Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-316/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzilə su axıdılması nəticəsində dəymiş ziyan, sübutetmə, sübutların çatışmazlığı, ekspert rəyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. ünvan 1 ünvanında yerləşən 96 saylı mənzil (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 15, M13, mənzil 8) xx.xx.2019-cu il tarixli müqavilə əsasında "xxxx" MTK tərəfindən İddiaçı satılmış, mənzil xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
2. "xxxx" MTK-nın ünvan 3 ünvanda inşa etdiyi 6C saylı binanın 14-cü mərtəbəsindəki 104 saylı mənzil xx.xx.2018-ci il tarixdə Cavabdeh satılmışdır və o, həmin mənzildə yaşayır. Cavabdeh mənzili, ünvan 1 ünvanında yerləşən 96 saylı mənzilin (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 15, M13, mənzil 8) üst mərtəbəsindədir.
3. ünvan 3 ünvanda yerləşən 6C saylı binanın komendantı, İddiaçı və Bədəl Məmmədov adlı şəxs tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, Cavabdeh mənzilindən su sızması nəticəsində 96 saylı mənzili su basmış, mənzil tamamilə yararsız hala düşmüşdür.
4. İddiaçı ünvan 1 ünvanında yerləşən 96 saylı mənzili (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 15, M13, mənzil 8) xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında X2 və mənzil hazırda sonuncunun mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş 8000 (səkkiz min) manat əmlak zərərinin əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" MTK-nın ünvan 3 ünvanında inşa etdiyi 6 saylı binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 88,0 kv.metr təşkil edən 96 saylı mənzili dəyərini tam ödəməklə almış, bununla əlaqədar onunla MTK arasında xx.xx.2019-cu il tarixdə 34 saylı müqavilə bağlanılmış, mənzilin dəyərini ödəməsi barədə ona həmin tarixli arayış verilmişdir. Təmir işlərinə başlayıb üç ay müddətində mənzilini təmir etdikdən sonra oraya köçmüşdür və həmin vaxtdan yeni mənzilində yaşayır. Mənzilinin təmirinə ümumilikdə 22 000 manat xərc çəkilmşdir. Mənzili təmir etdirdikdən sonra həmin evin yuxarı mərtəbəsində yaşayan qonşusu Cavabdeh çətinliklə qazandığı pulla təmir etdirdiyi mənzilini suya basmış, nəticədə ona əmlak zərəri vurmuşdur. Suyun mütəmadi axması nəticəsində həmin vaxt uzun müddət axmaqda davam edən suyu mənzilindən yığışdırmaq çətin olmuş, hətta blokun pilləkan hissəsi də islaq vəziyətdə olmuşdur. MTK işçiləri də daha cox suya məruz qalmasın deyə digər qonşularla birlikdə ona köməyə gəlmişlər. Bununla əlaqədar həm cavabdehə, həm də "Orbita” MTK-ya müraciət etmiş, MTK tərəfindən cavabdehin mənzilinə verilən su məcburən dayandırılmışdır. Cavabdehin mənzilinə verilən suyu açdıqda isə yenə də mənzilinə su axma davam edir. Dəfələrlə cavabdehə müraciət etsə də, o, mənzilindəki su xətlərini lazimi qaydada təmir etmir və bundan boyun qaçırır. Hətta MTK işçilərini mənzilinə buraxmır ki, suyun axmasının dayandırılmasına tədbir görülsün. Cavabdeh ona əmlak zərəri vurması ilə əlaqədar zərərin əvəzini ödəməli olduğunu bildirsə də, sonuncu onun sözlərinə və iradına məhəl qoymamış, hara istəyirsə şikayət edə biləcəyini demişdir. Cavabdeh ona vurduğu əmlak zərəri nəticəsində mənzilinin holl hisəsinin tavanı, divarları, aboyu, döşəmənin paraketi, mənzildə həmin hissədə olan məişət əşyaları yararsız vəziyyətə düşmüş, elektirik xəttlərinə, mənzilin mətbəxinin döşəməsinin paraketinə və qonaq otağının qapısına ziyan dəymişdir. Cavabdeh hərəkətləri nəticəsində ona dəymiş əmlak zərərini 8000 (səkkiz min) manat dəyərində qiymətləndirir.
7. Cavabdeh iddiaya etiraz etmiş, ona məxsus mənzildən iddiaçının yaşadığı mənzilə su axıdılmadığını, iddiaçıya hər hansı formada zərər vurmadığını bildirmişdir.
8. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçı məhkəməyə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyini təqdim etmişdir. Həmin rəyə görə, ünvan 4 ünvanının daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 9078,8 manat təşkil edir.
9. İddiaçının nümayəndəsi həmçinin bildirmişdir ki, ekspert mənzilə getdiyi dövrdə artıq iddiaçı mənzili başqa şəxsə satmış olduğu üçün orada olmamış, ekspertiza tədqiqatı bu səbəblə baş tutmamışdır.
10. Birinci instansiya məhkəməsi tikinti-texniki ekspertiza təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli məlumatı əsasında iş rəy verilmədən məhkəməyə geri qaytarılmışdır. Məlumatda göstərilmişdir ki, tədqiqat obyekti yerləşən ünvana gedilmiş, lakin İddiaçı ünvanda olmaması və tədqiqat olunacaq ünvanın qapısının bağlı olması səbəbindən baxış baş tutmamışdır.
11. Birinci instansiya məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən ünvan 3 ünvanda yerləşən 6 saylı binanın 13-cü mərtəbəsindəki ümumi sahəsi 88,0 kv.metr təşkil edən 96 saylı mənzilə Cavabdeh təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəyməsinə dair məhkəməyə sübutlar təqdim edilməmişdir. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üçün tədqiqat obyektinə İddiaçı ünvanda olmaması və tədqiqat olunacaq ünvanın qapısının bağlı olması səbəbindən baxış baş tutmamışdır. Eyni zamanda İddiaçı tərəfindən həmin mənzil təmir olunmuş və X1. Beləliklə, iddiaçı tərəfindən mübahisəli mənzilə Cavabdeh təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəyilməsi təsdiq olunmadığından, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi baş tutmadığından və iddiaçı tərəfindən iddia tələbinin təmin olunması ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim olunmadığından iddia təmin edilməməlidir.
13. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21ci, 1096.1-ci, 1097.1-ci, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 88-ci maddələrinə istinad etmişdir.
14. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, işin hallarına uyğun gəlməyən qərar çıxardığını, mütəxəssis rəyini nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar, alınan rəylər
16. İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı izahatında göstərmişdir ki, təmsil etdiyi şəxsin mənzili satdığı X6 mənzilə baxış keçirilməsinə etiraz etmir və əgər ekspertiza təyin olunarsa, müvafiq tədqiqatın aparılması təşkil ediləcəkdir.
17. Cavabdeh məhkəmə iclasında iştirak edən vəkili Vəkil3 şikayətin əsassız olduğunu, həmçinin ekspertiza keçirilməsinə etiraz etdiyini bildirmişdir.
18. Məhkəmə kollegiyasının 25 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - ünvan 1 ünvanında yerləşən 96 saylı mənzildə (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 15, M13, mənzil 8) su sızmadan (su axıntısından) yaranmış qüsurlar, yaxud belə qüsurlara aid izlər vardırmı? Əgər vardırsa, su sızmanın mənbəyi müəyyənləşdirilsin.
- ünvan 1 ünvanında yerləşən 96 saylı mənzilə (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 15, M13, mənzil 8) həmin evin 14-cü mərtəbəsindəki 104 saylı mənzilindən su axıdılması halı baş vermişdirmi?
- ünvan 1 ünvanında yerləşən 96 saylı mənzilə (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 15, M13, mənzil 8) su sızması həmin evin 14-cü mərtəbəsindəki 104 saylı mənzildən qaynaqlanmamışdırsa, o zaman su axıntısının səbəbi nə olmuşdur?
- ünvan 1 ünvanında yerləşən 96 saylı mənzilə (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 15, M13, mənzil 8) su sızması nəticəsində ziyan dəydiyinin müəyyən ediləcəyi təqdirdə, həmin ziyanın aradan qaldırılması üçün mənzildə aparılmış təmir işlərinə hansı məbləğdə xərc çəkildiyini müəyyənləşdirmək mümkündürmü? Əgər mümkündürsə həmin məbləğ təxminən nə qədər olmuşdur?.
19. Həmin təyinat əsasında verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir: 1-ci sual üzrə - ünvan 1 ünvanında yerləşən 96 saylı mənzildə (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 15, M13, mənzil 8) faktiki olaraq mərtəbəarası su sızmanın əlamətlərinin (divarlarda və tavanda su izləri, saralmalar, divar kağızının qopması və ya aralanması, boya qatının qabarması və ya çatlaması, döşəmə hissəsində çatlar və s.) müşahidə edilməmişdir; 2-ci sual üzrə - Mənzilin yerləşdiyi binanın komendantının və iddiaçının tərtib etdikləri xx.xx.2020-ci il tarixli akta əsasən həmin mənzilə mənzilin üst qonşusundan su sızdığı müəyyən müəyyən olunur; 3-cü sual üzrə - Tədqiq olunan mənzilin təmirli olması və faktiki olaraq həmin mənzildə su sızması halı müşahidə edilmədiyindən bu sualın cavablandırılması mümkün olmamışdır; 4-cü sual üzrə - Mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmış təmir tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 6495,70 manat məbləğində müəyyən olunur.
20. Həmin rəy məhkəmə iclasında tədqiq olunarkən ekspertin ünvan 1 ünvanında yerləşən binanın 14-cü mərtəbəsindəki 104 saylı mənzilə ümumiyyətlə baxış keçirməyərək suyun həmin mənzildən axıb-axmadığını (əgər axmışdırsa) araşdırmadığı, beləliklə də qərardadın ikinci və üçüncü suallarını faktiki olaraq cavablandırmadığı müəyyən olunmuş, buna görə də xx.xx.2023-cü il tarixli qərardadla əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir.
21. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, cavabdehə məxsus mənzilin su və kanalizasiya borularında, həmçinin sanitar qovşaq avadanlıqlarında faktiki olaraq qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində boşluqlar və s.) aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
31. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
33. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
34. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
` Məhkəmə kollegiyasının mövqeyi
39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.
40. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
41. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
42. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, mənzilinin üst mərtəbəsində yerləşən cavabdehə məxsus mənzildən onun mənzilinə su axıdılması nəticəsində maddi zərərə məruz qalmışdır.
43. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
44. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 23-25) mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
45. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddia tələbini əsaslandırdığı halı sübutetmə yükü, yəni məhz konkret şəxsin hüquqa zidd təqsirli hərəkətləri nəticəsində zərər çəkdiyini sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.
46. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 27, 28).
47. İddia tələbini sübuta yetirmək üçün iddiaçı məhkəməyə, mənzilinin divarlarında, divar kağızlarında, qapılarında, tavanında və döşəməsində məhz suyun təsirindən yarandığı aşkar görünən ciddi qüsurların görüntülərini əks etdirən fotoşəkilləri, mənzilə vizual baxış keçirməklə həmin qüsurların aradan qaldırılması üçün çəkilməli xərci hesablayan mütəxəssisin rəyini, mənzilinə məhz cavabdehin mənzilindən su axıdıldığı barədə binanın komendantının təsdiqlədiyi aktı təqdim etmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilinin üst mərtəbəsində (üstündə) məhz cavabdehin mənzilinin yerləşdiyi nəzərə alındığında, həmin sübutlar iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halın mövcud olduğu nəticəsinə gəlməyə əsas verir.
49. Qeyd olunmalıdır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı).
50. Kollegiyanın qənaətinə görə, 2020-ci ilin mart ayında qaldırdığı iddia üzrə məhkəmə icraatının, həmin dövrdə ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar uzanması səbəbindən yaşanılmayacaq vəziyyətə düşmüş mənzilini təmir etdirməsinin və daha sonra satmasının, buna görə də daha çox sübut təqdim edə bilməməsinin məsuliyyətini iddiaçının üzərinə qoymaq, bərabər mənafelərə bərabər münasibət prinsipinə zidd olardı.
51. Nəzərə almaq lazımdır ki, məhkəmə icraatı sözügedən səbəblə uzandığı və həmin dövrdə iddiaçı öz mənzilini satdığı üçün, məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatının həyata keçirilməsi də mümkün olmamışdır.
52. Bununla belə kollegiya, iddiaçının iddia tələbini qismən əsaslı sayır və hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində fotoşəkillər və mütəxəssis rəyi əsas götürülməklə hesablanmış zərər məbləği cavabdehdən onun xeyrinə tutulmalıdır.
53. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək qeyd edir ki, iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti verərkən ödəmiş olduğu dövlət rüsumlarının əvəzi qismində 45 (qırx beş) manat cavabdehdən alınıb ona ödənilməli, keçirilmiş ekspertiza xərcləri isə tərəflərdən mütənasib qaydada tutularaq müvafiq hesaba köçürülməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1320/2022 saylı iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 6495,70 (altı min dörd yüz doxsan beş manat 70 qəpik), dövlət rüsumlarının əvəzi qismində 45 (qırx beş) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın 80 (səksən) manatı Cavabdeh, 20 (iyirmi) manatı İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Hesab № ******* X5, Kod 210005, VÖEN **********, Müxbir hesab-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə