Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3163/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10435/2012 nömrəli, 10 fevral 2023-cü il tarixli qərardadından cavabdeh X2 nümayəndəsi və Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)- 10435/2012 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh X3 arasında Bakı şəhəri, M.Ə.Rəsulzadə (keçmiş Vorovskiy) qəsəbəsi, 2-ci ünvan 1 ünvanında yerləşən evdə olan 1/3 hissədə payına dair 24 sentyabr 1991 -ci il tarixdə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, İddiaçı Bakı şəhəri, M.Ə.Rəsulzadə (keçmiş Vorovskiy) qəsəbəsi, 2-ci ünvan 1 ünvanında yerləşən evə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh X2 nümayəndəsi və Vəkil apellyasiya şikayəti vermiş və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mıkırtıçova (Kurilenko) Olqa İvanovna mülki işin baxılmasında iştirak etməmiş, qətnamənin mövcudluğundan məlumatı olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)-10435/2012 nömrəli qətnaməsi X2 nümayəndəsi tərəfindən ərizə ilə müraciət edilərək, rəsmi qaydada xx.xx.2022-ci il tarixində alınmışdır. Hesab edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)-10435/2012 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət bərpa edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10435/2012 nömrəli, 10 fevral 2023-cü il tarixli qərardadı ilə cavabdeh X2 nümayəndəsi, Vəkil apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilməsi, həmin qətnamədən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını qərara alınmışdır. Həmin qərardaddan cavabdeh X2 nümayəndəsi, Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxıldığı üçün bərpa edilməsini, apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10435/2012 nömrəli, 30 mart 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin olunmaması, qərardadın dəyişdirilmədən saxlanılması və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli evi 2013-cü ildən başqa şəxsə satılmışdır və hazırda kimin mülkiyyətində olmasından isə xəbəri yoxdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X2 nümayəndəsi və Vəkil nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 10435/2012 nömrəli, 10 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Qanunun yuxanda sadalanan normalarından göründüyü kimi, buraxılmış prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edilir. Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin-bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfində onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində. dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri- müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də hər hansı bir işə məhkəmələr tərəfindən ağlabatan müddətdə hərtərəfli və obyektiv baxılmasıdır. İşə ağlabatan müddətdə baxılması, ilk növbədə, pozulmuş insan hüquqlarının bərpasına imkan yaratmış olur. Məhkəmə icraatının ağlabatan müddətdə aparılması işin xarakterini və mürəkkəbliyini nəzərə alaraq vaxtında qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır. Avropa Məhkəməsi bir sıra qərarlarında ağlabatan müddətin qiymətləndirilməsində bir neçə faktorun nəzərə alınmasının vacibliyini bildirmişdir: işin mürəkkəbliyi, iddiaçının davranışı, məhkəmə və ümumiyyətlə dövlət hakimiyyəti orqanlarının hərəkətləri və ərizəçi üçün riskin dərəcəsi. İddianın mahiyyətindən görünür ki, iddiaçı Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 2- Binəqədi küçəsi, 13 saylı evə dair 1991 -ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmiş və məhkəmənin 2012-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək icra edilmişdir. Həmin məhkəmə araşdırması zamanı məhkəmənin müəyyən etdiyi hallardan görünür ki, iddiaçı həmin evdə 1991-ci ildən yaşamağa başlamış və qətnamə qəbul edilən zaman da iddiaçı orada yaşamışdır. Eyni zamanda cavabdehin məhkəmə qətnaməsini rəsmi qaydada almaması (rəsmi qaydada xx.xx.2022-ci il tarixdə nümayəndəsi vasitəsilə təqdim edilmişdir), onun həmin vaxtdan (1990-cı ildən) Azərbaycan Respublikasını tərk etməsi mübahisə doğurmasa da, müddətin üzrlü səbəbə görə ötürülməsi qənaətinə gəlmək üçün kifayət deyildir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin 32 il əmlakına münasibətdə laqeyd münasibəti yuxarıda qeyd edilən normalar baxımından müddətin üzrsüz səbəbdən ötürülməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10435/2012 nömrəli, 10 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10435/2012 nömrəli, 10 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3163/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3163/2023
10.05.2023 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver