Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3132/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-si cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçıASC-nin xeyrinə xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4408,95 ABŞ dolları əsas borc, 1898,81 ABŞ dolları faiz borcu, 1897,75 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 852,1 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə, cəmi 9057,61 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 26 faizlə, 24 ay müddətinə 12740 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx xxxx 2015-ci il tarixli müqaviləyə əlavəyə əsasən kreditin bitmə tarixi xx xxxxxx 2017-ci il tarixi təyin edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxx 2020-ci ilədək Cavabdeh1 banka xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4408,95 ABŞ dolları əsas borc, 1898,81 ABŞ dolları faiz borcu, 1897,75 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 852,1 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9057,61 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 xx xxxx 2014-cü il tarixli müqavilə üzrə oğlundan 4408,95 ABŞ dolları əsas borc, 1898,81 ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 852,1 ABŞ dolları əldən çıxmış fayda və 190 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 7349,86 ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 qarşı təmin edilməməsi, iddia qismən təmin edildiyi üçün, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 81 %, yəni 24 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, qalan 19 %, yəni 6 manatın iddiaçıya aid edilməsi qət olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi X3 həmin qətnamədən apelyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, xx.xx.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən: 1. Zamin Bank tərəfindən ona qarşı iddia irəli sürüldüyü zaman Borcalan işdə iştirak etməyə cəlb edilə bilər; 2. Zamin Bank qarşısında Borcalanın kredit üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Əksinə, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəchlə iddianı zaminlərə münasibətdə təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyatı olmayan normalarını uyğunlaşdıraraq, qətnamədə tətbiq etmişdir. Bu səbəbdən, Bakı şəhəri Xətai rayon Məhkəməsi MM-in müxtəlif maddələrinə istinad edərək, zaminə münasibətdə iddia tələbinin əsassız olduğunu qeyd edərək və formal mülahizələrlə həmin hissədə iddianı rədd etməklə, AR MM-nin normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq, qeyd edir: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Dəbbə pulunu silərkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə məruz (pul itkisinə) qalsın, bununla da, mülkihüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Göründüyü kimi, məhkəmə cavabdehin cərimə borcunu tənasübsüz surətdə azaltmaqla, haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər X2 və Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin zaminə aid təmin edilməyən və cərimənin qismən təmin edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi cərimə məbləğinin tutulması hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-MZ-3-0-646-14 saylı Bank Hesab, Kredit və Zaminlik müqaviləsindən görünür ki, “xxxx” İKB ASC-si tərəfindən illik 26% olmaqla, 24 ay müddətinə- xx.xx.2016-cı il tarixədək Cavabdeh1 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən X1, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2.3.7-ci bəndinə əsasən zamin Bank tərəfindən ona qarşı iddia irəli sürüldüyü zaman Borcalan işdə iştirak etməyə cəlb edilə bilər; 2.3.8-ci bəndinə əsasən zamin Bank qarşısında Borcalanın kredit üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-MZ-3-0-646-14 saylı Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 1 saylı Əlavədən görünür ki, “xxxx” İKB ASC-si tərəfindən Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-MZ-3-0- 646-14 saylı Bank Hesab, Kredit və Zaminlik müqaviləsinin 1.2.6-cı bəndində göstərilmiş 24 ay sözləri 40 ay 7 gün sözləri ilə əvəz edilmiş, kreditin müddəti 40 ay 7 gün hesab edilməklə, müqavilə müddəti xx.xx.2017-c il müəyyən olunmuşdur. İş materialında olan İddiaçı ASC-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2014-cü il tarixli müqavilə üzrə 4408,95 ABŞ dolları əsas borc, 1898,81 ABŞ dolları faiz borcu, 1897,75 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 852.1 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9057,61 ABŞ dolları borcu vardır.Həmin arayışda kreditin bitmə tarixi xx xxxxxx 2017-ci il göstərilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən cavabdehlər borcun 5 gün müddətindəödənilməsinin təmin olunması barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 477.0.4-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab etmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx xxxxxx 2017cu ildə başa çatdığı gündən bir il ərzində kreditor Cavabdeh2 qarşı iddia irəli sürmədiyindən qanunvericiliyin tələbinə əsasən zaminin - kreditor qarşısında öhdəliyinə xitam verilmişdir. Ona görə də, iddia tələbi zaminə aid hissədə təmin edilməmişdir. Kollegiya bu hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun müqavilənin 2.3.8-ci bəndinə əsasən zaminliyə xitam verilməsinin mümkün olmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, zaminlik müqaviləsində onun verilmə müddəti qeyd olunmadığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablansa da, məhkəmə tərəfindən həddən artıq çox məbləğdə azaldılmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bu baxımdan kollegiya hesab edir ki, qətnamə cərimə məbləğinin tutulması hissəsində dəyişdirilməli, cərimə 220 ABŞ dolları müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, cərimə məbləğinin dəyişdirilməsi, cəmi məbləğə təsir göstərdiyindən, cəmi məbləğ dəyişdirilərək, 7379,86 ABŞ dolları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən- cərimə borcu, cəmi məbləğ hissələrində dəyişdirilsin. Cərimə borcunun məbləği 220 (iki yüz iyirmi) ABŞ dolları, cəmi məbləğ 7379,86 (yeddi min üç yüz yetmiş doqquz ABŞ dolları, səksən altı sent) ABŞ dolları müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə- zaminə aid iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3132/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3132/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver