Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3194/2024 29.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X2 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-523/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AKX-04618xx/xx- 2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.
2. Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 43,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 853,60 manat,.01.2018-ci il tarixli ******* saylı akt əsasında 713,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 266,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 138,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 40,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 53,20 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 8812,80 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1468,80 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 691,20 manat zərər hesablanmışdır.
3. Təbii X6nın pozulması haqqında: xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi aşkar olunmuşdur. xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən qaz sayğacının daxilində yad cisim aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar qeyriqanuni 0.15 mm diametrli rezin borudan istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən İddiaçı İB-nə vurulmuş 13.081,80 (on üç min səksən bir manat 80 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 937.08 (doqquz yüz otuz yeddi manat 08 qəpik) manat və 132.06 (yüz otuz iki manat 06 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 14.150,94 (on dörd min bir yüz əlli manat 94 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent X4 arasında xx.xx.2022-ci il tarixdə AKX-04618xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00003 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 43,20 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 863,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 713,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 266,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 138,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 40,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 53,20 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 8812,80 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1468,80 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 691,20 manat, cəmi 13.081,80 (on üç min səksən bir manat 80 qəpik) manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2021-ci ilin noyabr ayı üzrə 18,48 manat sərfiyyat borcu, 2022-ci ilin mart-sentyabr ayları üzrə 189,20 manat sərfiyyat borcu və limitdən əlavə 4 manat sərfiyyat borcu, cəmi 211,68 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, İddiaçı İB-nin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdə istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisində 04569 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 733,80 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Həmçinin, 2021-ci ilin dekabr ayında sayğac dəyişikliyindən sonra isə abonentin 1,10 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (211,68+733,80+1,10=946,58). 2021-ci ilin noyabr ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh 9,50 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 937,08 (doqquz yüz otuz yeddi manat 08 qəpik) manat borcu (debitor borc) da qalmışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-523/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 734.40 manat dəymiş zərər, 937.08 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 1671.48 manat məbləğində borc və 36.71 manat dövlət rüsumunun tutularaq İddiaçı bank hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar üzrə tələb öz qüvvəsini itirmişdir, ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Cavabdehin sayğacdankənar təbii qazdan qeyriqanuni istifadə etməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı qaz sayğacına qanunsuz qoşulma nəticəsində iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış ziyanın həcmi və vurulmuş maddi ziyanın məbləği ilə bağlıdır. Belə ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi müvafiq olaraq 1.2, 3, 2 və 1.5 m3 saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə aparılmış və cəmi 73.440 m3 qaz sərfinə görə 8812.80 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, qaz işlədicilərinin orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 360 gün hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 60 gün qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x12x60=864 m3 , 3x12x60=2160 m3 , 2x1.4x12x60=2016 m3, 1.5x12x60=1080 m3 olmaqla, cəmi 6120 m3 hesablanmalı və həmin rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.12 (on iki qəpik) manata vurulmaqla, iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən iddiaçıya vurulmuş ziyanın məbləği 734.40 manat təşkil edir. Bundan başqa, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamış, qazın verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilməmiş, əksinə qeyd olunan hallarla bağlı hər dəfə müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar əsasında hesablanmış məbləğin cavabdehdən tutulması əsassızdır, odur ki, iddia həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən – xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734.40 manat dəymiş zərər, 937.08 manat ödənilməmiş debitor borc olmaqla, cəmi 1671.48 manat məbləğində borcun tutulması hissəsində təmin edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X6”nın 1.1, 1.3, 1.4, 3.4.1, 6.5, 6.6, 6.7-ci maddələri, Mülki Məcəllənin 21.1, 21.2, 551.2.1, 560.1, 560.2, 560.3.5.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-523/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması, eyni zamanda da sayğaca müdaxilə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X6nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Eyni zamanda cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı İB-yə ərizə ilə müraciət edərək təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış dəymiş ziyan məbləğini və sayğac üzrə sərfiyyatla bağlı yaranmış debitor borc məbləğini qəbul etdiyini bildirmiş və onun hissə-hissə ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı (550-554-cü maddələri) ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir və həmin müddətlər Mülki Məcəllənin 18-ci fəslində nəzərdə tutulmuş qaydada tətbiq edilir. Mülki Məcəllənin 18-ci fəslindəki 375.2-ci maddəsinə əsasən isə iddia müddəti yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında tətbiq edilir. Hazırki işdə isə mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizəsi yoxdur. Belə olan halda isə məhkəmənin Mülki Məcəllənin qeyd olunan maddələrinə istinad edərək tələbetmə müddətinin ötməsi əsası ilə iddia tələbinin bir hissəsini təmin etməməsi göstərilən maddi maddi hüquq normalarının pozulmasıdır. İddia tələbi tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdiyi halda birinci instansiya məhkəməsi iddia tələbimizi hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbimizi tam təmin edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutlarırədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Odur ki, iş materiallarında yer almış və tərəflərindən təqdim olunan sübutlar iddia tələbinin tam əsaslı olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında çıxış edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X2 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X5 çıxış edərək bildirir ki, mütəxəssi rəyini müdafiə edir. 2018-ci il ərzində tərtib edilmiş 5 akt üzrə qanunsuz istifadə edilmiş qazın həcmi 3780 m3, 2023-cü il üçün 7398 m3, 2024-cü üçün 2592 m3 təşkil edə bilər. xx.xx.2017-ci il tarixli Aktda istehlakçının imzası yoxdur. Aktda "evdə yoxdur" qeyd edilib.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X6 ilə tənzimlənir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6” 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya)
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – idda tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
22. Belə ki, “Təbii X6nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı aktlar üzrə dəymiş ziyanın tutulmaması ilə bağlı nəticəyə gələrkən ona istinad etmişdir ki, aktlar üzrə tələb öz qüvvəsini itirmişdir, ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
24. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
25. Hazırkı halda işin hallarına əsasən iddia müddətinin tətbiq edilməsi ilə bağlı Cavabdeh tərəfindən hər hansı ərizə verilməsi müəyyən edilməmişdir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, “...İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)
27. Göründüyü kimi, hazıkı halda birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmədən və Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin qərarında göstərilən hallarla bağlı - iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmadan iddia tələbinin rədd edilməsi ilə bağlı qənaətə gələrkən qanunvericiliyin tətbiqində yanlışlığa yol vermişdir.
28. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2017-ci il tarixli ******* saylı aktdan və xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi aşkar olunmuşdur.
30. “X6”nın tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmçinin qeyd edilməlidir ki, işlək vəziyyətdə saxlanılmasına görə istehsalat birliyinin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz istehlakçı – Cavabdeh tərəfindən yol verilmiş qanun pozuntusu nəticəsində baş verməsinə dair hər hansı sübut "Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 43,20 manat və xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə 863,60 borcun tutulması barədə iddia tələbi təmin edilməməlidir.
32. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi halı ilə bağlı tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 713,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 266,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 138,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 40,40 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 53,20 manat dəymiş zərər hesablanmışdır.
33. İşin halları ilə müəyyən edilir ki, İddiaçı tərəfindən abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi halı ilə bağlı tərtib edilmiş aktlar İddiaçı əməkdaşları tərəfindən tərtib edilərək imza edilmiş, Cavabdeh aktları imza etməkdən imtina etmişdir. Aktlara foto şəkillər əlavə edilmişdir.
34. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli, 3-15-2-1/2-1214/2024 saylı mütəxəssis rəyində qeyd edilir ki, 2018-ci il ərzində tərtib edilmiş 5 akt üzrə qanunsuz istifadə edilmiş qazın həcmi 3780 m3, 2023-cü il ərzində tərtib edilmiş 4 akt üzrə qanunsuz istifadə edilmiş qazın həcmi 7398 m3, 2024-cü il ərzində tərtib edilmiş 1 akt üzrə qanunsuz istifadə edilmiş qazın həcmi 2592 m3 təşkil edə bilər. İstehlakçı tərəfindən qanunsuz qoşulma halları sübuta yetirilərsə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının halhazırda qüvvədə “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər bir 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq dəymiş zərər 2018-ci il ərzində 724 manat (1200 m3 x 0,12 manat = 144 manat, 1300 m3 x 0,20 manat = 260 manat, 1280 m3 x 0,25 manat = 320 manat, ümumilikdə 144 + 260 + 320 = 724 manat), müəyyən edilə bilər.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi halı ilə bağlı tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar üzrə cəmi 724 manat pul tutulmalıdır.
36. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur və 1468,80 manat dəymiş zərər hesablanmış, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən ünvan 1 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur və 937,08 manat məbləğind dəymiş zərər müəyyən edilmişdir.
37. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli qanuna əsasən əlavə edilmiş (2022-ci il mayın 1-dən qüvvəyə minmiş) 8-1 nömrəli maddənin tələbində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
38. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
39. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçı istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akt, xx.xx.2023-cü il tarixli ******* saylı aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.
40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-523/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilərək “Təbii X6nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı aktlar üzrə cəmi 724 manat məbləğində dəymiş ziyanın məbləği Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
41. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-523/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilərək “Təbii X6nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı aktlar üzrə cəmi 724 (yeddi yüz iyirmi dörd) manat məbləğində dəymiş ziyanın məbləği Cavabdeh İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev