Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3123/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin hakimləri X1 (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Hüseyn qızının, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2nə qarşı “mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 19/2023 saylı işi üzrə 19 yanvar 2023-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN- 015A KOD 40604068 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıların ümumi birgə mülkiyyətində olan Qəbələ rayonu Şamlı kəndində yerləşən 1,72 ha həyətyanı torpaq sahəsinin 0,71 ha hissəsinin 2007-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar Cavabdeh1 ASC-dən 106500 manat kompensasiya, məhv edilmiş 100 ədəd fındıq ağacına görə 10000 manat kompensasiya, 48000 manat əldən çıxmış fayda olmaqla, cəmi 164500 manat dəymiş maddi zərərin əvəzinin, Cavabdeh2ndən torpaq sahəsinin əvəzləşdirilməməsinə görə və gecikdirmə ilə əlaqədar 100000 manat pul tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-19/2023 saylı işi üzrə 19 yanvar 2023-cü il tarixli qərardadı ilə “Cavabdeh1 ASC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 50№-li, 22 mart 2005-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 292 №-li Bakı şəhəri, 31 avqust 2015- ci il (Azərsu” ASC-nin strukturu ilə bağlı bəzi məsələlər barədə) qərarına; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 410№-li, 12 oktyabr 2016-ci il tarixli( Cavabdeh1 ASC-nin strukturu ilə bağlı bəzi məsələlər barədə) qərarına; Azərbaycan Respublikası Prezidentinin 346 saylı, 28 dekabr 2005-ci il tarixli Fərmanına; Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42s saylı, 24 fevral 2006-cı il tarixli Sərəncamına; İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 3.1, 3.2, 4,5.1, 5.2, 6.1, 7.1, 7.2, 10.1,10.2, 10.3, 10.4; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 36, 71; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1, 3, 4,5.1,7, 10, 13, 14, 15.4; Mülki Prosessual Məcəllənin 261.0.1, 262.3,262.4-cü maddələrinə; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına istinadən mülki işin icraatına xitam verilməsi qət edilmişdir.Qərardadda qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından,hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə "ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara, habeləTikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda; Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1 -ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olan və ya olmayan şəxsə qarşı verilməsindən asılı olmayaraq, münasibətlər mülki səciyyə daşımamaqla mülki icraat qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. İddiaçılara izah edilməlidir ki, ilkin olaraq bu vəzifələrin icra edilməsi həvalə edilmiş təşkilata müraciət edilməli, məsələnin səbəbləri inzibati icraat qaydasında araşdırılmalı və vəzifələrin icrası ilə bağlı inzibati münasibətlərdə mübahisə yarandığı təqdirdə inzibati prosedur qaydasında müvafiq tələblə müvafiq inzibati məhkəmə instansiyasına müraciət edilə bilər. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-19/2023 saylı işi üzrə 19 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilərək işin mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli qərarı; “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifat”ın təsdiq edilməsi haqqında 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarına ; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 nömrəli Qərarına; Azərbaycan Respublikası Konstitusiyanın 62; Mülki Prosessual Məcəllənin 4.1, 261.0.1, 262.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbləri 3 ilə yaxındır Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır və əvvəl iddia ərizələrinə hakim Vahid Hacıyev, daha sonra isə hakim Ayaz Məmmədov tərəfindən baxılmışdır. Lakin bu 3 il ərzində iddia tələblərinin mülki xarakterli olmaması barədə hər hansı fikir bidirilməmiş, lakin xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında iddia tələblərinə ümumi mülki icraat qaydasında deyil, inzibati qaydada baxılması olması bildirilərək qərardad çıxarılmışdır. Halbuki iddia tələbində mübahisələndirilmə mülkiyyət hüququnun pozulması və torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər təşkil etmiş, hər hansı “dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən)” verilən iddia olmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(004)-19/2023 saylı qərardadında "ilkin olaraq bu vəzifələrin icra edilməsi həvalə edilmiş təşkilata müraciət edilməli, " göstərilsədə konkret olaraq olaraq hansı təşkilata müraciət olunması göstərilməmiş və qeyri-müəyyənlik yaratmışdır. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatf’nm təsdiq edilməsi haqqında 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarında İnzibati orqanların adları siyahıda qeyd olunmuş və həmin siyahıda Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin adı yoxdur. Ona görə də inzibati orqan olmayan təşkilatın hər hansı maraqlı şəxsin müraciət əsasında təmin edilməmə qərarından (akt, qərar, təşkilatın cavablandırma məktubu və s), hərəkət və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə müraciət etmək hüququ qanunvericilik baxımından mümkün deyil və yolverilməzdir. Azərsu" Açıq Səhmdar Cəmiyyətinin hərəkəti ilə mülkiyyətçinin mülkiyyət hüququ pozulmuş və torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməməsi, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər təşkil etmişdir ki, bu münasibətlər də mülki qaydada ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 10 nömrəli Qərarının “qərara alır:" hissəsində qeyd edilir: 11. Bələdiyyələr müstəqil yerli özünüidarəetmə orqanları olduqlarından bələdiyyələrlə icra hakimiyyəti orqanları (onların struktur bölmələri, yerli/ərazi orqanları) arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.
13. Nəzərə alınmalıdır ki. elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-19/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 149-152, 261-262, 385, 387, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.Prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki ,çatışmazlıqları aradan qaldırmaqla müraciət hüquqları mövcuddur. İnkişafda olan qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 50№-li, 22 mart 2005-ci il tarixli Qərarı ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq edilmiş və nizamnamədə qeyd edilmişdir ki: 1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur; 3.2. Cəmiyyətin əsas funksiyaları Respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir; 9.1. Cəmiyyətə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədr rəhbərlik edir. 9.2. Cəmiyyətin sədri: 9.2.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir; 9.2.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə müəssisələrinin (cəmiyyətlərinin) yaradılması, yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar qəbul edir və s. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 292 №-li Bakı şəhəri, 31 avqust 2015-ci il (Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə) qərarına əsasən 6. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760) ilə təsdiq edilmiş Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Strukturu”nda aşağıdakı dəyişikliklər edilərək (6.1.- 2.20 –ci bəndi üzrə) Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 410№-li, 12 oktyabr 2016-ci il tarixli( Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə) qərarına əsasən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 328№-li, 29 iyul 2019-cu il tarixli (Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə) qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760; 2015, № 9, maddə 1074, № 12, maddə 1595; 2016, № 3, maddə 61 2, № 6, maddə 1225, № 10, maddə 1728; 2017, № 9, maddə 1746, № 12 (İİ kitab), maddə 2541; 2018, № 7 (İİ kitab), maddə 1664, № 9, maddə 1941; 2019, № 3, maddə 561, № 4, maddələr 752, 755) ilə təsdiq edilmiş Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin strukturu yeni redaksiyada təsdiq edilmiş və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 68 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 442; 2013, № 12, maddə 1642) 2-ci hissəsi ləğv edilmişdir. X3 “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına başlanmışdır. Həmin sərəncamla təsdiqlənmiş Tədbirlər Planında (1.1 bəndində) Nazirlər Kabinetinə və Cavabdeh1 ASC-yə Oğuz rayonu ərazisindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflər hazırlamaq tapşırılır. Azərbaycan Respublikası Prezidentinin 346 saylı, 28 dekabr 2005-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsinin xərcləri hesabına Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi müəyyən edilmiş, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi ilə bağlı işlərin həyata keçirilməsi üçün sifarişçi təşkilatları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməsi və digər məsələləri həll etməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42s saylı, 24 fevral 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən “Oğuz- Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” obyektinin sifarişçisi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına (2, 3.1, 3.2, 4, 5.1, 5.2, 6.1, 7.1, 7.2, 10, 13, 14, 15.4-cü bəndlərinə) əsasən: “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər.İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir;
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir; 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir; 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır; 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır; 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır; 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun; 10.1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur; 10.2. ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir; 10.3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; 10.4. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır; 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır; 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır; 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qərarda qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Gördüyümüz kimi, hazırki mübahisə cəmiyyətlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gəlmir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən: 25. Torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, habelə bələdiyyə torpaqlarının istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinə əsasən 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; 36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. 36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. 36.5. İcraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. 36.6. İnzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir. Həmin qanunun 71-ci maddəsi əsasən: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: 71.3.1. səlahiyyətlə bağlı; 71.3.2. etirazla bağlı; 71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; 71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İnzibati mübahisələrin məhkəmə aidiyyəti adlı 2-ci maddəsinə əsasən 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli qərarına əsasən: “1. Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 2. İnzibati xətalar haqqında işlər üzrə təbii inhisar subyektinin qəbul etdiyi inzibati aktlardan verilən şikayətlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431.1.3-cü maddəsinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. 3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. İş üzrə kompensasiya (əvəzləşdirmə) tələbi dövlət (hökümət) idarəçiliyi ilə bağlıdır. Belə ki, su kəmərinin planlaması, tikintisi və nəzarəti müvafiq dövlət orqanlarının normativ aktları, və onlardan irəli gələn hərəkətlərlə (hərəkətsizliklə) bağlıdır. Ona görə, bu münasibətlərdən irəli gələn mübahisəyə mülki icraat qaydasında baxılması ümumiyyətlə mümkün deyildir. Belə ki, yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə əsasən:4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; 4.16.7.Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək; 4.16.9. dövlət mülkiyyətində olan əmlakın bələdiyyə mülkiyyətinə verilməsi, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan əmlakın isə dövlət mülkiyyətinə alınması barədə aidiyyəti dövlət orqanlarına təkliflər vermək kimi səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə görə: İİİ. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; - məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. İV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olan və ya olmayan şəxs(lər)ə qarşı verilməsindən asılı olmayaraq, münasibətlər mülki səciyyə daşımamaqla mülki icraat qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ona görə izah edilməlidir ki, ilkin olaraq bu vəzifələrin icra edilməsi həvalə edilmiş təşkilat(lar)a (cavabdehlərə müraciət edilməli, məsələnin səbəbləri inzibati icraat qaydasında araşdırılmalı və vəzifələrin icrası ilə bağlı inzibati münasibətlərdə mübahisə yarandığı təqdirdə inzibati prosedur qaydasında müvafiq tələblə müvafiq inzibati məhkəmə instansiyasına müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-19/2023 saylı işi üzrə 19 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.