Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3160/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh, onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2023-cü tarixli, 2(003)-264/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. BDYPİ tərəfindən məhkəməyə ünvanlanmış 01628340-1221 nömrəli, 15 mart 2021-ci il tarixli məktuba əlavə edilmiş komputer çıxarışından görünür ki, “Kia Sportage minik” markalı avtomobil 29 iyul 2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, avtomobilə **-LT-*** dövlət qeydiyyat nişanı və AB seriyalı 629575 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin avtomobilə dair X3 29 iyul 2011-ci il tarixdən 29 iyul 2061-ci il tarixədək, Cavabdeh 29 iyul 2011-ci il tarixdən 21 may 2019-cu il tarixədək etibarnamə verilmişdir. Həmin avtomobil 28 sentyabr 2012-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxmış, 22 sentyabr 2012-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi”nə əsasən X5 adına qeydiyyata alınmışdır. Daha sonra həmin avtomobilə dair Cavabdeh 22 sentyabr 2012-ci il tarixdən 21 may 2019-cu il tarixədək etibarnamə verilmişdir. Həmin avtomobilə dair Cavabdeh etibarnaməsinə 28 sentyabr 2012-ci ildə xitam verilmişdir. Sonuncuya verilən etibarnamənin müddəti 23 may 2019-cu ildən 14 may 2029-cu ilədək uzadılmışdır.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-770/2021 nömrəli 21 aprel 2021ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X6 və Cavabdeh qarşı nəqliyyat vasitəsinin alq-satqı müqaviləsinin etibarsız sayılması və nəqliyyat vasitəsinin alınıb ona təhvil verilməsi tələbi barədə iddiası təmin edilərək, Cavabdeh ilə X9 arasında “Kia Sportage” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 22 sentyabr 2012-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, buraxılış ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X5 adına Azərbaycan Respublikası BDYPİ-də 22 sentyabr 2012-ci il tarixdə aparılmış qeydiyyat və X6 buraxiliş ili 2011-ci il olan, ağ rəngli Kia Sportage minik markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair 22 sentyabr 2012-ci il tarixdə verilmiş AB seriyalı, 816906 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması və buraxılış ili 2011-ci il olan, ağ rəngli “Kia Sportage minik” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh və X4 alınaraq İddiaçı qaytarılması qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7554/2021 nömrəli 29 sentyabr 2021ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsin 2(003)-770/2021 nömrəli 21 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsının 2(102)-1035/2022 nömrəli 17 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7554/2021 nömrəli 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 manat avtomobilin dəyərinin, 9 il ərzində vəsaitin qanunsuz olaraq saxlanması üçün 11250 manat əlavə haqqın (penyanın), məhkəməyə ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində “Kia Sportage minik” markalı **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil 29 iyul 2011-ci il tarixdə əldə edilmiş və müvafiq olaraq AB seriyalı 629575 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan sonra tərəfindən Cavabdeh müvafiq etibarnamə verilmişdir. Cavabdeh 22 sentyabr 2012-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında qeyd edilən nəqliyyat vasitəsini X6 25000 manata satmışdır. Bu zaman alqı-satqı müqaviləsi etibarnamə əsasında həyata keçirilməsinə baxmayaraq Cavabdeh avtomobilin satışından əldə edilmiş vəsaiti ona ödəməmişdir. Faktiki olaraq Cavabdeh oğlu ona məxsus avtomobili onun adından satmış, ancaq əldə edilmiş vəsaiti ona ödəməyərək həmin vəsaiti mənimsəmişdir. Qeyd edilən alqı-satqı müqaviləsi tərəfindən Xəzər Rayon Məhkəməsində mübahisələndirilsə də, ilkin olaraq iddia ərizəsi təmin edilmiş, lakin yuxarı instansiya məhkəmələri tərəfindən 3 illik iddia müddəti tətbiq edilməklə iddia tələbləri rədd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, alqı-satqı müqaviləsinin mübahisələndirilməsi ilə bağlı olan məhkəmə çəkişmələri zamanı da qeyd edilən fakt öz təsdiqini tapmışdır. Alqı-satqı müqaviləsi 2012-ci ilin sentyabr ayının 22-də olsa da bu günə qədər cavadbeh tərəfindən heç bir pul vəsaiti iddiaçıya qaytarılmamışdır.
6. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2023-cü tarixli, 2(003)- 264/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
8. Qətnamənin əsaslarına görə, mövcud tələb üzrə iddia müddətləri ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Bundan başqa iddia tələbinin 11250 manat məbləğdə əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əssasız olduğundan təmin edilə bilməz. Çünkü sözügedən maddi zərərin tutulması tələbinin təmin olunmaması, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 373.2 , 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, məhkəmə iddianı yalnız iddia müddətinin keçməsi əsası ilə rədd etmişdir. Bu zaman məhkəmə fikrini belə izah etmişdir ki, iddia iddia müddətinin keçməsi əsası ilə də rədd edilməlidir. Ancaq digər əsasların nədə ifadə edilməsi qətnamədə əks edilməmişdir. İşə baxan hakim tərəflər arasında olan digər mübahisə üzrə məhkəmənin qəbul etmiş olduğu qətnamədən çıxarışları öz qətnaməsində əks etdirməklə kifayətlənmişdir. Məhkəmənin hansı səbəbdən cavabdeh tərəfindən qanunsuz olaraq vəsaiti mənimsəməsinə hüquqi qiymət verilməməsi qeyri-müəyyən qalmışdır. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddətləri şamil edilmir. Digər məhkəmə aktları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ildə məhkəməyə müraciət etmiş və alqısatqının etibarsızlığını tələb etmişdir. Bu zaman məhkəmələr alqı-satqının qüvvədə olması əsası ilə iddianı rədd etmişlər. Bundan sonra iddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, alqı-satqı 2012-ci ildə olmuş, iddiaçı isə öz hüquqlarının müdafiəsinə 2020-ci ildən başlamış və məhkəməyə müraciət etmişdir. Qeyd edilən hüquq normasına əsasən isə hazırkı mübahisə ilə bağlı ümumilikdə iddia müddəti tətbiq edilməli deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları,
13. Cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdilər.
14. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirərək iştirak etdiyi məhkəmə iclasında izahatında göstərmişdir ki, yuxarı instansiya məhkəmələri ilkin etibarsızlıqla bağlı iddia tələbini təmin etmədiyindən alqı-satqı müqaviləsinin qüvvədə olmasını təsdiqləmişdir. Alqı – satqı prosesində alıcı qismində təmsil etdiyi şəxsin adından etibarnamə əsasında cavabdeh iştirak etmişdir. Cavabdeh hesab etmişdir ki, maşın ona məxsusdur, buna görə də təmsil etdiyi şəxsə hansısa vəsaiti verməyi lüzumsuz hesab etmişdir, dolayısı ilə bu iddianın etiraf olunması deməkdir. Məhkəmə iddia müddətini tətbiq etməkdə haqqlı olmamışdır. Belə ki, 2012-ci ildə alqı-satqı müqaviləsi bağlanıb, 2020-ci ildə isə mübahisə baş verib. Qeyd edilən avtomobil özgəninkiləşdirilsə də, hal-hazırda cavabdehin istifadəsindədir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz; Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir; Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir; Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.”
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
21. İşin halları ilə təsdiq olunur ki, iddiaçının mülkiyyətində olmuş “Kia Sportage minik” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh etibarnamə verilmiş, cavabdeh nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında qeyd edilən nəqliyyat vasitəsini X6 25000 manata satmışdır. İddiaçı tərəfindən alqı-satqı müqaviləsi mübahisələndirilmiş, lakin, iddia müddəti tətbiq edilməklə iddiası rədd edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
22. Göstərilən xüsusatlarla təsdiq olunur ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur.
23. İddiaçı şikayətinin dəlillərində göstərmişdir ki, məhkəmə iddianı yalnız iddia müddətinin keçməsi əsası ilə rədd etməklə kifayətlənməməli, tələbə hüquqi qiymət verməli idi.
24. Avtomobilin iddiaçı tərəfindən cavabdehə verdiyi etibarnamə əsasında satılması, ona avtomobilin satışından əldə olunan pul vəsaitinin ödənilməməsi işin faktiki halları ilə təsdiqini tapır.
25. Qanunvericiliyinin sadalanan normaları və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi baxımından qeyd olunmalıdır ki, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd edərkən yalnız iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmaqla kifayətlənməlidir. Çünki, iddia müddəti institunun məqsədi məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaq zərurətindən azad etməkdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarı). Bu konteksdə tələbin əsaslı olub-olmaması məsələsini isə yalnız işdəki sübutların məcmusu ilə mahiyyəti üzrə baxılan zaman qiymətləndirilmək mümkündür.
26. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçı 2020-ci ildə məhkəməyə müraciət etmiş və alqı-satqının etibarsızlığını tələb etmiş, bu zaman məhkəmələr alqısatqının qüvvədə olması əsası ilə iddianı rədd etmişlər. Bundan sonra iddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, alqı-satqı 2012-ci ildə olmuş, iddiaçı isə öz hüquqlarının müdafiəsinə 2020-ci ildən başlamış və məhkəməyə müraciət etmişdir.
27. Kollegiya bu dəlil ilə də razılaşmayaraq qeyd edir ki, işin hallarından və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən müəyyən olunur ki, iddiaçı alqı-satqı müqaviləsindən elə həmin müqavilənin bağlandığı vaxt məlumatlı olmuşdur, lakin tərəflər arasında mübahisənin yaranması 2020-ci ilə təsadüf edir və iddiaçı məhz bundan sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda iddia müddətinin axımının başlanğıcı da həmin vaxt olmuşdur. İddiaçı əgər müqavilədən daha sonra xəbərdar olduğunu iddia edirsə, belə olan halda bu halı sübut etmək öhdəliyi də onun üzərinə düşür ki, hazırkı işdə iddiaçı bu barədə ümumiyyətlə sübut təqdim edə bilməmişdir.
28. İddia müddətinin keçməsi, iddiaçının əqd barədə məlumatlı olub – olmaması ilə bağlı hallar qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7554/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə də müəyyən olunmuşdur. Həmin qətnaməyə əsasən iddianın təmin olunması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsin 2(003)-770/2021 nömrəli 21 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi əsaslarından biri də ondan ibarət olmuşdur ki, “... İddiaçının başqa bir dəlili mübaisəli avtomobilin alqı – satqısına dair 2012-ci ildə bağlanmış müqavilədən 2020-ci ildə xəbər tutması barədədir. Məhkəmə məhz iddiaçının bununla bağlı izahatını mötəbər sübut kimi qəbul edərək tələb üzrə iddia müddətinin keçmədiyi qənaətinə gəlmişdir. ... əqdin bağlandığı tarix iddiaçının hüququnun pozulduğunu bilməli olduğu gündür. Məhz buna görə də onun üçün iddia müddətinin axımı həmin vaxtdan başlanmışdır. Lakin o, öz hüququndan istifadə etməyərək 28 avqust 2012-ci ildə bağlanmış müqavilələrin etibarsızlığı barədə 09 dekabr 2020-ci ildə, yəni, 8 ildən sonra sonra iddia qaldırmışdır. .... Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, Cavabdeh və iddiaçının bacısı qızı Samirə Heydərova 2010-cu ildən faktiki nikah münasibətində olmuş, 2020-ci ildə münasibətləri pozulmuşdur. Məhz onların münasibətləri pozulduqdan sonra İddiaçı hazırkı iddianı qaldırmışdır.”
29. Göründüyü kimi iddia müddəti ilə bağlı məsələyə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. İddiaçı 28 avqust 2012-ci ildə bağlanmış müqaviləyə əsasən pul tələbi ilə bağlı iddianı nəinki müqavilələr üçün nəzərdə tutulmuş 3 illik, ümumi iddia müddəti olan 10 il müddət keçdikdən sonra – 06 oktyabr 2022-ci il tarixdə qaldırmışdır.
30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(003)-264/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(003)-264/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev