Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3147/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Əliyeva Könül Nəriman qızının və Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (3-cü şəxs: Cavabdeh4) qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-948/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (3-cü şəxs: Cavabdeh4) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən müştərək qaydada dəymiş ziyan məbləği olaraq 18000 manat məbləğində pul ödənişinin məcburi olaraq icrası, habelə ödənişin vaxtında edilməməsi nəticəsində yaranmış ildə 5 faiz hesabı ilə 19 ay üçün həmin məbləğin faizi olaraq 1450 manat və dövlət rüsumu və bank xərci olaraq 31 manat məbləğində xərcin, ümumilikdə 19481 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-948/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 18000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat, cəmi 18031 (on səkkiz min otuz bir) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)-948/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində yalnız Abşeron RPİ-nin xx xxxx 2018-ci il tarixli Cinayət işinin rədd edilməsi haqqında qərarına əsaslanmışdır. Şirkət tərəfindən hər hansı bir digər sübut məhkəməyə təqdim edilməmişdir. Adı çəkilən qərar qanuni qüvvəyə minməmiş və ondan şikayət verilmişdir. Cavabdeh2 iddiaçı şirkətlə hər hansı bir bağlılığı olmamışdır. O, iddiaçının nə əməkdaşı, nə dileri olmuş, nə də o, şirkətlə hər hansı bir müqavilə öhdəliyi bağlamışdır. Cavabdehlər məhkəmə iclasına dəvət edilməmiş və bu səbəbdən də hüquqlarını müdafiə edə bilməmişdir. Bu isə öz növbəsində onların konstitusiyada və tərəfdaş olduqları beynəlxalq müqavilələrdə təsbit edilmiş hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı ilə Cavabdeh3 arasında xx xxxxxx 2018-ci il tarixdə akt imzalanaraq borcun olmadığı qeyd edilmişdir. Cavabdeh3 iddiaçı təşkilatdan sement məhsulu almış və bunun müqabilində təbii ki, pul vəsaitini ödədiyi üçün borcunun olmaması barədə sənədlər imzalanmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-8791/2019 saylı qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(009)-948/2019 saylı qətnaməsinin verilmiş apelyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11685/2019 saylı qətnaməsinin qismən – iddianın təmin edilən hissəsində ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın qalan hissədə də rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-149/2020 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 8791/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Yeni apelyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh1 barəsində 27 apreldə həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasındadır. Qətnaməni almamışdır. İcraçı Cavabdeh2 çağırmış, həmin icra sənədi əsasında şikayət verilmişdir. Cavabdeh1 bu günə qədər qətnaməni ala bilməmişdir. Ona görə şikayət verə bilmir. 5 qəbzə, hansı ki, kserosurətdir və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad olunub, Ali Məhkəmə qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar predusial əhəmiyyət kəsb etmir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Elçin Hüseynovun izahatı alınmayıb. Elçin müqavilənin tərəfi deyil. 5 qaimənin heç birində Emin və Elçinin imzaları yoxdur. Ali Məhkəmənin qərarında qeyd olunur ki, Holcimlə arasında müqavilə yoxdur. Apelyasiya məhkəməsində yeni sübutlar iradəsindən kənar təqdim edilməyibsə qəbul oluna bilər. İddiaçı ilə Cavabdeh3 arasında qarşılıqlı üzləşmə aktı var. İddiaçının subyektiv hüququ yoxdur. Cavabdeh1 qətnaməni almaması barədə sorğu verilə bilər. Cavabdeh1 cinayət işi üzrə müdafiəçisidir. MPM-in 89-cu maddəsinə əsasən sübutların əsli və ya notarial qaydada təsdiq olunmuş surətləri təqdim edilməlidir. Aktın əslini Cavabdeh2 əlavə etmişdir. Əlibaba deyir ki, akt var. Akt Əlibaba ilə iddiaçı arasındadır. Cavabdeh2 dindirilməyib. Qərarın predusial əhəmiyyəti yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Əliyeva Könül Nəriman qızı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, subyektiv hüququn olub-olmaması ilə bağlı distrubyutor müqaviləsinin əslini təqdim edir. Surətlər təqdim olunub, qərar çıxarılıb, pozuntu olmayıb. Elçin iştirak etmədiyinə istinad edirsə, niyə surətlərin təqdim olunmasına istinad edir. Mübahisənin cavabı odur ki, məcburi gətirilməsi tələb edilə bilməz. X6 tərəfindən Cavabdeh1 izahatı alınıb. Cavabdeh2 iddiaçının nümayəndəsi kimi tanınır. Onlar pul tələbi qoymuşlar. Onlarda agentlər olur. Elçin Lənkəranda, Masallıda, Abşeronda etibarnamə üzrə nümayəndə olmuşdur. 100 mindən çox pul toplayıb. Əlibaba adında şəxslə müqavilə yoxdur. Direktorun imzası saxtalaşdırılıb. Bu malı Abbasın adından Elçin sifariş verib. Eminin xahişi ilə anbara yerləşdirilib. Əlibaba adlı şəxs vasitəsilə anbara yerləşdirilib. Elçin adlı şəxs vasitəsilə gətirilib. Eminin gətirilməsi məcburi deyil. İştirakı ilə bağlı müraciət edə bilərdi. H.Elçini 1 ildir ki, prokuror tapa bilmir. Məhkəmənin günahı deyil. İş üzrə digər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər işdə iştirak edən əxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apelyatora münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş üzrə “xxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş yük nəqliyyat qaimələrinin kserosurətlərindən görünür ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə 28,80 ton, xx.xx.2017-ci il tarixdə 28,80 ton, xx.xx.2017-ci il tarixdə 28,80 ton, xx.xx.2017-ci il tarixdə 28,80 ton, xx.xx.2017-ci il tarixdə 28,80 ton, cəmi 144 ton çəkidə “Optimal” markalı sementi “xxxxxxxxxxxxxxxxx” ASC-dən almışdır. Həmin sement Cavabdeh4 adlı şəxsə təhvil verilmişdir. İş üzrə Cavabdeh4 İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2018-ci il tarixli izahatında göstərmişdir ki, onun İddiaçı MMC-yə heç bir borcu yoxdur, o, həmin şirkətlə heç bir müqavilə bağlamamışdır və heç bir məsuliyyət daşımır. Belə ki, onun çalışdığı Bakı- Sumqayıt şossesi 16-cı km ünvanında yerləşən döşəmə plitəsi sexinə onun yaxın qohumu Cavabdeh3 xahişi ilə müvəqqəti olaraq (bir neçə günlük) yük yerləşdirilməsinə icazə vermişdir, yük (3600 kisə - 144 t) sementdən ibarətdir. Sonradan ona məlum olmuşdur ki, sement “Holcim” şirkətinin məhsuludur. Onun qohumu Cavabdeh3 ona bildirmişdir ki, bu malların hamısı Emin adlı bir şəxsə məxsusdur və tezliklə aparacaqdır. Yük boşaldılandan bir gün sonra sexin ərazisindən götürülmüş və ona məlum olmayan istiqamətə aparılmışdır. xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixində beş dəfə olmaqla 144 t sement sexin ərazisinə boşalıb və 5 qaimədə yalnız xx.xx.2017-ci il tarixdən olanı o, imzalamışdır, o biri qaimələrin kim tərəfindən imzalandığı ona məlum deyil. İş üzrə Cavabdeh1 Abşeron RPİ-nə yazdığı xx.xx.2018-ci il tarixli izahatında göstərmişdir ki, o, 2016-cı ildən başlayaraq Əlibaba adlı şəxs və digər bir neçə nəfər şəxslə Bakı şəhəri Nizami rayonunda şərik tikinti işlərini aparırdı. Onun qardaşı Elçin “Holcim” zavodu ilə müqaviləsi var idi və həmin şirkətdən sement götürürdü. Onun Əlibaba və digərləri ilə şərik olduğu tikintiyə o, da pul qoymalı idi. Onun nağd pulu olmadığı üçün qardaşı Elçindən xahiş etmişdir ki, ona müəyyən qədər sement versin. 2017-ci ilin may ayında qardaşı Elçin 3600 kisə sement onun üçün göndərmişdi və o da Əlibabaya demişdir ki, sementi qəbul etsin və tikintiyə sərf etsin. Əlibaba da sementləri qəbul edib saxlamağa yer olmadığı üçün Bakı-Sumqayıt yolunun kənarında Abbas adlı şəxsin sexinə yığdırmış və həmin sementləri Əlibaba özü satmışdır. 2018-ci ilin əvvəllərində isə Əlibaba onunla şərik olduğu tikintidən öz payını götürüb onlardan ayrılmışdır. Həmin sementlərin pulunu da “Holcim” şirkətinə verə bilməmişlər. İş üzrə Cavabdeh3 Abşeron RPİ-nə yazdığı xx.xx.2018-ci il tarixli izahatında göstərmişdir ki, o, uzun müddətdir ki, daş sexini işlədir. Cavabdeh1 təxminən 2 ildir ki, tanıyır. Emini İlqar adlı tanışının vasitəsi ilə tanımışdır və həmin ərəfələrdə Emin də daxil olmaqla şərikli tikinti işlərini aparmaq istədilər, lakin tikintiyə qoymağa pul olmadığı üçün o, Eminlə heç bir tikinti işlərini görməmişdir. 2017-ci ilin may ayında Emin ona demişdir ki, sementi yığmağa yeri də yoxdur. O, da tanışı İlqardan xahiş etmişdir ki, Emin sementlərini bir neçə günlük onun Abşeron rayonu VAZ dairəsinin yaxınlığında olan sexinə yığmağa icazə versin. İlqar da etiraz etmədi. O, da İlqarın sexində olan Abbasa demişdir ki, sexə gətirilən sementi qəbul etsin. Aradan bir müddət sonra o, maraqlanıb öyrənmişdir ki, Emin sementləri İlqarın sexinə yığıb və oradan da onları Xırdalan şəhərində bir tikintiyə satmışdır. O, Eminin heç bir sementini satmamışdır. İş üzrə Abşeron RPİ-nin xx.xx.2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının kserosurətindən görünür ki, İddiaçı MMC-nin müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan həmçinin müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin müraciəti əsasında aparılan araşdırma materiallarından göründüyü kimi, Cavabdeh2 qardaşı Cavabdeh1 xahişinə əsasən daim iş münasibətlərində olduğu “Holcim” zavodundan 2017-ci ilin fevral, may və iyun aylarında ümumi dəyəri 18000 manat təşkil edən 144 ton çəkidə 3600 kisə sementləri götürərək Xırdalan şəhərində Bakı-Sumqayıt şossesinin 16-cı km-də yerləşən döşəmə plitəsi sexinə göndərmiş, həmin sementlər Cavabdeh1 tərəfindən tikintilərə satılmış, lakin pulun ödənilməsi təmin edilməmişdir. Cavabdeh1 ilə İddiaçı MMC arasında yaranmış mübahisə mülki xarakterli olduğundan mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən həll edilməlidir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 442 və 500.1-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçı şirkət Cavabdeh2 sifarişi ilə 3600 kisə sementi təhvil verərək öz üzərinə götürdüyü öhdəliyi icra etsə də, həmin sementə görə ödənilməli olan pul məbləği ödənilməmişdir. İddiaçıya sementin alınması ilə bağlı sifariş Cavabdeh2 tərəfindən verildiyindən, Cavabdeh2 isə sementin alınmasını Cavabdeh1 tapşırdığından, 3600 kisə sementin dəyərinin ödənilməsinə görə də öhdəliyi məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh1 daşımalıdır. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan 2 ədəd xx xxx 2017-ci il, 1 ədəd xx.xx.2017-ci il və 1 ədəd xx.xx.2017-ci il tarixli yük-nəqliyyat qaimələrin surətlərindən (həmin sənədlərin kserosurət olmasına baxmayaraq məhkəmələr Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinin tələblərinə zidd olaraq sübut kimi qiymətləndirmişlər) görünür ki, 3600 kisə, 144 ton sementin satıcısı kimi “xxxxxxxxxxxxxxxxx” MMC, alıcı kimi İddiaçı MMC, daşıyıcılar kimi müxtəlif MMC-lərə məxsus avtomaşınlar, yükü qəbul edən şəxs kimi isə Cavabdeh4 göstərilmişdir. Qeyd olunan sənədlərdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əlibala Məmmədovla nə “xxxxxxxxxxxxxxxxx” MMC, nə də ki İddiaçı MMC arasında hər hansı əmlakın, həmçinin sementin alqı-satqısı, sifarişi barədə məlumatlar öz əksini tapmamışdır. Polis şöbəsində araşdırma zamanı Cavabdeh2 ümumiyyətlə izahatı alınmamış, apelyasiya şikayətində və apelyasiya məhkəməsinin iclasında verdiyi izahatında isə Cavabdeh2 göstərmişdir ki, İddiaçı MMC-dən sement almamış, MMC ilə hər hansı müqaviləsi, bağlılığı olmamış, sementi Əlibala Məmmədov almış, xx.xx.2018-ci il tarixli üzləşmə aktına görə isə Əlibala Məmmədovun MMC-dən aldığı mallara görə borcunun olmadığı müəyyən edilmiş, iddiaçı MMC həmin faktı təsdiqləmişdir. PŞ-də izahatı alınan Əlibala Məmmədov sementin Cavabdeh1 tərəfindən gətirildiyini göstəmiş, Cavabdeh1 isə polis şöbəsində verdiyi izahatında sementin qardaşı Cavabdeh2 tərəfindən ona göndərildiyini bildirmişdir. Göründüyü kimi verilmiş iddiaya Cavabdeh2 cavabdeh olmasını təsdiq edən iddianın təmin edilməsinə kifayət edəcək qədər mötəbərlar sübutlar yoxdur. Məhkəmələr yalnız Cavabdeh1 polis şöbəsində verdiyi izahatında qardaşı Elçinin 3600 kisə sementi onun üçün göndərməsini qeyd etməsinə əsaslanmışdır. Cavabdeh1 isə məhkəmə iclasında dindirilməmişdir. Həmçinin digər cavabdehlər və 3-cü şəxs də məhkəmə baxışlarında iştirak etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 144 ton sementin nisyə alqı-satqısının baş verməsi, Cavabdeh2 ümumiyyətlə həmin sementin iddiaçı MMC-dən alınmasında aidiyyətinin olması məsələlələrinin həlli üçün iddiaçı tərəf kifayət qədər sübutlar təqdim edə bilməmişdir. İddiaçı tərəfindən sübut kimi təqdim olunmuş yük-nəqliyyat qaimələrində cavabdehlər Elçin və Cavabdeh1ların sifarişçi, alıcı, daşıyıcı ya da ki yükü qəbul edən şəxslər kimi göstərilməmiş, 3-cü şəxs Cavabdeh4 və Cavabdeh1 izahatları məhkəmə qarşısında, çəkişmə, tərəflərin bərabərliyi və aşkarlıq şəraitində verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsində düzünə sübutlar sadalanmış, 106.1-ci maddəsində isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları yanakı sübutlar kimi qeyd edilmişdir. İşdə iştirak edən şəxslərin izahatlarının yalnız iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığı halda sübut kimi qəbul edilən olması ilə şərtləndirilmişdir. Göstərilən normaya görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı MMC-nin nümayəndəsinin Cavabdeh2 sementin alınmasında sifarişçi olması barədə izahatına, Cavabdeh1 isə polis şöbəsinə verdiyi izahatında sementin qardaşı Cavabdeh2 tərəfindən ona göndərilməsinə dair izahatına əsaslanmış, lakin həmin izahatların iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmadığını, əksinə yük-nəqliyyat qaimələri ilə ziddiyyət təşkil etdiyini diqqətdən qaçırmışdır. Məhkəmələr tərəfindən Abşeron rayon Pİ-nin xx xxxx 2018-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının hazırkı işdə sübut əhəmiyyəti kəsb etməsi, həmin qərarla müəyyən edilmiş halların hazırkı mübahisənin həllində hüquqi qüvvəyə malik olması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə cinayət təqibi üzrə istənilən dövlət orqanının deyil, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarları müəyən edilmiş hallar mülki işə baxılmasına məcburidir. Həmin maddəyə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarından daha sonra görünür ki, İddiaçı MMCnin hüquqşunası Əliyev Könül Nəriman qızı həm Polis İdarəsində aparılan araşdırma zamanı, həm də məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı MMC-nin “Holcim” zavodunun rəsmi dileri olduğunu, Cavabdeh2 144 ton sementin alınması ilə bağlı MMC-yə sifariş verməsini, həmin sifarişə əsasən “xxxxxxxxxxxxxxxxx” ASC-dən sement buraxıldığını göstərmişdir. Lakin iş materiallarına bu halları təsdiq edən hər hansı bir sübut, İddiaçı MMC barədə məlumatlar (Nizamnamasi, “xxxxxxxxxxxxxxxxx” ASC-nin dileri olması, sement satışında diler fəaliyyəti göstərməsi), Cavabdeh2 daimi alıcı olmasını təsdiq edən, bu barədə onunla bağlanmış müqavilə, 144 ton sementin alınmasının sifariş verməsinə dair ərizəsi və ya digər sənədlər əlavə edilməmişdir. Baxmayaraq ki, həmin sənədlər işin nəticəsi üçün, yəni iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmasının, Cavabdeh2 isə iddiya cavab verməli şəxs olmasının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Kollegiya qeyd edir ki, təqdim olunan 5 ədəd yük-nəqliyyat qaimələrinin saxta olması ilə bağlı nə birinci, nə də apelyasiya instansiya məhkəmələrində irad bildirilməmişdir. Əksinə Cavabdeh4 həmin qaimələrdən birini imzaladığını da etiraf etmişdir. Həmçinin polis idarəsində verilən izahatlarda da qaimələrin həqiqiliyini şübhə altına alan heç bir fikir səslənməmişdir. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan başqa apelyasiya baxışı zamanı həm əsli, həm də surətləri təqdim edilməklə iddiaçı ilə “xxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin müqaviləyə əlavə olan, satılan malların qiymətlərini tənzimləyən müxtəlif tarixli qiymət əlavələri təqdim edilmişdir. Cavabdeh2 apelyasiya şikayətində Cavabdeh3 iddiaçı təşkilatdan sement aldığını və bunun müqabilində pul vəsaitini ödədiyi üçün borcunun olmaması barədə sənədlər imzalandığını qeyd etmiş, kassasiya şikayətində isə müqavilənin “xxxxxxxxxxxxxxxxx” ASC-nin dileri İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlandığına, yəni rəsmi münasibətlərin həmin şəxslər arasında olduğuna istinad etmişdir. Hər nə qədər məhkəmə iclasında Cavabdeh1 izahatı alınmamış olsa belə (Cavabdeh2 nümayəndəsi dediyinə görə Cavabdeh1 barəsində həbs qətimkan tədbiri seçilmiş və İstintaq Təcridxanasında saxlanılır) Cavabdeh1 Polis İdarəsində verdiyi izahatında sementin ona lazım olduğu üçün qardaşı Cavabdeh2 sement verməsini xahiş etdiyini bildirmişdir. Yeni apelyasiya baxışı zamanı həmçinin əsli təqdim edilən iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış qarşılıqlı üzləşmə aktına münasibətdə isə kollegiya qeyd edir ki, həmin aktda tərəflər arasında qalıq borcun olmaması qeyd edilsə də həmin münasibətlərin hazırkı iddia tələbində qeyd edilən borc məbləğinə aidiyyəti müəyyən edilmir. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar olunmamaları barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, Emin və Cavabdeh2lar bütün məhkəmə prosesləri barədə rəsmi qeydiyyatda olduqları ünvana bildiriş göndərilməklə xəbərdar edilmiş və bildirişlərin alınmasına dair xəbərnamələr də iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apelyatora münasibətdə - mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin apelyatora münasibətdə - mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-948/2019 saylı qətnaməsi apelyatora münasibətdə - mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-3147/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3147/2020
09.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver