Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3160/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faizin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi və əmlakın boşaldılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(002)-36/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faizin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi və əmlakın boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00759 saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh iddiaçı "xxxx" BOKT MMCnin xeyrinə xx.xx.2020-ci il tarixli 2020/00759 saylı kredit müqaviləsi üzrə xx.xx.2023- cü il tarixə ümumilikdə 33.094,54 manat məbləğində (14.510,50 manat əsas borc, 7.499,04 manat faiz və 11.085 manat dəbbə) pul vəsaiti və ödənilmiş 190 manat dövlət rüsumunun tutulması; tələbin Cavabdeh məxsus olan ipoteka predmeti Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 1 ünvanda 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 61,52 m2 ümumi, 35,72 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; onun satışından əldə olunmuş pul vəsaitinin hesabına ümumilikdə 33.094,54 manat məbləğində (14.510,50 manat əsas borc, 7.499,04 manat faiz və 11.085 manat dəbbə) pul vəsaiti və ödənilmiş 190 manat dövlət rüsumunun iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin və ailə üzvlərinin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmaları və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(002)-36/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
Tətbiq edilən hüquq normaları:
4. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
6. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
7. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
8. Həmin Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
9. Həmin Məcəllənin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(002)-36/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
11. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(002)-36/2024 saylı qətnaməsi Cavabdeh məxsus elektron kabinetə 14 yanvar 2025-ci il tarixdə yerləşdirilmişdir.
12. Qətnamədən Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayəti isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə 11 aprel 2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.
13. Göründüyü kimi Cavabdeh apellyasiya şikayəti verdiyi zaman qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüş olmuşdur.
14. Bununla belə cavabdeh həmin qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə də təqdim etməmişdir.
15. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
16. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(002)-36/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən qeyri-mümkün hesab edilməli və şikayət cavabdehə qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARAALDİ:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, 2(002)-36/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət Cavabdeh geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Musayeva Cəmilə Fərrux Qasımov