Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3212/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1123/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən ayrı-ayrılqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” QSC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada QSC-nin xeyrinə xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması və ona edilmişəlavəsazişlər ezrə 9090.02 ABŞ dolları məbləğində kredit borcu, 7014.39 ABŞ dolları məbləğində faiz borcu və 9721.97 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 25826.38 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli 01L000003848 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması əsasında 20 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxx 2015-ci il tarixli 01R000014070S saylı xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxx 2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 20909.98 ABŞ dolları ödəmiş, onun 9090.02 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxx 2019-cu il tarixə 957 gün üçün hesablanmış faiz borcu 7014.39 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borcu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2019-cu il tarixə 957 gün üçün hesablanmış cərimə 9721.97 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Busəbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, onun əvəzini də cavabdehlərdən tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1123/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada cəmi 17076,41 (on yeddi min yetmiş altı dollar qırx bir sent) ABŞ dolları (ondan 9090,02 ABŞ dolları əsas kredit borcu, 7014,39 ABŞ dolları faiz borcu və 972 ABŞ dolları cərimə olmaqla) məbləğində pul vəsaitinin ödəniş aparılan tarixinə manatın məzənnəsi ilə alınması və“xxxx” QSC-nə verilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət büdcəsinə köçürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 alınması və “xxxx” QSC-yə verilməsi, iddianın cərimə tələbi ilə bağlı qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərərək qətnamənin ləğv edilməsini, iş üzrə iddia tələbinin ona qarşı hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş hüquqlarım pozulmuşdur. Məhkəmə qətnaməsi iddianın ona münasibətdə təmin olunması hissəsində qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən sübutlar obyektiv və qərəzsiz araşdırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli 01L000003848 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması əsasında 20 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Onunla isə xx xxxx 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixli 01L000003848 saylı kredit xətti müqaviləsinin 1.3-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan olan Kredit Razılaşması ilə müəyyən edilir. İş materiallarından və o cümlədən iddia ərizəsindən görünür ki, tərəflərin imzaladıqları (Cavabdeh2 zamin durduğu) müqaviləyə xx.xx.2015-ci ildə və xx.xx.2016-cı ildə ödəniş planına dəyişiklik edilmiş və zaminlərin razılıqları alınmamışdır. Eyni zamanda, Cavabdeh1 «xxxx» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması əsasında 20 ay müddətinə, 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kreditdən istifadə müddəti xx.xx.2016-cı il tarixdə bitir. İddiaçı isə zaminə qarşı xx.xx.2017-ci il tarixədək iddia irəli sürə bilərdi. Öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən, zaminliyə xitam verilmiş olur. İddia tələbində qeyd edilir ki, “Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır?’ Bununla da iddiaçı xx.xx.2016-cı il tarixli sazişə istinad etmişdir. Həmin sazişə əsasən kreditin ödənilməsi müddəti 2 il, yəni xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Halbuki, zaminlərin razılığı alınmamışdır. Hətta bir anlıq həmin sazişin tələblərini zaminlərə şamil edilməsini qəbul edilsə belə, yenə də öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Həmin sazişə əsasən, kreditdən istifadə müddəti xx.xx.2018-ci il tarixdə başa çatır və iddiaçı xx.xx.2019-cu il tarixədək zaminə qarşı iddia irəli sürə bilərdi. İddiaçı isə hazırkı iddia tələbi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etiraz təqdim edilərək, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ona və qeyrilərinə qarşı “Kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsinin ona münasibətdə təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə isə ümumiyyətlə etirazda qeyd olunan dəlillərə münasibət bildirməmişdir. Ona görə də hesab edir ki, şikayət olunan Qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Həmin qətnamədən həmçinin cavabdeh X1 apelyasiya şikayəti verərərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuzdur və ləğv edilməlidir. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, kredit borcunun məbləği barədə nəticəyə gəlinərkən 01R********** nömrəli kredit razılaşması və ona əlavə edilmiş sazişlərin əslinə deyil, surətinə əsaslanılmışdır. Həmin sənədlərin heç biri bank tərəfindən təqdim edilməmişdir və sənədin surəti əsasında iddia tələbi təmin edilmişdir. Bu barədə hətta prosesdə bildirmişdir, lakin məhkəmə onun izahatına münasibət bildrmədən və hətta bunu protokola qeyd etmədən qanunsuz qətnamə çıxarmışdır. Bundan başqa, bankın təqdim etdiyi maliyyə arayışına istinadən kredit borcunun mövcud olması nəticəsinə gəlinmişdir. Halbuki, məhkəmə həqiqətən həmin məbləğin götürülüb- götürülməməsini, habelə dəqiqliklə nə qədər ödəniş edilməsini aydınlaşdırmamışdır. Belə ki, həmin fakt kassa mədaxil və məxaric orderləri əsasında müəyyən edilə bilərdi. Məhkəmə həmin sənədin əldə edilməsinə və real götürülmüş kredit məbləğinin və ödənişin müəyyən edilməsinə heç bir təşəbbüs göstərməmiş, tərəfindən bu barədə məhkəmədə bildirilsə də, izahatına səthi yanaşılmış və üzərindən keçilərək iddia tələbini əsassız olaraq təmin etmişdir. Hətta xx.xx.2020-ci il tarixli 2812 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində də bu faktlara istinad edilmiş və bu səbəbdən kredit borcu barədə dəqiq nəticəyə gəlməyin mümkünsüzlüyü təsvir edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkili olduğu şəxs tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı “xxxx” QSC nümayəndəsi və digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı “xxxx” QSC nümayəndəsi və digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 Viktorov məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissədə təmin edilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni yalnız qeyd olunan cavabdehlər mübahisələndirmiş, iddiaçı və iş üzrə digər cavabdehlər qətnaməni ümumiyyətlə mübahisələndirməmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1123/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissədə ləğv edilməli, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli 01L000003848 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması əsasında 20 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. “xxxx” QSC ilə Cavabdeh1 arasında imzaladıqları xx xxxx 2015-ci il tarixli 01R000014070S saylı xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, “xxxx” QSC-nin müştərişi olan X2 xx xxxx 2014-cü il tarixli kredit razılaşması üzrə borcu xx xxxxxx 2019-cu il tarixinə əsas məbləğ üzrə 9090.02 ABŞ dolları, faiz üzrə borc 7014.39 ABŞ dolları, cərimə borcu 9721.97 ABŞ dolları, cəmi 25826.38 ABŞ dolları təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 2812 saylı rəyində qeyd edilir: “iş materiallarından göründüyü kimi, “xxxx” QSC ilə Cavabdeh1 (borcalan) arasında xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması bağlanmışdır. Həmin kredit razılaşmasına görə kredit alana illik 26 faiz olmaqla, 20 ay müddətinə 30000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulub. Təqdim edilmiş çıxarış kredit dövrünü tam əhatə etmədiyinə görə kreditin verilməsini müəyyən etmək mümkün olmadı. Bundan başqa kassa məxaric və mədaxil orderi təqdim edilməmişdir. Tərəflər arasında bağlanan xx xxxx 2015-ci il tarixli 01R000014070S saylı və xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı Sazişlərə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilmişdir. Sonuncu bağlanan sazişə görə kreditin qalıq məbləği 12110,79 ABŞ dolları, faiz dərəcəsi illik 17 faiz, xx xxxx 2017-ci il tarixdən sonra isə illik 0 faizlə hesablanır. Həmin sazişin ödəniş planına əsasən xx xxxxxx 2018-ci il tarixi həmin müqavilənin bitmə müddəti müəyyən edilir. İş materiallarından göründüyü kimi hesabdan çıxarışın dövrü kredit müqaviləsinin dövrünü tam əhatə etmədiyinə və ödəniş qəbzləri təqdim edilmədiyinə görə kredit müqaviləsi dövründə kredit üzrə nə qədər ödəniş edildiyini müəyyən etmək mümkün olmur. Lakin tərəflər arasında bağlanmış sonuncu xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı razılaşmaya əsasən kredit məbləği 12110,79 ABŞ dolları müəyyən edilmiş və xx xxxx 2016-cı il tarixdən sonra 3029,77 ABŞ dolları məbləğində ödəniş edilmişdi. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı saziş bağlandıqdan sonra Cavabdeh1 krediti üzrə banka 3029,77 ABŞ dolları ödəniş edilmişdir ki, bank tərəfindən bu məbləğin 3020,77 ABŞ dolları əsas borcdan, 9 ABŞ dolları cərimə borcundan silinmişdir. Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarında hesablar göstərilməmiş və hazırki tədqiqatla silinmələr təyinatlara əsasən müəyyən edilir. “xxxx” QSC ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması üzrə kassa məxaric orderi təqdim edilmədiyindən Cavabdeh1 müqavilə üzrə nə qədər kredit məbləğinin verilməsini müəyyən etmək mümkün olmadı. İş materiallarından göründüyü kimi hesabdan çıxarışın dövrü kredit müqaviləsinin dövrünü tam əhatə etmədiyinə və ödəniş qəbzləri təqdim edilmədiyinə görə kredit müqaviləsi dövründə kredit üzrə nə qədər ödəniş edildiyini müəyyən etmək mümkün olmur. Lakin tərəflər arasında bağlanmış sonuncu xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı razılaşmaya əsasən kredit məbləği 12110,79 ABŞ dolları müəyyən edilmiş və xx xxxx 2016-cı il tarixdən sonra 3029,77 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi tərəflər arasında xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı sonuncu saziş bağlandıqdan sonra Cavabdeh1 krediti üzrə banka 3029,77 ABŞ dolları ödəniş edilmişdir ki, bank tərəfindən bu məbləğin 3020,77 ABŞ dolları əsas borcdan, 9 ABŞ dolları isə cərimə borcundan silinmişdir. Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarında hesablar göstərilməmiş və hazırki tədqiqatla silinmələr təyinatlara əsasən müəyyən edilir”. Məhkəmə kollegiyası aşağıdakılara əsasən kredit razılaşması üzrə cəmi 17076,41 (on yeddi min yetmiş altı dollar qırx bir sent) ABŞ dolları (ondan 9090,02 ABŞ dolları əsas kredit borcu, 7014,39 ABŞ dolları faiz borcu və 972 ABŞ dolları cərimə olmaqla) məbləğində pulun müştərək qaydada cavabdehlər Cavabdeh4 və Cavabdeh2 da “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarında olan “xxxx” QSC ilə Cavabdeh1 arasında xətti müqaviləsinin müddəti çərçivəsində xx xxxx 2014-cü il tarixli kredit razılaşması bağlanmış və sonuncuya bu müqaviləyə əsasən 20 ay müddətində qaytarmaq şərti ilə aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” QSC ilə Cavabdeh1 arasında imzaladıqları xx xxxx 2015-ci il tarixli 01R000014070S saylı xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bu müqavilənin təminatı kimi bağlanmış zaminlik müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, həmin müqavilə bağlandığı anadan qüvvəyə minir və müqavilə kredit müqaviləsi üzrə borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir. Kollegiya hesab edir ki, müqavilənin 4.1-ci bəndinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, "bu müqavilənin 4.1-ci bəndində göstərilən müqavilə üzrə borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir" ifadəsi zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən bəhs etmək mümkün deyil. Həmçinin, nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həflələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı bankla Cavabdeh4 və Cavabdeh2 zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Ona görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. “xxxx” QSC ilə Cavabdeh1 oğlu arasında xətti müqaviləsinin müddəti çərçivəsində bağlanmış xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşmasının (müqaviləsinin) şərtlərindən göründüyü kimi, onlar kredit borcunun hər ay cədvəl üzrə hissə-hissə icra edilməsi ilə bağlı razılıq əldə etmişlər. Başqa sözlə, tərəflər kredit borcunun və ona hesablanmış faizlərin müqavilə müddətinin bitdiyi tarixdə qaytarılmasını razılaşdırmamışlar. Ona görə də, cədvəl üzrə razılaşdırılmış hər hansı ayın ödənişinin vaxtı çatdıqda həmin ödənişlərin aparılmaması halında artıq borclu tərəfindən bütövlükdə öhdəliklərin icra edilməməsi halı yaranmış olacaqdır. Mülki Məcəllənin 427.1, 427.3 və 445.2.1-ci maddələrinin müddəaları da göstərilən qənaətə gəlməyə əsas verir. Həmin maddələrə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş materiallarından aydın olur ki, borcalan aldığı krediti ödəniş cədvəlinə uyğun ödəməyə borcludur, sonuncu ödəniş isə xx.xx.2016-ci il tarixdən gec olmayaraq ödənilməsi müəyyən edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi, onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdə qaytarılmasını razılaşdırmışlar. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” QSC ilə Cavabdeh1 Arif oğlu arasında imzaladıqları xx xxxx 2015-ci il tarixli 01R000014070S saylı xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Lakin işdən müəyyən edilir ki, həmin müqavilə bağlanarkən kredit xətti müqaviləsi üzrə zaminlər Cavabdeh4 və Cavabdeh2 bununla bağlı müqaviləni imzalamamaqla xəbərdar edilməmişlər. Kollegiya qeyd edir ki, müqaviləyə sonuncu dəyşiklik xx xxxx 2016-cı il tarixində edilmiş və həmin dəyşikliyə görə yeni ödəniş planı təsdiq edilmişdir. Həmin ödəniş planından görünür ki, ödənişin sonuncu tarixi xx xxxxxx 2018-ci il qeyd edilmişdir. Kollegiya qeyd edir ki, xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı sazişlə razılaşma və ödəniş planına dəyişiklikdə qeyd olunan sonuncu ödəniş tarixi kimi xx xxxxxx 2018-ci il götürdükdə belə bank zaminlər Cavabdeh4 və Cavabdeh2 qarşı xx.xx.2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. İddiaçı hazırki tələblə yalnız xx.xx.2019cu il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün, qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi iddia tələbini “xxxx” QSC ilə Cavabdeh1 Atif oğlu arasında xətti müqaviləsinin müddəti çərçivəsində bağlanmış xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması (müqaviləsi) üzrə yaranmış kredit borcunun müştərək qaydada Cavabdeh4 və Cavabdeh2 da tutulması hissəsində təmin etməkdə haqlı olmamışdır. Kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməklə iddia tələbi xxxx” QSC ilə X4 arasında xətti müqaviləsinin müddəti çərçivəsində bağlanmış xx xxxx 2014-cü il tarixli kredit razılaşması (müqaviləsi) üzrə yaranmış kredit borcunun Cavabdeh4 və Cavabdeh2 tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1123/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissədə ləğv edilməli, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1123/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh4 aid hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh2 və Cavabdeh4 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3212/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3212/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver