Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3143/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Olqa Mixayılova tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 43.200 manat pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 41.000 manat, habelə dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Apellyasiya şikayəti əsassızdır. Belə ki, iddia tələbi borc (kredit) müqaviləsinə əsaslanır. İddiaçı 2019-cu ilin iyun ayında cavabdehə 48.800 manat borc pul verdiyini, həmin pulun 43.200 manatlıq hissəsinin qaytarılmadığını bildirir. 1-ci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddiaçıya 41.000 manat borcu olduğunu yazılı şəkildə etiraf edib (iş v. 55). Ona görə də məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinin və Mülki-Prosessual Məcəllənin 191.3-cü maddəsinin göstərişlərinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 41.000 manat məbləğində pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, həmin məbləği birdəfə ödəməyə imkanı yoxdur, hissə-hissə ödəyə bilər. 41.000 manat pulun ödənilməsi hissəhissə həyata keçirilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsinə və “İcra haqqında” Qanunun 15-ci maddəsinə görə hakim tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən məhkəmə aktını hissə-hissə icra etdirməyə haqlıdır. Həmin maddədə qeyd olunan “borclunun əmlak vəziyyəti” və “digər hallar” elə hallardır ki, borcluya məhkəmə aktını birdəfəyə icra etməsi üçün çətinlik yaradır, lakin tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirmir. Hazırkı işdə cavabehin əmlak vəziyyəti əsas tutulmaqla məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi qərara alınarsa, bu hal tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirəcək. İddianın rədd edilməsinə aid hissəsə qətnamə mübahisələndirilməyib, ona görə də həmin hissədə qətnamənin əsaslılığı apelyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3143/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3143/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver