Məhkəmə qərarları › İş №2(103)-3172/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3172/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3172/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, iddiaçı LPO “Dəmir Bank" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın ipoteka prdemetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2016 saylı 20 fevral 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmova, iş № 2(001)-3845/2016) iddia qismən təmin edilərək, ödəniş günündə olan məzənnə üzrə 42465 (qırx iki min dörd yüz altmış beş) manat 17 (on yeddi) qəpik əsas borc, 4693 (dörd min altı yüz doxsan üç) manat 49 (qırx doqquz) qəpik faiz borcu, 400 (dörd yüz) manat 24 (iyirmi dörd) qəpik cərimə,cəmi 47558 (qırx yeddi min beş yüz əlli səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50%-i, yəni 15 manatın iddiaçıya aid edilməsi, qalan 50%-i, yəni 15 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 250 manatın 50%-i, yəni 125 manatın iddiaçıya aid edilməsi, qalan 50% -i isə, yəni 125 manat pulun isə Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan Xaçmaz rayonu, Şollar qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110 000 manat məbləğində qiymətləndirilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər X.B.Məhərrəmova (sədrlik edən və məruzəçi), İ.Ş.Vəliyev və E.M.Həsənov, iş № 2(103)-2344/2017) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2016 №-li mülki iş üzrə 07 dekabr 2016-cı il tarixli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat məbləğində qiymətləndirilməsi” hissəsində dəyişdirilmiş, Xaçmaz rayonu, Şollar qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 168,1 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110 000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza xərcləri olan 500 (250+250=500) (beş yüz) manat pul vəsaitinin 50% hissəsi iddiaçı "xxxx" ASCdən, 50% hissəsinin Cavabdeh "xxxx" MMC və "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Republikası Ali Məhkəməsinin 2(102)-529/208 saylı 25 yanvar 2018-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2344/2017 saylı 08 iyun 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə kassatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı LPO “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2016 saylı 07 dekabr 2016-cı il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizə təqdim edərək qətnamənin “qət etdi” hissəsində cavabdehin borcunun ABŞ dolları ilə olmasının qeyd edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2016 saylı 20 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(001)-3845/2016 saylı qətnaməsinin nəticə hissasinin 2-ci abzasının "Ödəniş günündə olan məzənnə üzrə 42465,17 ABŞ dolları əsas borc, 4693,49 ABŞ dolları faiz borcu, 400,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 47558,90 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan manatı ilə Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin." kimi oxunması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin borcunun cəmi 47.558,90 ABŞ dolları olması müəyyən edilsə də, qətnamənin nəticə hissəsində borc məbləği AZN göstərilməklə yalnışlığa yol verildiyindən ərizə təmin edilməldir. Həmin qərardaddan Cavabdeh şikayət verərək, onun ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandrılmışdır ki, iddiaçı LPO "xxxx" ASC-nin lağvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra ƏSF) ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)- 3845/2016 saylı qətnaməsində yol verilmiş texniki səhvin aradan qaldırılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsi mübahisələndirilən qərardadı ilə ərizəni təmin etmişdir. Lakin aşağıda qeyd edilənlərə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərardadı əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, mübahisələndirilən qərardadda qeyd edilir ki, “Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər”. Halbuki, AR MPM-nin 230.2-ci maddəsinin tələbinə görə birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. İş materiallarından da görünür ki, Bakı Apellyasiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin qətnaməsini dəyişdirmişdir. Hətta qətnamə dəyişildiyi üçün icra vərəqəsini də Bakı Apellyasiya Məhkəməsi vermişdir. Bundan əlavə AR MPM-nin 88-ci maddəsində qeyd edilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin mübahisələndirilən qərardadı qəbul edərkən onun təqdim etdiyi sübutlara qiymət verməmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, o, ƏSF-yə ərizə ilə müraciət edərək onun borcu barədə məlumatın verilməsini xahiş etmişdir. Bundan sonra ƏSF tərəfindən ona cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Sizin xx.xx.2022-ci il tarixli ərizənizə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. "xxxx" ASC ilə aranızda bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Kredit müqaviləsinə əsasən Sizə 47300 (qırx yeddi min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi ona məxsus Xaçmaz rayonu, Şollar qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bank qarşısındakı öhdəliyinizi vaxtında yerinə yetirmədiyiniz üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-3845/2016 saylı qətnaməsi ilə Cavabdeh "xxxx" ASC-nin xeyrinə ümumilikdə 47558.90 (qırx yeddi min beş yüz əlli səkkiz manat 90 qəpik) manat va 15 (on beş) manat dövlət rüsumu borcun tutulması va ipoteka ilə yülkü edilmiş əmlaka yönəldilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra banka 34300 (otuz dörd min üç yüz) manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixinə sözügedən qətnamə üzrə 13258.90 (on üç min iki yüz alli sakkiz manat 90 qəpik) manat va 15 (on beş) manat dövlət rüsumu borc öhdəliyiniz mövcuddur. Qeyd olunan öhdəliyinin təmin olunması tövsiyyə olunur.” Buradan görsənir ki, o, iddia ərizəsində Kredit Müqaviləsində məbləğinin ABŞ dolları ilə göstərildiyini qəbul etsə də, borcun müəyyən hissəsi ödənildikdən sonra qalıq borcun 13258,90 manat olduğunu qəbul və etiraf etmişdir. Bundan sonra o, ƏSF tərəfindən rəsmi olaraq ona bildirilmiş 13258,90 manatı ödədikdən sonra xx.xx.2022-ci il tarixdə ƏSF-yə ərizə ilə müraciət edərək ona borcun olmaması barədə arayışın və ipoteka predmeti olan fərdi yaşayış evinin girovdan azad olunması barədə məktubun verilməsini xahiş etmişdir. Bununla bağlı ƏSF xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Notariat Kontoruna müraciət edərək qeyd etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Kredit müqaviləsi üzrə öhdəliklər ləğv prosesində olan "xxxx" ASC qarşısında tam icra olunmuşdur. Odur ki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci ve 48.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, Cavabdeh məxsus Xaçmaz rayonu, Şollar qəsəbəsində xüsusi mülkiyyətdə olan 0.10 ha torpaq sahəsində yerləşən 168.1 kv.m ümumi, 53.7 kv.m yaşayış, 114.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evina və torpaq sahəsinə (Çıxarış: Seriya RX No 0465416, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2014-cü il) dair ipoteka yüklülüyünün dövlət qeydiyyatının və xx.xx.2015-ci il tarixli 02/15 sayli İpoteka müqaviləsi üzrə tutmanın yönəldilməsi haqqında bildirişin ləğv edilməsini xahiş edirik.” Bununla yanaşı həmçinin ƏSF yuxarıda qeyd edilənlərin həyata keçirilməsi üçün xx.xx.2022-ci il tarixdə ouna etibarnamə verir. Yuxarıda qeyd edilənlər onu göstərir ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 3845/2016 saylı qətnaməsi tam olaraq icra olunmuşdur və ƏSF həmin icranı qəbul etmişdir. Əks təqdirdə kredit müqaviləsinin təminatı olan ipotekanın ləğvinə razılıq verməzdir. Ən sonda yuxarıda qeyd edilən qətnamənin tam icra olunduğunu Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar da sübut edir. Belə ki, həmin qərarda qeyd edilir ki, “Mən, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixdə icraatıma daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2344/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraat materiallarını nəzərdən keçirərək məyyən etdim ki, icra sənədi üzrə borclu Cavabdeh 47558 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindedir), xeyrinə ödənilməlidir. İcra sənədinə əlavə olunmuş materiallardan va təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, icra sənədi üzrə tələb borclu Cavabdeh tərəfindən tam şəkildə təmin olunmuşdur. Göstərilənlərə əsasən va «lcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci va 20.2-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2344/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilsin. AR MPM-nin 230.3-cü maddəsinə əsasən Qətnamə və ya qərardada izah verilməsinə yalnız onun icra edilmədiyi halda yol verilir. Qanunun mənasına görə icra edilmiş qətnaməyə izah verilə bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2016 saylı, 29 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2016 saylı 07 dekabr 2016-cı il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respubliakası Mülki Prosessual Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinə əsasən, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Göründüyü kimi mülki prosessual qanunvericilikdə qətnamənin mahyyətinə toxunmadan və ya onun mahiyyətini dəyişmədən oradakı yanlışlıqların və ya açıq hesab səhvlərinin qətnaməni çıxarmış məhkəmə tərəfindən düzəldilməsi imkanı nəzərdə tutulur. Mülki Prosessual Məcəllənin 228-ci maddəsində qətnamədəki yanlışlıqların və hesab səhvlərinin məhz hansı müddətdə düzəldilə bilməsinin mümkünlüyü müəyyən edilməsə də, bu məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının13.3-cü bəndində öz həllini tapır. Belə ki, həmin Qərarın 13.3-cü bəndindən görünüdüyü kimi qətnamədəki yanlışlıqların və hesab səhvlərinin düzəldilməsi üçün Azərbaycan Respublikası MPM-də müddət müəyyən edilmədiyinə görə, həmin məsələlər qətnamə icra edilənədək istənilən vaxt qaldırıla bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2344/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icraata, tələb borclu Cavabdeh tərəfindən tam icra edildiyindən xitam verilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən icra sənədi tam icra edildiyindən, bununla əlaqədar icra icraatına xx.xx.2023-cü il tarixli qərarla xitam verilməsi qərara alındığından və bu qərar tələbkar tərəfindən mübahisələndirilmədiyindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli qətnaməsində yol verilmiş yalnışlıqların aradan qaldırılması mümkün deyildir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ləğv edilməli, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş “qətnamədəki yanlışlıqların aradan qaldırılması” barədə ərizə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2016 saylı 20 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı LPO “Dəmir Bank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3845/2016 saylı 07 dekabr 2016-cı il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar