Məhkəmə qərarları › İş №2(103)-3180/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3180/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3180/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 25.064,75 ABŞ dolları kredit, 13.294,33 ABŞ dolları faiz və 7820,20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 46.179,28 ABŞ dolları borcun və 027KK**********01 saylı kredit razılaşması üzrə 2991,65 ABŞ dolları kredit, 660,32 ABŞ dolları faiz və 4936,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8588,62 ABŞ dolları borcun, hər iki müqavilə üzrə ümumilikdə 54767,90 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi 48 ünvanında yerləşən 9 mərtəbəli binanın 46.74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 4 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması; tutma yönəldikdən və satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 25064.75 ABŞ dolları kredit borcu, 6674,27 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 31.939.02 ABŞ dolları, 027KK**********01 saylı kredit razılaşması üzrə 2991.65 ABŞ dolları kredit borcu, 660.32 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 3851,97 ABŞ dolları, ümumilikdə 35790,99 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borcun tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi 48 ünvanında yerləşən 9 mərtəbəli binanın 46.74 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 4 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, ilkin satış qiymətinin onun 61.000 manat likvid dəyəri ilə müəyyən edilməsi, hərracdan sonra borcun əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra mənzilin boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabandehlərdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, xx xxxxxx 2019-cu il tarixli məhkəmə-muhasibatlıq ekspertizasının keçirilməsinə görə 120 manatın müştərək qaydada cavabdehlərdən, xx xxxxx 2020-ci il tarixli məhkəmə-muhasibatlıq ekspertizasının keçirilməsinə görə 100 manatın iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, xx xxxxx 2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə 250 manatın isə cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişlər. İddiaçı QSC, xx.xx.2021-ci il tarixdə iddiadan imtina barədə ərizə təqdim edərək, cavabdehlərin kredit müqaviləsi üzrə Bank qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirdiklərini, bu səbəbdən də, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmentinə yönədilməsi” barədə iddiasından imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Kollegiya nəzərə alır ki, İddiaçı QSC iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmişdir. İddiaçı QSC-nin iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 370-ci maddəsinə əsasən, apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən Kollegiya, hesab edir ki, İddiaçı QSC-nin iddiadan imtina etməsi qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 262.2-ci maddəsinə görə, məhkəmənin icraata xitam verilməsi barədə qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Göstərilənlərə əsasən və MPM-in 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-135/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki işin icraatına xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 220 (iki yüz iyirmi) manatın 120 (bir yüz iyirmi) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 100 (bir yüz) manatı isə İddiaçı QSC-dən tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına) ödənilsin. İş üzrə aparılmış qiymətləndirmə hesabatının dəyəri kimi 250 (iki yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabna ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar