Məhkəmə qərarları › İş №2(103)-3199/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3199/2023

04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3199/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı Nümayəndə, iddiaçılar Nümayəndə və İddiaçı2 Maxmat qızının vəkili və nümayəndəsi Vəkil2, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 oğlunun iştirakları ilə, iddiaçılar Nümayəndə və İddiaçı2 Maxmat qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi, cavabdehlərin əməllərində cinayət tərkibi olması ilə əlaqədar onların barəsində xüsusi qərar çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-33/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçılar Nümayəndə və İddiaçı2 Maxmat qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat, mənəvi ziyanın əvəzi olaraq 20.000 manat Cavabdeh1 Nümayəndə ödənilməsi, vurulmuş maddi ziyanın əvəzi olaraq 3.370 manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıların xeyrinə tutulması barədə qətnamə, cavabdehlər tərəfindən saxta sübutlar təqdim edilməklə məhkəmələri yanıltmağa çalışdıqları üçün cavabdehlərin əməllərində Azərbaycan Respublikası CM-nin 178, 188.4.1 və 294.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri olduğundan onların barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişlər İddia onunla əsaslandırılmışdır ki, iddiaçıların müraciəti əsasında Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 07 aprel 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçılara Maştağa-Вuzovna yolunun Xanlar yaşayış massivinin 550 metr məsafəsində hərəsinə 1000 kv.m olmaqla, cəmi 2.000 kv.m torpaq sahəsi ayrılması və mülkiyyətlərinə verilməsi qərara alınıb. Torpaq sahələri iddiaçıların adına rəsmiləşdirilərək, torpaqlara dair mülkiyyət hüquqları yaranıb. Lakin Cavabdeh2 3 dəfə saxta cizgi sxemləri düzəldərək dələduzluq yolu ilə iddiaçıya aid olan torpağı 3 dəfə ayrı-ayrı vaxtda yaxınlığında ofisi olan, torpaq alğı-satqısı ilə məşğul olan əsl adı X3 olan makler Adil kimi tanınan şəxsə, qonşu Rövşən adlı şəxsə və Cavabdeh1 satıb. Digər ikisi torpağın iddiaçılara aid olduğunu anladıqdan sonra geri çəkiliblər, lakin Cavabdeh1 digər cavabdehlərlə birgə hərəkət edərək iddiaçılara qarşı əsassız iddialar irəli sürübdür. Mübahisəli işlə bağlı istintaq və məhkəmə işi davam etdiyi bir vaxtda və Xəzər Rayon Məhkəməsi həmin ərazidə tikinti işinin aparılmasına qadağa qərarı çıxarmasına baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 başqa bir saxta cizgi-sxemi tərtib edərək iddiaçının torpağını təkrar Cavabdeh1 guya satıblar. Hansı ki, bu qanunla yolverilməzdir. Məhkəmə və istintaq gedəgedə olmayan bir yer necə satıla bilir? Cavabdehlər tərəfindən təqdim edilən Maştağa Bələdiyyəsinin 33/7 nömrəli, 07 aprel 2006-cı il tarixli qərarı ilə 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Maştağa-Buzovna yolunun Xanlar yaşayış massivinin 605 metr məsafəsində Cavabdeh3 ayrılan 8 pay yanaşı olmaqla, ona ayrılan torpaq sahəsinin uzunluğu 50 metr, eni 20 metr ölçüsündə və qarşıdan 8 metr, yandan 6 metr yol göstərilib. Lakin sonradan polis və məhkəmə orqanlarında aparılan araşdırmalar zamanı məlum olub ki, cavabdehlərin torpağa dair cizgi-sxemləri olmayıb, sənəd saxta olub, əslində, Nəsrəddinin adına nə Maştağa Bələdiyyəsində, nə də Buzovna Bələdiyyəsində hər hansı rəsmi sənəd mövcud olmayıb. Hətta bununla bağlı aparılan digər məhkəmə iclaslarında araşdırılan plan-sxemdə Bələdiyyə imzasının yerində müxtəlif imzalar olub və heç bir imza Maştağa Bələdiyyəsinə aid olmayıb. İddiaçılar Cavabdeh1 Maştağa Bələdiyyəsinin 07 aprel 2006-cı il tarixli 33/7 nömrəli qərarına əsasən həmin torpaq sahəsinin onlara ayrıldığı, torpağın cizgi-sxemini göstərərək onda olan ölçülərlə Cavabdeh1 torpağının ölçülərinin üst-üstə düşməməsini, Cavabdeh1 torpaq sahəsinin iddiaçıların torpaq sahəsinə heç bir aidiyyətinin olmamasını, bundan başqa, Maştağa Bələdiyyəsi tərəfindən verilən arayışa əsasən Cavabdeh1 torpağına dair Maştağa Bələdiyyəsinin arxivində heç bir aidiyyəti sənədin olmadığını onun diqqətinə çatdıraraq iddiaçıların torpağına müdaxilə etməməsini dəfələrlə xahiş etmələrinə baxmayaraq Cavabdeh1 onun olmayan bir torpaq sahəsinə görə iddiaçıya qarşı iddia ərizələri ilə məhkəmələrə müraciət edib. Cavabdeh1 iddiaçıya qarşı irəli sürmüş olduğu vicdansızcasına əsassız iddialar nəticəsində uzun müddət aralarında məhkəmə çəkişmələri olub ki, bunların hamısının səbəbləri Cavabdeh2 və onun ailəsinin qanunsuz və vicdansız əməlləridir. İş üzrə cavabdehlərin iddiaçılara qarşı irəli sürdükləri iddialar və onlar əsasında uzun müddət davam etmiş məhkəmə prosesləri nəticəsində qəbul edilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının surətlərini iddia ərizəsinə əlavə etmişlər. Cavabdeh1 Məhkəməni aldadaraq iddia verib ki, guya onun tikdiyi 130 metr məsafəsindəki hasarı bir neçə dəfə uçurdub. Görəsən niyə Cavabdeh1 öz əlində olan saxta cizgi-sxemini 20x50 ölçüdə iddiasını eləmir, iddiaçılara məxsus 25x40 ölçüdə sahənin iddiasını edir. Halbuki iddiaçılara məxsus torpağın sol tərəf hasarın 25 metri qonşu Rövşənin evi və hasarıdır. Qarşı tərəf-40 metr ərazi üç qonşunun hasarı və evləridir. Sağ tərəf 25 metr iddiaçılar torpağı almamışdan çəkilmiş qonşunun 25 metrlik hasarıdır. Qarşı tərəfdə yol boyunda olan 40 metr iddiaçıların öz daşları ilə çəkdikləri hasarı Cavabdeh2 uçurdub. Tikintiyə dair məhkəmə qərarının olmasına baxmayaraq məhkəmə gedə-gedə, istintaq gedə-gedə Nəsrəddin planlı şəkildə qonşusu Cavabdeh1 torpağı sataraq 40 metrlik hasarı bərpa edib və iddiaçı həmin 40 metrlik hasarı bir dəfə polisə müraciət etmələrinə baxmayaraq, polis heç bir tədbir görmədiyinə görə uçurtmağa məcbur olmuşlar. Görəsən Məhkəmənin qərarı ola-ola iddiaçılara məxsus torpaq sahəsinin tikintisi necə aparılır? Bütün bu dəlilləri əsas gətirərək bildirir ki, Cavabdeh1 əsassız olaraq məhkəməni aldadıb və məhkəmə də onun iddiasına inanaraq araşdırmada, əraziyə baxış keçirmədən onun iddiasını təmin edib. 5.000 manat iddiaçılara maddi ziyan vurub. Cavabdeh1 iddiaçılara qarşı "ziyanın əvəzinin ödənilməsi tələbi barədə" iddiası əsasında qəbul edilmiş yekun məhkəmə qərarı ilə onun torpağında özbaşına tikmiş olduğu hasarını sökdüyünə görə iddiaçıdan 4.940 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq Cavabdeh1 verilməsi qərara alınıb. Həmin qərar iddiaçılar tərəfindən icra olunub və cəmi 4.970 manat məbləğində pul Cavabdeh1 ödənilib. Həmin iş üzrə iddiaçılar tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar cəmi 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilib ki, bunun da səbəbi Cavabdeh1 haqsız iddiası olub. Beləliklə, həmin iş üzrə iddiaçılara cəmi 5.000 manat miqdarında maddi ziyan dəyib. Cavabdeh1 iddiaçılara məxsus torpaqda özbaşına hasar tikdiyi üçün həmin hasar onun öz vəsaiti hesabına sökülməli idi. Yəni iddiaçılar Cavabdeh1 özbaşına tikdiyi hasarı sökməsəydi torpağın iddiaçıya məxsus olduğu müəyyən edildikdən sonra Cavabdeh1 qanunsuz inşa etdiyi hasarının onun öz vəsaiti hesabına sökülməsini tələb edəcəkdilər ki, hazırki vəziyyətdə buna ehtiyac qalmayıb. Belə olan halda, Cavabdeh1 iddiaçının hesabına əsassız varlanan hesab edilməlidir. Bundan başqa, Cavabdeh1 tərəfindən iddiaçıya qarşı əsassız olaraq irəli sürülən iddialar, verilən şikayətlər nəticəsində iddiaçı dəfələrlə məhkəmə, istintaq və icra orqanlarında məcburi iştirak etməli olub. Nəticədə iddiaçı üçün çoxlu iş vaxtı itirilməsinə səbəb olub. Həmçinin məhkəmə nəzərə almalıdır ki, Cavabdeh1 iddiaçılara qarşı irəli sürdüyü "istifadədə olan torpaqla bağlı maneələrin aradan qaldırılması tələbi barədə" iddia ərizəsi əsasında icraatı başlanan mülki işə Xəzər Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasında Cavabdeh1 hazırki iddianı irəli sürmək üçün iddiaçı ola bilməyəcəyi, əsl iddiaçı Cavabdeh3 ilə əvəz edilməsi təklif edilsə də, o, məqsədyönlü şəkildə əsl iddiaçı ilə əvəz edilməsinə etiraz etdiyi üçün məhkəmə onun vicdansız şəkildə irəli sürmüş olduğu bu iddiası əsasında mülki işə baxılmalı olub. Ona görə də, hesab edir ki, iş vaxtının itirilməsinə görə nəqliyyat və digər xərcləri də ümumi nəzərə alaraq, Cavabdeh1 tərəfindən iddiaçılara vurulmuş ziyanın əvəzi olaraq 5.000 manat məbləğində pul tutulmasını ağlabatandır. Beləliklə, iddiaçıya vurduğu maddi ziyana görə Cavabdeh1 iddiaçının xeyrinə ümumilikdə 10.000 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, iddiaçıların adına olan torpaq sahəsinin sərhədləri müəyyən edildikdən sonra, sahələr bitişik olduğu üçün iddiaçılar oraya uzunluğu 65 metr, hündürlüyü 12 daş olan mişar daşından ümumi hasar çəkilib. Hasarın çəkilməsinə dəyəri 828 manat olan 2.180 ədəd daş, dəyəri 120 manat olan 2 maşın qum, dəyəri 216 manat olan 36 kisə sement, hörgü işləri üçün 810 manat, himin qoyulması üçün 325 manat ustalara zəhmət haqqı ödənilməklə, ümumilikdə 2.299 manat vəsait xərclənib. Torpaq sahəsinin iddiaçıların istifadəsində olmasına baxmayaraq, cavabdehlər tərəfindən torpaq sahəsi özbaşına zəbt edilib və həmin torpaq sahəsinin üzərində inşa olunan daş hasarı sökdürülüb. Belə ki, hasarın iddiaçılardan birinə aid hissəsi Cavabdeh3, digərinə aid hissəsi isə Cavabdeh1 tərəfindən sökülüb. İddiaçılar yenidən torpaq sahəsi üzərində daş hasar çəkdirdi. Bu məqsədlə uzunluğu 65 metr, hündürlüyü 12 daş olan mişar daşından yenidən hasarın çəkilməsinə dəyəri 120 manat olan 2 maşın qum, dəyəri 216 manat olan 36 kisə sement, hörgü işləri üçün 810 manat, himin qoyulması üçün 325 manat ustalara zəhmət haqqı ödənilməklə, ümumilikdə 1.471 manat vəsait xərclənib. Hasarın iddiaçılara aid hissəsinin üzərinə Cavabdeh1 öz telefon nömrəsini yazaraq torpağın satıldığını qeyd edib. İddiaçı bir dəfə bu yazını pozdursa da yenə nömrəsini yazıb. Cavabdehlər belə əməlləri ilə iddiaçının bütün əsəblərini pozub, xəstəlik tapmasına səbəb olub. İkinci dəfə hasarı çəkdirib bərpa etməsinə baxmayaraq yenə həmin hasarı qeyri-qanuni sökdürüblər. İkinci dəfə hasarın Nigar xanıma aid hissəsi Cavabdeh2, Tahirə aid hissəsi isə onun oğlu Cavabdeh4 tərəfindən sökdürüldüyünün qonşular şahidi olublar. Bununla bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etmələrinə baxmayaraq, mübahisənin mülki xarakterli olması ilə əlaqədar məhkəməyə müraciət etmələri tövsiyə olunub. Cavabdehlər tərəfindən hasarın qanunsuz olaraq iki dəfə sökülməsi səbəbindən və torpaq sahəsindən öz iradələrinə uyğun istədikləri kimi istifadə etmək hüquqları məhdudlaşdırmaqla, nəticədə onlara maddi və mənəvi ziyan vurublar. Hasarın tikilməsini və sökülməsini təsdiq edən fotoşəkillər iddia ərizəsinə əlavə edilir. Beləliklə, cavabdehlər tərəfindən iddiaçılara 3.770 manat maddi ziyan və 10.000 manat mənəvi ziyan vurulub. Eyni zamanda, hesab edir ki, cavabdehlərin qanunsuz əməlləri və irəli sürdüyü vicdansızcasına iddiaları nəticəsində iddiaçı Nümayəndə mənəvi ziyan vurulub, o, fiziki və mənəvi sarsıntılar keçirdib, Nümayəndə beyin qan damarlarının partlaması və təzyiqlə bağlı yaranan xəstəlik nəticəsində özünü güclə idarə edir, hazırda da səhhəti qeyri-sabitdir, bunlar cavabdehin qəsdən yol verdiyi qanunsuz hərəkətlər nəticəsində baş verib, cavabdehlərin qanunsuz hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxslərin təqsiri aşkardır. İddiaçıya dəymiş mənəvi ziyanın ölçüsü yoxdur. Lakin mənəvi ziyanın konkret miqdarını qeyd etməli olduqlarından və vurulmuş maddi ziyanın həcmini, habelə Cavabdeh1 iddiaçıya qarşı haqsız irəli sürdüyü mənəvi ziyan tələbində 20.000 manat tələb etməsini nəzərə alaraq, hesab edir ki, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 20.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Qeyd etdikləri dəlillərlə Cavabdeh1 haqsız olduğunu bilə-bilə iddiaçıya qarşı uydurma və yalan dəlillərlə vicdansız iddialar irəli sürməsi və məhkəmələrə saxta sübutlar təqdim etməklə məhkəmələri yanıltmağa çalışması təsdiq olunur. Hesab edir ki, Cavabdeh1 əməllərində cinayətin əlamətləri mövcud olduğundan məhkəmə tərəfindən onun barəsində xüsusi qərardad çıxarılmalı və bu əməllərinə hüquq qiymət verilməsi üçün prokurorluq orqanına məlumat verilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-33/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, iddiaçılar Nümayəndə və İddiaçı2 Maxmat qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, cavabdehlərin əməllərində cinayət tərkibi olması ilə əlaqədar onların barəsində xüsusi qərar çıxarılması” tələbinə dair icraata iddianın “Cavabdeh1 iddiaçı Nümayəndə xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun tutulması” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, iş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş materiallarından göründüyü kimi Nümayəndə verdiyi iddia ərizəsində sonradan ona məxsusluğu müəyyən edilmiş torpaq sahəsində tikmiş olduğu hasarı sökdüyünə görə Cavabdeh1 ona qarşı "zərərin əvəzinin ödənilməsi" tələbi barədə iddiası əsasında qəbul edilmiş yekun məhkəmə aktı ilə ondan 4.940 manat maddi zərərin və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq Cavabdeh1 verilməsi qərara alınmış, həmin qətnaməyə əsasən, o, 4.970 manat məbləğində pulu Cavabdeh1 ödəmiş, bu iş üzrə tərəfindən apellyasiya və kassasiya şikayətlərinin verilməsi ilə əlaqədar əlavə olaraq 30 manat məbləğində dövlət rüsumunu ödəməli olmuşdur. Cavabdeh1 iddiasının əslində haqsız olmasına baxmayaraq bunun nəticəsində ona cəmi 5.000 manat məbləğində maddi zərər dəymiş, Cavabdeh1 onun hesabına əsassız olaraq varlanmışdır. Beləliklə iddiaçı qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2(008)-5017/17 saylı qətnaməsinə əsasən ondan Cavabdeh1 xeyrinə tutulmuş pul və iş üzrə məhkəmə xərci kimi ödənilmiş dövlət rüsumları məbləğində sonuncunun əsassız varlanmasının müəyyən edilməsini və bu əsasla ondan tutulmuş pulun qaytarılmasını xahiş edir. Nümayəndə iddia tələbinin faktiki əsası kimi mübahisəli torpaq sahəsinin daha sonra ona məxsus olmasının müəyyən edildiyinə istinad edir. Göründüyü kimi, o, iddianın bu hissədə təmin edilməsi üçün yeni açılmış halların mövcudluğunu əsas gətirərək işə mahiyyəti üzrə baxılmasını tələb edir. Mülki Prosessual Məcəllənin 432.1 və 432.2.1-ci maddələrinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsas sayılır. Həmin Məcəllənin 433-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır Bununla əlaqədar kollegiya qeyd edir ki, qətnamə çıxarılarkən tərəflərin hüquq və vəzifələri barəsində məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktların aşkar edilməsi iddiaçıya maraqlarına toxunan məsələ barədə yeni iddia ərizəsi ilə yox, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 iyun 2017-ci il tarixli, 2(008)-5017/17 saylı qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmək hüququnu yaradır. İddiaçı isə hazırki mübahisənin həll edilmə yolunu düzgün seçməyərək qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2(008)-5017/17 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırki icraata iddianın “Cavabdeh1 iddiaçı Nümayəndə xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun tutulması” hissəsi üzrə xitam verilməlidir Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-33/2022 saylı 22 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən – iddianın “Cavabdeh1 iddiaçı Nümayəndə xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun tutulması” hissəsi üzrə ləğv edilsin. Həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar