Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-321/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Savabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2013-cü il tarixli 100.LN.2105.281113.00001saylı kredit müqaviləsi üzrə 34691,83 manat qalıq faiz borcunun və kredit müqaviləsinin bitdiyi xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək illik 5 faizlə hesablanmış 24329,58 manat faiz borcunun, cəmi 59021,41 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 6914/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə qətnaməni belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn mübahisə olmuş, mübahisəyə məhkəmə qətnaməsi ilə münasibət bildirilmiş, müqavilə ləğv edilmiş, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, qətnamə çıxarıldıqdan sonra isə qətnamə ilə ödənilməli olan pul vəsaitinin ödənilməsinin yubadılmasına görə mülki qanunvericilikdə məsuliyyət nəzərdə tutulmamışdır. Bu əsasla iddia təmin edilməmişdir. İddiaçı hesab edir ki, məhkəmənin bu mövqeyi düzgün deyil, cavabdehdən faiz borcunun tutulması ilə bağlı olan hazırkı iddia tələbinin əsasını qətnamə ilə ödənilməli olan pul vəsaitinin ödənilməsinin yubadılması deyil, digər hallar təşkil edir. İddiaçı qeyd edir ki, hazırkı işdə iddia tələbinin predmeti ayrıdır və başqa əsaslarla irəli sürülmüşdür. Bundan başqa iddiaçı hesab edir ki, müqavilə müddətinin bitdiyi xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək 168435,62 manat əsas qalıq borc məbləğinə illik 5 faizlə hesablanmış 24329,58 manat pulun cavabdehdən tələb edilməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddianı təmin etməməkdə haqlı olmamış və qərar qəbul edərkən səhv nəticəyə gəlmişdir. Bununla da, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İddia ərizəsi üzrə birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxx 2013-cü il tarixdə illik 18% ödəmək şərti ilə 36 ay müddətinə (xx xxxxxx 2016-cı il tarixədək) 200.000 manat məbləğində kreditin verilməsinə dair müqavilə imzalanmış, müqavilənin təminatı olaraq Cavabdeh məxsus daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər bir müddət həyata keçirilsə də, təxminən 2015-ci ilin ortalarından başlayaraq o, öhdəliklərini vaxtlı-vaxtında icra edə bilməmiş, nəticədə kreditor İddiaçı ASC borclu Cavabdeh qarşı aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə hesablanmış əsas, faiz və cərimə borclarının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 67/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 100.LN.2105.281113.00001 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 168435,62 manat, faiz borcu üzrə 32175,48 manat, 500 manat cərimə, kredit üzrə 1% birdəfəlik komissiya 1684,36 manat olmaqla, cəmi 202795,46 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun, habelə sənədlərin notarial təsdiqi üçün ödənilmiş 19 manat xərcin əvəzinin tutulması, tutmanın cavabdehin mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-733a ünvandakı 0.097 ha torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 207,1 kv.m olan bağ evinə yönəldilməsi, bağ evinin ilkin satış qiyməti 510.000 manat müəyyən edilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tutulmalı məbləğ həddində banka ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçi - Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun ümumi qaydada Cavabdeh tutulması qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh banka olan ümumi faiz borcunun 59021,41 manat məbləğində pulun 10 gün müddətində banka ödənilməsi tələb olunmuşdur, lakin bina söküldüyündən həmin məktubun Cavabdeh çatdırılması mümkün olmamışdır. İşə apellyasiya instansiya məhkəməsində baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-3552/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və xx xxxxxx 2020-ci il tarixli 9/4278 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 9/4278 saylı ekspert rəyinə əsasən xx xxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixə illik 18%-lə hesablanan faiz borcu üzrə 18.527,97 manat, xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək illik 5%-lə hesablanan faiz borcunun isə 24.329,59 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsini əsaslı hesab edir, həmin qətnamədə məhkəmənin gəlmiş olduğu nəticə ilə razılaşır və bu mövqeyini aşağıdakılarla əsaslandırır: Hazırkı iş üzrə iddia tələbi mahiyyət etibarı ilə iki hissədən ibarətdir: 1) kredit müqaviləsi üzrə 34691,83 manat qalıq faiz borcunun ödənilməsi; 2) kredit müqaviləsinin bitdiyi xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2019-cu il tarixdək illik 5 faizlə hesablanmış 24329,58 manat faiz borcunun ödənilməsi. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi xx xxxxxx 2013-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır və müqavilənin müddəti xx xxxxxx 2016-cı ildə başa çatmışdır. Lakin müqavilənin şərtlərinə borclu tərəfindən riayət edilmədiyinə görə, kreditor İddiaçı ASC borclu Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun ödənilməsi, həmçinin tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair 2018-ci ildə, yəni müqavilənin müddəti bitdikdən təxminən 2 il sonra iddia qaldırmışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, iddiaçı müqavilə üzrə faiz borcunun bir hissəsini deyil, ümumilikdə faiz borcunun tutulmasına dair tələb irəli sürmüş, işə baxan məhkəmə digər tələblərlə yanaşı, kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsinə dair tələbə də qiymət verməklə, həmin hissədə iddianı qismən təmin etmişdir. Bu zaman məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddia ərizəsi məhkəməyə verilərkən kredit müqaviləsinin tərəflər arasında müəyyən edilmiş müddəti artıq 2 ildən də artıq müddət əvvəl bitmişdi və iddiaçının həmin müqavilə üzrə faiz məbləğini müqavilə müddətinin sonuna qədər hesablanaraq bütövlükdə tələb etməsinə heç nə mane olmurdu. Belə olan halda, iddiaçının əvvəlki məhkəmə mübahisəsi zamanı kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun hamısını deyil, yalnız bir hissəsini tələb etməsinə dair dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Bundan başqa, artıq qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi məhkəmə qətnaməsi ilə ləğv edildiyindən, həmin müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərinə də xitam verilmiş hesab edilir. Tərəflər arasında borc münasibətlərini tənzimləyən və cavabdeh üçün iddiaçı Bank qarşısında vəzifələr müəyyən edən kredit müqaviləsi artıq mövcud olmadığından, cavabdehin bank qarşısında həmin müqavilədən irəli gələn öhdəlikləri də qalmamışdır. Belə ki, Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi iddiaçının öz təşəbbüsü ilə ləğv edildikdən sonra onun yenidən artıq mövcud olmayan həmin müqavilənin şərtlərinə istinad etməklə eyni tələbi (müqavilə üzrə faiz borcunun ödənilməsi) təkrar irəli sürməsi mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur. İddia tələbinin ikinci hissəsi - kredit müqaviləsinin bitdiyi xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2019-cu il tarixdək illik 5 faizlə hesablanmış 24329,58 manat faiz borcunun ödənilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin müddətin bir hissəsi müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinin icraya yönəlməsinədək olan dövrü, qalan hissəsi isə həmin vaxtdan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilən tarixədək olan dövrü əhatə edir. Göründüyü kimi, 5 faizlik məbləğin tələb edildiyi müddət ümumilikdə 3 ilə yaxın dövrü əhatə edir. İş materiallarında olan maliyyə sənədlərindən müəyyən edilir ki, borclu Cavabdeh müqavilə üzrə bir müddət ödənişlər etsə də, artıq xx.xx.2015-ci il tarixdən ödənişlərini dayandırmış, bununla da müqavilənin şərtlərini həmin tarixdən pozmağa başlamışdır. İddiaçı ASC-nin həmin vaxtdan etibarən müqavilə şərtlərini icra etməməsinə və pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə cavabdehə qarşı qanunla və müqavilənin şərtləri ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. İddiaçı ASC isə Cavabdeh qarşı bu tələblə bağlı məhkəməyə yalnız 2018-ci ildə müraciət etmiş və həmin iddianın əsasında Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edilməklə iddia tələbləri qismən təmin edilmişdir. Lakin iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz pul məbləğinin ödənilməsinə dair iddianı nə müqavilə bitdiyi dövrdə, nə eyni tərəfə qarşı 2018ci ildə məhkəmədə iddia qaldırdığı zaman deyil, hal-hazırda, yəni müqavilə müddəti bitdikdən təxminən 3 il sonra qaldırmışdır. Bu yerdə məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6-cı bəndinə görə, verilmiş kredit xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. Həmçinin, bu kredit müqaviləsi üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh məxsus olan və İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 510.000 manat müəyyən edilməklə, hesablanmış 202795,46 manat borc məbləği üzrə tutma ipoteka predmetinə yönəldilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən ödənişlərin dayandırıldığı vaxtdan İddiaçı ASC-nin müqavilə üzrə yaranmış borc məbləği və faizlərin ipoteka ilə yüklü edilmiş əmlakın satılaraq əldə edilmiş vəsait hesabına ödənilməsi imkanı olmuşdur. İddiaçı isə bu hüququndan yalnız 2018-ci ildə istifadə etmiş və kredit müqaviləsinin ləğv edilməsi, hesablanmış borc məbləğinin cavabdehdən tutulması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin, hətta bu zaman da, iddiaçı pul məbləğinin gecikdirilməsinə görə 5 faiz məbləğə dair tələb irəli sürməmiş və yalnız bu tip müqavilələr üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin keçməsinə bir ay qalmış həmin tələbi məhkəmədə qaldırmışdır. Nəticədə cavabdehdən gecikməyə görə tələb edilən məbləğ əhəmiyyətli dərəcədə artmışdır. Bu isə cavabdehin həddən artıq maliyyə yükünə məruz qalmasına səbəb olmuşdur. Bütün qeyd edilənlər onu deyməyə əsas verir ki, iddiaçı borcun ödənilməsini gecikdirdiyinə görə illik 5 faiz məbləği cavabdehdən tələb etməklə hüquqlarından suiistifadə etmişdir. Belə ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.3. Müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-nin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir... Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi artıq icraya yönəlmiş, bu zaman cavabdeh tərəfindən icra sənədinin icrasının ləngiməsinə səbəb ola biləcək hər hansı hərəkətə yol verilməsi müəyyən edilməmişdir. Üstəlik, kredit müqaviləsi məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Qarşılıqlı mülki-hüquqi münasibətlərin bu vəziyyətində borclunun əlavə olaraq mülkihüquqi məsuliyyətə cəlb edilməsini məhkəmə kollegiyası yolverilməz hesab edir. Çünki kreditorla yanaşı, borclunun da mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb edilməsinin qarşısı alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni tələbkar - borclu münasibətləri yaranır ki, bu müstəvidə məsələnin həlli məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirən şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-nin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verilməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia tələbi pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faiz borcunun ödənilməsi hissəsində də əsassız olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 6914/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-321/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-321/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver