Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3161/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilə aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-2245/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə müraciət edərək, məhkəmənin icraatında olan 2(006)-2245/2025 saylı mülki iş üzrə İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdən iddiaçı və cavabdeh barəsində olan məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 18, mənzil 69-da rəsmi qeydiyyatdadır. İş üzrə cavabdeh X3 isə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 71, mənzil 157-də rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən bəlli olur ki, cavabdeh X3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 71, mənzil 157-də rəsmi qeydiyyatdadır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı öz seçiminə görə özünün rəsmi qeydiyyatda olduğu ərazi üzrə Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İşdən görünür ki, cavabdehin yaşayış yeri məlumdur və bu fakt iddia ərizəsində göstərilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsində göstərilmişdir ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Qeyd edir ki, iddiaçının bu cür yanaşması tamamilə əsassıdır. Belə ki, mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitam olunmasına əsaslanan müqavilələrdə tərəflər arasında öhdəliklərin icra yeri göstərildiyi halda bu qayda tətbiq oluna bilər. Lakin, işdə olan kredit müqavilələrində tərəflər arasında öhdəliklərin icra edilməməsinə görə mübahisələrin hansı məhkəmədə baxılması göstərilməmişdir. Həmin müqavilələrdə istinad olunan 4-cü bənddə öhdəliklərin onun yarandığı yer üzrə icra edilməsi heç də iddiaçının təbirincə həmin öhdəliklərin pozulmasına görə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək anlamına gələ bilməz. İş materiallarından görünür ki, tərəflər arasında mübahisə predmeti ilə bağlı işə baxılmasında məhkəmə ərazi aidiyyətinə dair heç bir razılaşma olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-2245/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə əsasən mülki iş üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin geri qaytarılması barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında notarial qaydada təsdiq edilməklə bağlanmış kredit müqavilələrinin şərtlərinə görə, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəliklərin onun yarandığı yer üzrə icra edilməsi barədə razılığa gəlmişdir. Kredit müqavilələrinin Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 53 saylı Notariat ofisində rəsmiləşdirilməsi nəzərə alınmaqla müqavilədən irəli gələn öhdəliyin icra yeri Nəsimi rayonu müəyyən edildiyindən, iddiaçı bu halı əsas götürməklə hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir. Müəyyən edildiyi kimi mülki prosessual qanunvericiliyə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər və işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Odur ki, hazırki durumda iddia ərizəsinin geri qaytarılması barədə vəsatət əsassız olduğundan təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1994/2025 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, iş üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə müraciət edərək, məhkəmənin icraatında olan 2(006)-2245/2025 saylı mülki iş üzrə İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdən iddiaçı və cavabdeh barəsində olan məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev18, mənzil 69-da rəsmi qeydiyyatdadır. İş üzrə cavabdeh X3 isə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 71, mənzil 157-də rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən bəlli olur ki, cavabdeh X3 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 71, mənzil 157-də rəsmi qeydiyyatdadır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı öz seçiminə görə özünün rəsmi qeydiyyatda olduğu ərazi üzrə Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İşdən görünür ki, cavabdehin yaşayış yeri məlumdur və bu fakt iddia ərizəsində göstərilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsində göstərilmişdir ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İddiaçının bu cür yanaşması tamamilə əsassızdır. Belə ki, mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitam olunmasına əsaslanan müqavilələrdə tərəflər arasında öhdəliklərin icra yeri göstərildiyi halda bu qayda tətbiq oluna bilər. Lakin, işdə olan kredit müqavilələrində tərəflər arasında öhdəliklərin icra edilməməsinə görə mübahisələrin hansı məhkəmədə baxılması göstərilməmişdir. Həmin müqavilələrdə istinad olunan 4-cü bənddə öhdəliklərin onun yarandığı yer üzrə icra edilməsi heç də iddiaçının təbirincə həmin öhdəliklərin pozulmasına görə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək anlamına gələ bilməz. İş materiallarından görünür ki, tərəflər arasında mübahisə predmeti ilə bağlı işə baxılmasında məhkəmə ərazi aidiyyətinə dair heç bir razılaşma olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(006)-2245/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə əsasən mülki iş üzrə cavabdeh tərəfindən verilən iddia ərizəsinin geri qaytarılması barədə vəsatət təmin edilməmişdir. Məhkəmə qərardadını aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 36.11-ci maddəsinə əsasən, iddiaçı icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında notarial qaydada təsdiq edilməklə bağlanmış kredit müqavilələrinin şərtlərinə görə, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəliklərin onun yarandığı yer üzrə icra edilməsi barədə razılığa gəlmişdir. Kredit müqavilələrinin Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 53 saylı Notariat ofisində rəsmiləşdirilməsi nəzərə alınmaqla müqavilədən irəli gələn öhdəliyin icra yeri Nəsimi rayonu müəyyən edildiyindən, iddiaçı bu halı əsas götürməklə hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir. Müəyyən edildiyi kimi mülki prosessual qanunvericiliyə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər və işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin prosessual normaya əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Məhkəmə işin bu müəyyən olunmuş faktiki hallarını düzgün qiymətləndirmədən əsassız və qanunsuz olaraq verilən vəsatəti təmin etməmişdir. Ona görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(006)-2245/2025 saylı qərardadının ləğv edilməsi, mulki iş ərazi aidiyyəti üzrə məhkəməyə göndərilməsi xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2245/2025 nömrəli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2245/2025 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən müəyyən olunur ki, iddiaçı cavabdehlə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə sonuncuya qarşı öhdəliklərin icrasına, yəni verdiyi borcun qaytarılmasına dair iddia ərizəsi ilə prosessual qanunvericiliyin ona verdiyi ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək üçün seçim hüququndan istifadə edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 4-cü bəndinə əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliklərin onun yarandığı yer üzrə icra edilməli olmasına dair şərt müəyyən edildiyindən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddiaların müqavilənin icra yerinə görə də verilməsi mümkün olduğundan və belə tələblər üzrə hansı məhkəməyə müraciət etməyi seçmək hüququ iddiaçıya aid olduğundan, tərəflər kredit müqaviləsini Nəsimi rayonunda bağladıqları üçün iddiaçı öz seçim hüququndan istifadə etməklə hazırkı iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyindən kollegiya vəsatəti və şikayəti təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb şikayətin dəlillərini əsassız hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-2245/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3161/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3161/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver