Məhkəmə qərarları › İş №2(103)-3172/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3172/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3172/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ölən borclunun vərəsələrinin öhdəliyinin həddinin sübut etmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3382137X4 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e- 2(011)-7400/2024 nömrəli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə X7 oğlu arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə, 19 faiz dərəcəsi ilə 7000 manat məbləğində nağd kredit, 36 ay müddətinə, 24 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit xətti verilmişdir.

2. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X7 oğlunun 05 noyabr 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart müqaviləsinə əsasən 27 avqust 2024-cü il tarixinə cavabdehin nağd kredit üzrə əsas borca görə 2938,26 manat, faiz borcuna görə 18,61 manat olmaqla, cəmi 2956, 87 manat borcu, 24 avqust 2024-cü il tarixinə kredit xətti üzrə əsas borca görə 225,08 manat, faiz borcuna görə 0,09 manat olmaqla, cəmi 225,17 manat borcu mövcuddur.

3. X7 oğlu 17 fevral 2023-cü il tarixində Bakı şəhərində vəfat etmişdir.

4. 19 noyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17 fevral 2023-cü il tarixdə vəfat etmiş X7 oğlunun vərəsəsi arvadı Cavabdehdır, miras əmlakdan tam hissədə irs almalıdır.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 üzrə Mərkəzi filialının 31 oktyabr 2023-cü il tarixli, 3- 17-1/2-255628/2023 nömrəli məktuba əsasən mərhum X7 oğlunun adına ödənilməmiş sosial müavinət işi üzrə məbləği 229,93 manat və təqaüd məbləği 160,43 manat pul vəsaitindən ibarətdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 05 noyabr 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart müqaviləsinə əsasən 27 avqust 2024-cü il tarixinə cavabdehin nağd kredit üzrə əsas borca görə 2938,26 manat, faiz borcuna görə 18,61 manat olmaqla, cəmi 2956,87 manat borcun, xx.xx.2024- cü il tarixinə kredit xətti üzrə əsas borca görə 225,08 manat, faiz borcuna görə 0,09 manat olmaqla, cəmi 225,17 manat borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 51,82 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırmışdır və qeyd olunmuşdur ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 05 iyul 2024-cü il tarixində 6-2-22/2- 23981/2024 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e- 2(011)- 7400/2024 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 05 noyabr 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 27 avqust 2024-cü il tarixinə nağd kredit üzrə əsas borcuna görə 2938,26 manat, faiz borcuna görə 18,61 manat, kredit xətti üzrə əsas borca görə 225,08 manat, faiz borcuna görə 0,09 manat olmaqla, ümumilikdə 3182,04 manat borc və 51,82 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə X7 oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsəsi olan Cavabdeh onun kreditoru qarşısında öhdəliyini icra etməli olduğu üçün, eyni zamanda cavabdeh borcun mirasdan çox olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən "xxxx" ASC ilə X7 oğlu arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli, BPM**********41 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 27 avqust 2024-cü il tarixinə nağd kredit üzrə əsas borcuna görə 2938,26 manat, faiz borcuna görə 18,61 manat, kredit xətti üzrə əsas borca görə 225,08 manat, faiz borcuna görə 0,09 manat olmaqla, ümumilikdə 3182,04 manat borc Cavabdeh tutularaq, iddiaçıya ödənilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 739, 425,449, 1243-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın qismən, miras payı olan 390,36 manat həddində təmin, digər hissələrdə rədd olunmasını xahiş etmişdir.

12. Şikayətin dəlillərinə görə, işə baxan birinci instansiya məhkəməsi konstitusion hüququ və onun tərkibi olan mülkiyyətdən sərbəst istifadə etmək hüququnun nəzər almayaraq ciddi maddi pozuntuya yol vermişdir. Belə ki, məhkəmə MM-nin müddəalarına istinad etməyinə və iş materiallarında irs keçmiş miras kütləsi barədə rəsmi məlumatların (hətta notariat ofisi tərəfindən məhkəməyə göndərilmiş rəsmi arayışa) baxmayaraq qanunsuzluğa yol vermiş, mülki hüquq normasının tələbini nəzərə almamışdır Birinci instansiya məhkəməsi istinad olunan Konstitusiya Məhkəməsinin Plenumunun qərarının müddəalarını sadalamaqla kifayətlənmiş, nəzər almamışdır ki, məhz həmin Qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar”. Yalnız məhkəmə ciddi maddi hüquq pozuntusuna yol verərək iş materiallarında irs keçmiş miras kütləsinin konkret olmaqla hansı məbləğdə qəbul edilməsini nəzərə almamış, hətta qətnamənin 4-cü səhifəsinin 9-cu abzasında qeyd etmişdir ki, “miras əmlakı qəbul etmiş vərəsəsi olan Cavabdeh onun kreditoru qarşısında öhdəliyini icra etməli olduğu üçün, eyni zamanda cavabdeh borcun mirasdan çox olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir”. Halbuki, bu sənədlər məhkəməyə vaxtında elektron sistem vasitəsi ilə həm onun tərəfindən həm də Notariat Ofisi tərəfindən təqdim edilmidir. Sübutların qiymətləndirilməsinin məhkəmə qətnaməsində ifadəsini tapması mülki prosessual qanunvericiliyin tələblərindən biridir. Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsi tələbedir ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri göstərilməlidir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi həmin tələblərə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi hissəsində özü də yanlışlıq edərək tam qanunsuz və əsassız olaraq iddianın tam şəkildə təmin edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə sübutlara dizgün qiymət verməmişdir. Bu isə öz növbəsində qanunsuz və ədalətsiz məhkəmə qərarı, vərəsənin əlavə maddi cəhətdən borclanmasına gətirib çıxarmışdır. Məhkəmədə sübut edilməmişdir ki, iddiaçının tələbi tam şəkildə təmin edilməlidir. Çünki, MM-nin 72-ci fəslinin tələblərinə görə mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu isə, həm Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlər, həm də tərəfindən 06 noyabr 2024cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə kabinetə yüklədiyim qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının 31 oktyabr 2023-cü il tarixli, 3-17-1/2- 255628/2023 nömrəli məktuba əsasən mərhum ərim X7 oğlunun adına ödənilməmiş sosial müavinət işi üzrə məbləği 229,93 manat və təqaüd məbləği 160,43 manat pul vəsaiti qalmışdır. Məhkəmə tərəfindən iddiaçının verdiyi izahata və onun tərəfindən təqdim edilmiş sənədlərə istinad etməklə iddianı təmin etmişdir. Halbuki, işdə olan sənədlər və sübutlar bunun əksi görsənir. Onun bir vərəsə kimi bank qarşısında öhdəliyi ümumilikdə cəmi, 390,36 manatdan çox ola bilməzdi. Yəni,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla əsaslandırırmalı idi (MPM-nin 217ci maddəsi).

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3382137Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (21 iyun 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada)

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

20. Hazırkı iş üzrə mərhum X7 oğlunun iddiaçıdan kredit alması, həmin kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, borcalanın ölməsi və cavabdehin sonuncunun vərəsəsi olmaqla, öhdəliklərinə görə məsuliyyət daşıması, habelə borcun qalan məbləği iş üzrə mübahisələndirilmir.

21. Mübahisəli məsələ yalnız cavabdehin mülki məsuliyyətinin həddi ilə bağlıdır.

22. Apellyasiya şikayətinin əsasını borclunun vərəsəsi tərəfindən qəbul edilmiş miras əmlak həcmində təmin edilməli olduğu təşkil edir.

23. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin (21 iyun 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.

24. Hazırkı mübahisə üzrə mirasın siyahıya alınma faktı mövcud deyildir, cavabdeh isə miras qoyanın borclarının mirasdan çox olduğunu təsdiq edən halları sübut edə bilmir.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e- 2(011)- 7400/2024 nömrəli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e- 2(011)- 7400/2024 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar