Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3160/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4031/2021 saylı 28 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində anadan olmuşdur. Cavabdehlərin hazırda yaşadığı evdə doğulub boya-başa çatmışdır. Cavabdehlərdən biri atası Cavabdeh1 Əlizahir oğlu, digər cavabdeh Əliyev Əlizahir Zahiri oğlu qardaşıdır. Onun cavabdehlərin yaşadığı ünvanda yasamaq hüququ var. Hazırda himayəsində bir az yaşlı körpə qızı var. Özü də kirayədə yaşayır . İllərdir evindən didərgin düşmüşdür. Cavabdehlər onu evdə yaşamağa imkan vermir. Körpə uşaği ilə evsiz qalmışdır. Övladının həm təhsilinə həmdə tərbiyəsinə evsizlik istəristəməz ziyan gətirir. O, dəfələrlə evinə getmişdir hər dəfədə cavabdehlər tərəfindən evdən qovulmudur. Cavabdehlərin hazırkı yaşadığı ünvan 1990-ci illərdə tikilib. Nənəsi Əliyeva Turaxanım Əbdulrəhim qızı tərəfindən tikilib. Hazırda həmin ev 3 otaqlı evin 4 otağa artırmadan ibarətdir. Nənəsi dünyasını dəyişdikdən sonra onu evdən çıxardılar. O, çıxılmaz vəziyyətdə kirayə evə yerləşmişdir. 03.12.2016-ci ildə qızı Musayeva Humay Həmzəli qızı anadan olmuşdur. Hazırda onun himayəsindədir. O, tək qadın olaraq onu böyüdür. Fərdi əməklə məşğuldur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4031/2021 saylı 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 1 ünvanda yerləşən Cavabdeh2 yaşadığı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnaməmənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Qəmbərəli oğlundan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsiilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. Cavabdeh2 Qəmbərəli oğlunun 27.03.1976-cı il tarixində vəfat etməsi ilə əlaqədar vərəsələrin 06.12.2021-ci il tarixli ərizəsi əsasında mərhumun qanun üzrə vərəsəsi oğlu Cavabdeh1 olması bildirilməklə, ünvan 2 ünvanda yerləşən evə və torpaq sahəsinə dair çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanına dair 14 yanvar 2022-ci il tarixli çıxarış verilmiş və hazırda mülkiyyətimdədir. Beləliklə məhkəmə tərəfindən potensial mülkiyyət hüquqları nəzərə alınmamış, yarana biləcək mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ünvan 3 ünvanına dair çıxarış 14 yanvar 2022-ci il tarixldə verilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4031/2021 saylı 28 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 7 saylı xüsusi notriat ofisi tərəfindən verilmiş məktubun surətindən görünür ki, Əliyev Əlizaab Qəmbərəli oğlundan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsiilə bağlı Balı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. Əliyev Əlizaab Qəmbərəli oğlunun 27.03.1976-cı il tarixində vəfat etməsi ilə əlaqədar vərəsələrin 06.12.2021-ci il tarixli ərizəsi əsasında mərhumun qanun üzrə vərəsəsi oğlu Cavabdeh1 olması bildirilməklə, ünvan 2 ünvanda yerləşən evə və torpaq sahəsinə dair çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında olan münasibəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşin halları ilə müəyyən edilir ki, həmin evdə iddiaçı nənəsi ilə birlikdə daimi olaraq yaşamış, yalnız 2010-cu ildən etibarən ailə qurduğundan evdə yaşamamışdır. İddiaçının həmin evə mövcud olan istifadə hüququna xitam verilməmişdir. Hazırda isə iddiaçının başqa yaşayış sahəsi olmadığından, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının istifadə hüququnin olduğu ünvan 2-ya köçürülməsi barədə tələbli qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ünvan 3 ünvanına dair çıxarış 14 yanvar 2022-ci il tarixdə verildiyini qeyd etsə də, buna dair sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin sübut mövcud olmuş olsa belə, qətnamə qəbul edildikdə sonra təqdim edilmiş sübut birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini məhz birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar əsasında yoxlayır. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4031/2021 saylı 28 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4031/2021 saylı 28 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3160/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3160/2022
25.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver