Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3183/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdehlərin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Nurullayeva (Musayeva) Mətanət Rauf qızına qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 9.000 manat kompensasiya verilməklə cavabdehlərin iddiaçının mülkiyyətində olan, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev № 4-də yerləşən 12 №-li mənzildən istifadə hüquqlarına xitam verilsin, cavabdehlər mənzildən çıxarılsın, mənzil cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 9.000 manat kompensasiya verilməklə cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilsin, cavabdehlər mənzildən çıxarılsın, mənzil cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, kompensasiyanın məbləği 15.000 manat müəyyən edilsin, kompensasiyanın verilməsi ilə mənzildən çıxarılma eyni vaxtda icra olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, kompenasiyanın məbləğini artırır, cavabdehlərin istifadə hüququna xitam veilməsi üçün 20.000 manat kompensasiya təklif edir. İddiaçı bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirdilər ki, 20.000 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsinə razıdırlar. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehlərin mənzildən istifadə hüququ var. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunmuş, Mülki Məcəllənin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərara görə məhkəmə belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, kompensasiyanın məbləği cavabdehlərin hər biri üçün 10.000 manat, iki cavabdeh üçün ümumilikdə 20.000 manat müəyyən edilməlidir. İddiaçı həmin məbləğdı kompensasiya ödəməyə razıdır, cavabdehlər isə həmin məbləğdə kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsinə razıdırlar. Ona görə də qətnamə kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilməli, kompensasiyanın məbləği göstərilən miqdarda müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilsin. Suraxanı rayonu, Əmircan qəsəbəsi, ev № 4-də yerləşən 12 №-li mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Nurullayeva (Musayeva) Mətanət Rauf qızınaa ödənilməli olan kompensasiyanın məbləği cavadehlərin hər biri üçün 10.000 (on min) manat, iki cavabdeh üçün ümumilikdə 20.000 (iyirmi min) manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3183/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3183/2023
19.05.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver