşağın saxlanılması üçün hər hansı vəsait” ona köçürülməyəkdir. İddiaçı ilə dəfələrlə mübahisənin məhkəmədən kənar həllinə cəhd edilsə də, onun qeyri-adekvat davranışları səbəbindən bu mümkün olmamışdır. O, “uşağın saxlanması üçün vəsait” tələb etsə də, iddia ərizəsində lüzumsuz məlumatlar əlavə edərək cavabdehin adında olmayan əmlakları guya cavabdehindir kimi təqdim etmişdir. Buna görə də iddia təmin olunmamalı idi və gələcəkdə iddiaçı uşağın saxlanmasına dair xərclərin meydana gəldiyini əsaslı sübutlarla təsdiq edə biləcəyi halda aliment məbləğinin dəyişdirilməsi məsələsi müzakirə oluna bilərdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Baxılan iddia tələbinin predmeti aliment məbləğinin dəyişdirilməsi (artırılması) ilə bağlı olmuşdur. MPM-in 36.3-cü maddəsi isə alimentin alınması ilə bağlı iddiaçının seçməsinə görə ərazi aidiyyətinə dair məsələni əhatə edir. Odur ki baxılmış iddia alimentin alınması tələbi ilə bağlı olmadığından, qeyd edilən maddənin təsir dairəsinə düşə bilməz. Cavabdehin həm qeydiyyat ünvanı, həm də faktiki yaşadığı ünvan ünvan 1n Məhkəməsində baxılmalı idi. Belə ki, Bərdə rayonundan Binəqədi Rayon Məhkəməsinə gəlib-getməklə keçirilən məhkəmə iclaslarında cavabdehin iştirakı mümkün olmamış, bu da hərtərəfli, tam, obyektiv və ədalətli məhkəmə araşdırmasının aparılmasının qarşısını almışdır. xx.xx.2022-ci il tarixdə, saat 09:00-da keçirilən məhkəmə hazırlıq iclasında cavabdehin iştirak etməyinin qeyri-mümkün olması, əlavə sübutlar və vəsatətlə çıxış etmək niyyətinin olduğu və bu səbəbdən hazırlıq iclasının təxirə salınması xahişi ilə elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə müraciət etməsinə baxmayaraq, cavabdehin ərizəsi nəzərə alınmamış, iş məhkəmə baxışına təyin olunmuşdur. Belə ki, xx.xx.2022- ci il tarixdə cavabdehin yaxın qohumunun rəhmətə getməsi səbəbindən məhkəmədə iştirakı qeyri-mümkün olmuş, bununla bağlı hətta məhkəmə iclas katibinə də telefon vasitəsilə məlumat vermişdi. Lakin məhkəmə bu halı nəzərə almamış, hərtərəfli, tam və obyektiv məhkəmə araşdırmasının aparılmasını təmin etməmiş və çəkişmə prinsipinə riayət etməmişdir. İddiaçı tərəfindən ailə münasibətlərindən irəli gələn işlər üzrə zəruri olduğu halda müvafiq mediasiya tədbiri keçirilməmişdir. Məhkəməyə təqdim olunmuş mediasiya arayışının əksinə olaraq, cavabdeh yaşadığı ünvandan köçməmişdir və əlaqə telefonlarını dəyişməmişdir. Lakin cavabdehə indiyədək iddiaçının mediasiya çağırışı barədə heç bir təklif daxil olmamışdır. Mediasiya təşkilatı tərəfindən cavabdehə mediasiya sessiyasının keçirilməsinə dair hər hansı bildiriş göndərilməmiş, cavabdeh tərəfindən heç bir qəbz imzalanmamış və mediasiyadan məlumatsız olmuşdur. Məhkəməyə təqdim olunmuş mediasiya arayışı formal xarakter daşıyır və həqiqəti əks etdirmir. Mediasiya prosesinin keçirilməməsi iddianın mümkünsüzlüyünə əsasıdır. Cavabdeh hesab edir ki, tərəflər arasında olan həmin mübahisə məhkəmədən kənar mediasiya prosesində həll oluna bilərdi və buna dair cavabdeh tərəfindən heç bir etiraz verilməmişdir. Mediasiya təkliflərinə və qarşılıqlı müzakirəyə hazırdır. Odur ki, tərəflər arasında mediasiya prosesi keçirilmədiyi üçün iş baxılmamış saxlanılmalı, mübahisə üzrə mediasiya prosesi keçirildikdən sonra mübahisə mövcud olarsa yenidən iddia tələbi ilə məhkəməyə müraciət olunmalıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh apellyasiya şikayəti tamamilə əsassızdır. Cavabdeh hazırki apellyasiya şikayətini yalnız vaxt uzatmaq və məhkəmə qətnaməsinin icraya qısa müddət ərzində yönləndirilməsinin qarşısını almaq məqsədilə vermişdir. Belə ki, iddiaçının alimentin miqdarını və növünün dəyişdirilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək onun ən təbii hüququdur. Burada anlaşılmamalı nəsə yoxdur. Əvvəllər sabit pul məbləğində aliment tələb edən iddiaçı, cavabdehin 4000 manata yaxın əmək haqqı aldığını öyrəndikdən sonra alimentin məbləğinin dəyişdirilərək ¼ hissədə tutulmasına dair iddia qaldırmışdır. Cavabdeh apellyasiya şikayətində özü də etiraf etmişdir ki, iddiaçının alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslıdır. Habelə qeyd etmişdir ki, qətnamədə göstərilən formada aliment ödənilərsə, məlum məsələdir ki, iddiaçı həmin məbləği şəxsi ehtiyaclarına sərf edəcəkdir və uşağın saxlanması üçün hər hansı xərc çəkməyəcəkdir. Çünki bir ana kimi öz vəzifələrini düzgün yerinə yetirmir, yalnız öz maraqları üçün yaşayır və uşağın qayğı və tərbiyəsi ilə lazımı qaydada məşğul olmur. Buradan da görünür ki, cavabdeh iddianın əsaslı olduğunu qəbul edir, sadəcə olaraq ananın alimenti şəxsi ehtiyacları üçün sərf edəcəyindən narahatdır. Cavabdehin qeyd etdikləri tamamilə cəfəngiyyatdır. Əldə olunan aliment tamamilə uşağın şəxsi ehtiyaclarına, qidalanmasına, reabilitasiyasına və istirahətinə sərf olunacaqdır. Bundan başqa cavabdeh qeyd etmişdir ki, iddiaçı guya öz maraqları üçün yaşayıb uşağın qayğı və tərbiyəsi ilə məşğul olmur. Qeyd edilir ki, əksər analar kimi iddiaçı da öz valideynlik borcunu artıqlaması ilə yerinə yetirir, uşağın qayğı və tərbiyəsi ilə lazımı qaydada məşğul olur. Bunun tam əksinə cavabdeh övladı ilə maraqlanmır, uşağını ata sevgisi və şəfqətindən məhrum etmişdir. Cavabdehin özünə onun uşağı və ailəsi maraqlı deyil. Cavabdeh tərəfindən qeyd olunanlara sadəcə apellyasiya şikayətinə don geyindirməkdən ibarətdir. Açıq-aydın şəkildə cavabdehin şikayəti əsassızdır. Bundan əlavə Cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə dəfələrlə mübahisənin məhkəmədən kənar həllinə cəhd edilsə də, onun qeyri-adekvat davranışları səbəbindən bu mümkün olmamışdır. Bildirilir ki, bu tamamilə yalandır. Əslində məsələnin barışıqla həll olunmasına mane olan şəxs cavabdehin özü olmuşdur. Onun yalan deməsi faktı birinci instansiya məhkəməsində də sübuta yetirilmişdir. Belə ki, o, Bərdə rayonunda olduğunu qeyd etsə də, əslində həmin tarixdə Bakı şəhərində olmuşdur. Bunu təsdiq edən “WhatsApp” yazışmaları iş materiallarına əlavə edilmişdir. Daha sonra cavabdeh qeyd etmişdir ki, onun həm qeydiyyat ünvanı, həm də faktiki yaşadığı ünvan ünvan 3sində baxılmalı idi. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2007/2023-cü il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin aiddiyyətlə bağlı çıxardığı qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, artıq hüquqi qiymət verilmiş və preyudisiallıq daşıyan bir məsələyə cavabdeh yenidən apellyasiya şikayətində toxunmuşdur. Bu halın özü belə cavabdehin apellyasiya şikayətinin nə qədər əsassız olduğuna bir daha dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İş materiallarından görünür ki, İddiaçı qeydiyyat ünvanı və yaşayış yeri - ünvan 5dia ərizəsi aidiyyatı üzrə mülki prosessual hüquq normalarına müvafiq şəkildə verilmişdir. Bundan başqa Cavabdeh adına Bakı şəhəri, Cəfər Xəndan küçəsi, məhəllə 3066, ev 40 b, mənzil 60 saylı mənzil var. Habelə, Cavabdeh ( VK-1190) Bakı şəhəri, 4 saylı vəkil bürosunun vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, 4 ildir ki, vəkillik fəaliyyəti ilə məşğul olur. İş materiallarından görünür ki, 4 saylı Vəkil Bürosu Bakı şəhərində yerləşir. Cavabdeh "xxxx" MMC (VÖEN: **********) -dən 650 AZN (altı yüz əlli manat/ vəzifə: hüquqşünas, vəkil), "xxxx" MTK (VÖEN:**********) -dan 850 AZN ( səkkiz yüz əlli manat/ vəzifə hüquqşünas, vəkil), "xxxx" MTK-dan (VÖEN: **********) 150 AZN (yüz əlli/ vəzifə: hüquqşünas), "xxxx" Motors MMC (VÖEN:**********)-dən 150 AZN (yüz əlli manat/ vəzifə: hüquqşünas), "xxxx" MTK (VÖEN:**********)- dan 150 AZN ( yüz əlli manat/ vəzifə: hüquqşünas, məhkəmə prosesi), “EURO STYLE” LTD (VÖEN:**********)-dən 300 AZN ( üç yüz manat/ vəzifə: hüquqşünas) , "xxxx" MMC-dən (VÖEN: **********) 500 AZN (beş yüz manat/ vəzifə: idarə edən), "xxxx" MTK-dan (VÖEN: **********) 150 AZN (yüz əlli manat/ vəzifə: hüquqşünas, məhkəmə prosesi), "xxxx" MMC (VÖEN: **********) -dən 700 AZN (yeddi yüz manat/ vəzifə: idarə edən), Bərgüşad MTK (VÖEN: **********) -dan 150 AZN ( yüz əlli manat/ vəzifə: hüquqşünas, vəkil) hər ay əmək haqqı alır. İş materiallarından görünür ki, cavabdeh Bakı şəhərində yerləşən 9 ( doqquz) ayrı iş yerində əmək fəaliyyəti ilə məşğul olur. Yəni, buradan da bir daha cavabdehin məhkəməni aldatmağa cəhd etməsi açıqaşkar görünür. Belə ki, o Bakı şəhərində yaşamasına və Bakı şəhərində işləməsinə baxmayaraq belə təəssürat yaratmağa çalışır ki, guya o qeydiyyatı Bərdə olmaqla orada yaşayır. Daha sonra Cavabdeh qeyd etmişdir ki, guya ona indiyədək iddiaçının mediasiya çağırışı barədə heç bir təklif daxil olmamışdır. Mediasiya təşkilatı tərəfindən ona mediasiya sessiyasının keçirilməsinə dair hər hansı bildiriş göndərilməmiş, tərəfindən heç bir qəbz imzalanmamış və mediasiyadan məlumatsız olmuşdur. Məhkəməyə təqdim olunmuş mediasiya arayışı formal xarakter daşıyır və həqiqəti əks etdirmir. Cavabdeh mediasiyanın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olsa da, qəsdən və bilərəkdən mediasiya sessiyasının iclasına gəlməmişdir. Ümumiyyətlə Cavabdeh bir dəfə də olsun məhkəmə iclaslarına belə gəlməmişdir. Cavabdehin apellyasiya şikayəti tamamilə saxta motivlər və yalan əsaslandırmalar üzərinə qurulmuşdur. Cavabdeh adına Bakı şəhəri, Cəfər Xəndan küçəsi, məhəllə 3066, ev 40 b, mənzil 60 saylı mənzil var. Habelə, Cavabdeh ( VK-1190) Bakı şəhəri, 4 saylı vəkil bürosunun vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, 4 ildir ki, vəkillik fəaliyyəti ilə məşğul olur. Bütün bunları qeyd etməkdə məqsəd ondan ibarətir ki, cavabdehin maddi imkanı çox yaxşıdır və o, məhkəməyə açıq-aşkar yalan məlumatlar verir. Onun yeganə məqsədi iddiaçıya 160 AZNdən artıq pul verməməkdir. Qeyd olunanlara əsasən, Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilir.
Proses iştirakçılarının izahatı
12. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir, əlavə olaraq bildirir ki, bir övladı var, cavabeh övladı ilə maraqlanmır, onunla görüşmür. O, yaxın zamanlarda öyrəndi ki, onun gəliri 4000 manatdır. Öz adına 2 bahalı maşını var. O, sadəcə övladının haqqını tələb edib. Cavabdeh vəkillik fəaliyyəti ilə məşğuldur. Cavabdehin sabit maaşı 3700 manatdır.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
16. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
17. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
21. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
27. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
28. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-1480/2019 saylı qətnaməsi ilə iddiaçının xeyrinə Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulmasını müəyyənləşdirilərkən həmin dövrün həyat standartlarını əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur.
29. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
30. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsini qanunauyğun hesab edir.
31. Elektron məhkəmə informasiya sistemi vasitəsi əldə edilmiş məlumatdan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də idarə edənlər, hüquq praktikası (əmək haqqısı 500 manat), "xxxx" MMC-də hüquqşunas, vəkil (əmək haqqısı 150 manat), "xxxx" MMC-də idarə edənlər, hüquq praktikası (əmək haqqısı 700 manat), "xxxx" MTK-da hüquqşunas (əmək haqqısı 150 manat), "xxxx" MTK-da hüquqşunas, vəkil (əmək haqqısı 150 manat), "xxxx" MTK-da hüquqşunas, vəkil (əmək haqqısı 850 manat), "xxxx" MMC-də hüquqşunas, vəkil (əmək haqqısı 650 manat), "xxxx" MTK-da hüquqşunas(məhkəmə prosesi) (əmək haqqısı 150 manat), “EURO STYLE” LTD-də hüquqşunas (əmək haqqısı 300 manat) və "xxxx" MTK-da hüquqşunas(məhkəmə prosesi) (əmək haqqısı 150 manat) işləyir.
32. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsi tərəfindən aidiyyat qaydalarının pozulması ilə işə baxılması barədə dəlilinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-670/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş “işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair” vəsatəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2007/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır, qərardad qanuni qüvvəsini almışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, aidiyyatla bağlı məsələyə hüquqi qiymət verildiyi üçün cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır.
33. Cavabdehin apellyasiya şikayətinin digər dəlili odur ki, zəruri qaydada mediasiya keçirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin mediasiya sessiyası barədə bildiriş və bildirişin cavabdehə göndərilməsini təsdiq edən qəbz iş materiallarına əlavə olunmuşdur.
34. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-670/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev