Məhkəmə qərarları › İş №2(103)-3222/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3222/2023

28.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3222/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, 2(002)-68/2023 nömrəli mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 fevral 2023-cü il tarixli qərardaddan cavabdeh “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi X5 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Holcim (Azərbaycan)” ASC, X2, X4 və "xxxx" Müəssisəsinə qarşı iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (xx.xx.2023-cü il tarixli yanlışlıq qərardadı nəzərə alınmaqla) ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda, o, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qətnamə iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Məhkəmə iclası zamanı hakim tərəfindən qətnamə elan olunarkən nəticə hissəsindən məlumatı olsa da, yalnız xx.xx.2023-cü il tarixdə nümayəndəsi Vəkil mülki iş üzrə tərəf kimi əlavə edildikdən sonra qətnamənin məzmunu ilə tanış olmuşdur. Bununla belə ona məhkəmə tərəfindən qətnamənin surəti göndərilsə də, o qətnaməni rəsmi qaydada almamış, yalnız qətnamə əldə edildikdən dərhal sonra apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraat qəbul edilməsi məsələsinə və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla ərizənin təmin olunmasını, iddiaçıya münasibətdə prosessual müddətin buraxılması səbəbinin üzürlü hesab edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini, Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinin qəbul edilməsini və şikayətə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İş üzrə cavabdehlərdən biri olan “Holcim (Azərbaycan)” ASC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və "xxxx" iddiaçının ərizənin təmin edilməməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iddiaçıya ünvanlanmış məhkəmə bildirişlərini və iş üzrə qəbul etdiyi qətnaməni iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvanı üzrə göndərmişdir. İddiaçı başqa ünvanda olması ilə bağlı hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. "xxxx" ərizədə izah verilməyib ki, iddiaçının özünün və ya vəkilin (nümayəndəsinin) səhhətindən problem yaranmışdır. Rayon Məhkəməsi isə bu halı araşdırmamış və bu hala münasibət bildirməmişdir. Bundan başqa ərizədə qeyd edilir ki, iddiaçının vəkilinin adı Rayon Məhkəməsi tərəfindən Elektron Məhkəmə İnformasiya Sisteminə xx.xx.2023-cü il tarixdə əlavə olunmuş və yalnız bundan sonra vəkil qətnaməni əldə edə bilmişdir. Bu məlumat həqiqətə uyğun deyil, çünki iddiaçının vəkili Rayon Məhkəməsi tərəfindən işin baxılmasına iştirak etmiş, dəfələrlə ərizə və vəsatətlə, o cümlədən iddia ərizəsinə əlavə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Bu isə onu göstərir ki, iddiaçının vəkilinin adı Elektron Məhkəmə İnformasiya Sisteminə işə baxılan vaxt artıq əlavə edilmişdir. Daha sonra qeyd edilməlidir ki, Rayon Məhkəməsi “prosessual müddətin bərpası barədə” qərardadda qətnamənin iddia tərəfindən məhz hansı tarixdə əldə etməsini göstərməyib. Eyni zamanda nəzərə alınmalıdır ki, iddia ərizəsində, işdə olan sənədlərdə, o cümlədən Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamında, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədə və barəsində verilmiş qərardada iddiaçının adı X1 qeyd edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayətində, müddətin bərpası ərizədə, ərizəyə əlavə edilmiş notariat qaydasında təsdiq edilmiş etibarnamədə və vəkilin orderində isə iddiaçının soyadı Nuruyeva kimi qeyd olunmuşdur. Bununla da müəyyən edilir ki, "xxxx" ərizə başqa şəxs tərəfindən verilmişdir. Belə olan halda, Rayon Məhkəməsi ərizəni icraata qəbul etməkdən imtina etməli idi. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə Məhkəmə bildirir ki, həqiqətən də iddia ərizəsində, işdə olan sənədlərdən, o cümlədən Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədə və barəsində verilmiş qərardada iddiaçının adı X1, qətnamədən verilmiş apellyasiya şikayətində, müddətin bərpası ərizədə, ərizəyə əlavə edilmiş notariat qaydasında təsdiq edilmiş etibarnamədə və vəkilin orderində isə iddiaçının soyadı Nuruyeva kimi qeyd olunmuşdur. İşə baxmış Rayon Məhkəməsi göstərilən bu halı nəzərə alaraq bu məsələni araşdırmış və iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla, onun tərəfindən iş üzrə qəbul edilmiş məhkəmə aktlarında, o cümlədən qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılmasını, həmin məhkəmə aktlarında iddiaçının adının tərkib hissəsi olan soyadının Nuriyeva kimi deyil Nuruyeva kimi oxunmasını qərara almışdır. Belə olan halda hesab edilməlidir ki, cavabdeh ASC-nin şikayətinin iddiaçının soyadı ilə bağlı dəlili müzakirə edilən qərardadın ləğv, "xxxx" iddiaçının ərizəsinin rədd edilməsi və ya ASC-nin təklif etdiyi kimi ərizəni icraata qəbulundan imtina edilməsi üçün əsas ola bilməz. ASC-nin şikayətinin “iddiaçının vəkilinin (nümayəndəsinin) Elektron Məhkəmə İnformasiya Sisteminə xx.xx.2023-cü il tarixdən əvvəl, yəni Rayon Məhkəməsi tərəfindən işin baxılması zamanı daxil edilməsi barədə” dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddiaçının vəkili (nümayəndəsi) Vəkil adı hazırki işdə iştirak edən şəxslərin sıyahısına Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə (saat 12:48-də) daxil edilmişdir. Belə olan halda müəyyən edilir ki, Vəkil Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni yalnız həmin vaxtdan sonra elektron qaydada əldə etmək imkanı yaranmış və o, iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və "xxxx" ərizəni “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə elektron qaydada yükləmişdir. Bu məsələ ilə bağlı Məhkəmə eyni zamanda bildirir ki, Vəkil həmin tarixədək Rayon Məhkəməsinə ərizə, vəsatətləri və iddia ərizəsinə əlavəni elektron qaydada vermək imkanı olmamışdır. İş materiallarından da görünür ki, o həmin müraciətlərini Rayon Məhkəməsinə kağız daşıyıcıda təqdim etmişdir. Bununla yanaşı həmçinin qeyd edilməlidir ki, qətnamənin kağız daşıyıcıda iddiaçının vəkilinə təqdim edilməsini və ümumiyyətlə göndərilməsini təsdiq edə biləcək məhkəmə və ya poçt sənədləri iş materiallarında yoxdur. İddiaçının özünə Rayon Məhkəməsi tərəfindən poçt vasitəsi ilə göndərilmiş qətnamə isə iddiaçıya təqdim edilməsi mümkün olmadığından post tərəfindən Rayon Məhkəməsinə qaytarılmamışdır. Belə olan halda hesab edilməlidir ki, cavabdeh ASC-nin şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Cavabdeh ASC-nin şikayətinin digər dəlilləri ilə bağlı Məhkəmə bildirir ki, həmin dəlillər apellyasiya baxışının predmetini təşkil edən məsələnin həllinə təsir göstərmir. Belə ki, artıq qeyd edildiyi kimi iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini vermək üçün imkanı iddiaçının vəkili (nümayəndəsi) Vəkil adının hazırki işdə iştirak edən şəxslərin sıyahısına daxil edildiyi xx.xx.2023-cü il tarixdə yaranmışdır. Bu səbəbdən də, Məhkəmə, ASC-nin şikayətinin digər dəlillərinin əsaslı olubolmamasının araşadırılmasına lüzum görmür. Eyni zamanda Məhkəmə bildirir ki, apellyasiya baxışının nəticələri ilə iddiaçı tərəfin hüquqdan sui-istifadə etməsi halı müəyyən edilmədi. Beləliklə də, göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh “Holcim (Azərbaycan)” ASC-nin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 fevral 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar