Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3153/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3153/2025 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-543/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kerdit müqaviləsi üzrə 50 AZN əsas borc, 26,36 AZN faiz borcu, 28,87 AZN cərimə borc, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0,15 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 105,38 AZN borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022- ci il tarixli Kredit müqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 23 faizlə 24 ay müddətinə 5000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30 iyul 2024 cii il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 50 AZN əsas borc, 26.36 AZN faiz borc, 28.87 AZN cərimə borc, xx.xx.2024-cü il tarixdən xx.xx.2024 cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0.15 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 105.38 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bıı səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqavilələrinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir.
3. Cavabdeh məhkəmənin hazırlıq iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, "xxxx" ASC tərəfindən ona zəng gəlmişdir ki, kart almaqla əlaqədar kampaniya var. Kartı götürməyə gedəndə kartda 5000 manat əvəzinə 4950 manat olduğunu görmüşdür. Səbəbini soruşduqda 1% komissiya haqqı tutulduğunu bildirdilər. Bununla razılaşmayaraq kartı götürmədi. Kartı heç əlinə də götürməmişdir. Bir neçə müddət keçdikdən sonra zəng gəldi ki, "xxxx" ASC-yə borcunuz vardır. Müəyyənləşdirdilər ki, həmin 50 manat borc kimi adına yazılmışdır və buna əsasən, cərimə də hesablanmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-543/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia rədd edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 390.1, 404.1 və 404.2-ci maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.2, 36.4 və 36.6-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X4 İddiaçı ASC-dən illik 23%-lə 24 ay müddətinə 5000 AZN kredit götürmüşdür. Lakin o qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada və müddətdə icra etməmişdir. Həmçinin kreditin verilməsini təsdiq edən sənəd olan Kartın Təhvil-Təslim Aktı iş materialların əlavə olunaraq məhkəməyə təqdim edilmişdir. Lakin həmin sənəd məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə işin bütün faktiki hallarını aydınlaşdırılmadığı qətnamə qəbul edilmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsində cavabdeh X5 tərəfindən verilmiş izahatda qeyd olunmuşdur ki, o kartı götürməyə getdiyi zaman kartda 5000 manat əvəzinə 4950 manat olduğunu görmüşdür. Səbəbini soruşduqda isə 1%komissiya haqqı tutulduğu qeyd edilmiş və cavabdeh tərəfindən kartı götürmədiyini, hətta əlinə almadığını qeyd etmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, Cavabdeh tərəfindən imzalanan xx.xx.2022-ci il tarixli 3-Y-1-0-275-22 saylı kredit müqaviləsinin 4-cü bəndində komisyon haqqın 1% olması qeyd olunmuşdur. Yəni cavabdeh komisyon haqqın tutulması barədə məlumatlı olmuşdur. Həmçinin qeyd olunmuşdur ki, o kartı heç əlinə də almamışdır. Lakin qeyd olunan kreditin verilməsini təsdiq edən sənəd olan KartınTəhvil-Təslim aktı iddiaçı tərəfindən məhkəmə müraciət olunan zaman digər sənədlərlə birlikdə təqdim edilmişdir. Bu da onu göstərir ki, qeyd olunan fikirlər əsassızdır. Lakin məhkəmə tərəfindən müvafiq sənəd nəzərə alınmışdır. Nəticədə isə məhkəmə tərəfindən qətnamə qəbul olunan zaman işin faktiki halları nəzərə alınmamış və qəbul edilmiş qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
13. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər.
14. Maddə 405.1. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
15. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
16. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 17.Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə
18. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır
“Banklar haqqında” Azərbaycan Respublikası Qanunu:
19. Maddə 36.1. Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə həmin Məcəlləyə və Qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir.
20. Maddə 36.2. Müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Hesabların açılması, aparılması və bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və həmin Məcəlləyə müvafiq olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlara, habelə bu Qanuna və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
21. Maddə 36.4. Banklar göstərdiyi bank xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir.
22. Maddə 36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
32. Belə ki, işdə olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh İddiaçı ASC-yə 50 AZN əsas borc, 26,36 AZN faiz borcu, 28,87 AZN cərimə borc, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0,15 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 105,38 AZN borcu vardır.
33. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022- ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh “Yelo Bank" ASC tərəfindən illik 23 faizlə 24 ay müddətinə 5000 AZN kredit verilməsi nəzərdə tuutlmuşdur.
34. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh yaranmış borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə borcun tutulması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
35. Ödənilmiş xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətinə əsasən İddiaçı ASC iddianın verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir.
36. Beləliklə, müəyyən olunur ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində kredit müqaviləsi bağlanmış və tərəflər bank tərəfindən sonuncuya illik 23 faizlə 24 ay müddətinə 5000 AZN kredit verilməsi, eləcə də digər qarşılıqlı hüquq və vəzifələri barədə razılığa gəlmişlər. Hazırda bank işə əlavə etdiyi təhviltəslim aktına əsasən cavabdehin həmin kredit məbləğini (onun daxil olduğu kartı) götürdüyünü, lakin borc öhdəliyinin icasından yayındığını bildirir və cavabdehdən 50 manat əsas borcun, ona hesablanmış digər məbləğlərin tutulmasını tələb edir.
37. İlk növbədə kollegiya bildirir ki, bankın əsas borc qismində tələb etdiyi 50 manat pulun cavabdehdən tutulmuş komissiya haqqının olması, digər pul məbləğlərinin də həmin komissiya haqqının gecikdirilməsi ilə bağlı olması işin mübahisəsiz halıdır.
38. Kollegiya hesab edir ki, aşağıdakı səbəblərə görə iddia əsassızdır və təmin edilməməlidir.
39. Belə ki, işin faktiki hallarından məlum olur ki, tərəflərin kredit müqaviləsini bağladığı gün bank tərəfindən dərhal 50 manat komissiya haqqı tutulmuş, məhz bu səbəbdən cavabdeh narazı qalaraq krediti qəbul etməkdən imtina etmişdir. Bununla da kredit müqaviləsinin ləğv edilməsinə dair birtərəfli iradə ifadəsini bəyan etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında kartı elə həmin gün fiziki olaraq banka qaytardığını, kreditdən istifadə etmədiyini, istifadə etmədiyi kreditə görə isə komissiya haqqının tutulmasının əsassız olduğunu bildirmişdir. İş materiallarından olan xx.xx.2022xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışla cavabdehin qeyd etdiyi halın həqiqətəuyğun olduğu müəyyən olunmuşdur. Belə ki, hesabdan çıxarışda yalnız hazırda cavabdehdən tələb olunan 50 manat əməliyyat üzrə komissiya haqqı öz əksini tapır. Cavabdehin kartdan istifadə etməklə kreditdən faydalanmağı isə müəyyən edilmir.
40. Belə olan halda kredit məbləğinin 1 faizi miqdarında (50 manat) komissiya haqqının tutulmasının əsaslı olub-olmaması hazırda tərəflər arasında mübahisə predmeti olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərin “ödəniş kartı” adlı 7-ci paraqrafının 3-cü bəndinə əsasən kartdan istifadə edilməklə əməliyyatların aparılması üçün Tariflər əsasında Müştəridən müvafiq komissiya tutulur.
41. Yuxarıda qeyd edildiyi kimi cavabdehin kartdan istifadə etməklə hər hansı əməliyyat apardığı müəyyən edilmir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 50 manat pulun tutulması hissəsində iddia tələbinin əsassız olması barədə düzgün qənaətə gəlmişdir.
43. Kollegiya iddia tələbinin faiz və cərimə borcu hissəsinə münasibətdə isə qeyd edir ki, komissiya haqqının ödənilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
45. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-543/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev