Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3213/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, X3 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2303/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən X3 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, elektrik qızdırıcıları və işıqlandırıcı cihazların alınması üçün pul çekinə görə ödənilmiş 10.000 ABŞ dolları, gömrük rüsumuna görə ödənilmiş 11.000 ABŞ dolları, maşına kirayə xərci olaraq ödənilmiş 4.000 ABŞ dolları, cəmi 25.000 ABŞ dolları, iddiaçıya məxsus şirkətin maşınların vasitəsi ilə gətirilən tibbi avadanlıqların, müxtəlif növlü tibbi cihazların, xəstəxana üçün tələb olunan mebellərin, çarpayıların, ləvazimatların və sair, bütün yük daşımalarına görə cəmi 110.000 ABŞ dolları, torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 15.000 ABŞ dolları, ümumilikdə cavabdehlərdən 150.000 ABŞ dolları məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2303/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 110.000 (yüz on min) ABŞ dolları ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçıya verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, o cümlədən göstərmişdir ki, birinci instansiya məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməyərək qüvvədə olan maddi hüquq normaları ilə yanaşı prosessual hüquq normalarını da pozmuşdur. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnaməni qismən- Cavabdeh1 110.000 (yüz on min) ABŞ dolları pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçı Soğuktaş İddiaçı oğluna verilməsi hissəsində ləğv edilməsinə və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiatələbi təminolunanhissədəbirinciinstansiyaməhkəməsitərəfindənmüəyyənolunanişinhallarının (faktların) hüquqiəsasıolmamışvənəticədə məhkəməiddiaçının formalmülahizəvəfərziyyələriəsasında ədalətsizvəqanunsuzqətnaməçıxarmışdır. Birincisi: məhkəmə- iddiaçınınməhkəməyəbucüriddiatələbi iləmüraciətetməküçünsubyektivhüquqununolub-olmamasınaümumiyyətləvarmamışdır. Beləki, məhkəmə- AzərbaycanRespublikasınınMülkiMəcəlləsində, AzərbaycanRespublikasının GömrukMəcəlləsində,AzərbaycanRespublikasınınQanunuilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında kombinə edilmiş yükdaşımaları haqqında” Sazişdə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması” qaydalarındanəzərdətutulmuşnormalarıntələblərinirəhbərtutmaqəvəzəinə, «nəyinbahasınaolursa-olsuntəki Soğuktaş İddiaçı oğlununiddiasıtəminolunsun» devizinirəhbərtutmuşvə nəticəetibarıiləiddiaçı Soğuktaş İddiaçı oğlunun özünün vəyaxuddaiddiaərizəsinitərtibedənin xəyalvəfərziyyələriəsasındavaxtıiləetimaledilən «ŞahbazŞahbazovunəmlakıhesabına varlanmaq» planınıgerçəkləşdirmişdir. İddiatələbinintəminolunanhissəsiiləbağlı cavabdehŞahbazŞahbazovunöhdəliyininyaranmasısəbəbinin əsasıkimiistinadolunanhalların sübutolunmasıüçüniddiaçıtərəfindənyalnız 16 vərəqdənibarət (hərbirində 2, toplam 32 ədəd ) yazılısənədlər işmateriallarınatəqdimolunmuşdur.Həminyazılısənədlərdəaşağıdakılarqeydolunur: -blankınüst, soltərəfində -«X6» şirkətininrekvizitləri; -blankınüst, sağ tərəfində-«TəslimFişi»; -alıcınınadı-bəzilərindəyalnızŞahbaz, bəzilərindəisəDoktorŞahbaz; -«TəslimFişi»-ninaltındatarixvətarixinaltında «Fişin» №-si (aşağıdakıqaydada) xx.xx.2010- 003342 xx.xx.2011- 002939 xx.xx.2012- 000096 xx.xx.2013- 003343 xx.xx.2010- 000801 xx.xx.2011- 003000 xx.xx.2012- 000335 xx.xx.2013- 000864 xx.xx.2010- 004301 xx.xx.2011- 004365 xx.xx.2012- 001002 xx.xx.2013- 004387 xx.xx.2010- 000386 xx.xx.2011- 002951 xx.xx.2012- 002901 xx.xx.2013- 001006 xx.xx.2010- 000018 xx.xx.2011- 002703 xx.xx.2013- 002701 xx.xx.2010- 000161 xx.xx.2011- 002801 xx.xx.2013- 003601 xx.xx.2010- 000892 xx.xx.2011- 000054 xx.xx.2010- 001005 xx.xx.2010- 001082 xx.xx.2014- 000823 xx.xx.2014- 001147 xx.xx.2014- 004337 xx.xx.2014- 000316 xx.xx.2014- 002804 xx.xx.2014- 003396 -Dahasonraİstanbulşəhərindəkiünvangöstərilməklə -«Kavasoğlu TekstilOtomotivvəDİŞTİCLTDSTL» ştampı. Qüvvədə olan maddi hüquq normalarının tələblərinə görə iddiaçı tərəfindən sonradan hazırlanmış və yalnız özləri tərəfindən təsdiqlənmiş hər hansı bir sənəd əsasında onun üzərinə öhdəlik qoyulmasıyolverilməzdir. Birinciinstansiyaməhkəməsitərəfindən- aşağıdakıməsələləraraşdırılmadığıüçün, yəni işinhəqiqihallarıgizlədildiyindən, çıxarılmışqətnamənində ədalətsiz, qərəzli vəqeyriobyektivolmasınısübutedir. 1.1.Ümumiyyətlə, -«X6» şirkətininrekvizitlərigöstərilənvə İstanbulşəhərindəkiünvangöstərilməklə -«Kavasoğlu TekstilOtomotivvəDİŞTİCLTDSTL» ştampıvurulmuş «təslimfişi» adlandırılanhəminsənədlərinhəqiqiliyiaçıqdanaçığaşübhədoğururvəyalnızhəminsənədlərəsasındanəqliyyatvasitələriilə beynəlxalqyukdaşımalarınınhəyatakeçirilməsi, yənihərhansıbirmallarınTürkiyədənAzərbaycanagətirilməsi, ocümlədəntəhvilalanınimzasıolmayansənədlərəsasındadaşınmanındəyərinin müəyyənedilməsigülüncdoğurur. İddiaçıarasındayüklərindaşınmasıiləbağlı heçbirzaman müqaviləvəyamüqaviləmünasibətlərimövcudolmamışdır. Hazırkıiddiatələbiyalnızvəyalnıziddiaçınınuydurmamülahizələrinə, yəni özütərəfindənhazırlanmışbirtərəfli “TəslimFişi» adlandırılanvəyalnızözündənbaşqahərhansıbirşəxs üçün hüquqinəticə (öhdəlik) yaratmayan sənədəəsaslanır. 1.1.1.Azərbaysan Respublikası MülkiMəcəlləsinin 49.2-cimaddəsinəəsasən- Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Hazırkıhalda, iddiaərizəsi hüquqişəxstərəfindəndeyil, fizikişəxstərəfindənverilmişvə işmateriallarındaisəsübutadlandırmaqolarsa «TəslimFiş» lərihüquqişəxsinadınagöstərilsədə məhkəməümumiyyətləiddiaçınınhazırkıiddiailəmüraciətetməküçün subyektivhüquqununolmamasınınəzərəalmamışdır. Digərtərəfdən, hüquqişəxsadındaniddiaverməküçünvəonu məhkəmədə təmsiletməküçüniddiaçıyahüquqişəxsadındanetibarnaməverilməliidi. İşmateriallarındaisəbeləbiretibarnaməmövcuddeyildir. 1.1.2.Bundanbaşqa, mallarındaşınmasınagörəhərhansıbirməbləğinödənilməsiöhdəliyinin əmələgəlməsiüçünilkinolaraqtərəflərarasındamüqaviləolmalıdır. HazırkıhaldaisəiddiaçıiləŞahbazŞahbazovarasındamüqaviləyoxdur. Göründüyü kimi, «Təslim Fişi» adlandırılan sənədlərin heç birində Cavabdeh1 imzası yoxdur, yəni sonuncu ilə iddiaçı arasında hər hansı bir müqavilə münasibətlərinin yaranmasını istisna edir. Eyni zamanda, Cavabdeh1 üçün heç bir öhdəlik yaratmır. 1.2.İddiaçı ilə Cavabdeh1 arasında heç bir müqavilə münasibətləri mövcud olmamış və 2006-2016-cı illər ərzində Cavabdeh1 tərəfindən hər hansı bir malların gətirilməsi üçün sifarişlər edilməmiş və 16 vərəqdən ibarət 32 ədəd «Təslim Fişi» adlandırılan sənədlərdə göstərilən avadanlıqlar -«X6» şirkətivasitəsiləTürkiyədənAzərbaycana gətirilməmişdir. Belə ki, yuxarıda qeyd olunan halların müəyyən edilməsi üçün vəsatət verilmiş və hazırkı iş üzrə Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə –vəsatət təmin edilmiş və Türkiyənin Gömrük Komitəsindən aşağıdakı sualların cavab alınması üçün sorğu göndərilmişdir :
1. 2006-2016-cı illər ərzində Cavabdeh1 və qeyrilərinin adına sifarişlər edilmişdirmi?
2. Qəbzlərdə (təslim fişi) qeyd edilmiş tarixlərdə -«X6» şirkəti tərəfindən qəbzlərdə göstərilən avadanlıqlar TürkiyəRespublikasındanAzərbaycan Respublikasına göndərilmişdirmi? TürkiyəRespublikasınınGömrük Komitəsi barədə tapşırığın icrası ilə bağlı TürkiyəRespublikasının Ədliyyə Nazirliyindən daxil olan bütün sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 14\18-9640 №-li, xx.xx.2018-ci il tarixli məktubu ilə məhkəmə iş materiallarına təqdim olunmuşdur. Həmin sənədlərdən müəyyən olunur ki, 16 vərəqdən ibarət 32 ədəd «Tslim Fişi»-ndə göstərilən mallar ümumiyyətlə, Azərbaycan Respublikasının sərhəddini keçməmiş və Türkiyyənin Gömrük Komitəsinin baza məlumatlarına əsasən- ixracat bəyannamələrində qeyd olunanlar barədə heç bir məlumat yoxdur. Vergi məlumatlarına əsasən -«Kavasoğlu TekstilOtomotivvəDİŞTİCLTDSTL»-nin təsisçiləri isə Murad Soğuktaş və Çengiz Soğuktaşgöstərilmişdir. Adianlamdangörünürki, iddiaçınınxəyallarıilətərtibolunmuşiddiatələbi TürkiyəRespublikasınınmüvafiqDövlətqurumlarıtərəfindənaçıq-aşkartəkzibolunur. Birinciinstansiyaməhkəməsihəminfaktlarahüquqiqiymətverməkəvəzinə, ümumiyyətləhəminsənədlərisübutkimiqəbuletməmişvəonlarıhansısəbəbdənqəbuletməməsini qətnamədəgöstərməmişdir. Yəqin ki, iddiatələbi hazırdamübahisələndirilənhissədə həminsənədlərəsasında dəyərləndirilsəydi, qeyd-şərtsiziddiatələbininhəməsassız, həmdəxəyaliolmasısübutolunardı. Təəsüflərolsunki, məhkəməözününqəbuletdiyiqərardadınicrasıiləbağlıəldəetdiyisübutlarıqiymətləndirməkəvəzinə, həminsübutlarıolmamışkimi, üstündənkeçmişdir. 1.3.Ümumiyyətlə, «TəslimFişi» adlanansənədlərintərtibolunmatarixiiləonun nömrələrinimüqayisəlitəhliletdikdəehtimal olunurki, iddiaçıhəminsənədlərisonradanhazırlamışdır. Beləki, hazırkıiddiatələbininəsaslıgörünməsiüçüniddiaçıhəminsənədlərinnömrələrininardıcıllığınavarmadan, artmatarixlərinəmüvafiqolaraq artmasırasıilədeyil, özününistəkvə arzusu əsasında tərtibetmişdir. Hansıki, ciddiuçotsənədihesabedilənqaiməfakturalarişləndikcə, artmatarixlərinəuyğunolaraqyazılmalıdır. Odurki, iddiaçının yalnızformalmülahizələrinəvəfərziyyələrinəəsaslandırılmışvəŞahbazŞahbazov tərəfindənimzalanmamışsənədəsasında öhdəlik qoyulmasıhəməsassızvəhəmdəqanunsuzdur. İkincisi: Hamıyabəllidirki, coğraficəhətdən TürkiyəiləAzərbaycanyalnızNaxçıvanMRiləhəmsərhəddir. İddiaçınınfərziyyələrinəgörəisəTürkiyyədəngüyaonun üçün gətirilənmallarBakıdaona təhvilverilmişdir. Deməli, əgərmallarTürkiyyədənonun adınagətirilmişdirsəvəona təhvilverilmişdirsə, iddiaçıyaməxsusşirkətinadındandaşınmailəəlaqədarnəqliyyatvasitələriTürkiyyəsərhəddindənçıxma lı, ənazından başqabirdövlətinsərhəddindənkeçməlivəBakıyagətirilməsiüçünmallarAzərbaycansərhəddindəbəya nedilməlidir. Hazırkihaldaisəməhkəməheçbirsərhədməntəqəsininvəgömrükorqanlarınınmüvafiqqeydləriolmayanvə həqiqiliyiaçıqdanaçığaşübhədoğuran «TəslimFişi» sənədlərinəsübutkimiqəbuletməkdəkobudqanunpozuntusunayolvermişdir. 2.1.Beləki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra - Məcəllə) Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir. Deməli, maddihüquqnormasınıntələbinəgörəAzərbaycanRespublikasınınərazisinəgətirilənmallar, ilknövbədəbəyanedilməli, müvafiqdövlətrüsumlarıödənildikdənsonra, müvafiqqeydləredilməklə buraxılışaicazəverilməlidir. Yəni, iddiaçınıntərtibetdiyi «TəslimFişi» malların TürkiyədənAzərbaycanagətirilməsiüçünkifayətedicisübutsayılabiləz. Əksinə, həminmallarəgərdoğrudandaAzərbaycanagətirilmişdirsə, ondahəminmallarqaçaqmalçılıqyoluiləgətirilmişhesabolunmalıdırvəhəminşəxsməsuliyyətəcəlbolun malıdır. Çünki, TürkiyəninrəsmiDövlətqrumlarıhəminmallarınAzərbaycanaaparılmadığınıqeydetmişlər. Məhkəmə iclasında X3 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddianın təmin olunmayan hissəsində rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Sübutları da kifayət qədər rayon məhkəməsində təqdim etmişlər. Mallar bura gəlib və Şahbazın adamları tərəfindən götürülüb və pulunu verməyib. Gələn mallar Şahbazın adına gəlməyə bilər. Çünki karqoda Şahbazın adı yazılmaya bilər. Lakin bu o demək deyil ki, bu mallar ümumiyyətlə gəlməyib. Araşdırma üçün elə öz gömrüyümüzə də müraciət oluna bilərdi. Türkiyə gömrüyünə ehtiyac yox idi. Məhkəmə qəbzindəki nömrələrin sahiblərini axtarıb tapdı, onlar gəlib məhkəmə iclasında malların gəldiyini təsdiqlədilər. Ona görə də iddianın tam təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, qarşı tərəfin mövqeyi ümumi söz yığınıdır. Qarşı tərəf sübut kimi heç bir hüquqi əsası olmayan “fiş” təqdim edib, məhkəmə də həmin “fiş”lər əsasında iddianı qismən təmin edib. Həmin “fiş”ləri araşdıranda heç onların düzgün sıra nömrəsi olmadığı görünür. Şahbazın mal alması barədə məlumat verməsi üçün Türkiyə Respublikasına müraciət olundu. Cavab verildi ki, bununla bağlı onlarda heç bir sənəd aşkarlanmadı. Bu isə şübhə yaradır ki, mallar götürülübsə, bu qaçaqmalçılıq yolu ilə edilə bilər. Ona görə də hazırda məhkəmədən xüsusi qərardad qəbul edilməsini xahiş edir. İddia tələbini də bütövlükdə qəbul etmir və məhkəmədən iddianın təmin olunmuş hissədə də rədd olunmasını xahiş edir. İşə baxılması yeri və vaxtı haqqında işdə iştirak etməli olan digər şəxslərə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı özünə məxsus «X6» şirkəti vasitəsi ilə Cavabdeh1 adına daşınma qiyməti cəmi 111.148 ABŞ dolları - xx.xx.2010-cu ildə 3520 ABŞ dolları, xx.xx.2010-cu ildə 1642 ABŞ dolları, xx.xx.2010-cu ildə 2363 ABŞ dolları, xx.xx.2010-cu ildə 4620 ABŞ dolları, xx.xx.2010-cu ildə 2175 ABŞ dolları, xx.xx.2010-cu ildə 2175 ABŞ dolları, xx.xx.2010-cu ildə 1135 ABŞ dolları, xx.xx.2010-cu ildə 2525 ABŞ dolları, xx.xx.2010-cu ildə 795 ABŞ dolları, xx.xx.2011-ci ildə 2199 ABŞ dolları, xx.xx.2011-ci ildə 2958 ABŞ dolları, xx.xx.2011-ci ildə 532 ABŞ dolları, xx.xx.2011-ci ildə 1095 ABŞ dolları, xx.xx.2011-ci ildə 1480 ABŞ dolları, xx.xx.2011-ci ildə 2749 ABŞ dolları, xx.xx.2011-ci ildə 944 ABŞ dolları, xx.xx.2012-ci ildə 5104 ABŞ dolları, xx.xx.2012-ci ildə 4002 ABŞ dolları, xx.xx.2012-ci ildə 4228 ABŞ dolları, xx.xx.2012-ci ildə 1728 ABŞ dolları, xx.xx.2012-ci ildə 6118 ABŞ dolları, xx.xx.2013-cü ildə 5626 ABŞ dolları, xx.xx.2013-cü ildə 1722 ABŞ dolları, xx.xx.2013-cü ildə 3623 ABŞ dolları, xx.xx.2013-cü ildə 2502 ABŞ dolları, xx.xx.2013-cü ildə 8658 ABŞ dolları, xx.xx.2014-cü ildə 5785 ABŞ dolları, xx.xx.2014-cü ildə 3782 ABŞ dolları, xx.xx.2014-cü ildə 7100 ABŞ dolları, xx.xx.2014-cü ildə 14730 ABŞ dolları, xx.xx.2014-cü ildə 2363 ABŞ dolları, xx.xx.2014-cü ildə 1170 ABŞ dolları təşkil edən avadanlıqlar və digər əşyalar göndərmiş, Cavabdeh1 tərəfindən həmin avadanlıqlar və əşyalar qəbul edilsə də, daşınma qiyməti ödənilməmişdir. İş materiallarından, proses iştirakçılarının izahatlarından və şahidlərin ifadələrindən görünür ki, qeyd olunan avadanlıqlar və əşyalar Cavabdeh1 adına göndərilmişdir. Ona görə də iddia tələbi bu hissədə qismən təmin edilməli, iddia tələbinin həcmi nəzərə alınmaqla 110.000 ABŞ dolları məbləğində pul Cavabdeh1 alınaraq X4a ödənilməlidir. Məhkəmə iddia tələbinin 25.000 ABŞ dollarının (pul çekinə görə ödənilmiş 10.000 ABŞ dolları, gömrük rüsumuna görəödənilmiş 11.000 ABŞ dolları, maşına kirayə xərci olaraq ödənilmiş 4.000 ABŞ dolları) və torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 15.000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissələri ilə əlaqədar qeyd edir ki, iddiaçı bununla əlaqədar məhkəməyə hər hansı sübutu təqdim edə bilmədiyi üçün iddia tələbi bu hissələrdə əsassız hesab edilməli və təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehlər tərəfindən verilmiş ərizə ilə bağlı qeyd edir ki, iş materiallarından və işin faktiki hallarından göründüyü kimi X4 Cavabdeh1 tərəfindən hüquqlarının pozulmasını 2016-cı ilin aprel ayında bilmiş, bununla bağlı polis orqanlarına və məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən iddia müddəti buraxılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas olmasa da, cavabdehin şikayətində göstərdiyi dəlillər qətnamənin onun mübahisələndirdiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi, cavabdehin apellyasiya şikayətinin obyektini də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilə hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayətləri üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə, yəni iddiaçının və cavabdehlərin şikayətlərində mübahisələndirdikləri hissələr üzrə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddianın təmin edilən hissəsində iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, iddiası üzrə istinad etdiyi halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Bu barədə yalnız iddiaçı tərəfin izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə iddiaçının istinad etdiyi halları təsdiq edən başqa mötəbər sübutlar yoxdur. İkincisi, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər də əksinə iddianın təmin edilən hissəsinin də əsassız olduğunu bilavasitə təsdiq edir. Belə ki, iddiaçı özünə məxsus şirkətin maşınların vasitəsi ilə gətirilən tibbi avadanlıqların, müxtəlif növlü tibbi cihazların, xəstəxana üçün tələb olunan mebellərin, çarpayıların, ləvazimatların və sair, bütün yük daşımalarına görə cəmi 110.000 ABŞ dolları tələb etsə də, bu əşyaların nəinki iddiaçının şirkəti tərəfindən ümumiyyətlə hansısa şirkət tərəfindən Türkiyə respublikasından Azərbaycan respublikasına gətirilməsi mötəbər sübutlarla təsdiq olunmur. Bunu Türkiyə respublikasının səlahiyyətli orqanlarının Ədliyyə Nazirliyi vasitəsilə göndərdikləri məlumat da təsdiq edir. Üçüncüsü, birinci instansiya məhkəməsi iddiaçının özünə məxsus «X6» şirkəti vasitəsi ilə Cavabdeh1 adına daşınma qiyməti cəmi 111.148 ABŞ dolları olan əşya və avadanlın göndərməsi, lakin sonuncunun həmin malları alaraq ödəmədiyi qənaətinə gələrkən mötəbərliliyi təsdiq olunmayan “TESLİM FİŞİ” adlanan sənədlərə istinad etmişdir. Lakin həmin sənədlər iddianın bu hissəsinin təmin edilməsi üçün əsas ola bilməzdi. Çünki, iddiaçı ilə cavabdeh arasında bu malların sifarişi, göndərilməsi, qəbul edilməsi, ödənilməsi və.s məsələləri tənzimləyən hər hansı bir formada müqavilə olmamışdır. Demək qeyd olunan mallara dair ümumiyyətlə tərəflər arasında hansısa müqavilə münasibətləri yaranmamışdır. Dördüncüsü, iddia tələbinin təmin edilən hissəsi əsaslı olsaydı, yəni cavabdeh tərəfindən qeyd olunan əşyalar sifariş edilib qəbul edilsəydi belə, yenə də təmin oluna bilməzdi. Çünki, işdə olan “TESLİM FİŞİ”lərinə «Kavasoğlu TekstilOtomotivvəDİŞTİCLTDSTL» şirkətinin ştampıvurulmuş və üzərində «X6» şirkətinin rekvizitləri göstərilmişdir. Həmin şirkətlərin ümumiyyətlə iddiaçıya aidiyyəti təsdiq olunmur, eləcə də həmin şirkətlər tərəfindən iddiaçıya iddianın bu hissəsi üzrə cavabdehə qarşı iddia irəli sürmək səlahiyyəti də verilməmişdir. Demək iddia həm də tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə də əsassız olmuş və təmin edilməməli idi. Lakin birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi üzrə qeyd olunan bu halların mövcudluğuna ümumiyyətlə əhəmiyyət verməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, X3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməməli, qətnamə iddiaçının şikayəti üzrə iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməli, qətnamə cavabdehin şikayəti üzrə iddianın təmin olunan hissəsində ləğv edilməli və həmin hissədə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
X3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2303/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi iddiaçının şikayəti üzrə iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2303/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi cavabdehin şikayəti üzrə iddianın təmin olunan hissəsində ləğv edilsin və həmin hissədə də iddia təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza İkram Şirinov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov