Məhkəmə qərarları › İş №2(103)-3207/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3207/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3207/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında İddiaçı X2 Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işin aidiyyəti məsələsi ilə bağlı məhkəmələr arasında fikir ayrılığına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 firmasından müştərək qaydada İddiaçı X2 Təşkilatı ASCnin xeyrinə xx.xx.2016-cı il tarixli 005/16/PB/YF saylı kredit müqaviləsinə əsasən 13757,24 ABŞ dolları əsas borcun, 23501,52 ABŞ dolları hesablanmış faiz, 17774,35 ABŞ dolları hesablanmış dəbbə, cəmi 55033,11 ABŞ dolları kredit borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-880/2020 saylı qərardadından görünür ki, iş üzrə Cavabdeh1 vəsatəti təmin edilməklə İddiaçı X2 Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-944/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə İddiaçı X2 Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddiası əsasında mülki işin icraata qəbul edilməsindən imtina edilməsi və mülki işin aidiyyəti üzrə baxılmasına dair məhkəmələr arasında fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı X2 Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Abbasova X1 şəhəri H.Rəhmanov döngə 3 ev 38 ünvanında qeydiyyatdadır. Hazırki iş üzrə materiallarından müəyyən edilir ki, cavabdeh Abbasova X1 şəhəri H.Rəhmanov döngə 3 ev 38 ünvanında qeydiyyatda olduğu, cavabdeh tərəfindən onun Bakı şəhəri Xəzər rayonu ərazisində yaşaması barədə ərizəsinə heç bir sübut əlavə olunmadığı, həmçinin, mülki iş üzrə tərəflər arasında mübahisəli işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə yazılı sazişin olmadığı müəyyən edilmişdir. Mülki iş materialından görünür ki, iddiaçı haqlı olaraq cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər Məhkəməsinə iddia vermişdir və hazırki mülki işə Naxçıvan Şəhər Məhkəməsində baxımalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı X2 Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı” X2 Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar