Məhkəmə qərarları › İş №2(103)-3135/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3135/2024

03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3135/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi, təbii qazdan qeyri-qanuni istifadə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-812/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2023-cü il tarixli 04/5565 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmışdır.

2. İddiaçının əməkdaşları tərəfindən Haşımov Vaqif barəsində sayğacdan kənar qaz xəttindən istifadə edildiyinə görə aktlar tərtib edilmiş və xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 685,80 manat; xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli 02278978 №-li akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 295,20 manat dəymiş ziyan hesablanmışdır.

3. Abonentin saldosundan görünür ki, abonentin 72,92 manat məbləğində debitor borcu var. On iki akt üzrə cavabdehdən 2032,20 manat məbləğində zərər tələb olunmuşdur.

4. Cavabdeh adından imzalanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən cavabdeh 2114,62 manat borcunu etiraf etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2.032,20 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 72,92 manat və 41,06 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2.146,18 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 04/5565 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********00011 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 685,80 manat; - xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli 02278978 №-li akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 32,40 manat; - xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 133,20 manat; - xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 295,20 manat; - xx.xx.2020-ci il tarixli ******* №-li akt əsasında 295,20 manat hesablanmışdır. Cəmi 2032,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 72,92 manat debitor borcu da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 2105,12 manat təşkil etməkdədir.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 812/2024 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş aktlar üzrə yaranmış 507,6 manat məbləğində zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 72,92 manat, cəmi 580,52 manat və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 11,06 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əməkdaşları tərəfindən 12 ay ərzində, demək olar ki ardıcıl kənar xəttdən istifadəyə görə aktlar tərtib edilmiş və zərər hesablanmış, xx.xx.2019-cu il tarixli ******* №-li akt ümumiyyətlə təqdim edilməmişdir. İddiaçı həmin zaman qüvvədə olan Qaydaların 6.5-ci bəndində nəzərdə tutulan üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla adları çəkilən aktlar tərtib edib məhkəmədə iddia qaldırmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, yalnız xx.xx.2019-cu il tarixli ******* №-li akt əsasında hesablama aparılmalıdır, belə ki, məhkəmə hesab edir ki, digər aktlara əsas olmuş pozuntular artıq iddiaçının məsuliyyətsizliyi nəticəsində baş vermişdir.

9. Həmin akt üzrə hesablama iddiaçının əməkdaşları tərəfindən aşağıdakı qaydada aparılmışdır: PQ-4 üçün: 1,2 kub metr maksimal saatlıq qaz sərfi x 6 saat orta günlük iş rejimi x 180 gün hesabat müddəti = 1296 kub metr; QSQ üçün: 1,5 kub metr maksimal saatlıq qaz sərfi x 8 saat orta günlük iş rejimi x 180 gün hesabat müddəti = 2160 kub metr; Dəmir soba üçün: 1,4 kub metr maksimal saatlıq qaz sərfi x 18 saat orta günlük iş rejimi x 135 gün hesabat müddəti = 3402 kub metr, cəmi 6858 kub metr qaza görə 685,80 manat zərər. Hesablamada aşağıdakı qaydada aparılmalı idi. PQ-2 üçün: 0,6 kub metr maksimal saatlıq qaz sərfi x 6 saat orta günlük iş rejimi x 180 gün hesabat müddəti = 648 kub metr; QSQ üçün düzgün hesablanmışdır - 2160 kub metr; Dəmir soba üçün: 1,4 kub metr maksimal saatlıq qaz sərfi x 12 saat orta günlük iş rejimi x 135 gün hesabat müddəti = 2268 kub metr, Cəmi 5076 kub metr (648 + 2160 + 2268 = 5076), 507,6 manat zərər.

10. Beləliklə, cavabdehin qanunsuz hərəktləri nəticəsində o, 507,6 manat məbləğdə əsassız varlanmış, iddiaçı isə bunun əsasında zərərə düşmüşdür. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia zərər hissəsində qismən təmin edilməklə, 507,6 manat zərər tutulmalı, zərərin tutulmasının qalan hissəsində rədd edilməlidir.

11. İddianın debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 72,92 manat cari borcun tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməlidir.

12. İş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir.

13. İddiaçı tərəfindən məhkəməyə Cavabdeh adından imzalanmış ərizə təqdim edilmişdir. Həmin ərizənin standart hissəsi çap formasında tərtib edilmiş, istehlakçıya aid məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi) tarix, abonentin kodu, icraçının adı və etiraf edilən məbləğ sonra əlyazma ilə əlavə edilmişdir. Ərizəyə əsasən cavabdeh 2114,62 manat borcunu etiraf etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin ərizənin çap edilmiş hissəsində etiraf edilən borca aid hissə adi şriftlə, «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsi qalın şriftlə icra edilmişdir.

14. Məhkəmə həmin ərizəyə dair hesab etmişdir ki, istehlakçının düşünülmüş şəkildə həmin ərizəyə imza atıb o məbləğdə borcu etiraf etməsi inandırıcı deyil, həmin ərizədəki əlyazmaların, eyni zamanda borcun məbləğinin əvvəlcədən, yəni imzaya qədər əlavə edilməsi sübut edilmir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının əməkdaşlarının niyyəti həmin ərizəyə imza atdıraraq abonentin qalın şriftlə icra edilmiş «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsinə diqqətini yönəltməkdən ibarət olmuşdur, çünki həmin hissəsinin digər hissələrdən ayrılmasının başqa açıqlaması yoxdur.

16. Bundan başqa, məhkəmə hesab etmişdir ki, abonentin borcu etiraf etməsi və hissə-hissə ödəmək öhdəliyi götürməsi bununla əlaqədar məhkəməyə müraciət etmək zərurətini aradan qaldırır. Odur ki, məhkəmə həmin ərizəni borcun etirafı kimi qəbul etmir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 425.1, 442, 445.2.1, 448.1, 448.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın aktlar tərtib edilən zaman qüvvədə olan 6.5-ci bəndinə, xx.xx.2023-cü ildə edilən dəyişklərə əsasən 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5-1.3, 6.5-3, 6.5-4-ci bəndlərinə, «Qazdan istifadə Qaydaları»nın 5.1, 5.2, 5.3, 5.4, 5.5-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X1 pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Eyni zamanda cavabdeh xx.xx.2023-cü il tarixində İddiaçı İB-yə ərizə ilə müraciət edərək təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış dəymiş ziyan məbləğini və sayğac üzrə sərfiyyatla bağlı yaranmış debitor borc məbləğini qəbul etdiyini bildirmiş və onun hissəhissə ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında da təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf etmişdir. Göründüyü kimi Cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyriqanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Bildirmək istəyirəm ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbləri üzrə Ali Məhkəmənin formalaşdırdığı (xx.xx.2024-cü il tarixli 2(102)-424/2024 saylı qərarı) mövqeyi də nəzərə alınmamışdır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyası yuxarıda qeyd edilən qərarında göstərmişdir ki, “aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınmamasının əsası kimi iddiaçının üzərinə düşən vəzifələri icra etməyərək, öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almamasına istinad edilməsi düzgün olmamışdır. Aşağı instansiya məhkəmələri həmin aktları, ümumiyyətlə, nəzərə almamaqla yox, Mülki Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması hallarına aydınlıq gətirməklə, ən azı zərərin məbləğini azalda bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

23. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırki işdə iddia qismən təmin olunduğundan və iddiaçı apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni əsaslı saymır.

30. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh kənar xəttin müəyyən bir vaxt ərzində olduğunu etiraf etmişdir.

31. Bundan əlavə, iş materiallarında olan ərizədən görünür ki, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə borcun ona aid olduğunu qeyd etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür.

32. Cavabdeh özü qaz xəttinə qanunsuz qoşulmasını etiraf etsə də və bu fakt birinci instansiya məhkəməsinin müəyyən etdiyi hal kimi qeyd edilsə də, iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınamaması düzgün hesab edilə bilməz.

33. Qeyd edilməlidir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq səlahiyyəti abonentə tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, (yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması) şəxsin davam edən (hər dəfə fiksə olunan) kənar qoşulma faktına görə məsuliyyətini aradan qaldırmır.

34. Kollegiya qeyd edir ki, müvafiq borc məbləğinin etiraf edilməsi barədə borclunun imzaladığı yazılı ərizənin iradə zədələnməsi (məcbur etmə və s.) səbəbindən etibarsız sayılması üçün həmin halların və bu hallara görə sözügedən sənədin qanunla müəyyən edilmiş müddətdə mübahisələndirilməsi sübuta yetirilmiş olmalıdır. Əks halda kreditorun təqdim etdiyi borc sənədi sübut kimi nəzərə alınmalıdır.

35. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissədə də iddia tələbi təmin edilməlidir.

36. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 812/2024 nömrəli qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh 1.565,52 manat məbləğində zərərin əvəzi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20,55 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar