Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3224/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə),Eyvazov Rafael Əmir oğlu və X16 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X9 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, X14, X3 və X7 qarşı “pul və girov qoyulmuş əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-33/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, № 05032014/138896 savlı kredit müqaviləsinə və X18, X8, X11 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, № 05032014/138896 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər X20, X18, X8, X4 birgə qaydada 12150 ABŞ dollar əsas borcu, 8288 ABŞ dollar faiz borcu, 1000 ABŞ dollar cərimə borcu olmaqla cəmi 21438 ABŞ dollar pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı" ASC-nin xeyrinə ödənilməsi və tutmanın "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli. № 05032014/138896 saylı Girov müqaviləsinə əsasən Cavabdeh məxsus MİTSUBİSHİ PAJERO minik markalı qeydiyyat nişanı ** UF ***, buraxılış ili 2006-cı il, Ban № JMYLRV73W6J712738 qara rəngli minik maşınına yönəldilərək açıq hərracdan satılmasına və borcun ödənilməsinə yönəldilməsinə, avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə cavabdehlərdən pulun tutularaq "İddiaçı" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki: xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə görə Cavabdeh İddiaçı ASC ilə 26 faiz dərəcəsi tətbiq edilməklə 36 ay ərzində qaytarmaq şərti ilə 20000 ABŞ Dolları məbləğində kredit müqaviləsi bağlamışdır.(iş səh.18). X18, X8 və X12 İddiaçı ASC ilə zaminlik müqaviləsi bağlayaraq kredit müqaviləsi üzrə məsuliyyəti üzərinə götürmüşlər (səh.20).Cavabdeh hesabı üzrə xx xxx 2017-ci il tarixli maliyyə arayışdan göründüyü kimi, 12150 ABŞ Dolları əsas borcu, 3149 ABŞ Dolları faiz borcu, 3379.12 ABŞ Dolları cərimə borcu hesablanmışdır(səh.82).xx xxxxxx 2018-cü il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən göründüyü kimi, kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx xxxx 2017-ci il tarixə 12150.12 ABŞ dolları əsas borc, 3149.73 ABŞ dolları faiz borcu müəyyən edilmişdir(səh.93).Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MəhkəməEkspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli məhkəmə əmtəəşünsalıq ekspertizasının rəyindən göründüyü kimi, “Mitsubishi Pajero” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 17000 manat müəyyən edilir(səh.147). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-33/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, Cavabdeh və X10, X1 və X5 müştərək qaydada əsas borcüzrə 12150,12 ABŞ Dolları, faiz borcuna görə 3149.73 ABŞ Dolları, 10 ABŞ Dolları cərimə borcu, cəmi 150309 ABŞ Dolları 85 sent Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş dövlət rüsumu 30 manat tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, Cavabdeh məxsus «Mitsubishi Pajero» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin bazar qiyməti 17000 manat müəyyən olunmaqla ixtisaslaşdırılmış açıq hərracdan satılması, avtomobilin satışından əldə edilmiş vəsaitdən ümumilikdə150309 ABŞ Dolları 85 sent Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş dövlət rüsumu 30 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, avtomobilin satışından götürülmüş məbləğ İddiaçı ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğ Cavabdeh və X10, X1 və X5 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, avtomobilin satışından əldə edilmiş məbləğ İddiaçı ASC-nin tələbindən artıq olarsa, artıq məbləğ Cavabdeh qaytarılması, cavabdehlər Cavabdeh və X10, X1 və X5 ekspertiza xərcinin dəyəri 120 manat tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh Əzizov X15 rayon məhkəməsinin xx xxxxxx 2019-ctı il tarixli 2(002)- 33/2019 saylı qətnaməsinin ləğv edilməsi il bağlı yeni qətnamə çıxarılması barədə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstituasiyasının 60.1; MPM-in 9.1,14.1, 385.1.2, 386, 387.1, 385.1.1; MM-in 440.2 istinadən qeyd edilmişdir ki, banka cəmi 15000 ABŞ dolları məbləğində pul ödəmişdir. Dolların kursu kəskin surətdən qalxdıqdan sonra maddi durumu pisləşdiyinə görə borcun qalan hissəsini ödəyə bilməmişdir. Göründüyü kimi əsas borcun xeyli hissəsi ödənilməklə onlara əsassız olaraq artırılmış əsas və faiz borcu hesablanmışdır. Belə ki, ödəniş cədvəlindəndə aydın olur ki, ilkin aylarda faiz borcları çox olmaqla sonrakı aylar üzrə fazi borcları azalmışdır. Məhkəmə bu xüsusataları araşdırmamış və bu barədə olan ekspert rəyi ilə razı deyildir. O, pulu götürən zaman dolların kursu 0,78 manat olmaqla hazırda dolların kursu ikiqat qalxmış və aydındır ki, götürdükləri pulun ikiqatını ödəmək məcburiyyətində qalmışlar. Bütün bunlar məhkəmə qətnamə qəbul edərkən nəzərə alınmamış, hesablanmış əsas və faiz borcları artıq yazılmaqla heç bir güzəşt edilməmişdir.Bank tərəfindən qanunun bu tələbi pozularaq, ödənişlərimi əsas borca deyil, faiz borcuna hesablamaqla onsuzda ağır olan maddi durumunun daha da ağırlaşmasına səbəb olmuşdur. Espertiza rəyində də bütün bunlar tam araşdırılmamışdır.Bundan başqa «avtomobilin satışından əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi cavabdehlər müştərək qaydada alınaraq İddiaçı ASC-yə verilməsi hissəsi də əsassızdır.Məhkəmə qətnamə qəbul edərkən tutulmalı olan pul məbləği konkret göstərilməli olduğu halda, girov predmetinin satışından əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsini aydınlaşdırmamış və bu barədə qeyri müəyyən qərar qəbul etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2-(002)-33/2019 saylı xx xxxxxx 2020-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin 2-(002)-33/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin “qət etdi” hissəndə tutulmalı olan məbləğin rəqəmlə ifadəsi “15309” kimi oxunmaqla yalnışlığın düəldilməsi barədə qərar qəbul edilmişdir (səh.174). Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, bankın faizin yüksək məbləğdə müəyyən olunduğunu, kredit müqaviləsinin devalivasiyadan əvvəl bağladığını, devalivasiyadan sonra dolların qiyməti qalxdığından krediti ödəyə bilmədiyini, borcun qalan məbləğinin ödənilməsində güzəşt edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuna müvafiq olduğunu, cavabdehə restrukturizasiya halının şamil olunmadığını, qətnamənin qüvvədə saxlanmasını xahiş etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər X18, X8 və X6 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; MM-in 269- 270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550- 554, 556, 560,739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri təsdiq edilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-33/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3224/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3224/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver