Məhkəmə qərarları › İş №2(103)-3167/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3167/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3167/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2 və X3 qarşı pul tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2711/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 10135 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehlər X4 və Cavabdeh2 alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.İddiaçının vəkili və nümayəndəsi daha sonra ərizə ilə məhkəməyə müraciət edərək X4, Cavabdeh2 və X1 miras paylarına uyğun olaraq 10135 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaçı xx.xx.2016-cı il tarixdə 100 000,00 rubl, xx.xx.2016-cı il tarixdə 1600 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 125 000,00 rubl, xx.xx.2016-cı il tarixdə 1000 ABŞ dolları məbləğində pul vəsaitini "Zolotaya Korona” pul köçürmə vasitəsi ilə X8 göndərməsi haqqında hesabatlar (səh.6, 7, 9, 10). X12 xx.xx.2016-cı il tarixdə vəfat etməsi haqqında AZ-l 829089 saylı ölüm haqqında şəhadətnaməsi (səh.13) miras əmlaklara vərəsəlik hüququnun tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13396/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi (səh.51) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2711/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, 3076,72 manat pul X1 tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Mülki Prosesual Məcəllənin 14.2, 48, 217.4;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5, 385.1, 1151.1, 1255, 1306.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının X8 2016-cı ilin may ayında iki dəfə və 2016-cı ilin iyul ayında iki dəfə müxtəlif məbləğlərdə xarici valyutada pul göndərməsi işin mübahisəsiz halıdır. Həmçinin, iş materiallarında olan bəyannamələrdən görünür ki, "Zolotaya Korona” pul köçürmə vasitəsi ilə ödənilən pul vəsaitləri "xxxx” ASC-dən və "xxxx” ASC-dən X12 tərəfindən alınmışdır. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, Əvəz Heydərovun qanun üzrə 3 vərəsəsi var və onlar miras qalan əmlakdan bərabər hissədə miras payı almışlar. Bu baxımdan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. qanun vərəsələrin öhdəliklərinin həcmini miras qalan əmakın həcmi, həm də onların hər birinə düşən payların həddi ilə məhdudlaşdırmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi və "Mersedes-Benz C200” mrkalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət olmaqla hər üç vərəsə arasında bərabər bölünməklə, hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. Bu o deməkdir ki, Əvəz Heydərovun vərəsələri onun kreditoru olan iddiaçı qarşısında miras əmlaklarından paylarına düşən hissə həcmində (hər biri 1/3 hissə olmaqla) iddiaçının tələbini təmin etməyə borcludurlar. Lakin iddiaçının Əvəz Heydərova göndərdiyi və tələb etdiyi pul vəsaiti 10135 manat deyil, 9230,18 manatdır. Belə ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə 100 000 rubl, xx.xx.2016- cı il tarixdə 1600 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 125 000 rubl, xx.xx.2016- cı il tarixdə 1000 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının elektron internet bazasından əldə edilmiş məlumatlar əsasında müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdə 1 manat 1,5033 ABŞ dolları, xx.xx.2016- cı il tarixdə isə 1 manat 1,5724 ABŞ dolları olmuşdur. Həmçinin, xx.xx.2016- cı il tarixdə 1 manat 0,0230 rubl, xx.xx.2016-cı il tarixdə isə 0,0241 rubl təşkil etmişdir. Pulun göndərildiyi tarixlərdə manatın Rysiya rubluna və ABŞ dollarına məzənnələri nəzərə alınarsa, bu halda iddiaçının xx.xx.2016-cı il tarixdə göndərdiyi 1000xx xxxx 2300 manat, xx.xx.2016-cı il tarixdə göndərdiyi 125 000 rubl isə 3012,5 manata bərabərdir. Həmçinin, iddiaçının xx.xx.2016-cı il tarixdə göndərdiyi 1600 ABŞ dolları 2405,28 manat xx.xx.2016-cı il tarixdə göndərdiyi 1000 ABŞ dolları isə 1512,4 manat edir. Pul vəsaitinin cavabdehlər X4 və Cavabdeh2 tutulması ilə bağlı iddia tələbinə gəldikdə isə, tələb cavabdeh qismində həmin şəxslərə qarşı yönəldilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, işin hallarından da göründüyü kimi, X19 Xəlilova ilə rəsmi nikahından iki övladı, iş üzrə digər cavabdeh Fatimə Heydərzadə və yetkinlik yaşına yaşına çatmamış Hüseyn Heydərzadə doğulmuşdur. X14 Esmirə Bağırova ilə faktiki nikahından yetkinlik yaşına çatmamış Aminə Bağırova doğulmuşdur. iş üzrə nə X11, nə də Cavabdeh2 birbaşa hazırkı mülki iş üzrə cavabdeh qismində cəlb edilə bilməzdi. Onlara yalnız X6 və X13 cavabdeh qismində cəlb edildiyi halda yetkinlik yaşına çatmayan həmin övladlarının qanuni nümayəndələri kimi məhkəmədə çıxış edə bilərdilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 9230,18 manat pulun 1/3 hissəsi, yəni 3076,72 manat pul X1 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən- iddia tələbinin təmin olunmadığı hissəsinin ləğv olunması və iddia tələbinin tam təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 358, 360, 362, 385.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, kürəkəni X12 2016-cı ilin yaz aylarının sonunda Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində ucuz qiymətə 0,02 ha torpaq sahəsi tapdığını və nağd pulu olmadığından borc pul istədi. Pulu istəyəndə həmin məbləği 1 il ərzində qaytaracağını vəd etmişdir. Ona lazım olan məbləğin hamısını birdəfəyə göndərə bilməyəcəyini, yalnız iki ay ərzində hissə-hissə göndərə biləcəyini bildirmişdir. xx.xx.2016-cı il tarixdə 100 000,00 RUB, xx.xx.2016-cı il tarixdə 1600 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 125 000,00 RUB, xx.xx.2016-cı il tarixdə 1000 ABŞ dolları məbləğində pul vəsaitini “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə X8 göndərmişdir. Ümumi olaraq Əvəz Heydərova 10135 manat məbləğində pul vəsaiti göndərmişdir. Lakin pulu göndərəndən sonra kürəkəninin səhhəti get-gedə pisləşmiş və xx.xx.2016-cı il tarixdə dünyasını dəyişmişdir. Kürəkəni öldükdən sonra borcu onun vərəsələrinin qanuni nümayəndələrindən tələb etsə də borca verdiyi pulu geri qaytarmırlar. məhkəməvə iddia ərizəsi ilə müraciət edərkən iddia ərizəmin ‘"müəyyən edilir” hissəsində də bildirmişdir ki, X7 vərəsəsi olan 3 övladından 2-si yəni X6 və X13 yetkinlik yaşına çatmadığından onlar cavabdeh kimi cəlb oluna bilməzlər. Buna görə də onların qanuni nümayəndəsi kimi Cavabdeh1 və Cavabdeh2 məhkəmə prosesində çıxış etməsi üçün onları cavabdeh kimi göstərdiyimi qeyd etmşdir. Həmçinin cavabdehlərin şəxsən özündən yox onların övladlarının vərəsə olduqlarına görə onlardan pul tələb etmək niyyətimiz bir də onda özünü göstərir ki, uşaqlardan biri- X9 yetkinlik yaşına çatdıqdan sonra onu cavabdeh kimi iddia ərizəsində göstərmişlər. Lakin Xətai Rayon məhkəməsi həmin məsələni bəhanə edib əsassız olaraq prosessual normalara istinad edərək iddianı tam təmin etməyərək məhkəmə tərəfindən süründürməçiliyə şərait yaradır. Buna görə də iddia tələbi tam təmin olunmalıdır. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 24-38, 324, 385-390, 739-746, 1151, 1255, 1306; Mülki Prosesual Məcəllənin 14.2, 48-49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, Qeyd edilənlər təkcə formal- prossessual əsaslar deyildir. Belə ki, qanunvericilik mülki hüquq qabiliyyəti ilə mülki hüquq fəaliyyət qabiliyyətini fərqləndirir və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə fiziki şəxsin heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməzliyini ehtiva edir. Qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək, inzibati və digər hüquq münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər. Ona görə formal olsada yetginlik yaşına çatmayan şəxslər və onların qəyyum və valideynləri onlara qarşı yönələn tələbdə təmsil edilən şəxslə bərabər göstərilməli, habelə onlara münasibətdə təmsil edənlərin hüquqları sübut edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2711/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar