Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3224/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlkin idda üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-760/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin idda üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14116,20 manat məbləğində hesablanmış cari borc və qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 4463,60 manat məbləğində pul olmaqla cəmi 18579,80 manat, İddiaçı pozulmuş hüquqlarını bərpası ilə əlaqədar çəkdiyi 300 manat xərc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh nümayəndəsi və Vəkil1 qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi bardə ərizə ilə məhkməyə müraciət edərək, sayğacın dövlət yoxlanılmasına aparılması barədə xx xxxxx 2018-ci il tarixli aktın İddiaçı İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında “ xx xxxxx 2018-ci il tarixli ******* №-li aktın və xx xxxxx 2018-ci il tarixli komissiya rəyinin etibarsız hesab edilməsi, hesablanmış 4463,60 manat dəymiş zərərin, qaz sayğacının göstəricisinə əsasən hesablanmış 14116,20 manat məbləğində cari borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-760/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, Cavabdeh 5274,60 (beş min iki yüz yetmiş dörd manat, altmış qəpik) manat məbləğində pul vəsaitinin, hüquqların bərpası məqsədilə çəkilən 300 (üç yüz) manat xərc olmaqla ümumilikdə 5574,60 (beş min beş yüz yetmiş dörd manat, altmış qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı İB-yə ödənilməsi, ilkin iddianın digər hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı “aktların və komissiya rəyinin etibarsız hesab edilməsi, dəymiş zərərin və qaz sayğacının göstəricisinə əsasən hesablanmış cari borcun abonent hesabından silinməsi” tələbinə dair qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı İB-in təbii qazdan istifadə qaydalarının pozulması haqqında Cavabdeh barəsində tərtib edilmiş “ xx xxxxx 2018-ci il tarixli ******* №-li akt və xx xxxxx 2018-ci il tarixli komissiya rəyinin etibarsız hesab edilməsi, qanunsuz qoşulmaya görə hesablanmış 4463,60 manat və qaz sayğacının göstəricisinə əsasən hesablanmış 8841.6 manat, ümumilikdə 13305,2 (on üç min üç yüz beş manat, iyirmi qəpik) manat məbləğində cari borcun iddiaçı Cavabdeh abonent kodu **********00016 olan hesabından silinməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi, ilkin iddia üzrə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun 10 (on) manat məbləğində hissəsinin ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediləməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müqavilənin 2.3.2 yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələbini pozaraq, istifadəsinə verilmiş sayğacdan əlavə özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri tərəfindən Birliyin balansında olan küçə qaz xətlərinə eləcə də cavabdehin istixanasında quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Məhkəməyə cari borcun olması ilə bağlı abonentin saldosu təqdim edilməsinə baxmayaraq, məhkəmə bu sübuta lazımı qiymət verməmişdir. Halbuki, qazın istehlakçıya çatdırılmasının yeganə sübutu qaz sayğacına əsasən hesablanan saldodur. Qətnamdən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edib, ilkin iddianın təmin edilən hissədə rədd edilməsini, qarşılıqlı iddianın isə tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamış, qətnamə çıxarıldıqda sübutlar düzgün qiymətləndirməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyil. Bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.1. 217.4. 218.1, 385.1.1- 385.1.4 maddələrinin tələblərinin pozulmasına və nəticədə qanunsuz və əsassız qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə iclasında ilkin idda üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini və cari borcun sayğac göstəricilərinə əsasən hesablandığını bildirdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edib. Cari borc, cərimə, qanunsuz qoşulma yoxdur. Smart sayğacın guya vaxtı keçdiyi üçün onu söküb mexaniki sayğac qoyublar. Saldo sayğacdan götürülür. Aktda məlumatlar qeyd olunmalıdır, laboratoriya aktı da yoxdur. İddiaçı tərəf birinci instansiya məhkəməsində heç bir sualına cavab vermədi. Gecə vaxtı vətəndaşı narahat ediblər. Daxili nizamnaməsinə əsasən əmrlə bu hərəkəti edə bilərlər. Lakin elə bir əmr də məhkəməyə təqdim etmədilər. Mexaniki sayğaca qədərki smart kartda borc olmayıb. Smart kartı yükləyib və qazdan istifadə edib. Hal şahidləri də olmayıb. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, 1) xx xxxxxx 2017-ci ildə ***-**-** saylı müqaviləyə əsasən Cavabdeh Allahverdi oğlu ilə İddiaçı İB arasında qazın alqı-satqısı barədə razılaşma olmuşdur. 2) Həmin müqavilədə qazın 1 kub metr üçün dəyəri 0.2 manat məbləğində müəyyən edilmişdir. 3) xx xxxxxx 2016-cı il tarixli İddiaçı İB tərəfindən Cavabdeh müraciətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Səlimov küçəsi 11, d 16 qeyri yaşayış sahəsinə Texniki Şərt verilmişdir. 4) xx xxxxxx 2017-ci il tarixli AKT-a(Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında) əsasən istehlakçı Cavabdehin Buzovna qəsəbəsində yerləşən İstixanasından smart tipli sayğac çıxarıldılaraq müvəqqəti olaraq Elestr tipli sayğac quraşdırılmışdır. Səbəbi keçən qazın sərfiyyatının qeyd edilməməsidir. Həmin akta abonent imza etməkdən imtina etmişdir. 5) xx xxxxx 2018-ci il tarixdə AKT tərtib edilərək Elestr tipli qaz sayğacı xüsusi plombun qırıq olmasına görə çıxardılmışdır, həmin akta icarəyə götürənin oğlu imza etməkdən imtina etmişdir. 6) xx xxxxx 2018-ci il tarixdə tərtib edilmiş AKT-a( Təbii qazdan istifadə qaydalarının pozulması haqqında) əsasən sayğacın dövlət yoxlamasında olduğu, lakin təbii qazdan qeyri qanuni qoşulma ilə istifadə edildiyi aşkar edilmişdir. İstehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. 7) xx xxxxx 2018-ci ildə itirilmiş təbii qazın dəyərinin hesablanması barədə müvafiq komissiya qərar qəbul etmiş, 116 gün üçün hesablanmış məbləğ 22318 kub metr, yəni 4463.6 manat müəyyən edilmişdir. Beləliklə ilkin iddia üzrə iddiaçı qanunsuz qoşulmaya görə tərtib edilmiş akta əsasən xx xxxxx 2018-ci il tarixə qədər 116 gün hesablamaqla 4463.6 manat, 2018-ci il yanvar ayına olan borca əsasən 8841.6 manat , 2018-ci ilin yanvar-aprel ayları üçün sərf olunmuş qaza görə hesablanmış 5274.6 manat pul tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə ilkin iddia tələbinin əsasını təşkil edən komissiya rəyinin və borcun hesablanması barədə aktın etibarsız hesab edilməsini, ilkin iddia üzrə iddiaçı tərəfindən tələb olunan borc məbləğinin onun abonent hesabından silinməsini tələb edir. Məhkəmə tələblərin mahiyyətini nəzərə alaraq ilk növbədə qarşılıqlı iddia üzrə iddiaçının tələbinə hüquqi qiymət verilməsinin zəruri olduğu qənaətinə gəlir. Belə ki, qarşılıqlı iddianın təmini onsuz da ilkin iddianın təmin olunmasını istisna edir. Bu baxımdan ilkin mərhələdə qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirilmə aparılması məqsədəmüvafiqdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının xx xxxxx 2018-ci il tarixli ******* saylı aktın və xx xxxxx 2018-ci il tarixli komissiya rəyinin etibarsız hesab edilməsi hissəsində tələbi əsaslıdır. xx.xx.2018-ci il tarixli aktın etibarsız hesab edilməsinə münasibətdə isə məhkəmə bu tələbi ona görə əsassız hesab edir ki, əvvəla iddiaçının etibarsız hesab edilməsini xahiş etdiyi AKT heç bir hüquqi nəticə doğurmayan, hərəkətin icrasını təsdiqləyən formal xarakterli tərtib edilmiş bildirişdir, yəni həmin AKT fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt hesab edilə bilməz. Bu səbəbdən iddiaçı heç bir hüquqi nəticə doğurmayan həmin AKT-ın etibarsızlığını tələb etməkdə haqlı deyildir. Məhkəmə digər AKT-ların etibarsız hesab edilməsini ona görə əsaslı hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən tərtib edilmiş xx xxxxx 2018-ci il tarixli akt iddiaçı təşkilatın əməkdaşları tərəfindən gecə vaxtı, istehlakçının iştirakını təmin etmədən, hal şahidləri cəlb edilmədən, birtərəfli qaydada tərtib edilmişdir. O cümlədən istehlakçının akt tərtib edilən zaman orda olmadığını bilə-bilə imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bu səbəbdən xx xxxxx 2018ci il tarixli və bundan irəli gələn xx xxxxx 2018-ci il tarixli AKT-ların mötəbərliliyi əsaslı dərəcədə şübhə doğurur. Belə ki, 16-17 apreldə qaz təminatı qaynaqla kəsildikdən və qaz sayğacı çıxarıldıqdan sonra 6 gün sonra istehlakçının yenidən gecə vaxtı yoxlama aparması və sayğacdan kənar qanunsuz qoşulma faktını müəyyən etməsi inandırıcı deyildir. İddiaçı eyni zamanda yanvar, fevral, mart, aprel ayları üçün sərf edilmiş qazın dəyərini tələb etməklə bir növ həmin tarixlərdə qanunsuz qoşulma faktının mövcudluğunu inkar etmişdir. Yəni, ilkin iddia üzrə iddiaçı 2018-ci ilin ilk 4 ayı üçün həm sərf edilmiş qazın dəyərini tələb edir, həm də hesab edir ki, həmin tarixlərdə xüsusi plomb qırılaraq sayğacdan kənar qanunsuz qoşulma halı olmuş, eyni zamanda 6 gün sonra birbaşa qaz xəttinə sayğacsız qoşulma halı olmuşdur. Bu baxımdan yanaşıldıqda məhkəmə o qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi xx xxxxx 2018-ci il tarixli ******* №-li aktın və xx xxxxx 2018-ci il tarixli komissiya rəyinin etibarsız hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir, dolayısı ilə ilkin iddia tələbi qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 4463.6 manat məbləğində pulun tutulması hissəsində isə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddianın qaz sayğacının göstəricisinə əsasən hesablanmış 14116,20 manat məbləğində cari borcun istehlakçının abonent hesabından silinməsi hissəsində də iddianı qismən əsaslı hesab edir. Belə ki, abonentin saldosundan görünür ki, qaz paylayıcısı ilə sənaye qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə ***-**-** saylı xx xxxxxx 2017-ci il tarixində müqavilə bağlandıqdan sonra istehlakçı tərəfindən 2018-ci ilin yanvar ayında 1570,60 manatlıq, 2018-ci ilin fevral ayında 1871,60 manatlıq, 2018-ci ilin mart ayında 1437,60 manatlıq, 2018-ci ilin aprel ayında isə 394,80 manatlıq, ümumilikdə isə 5274,60 manatlıq qaz sərfiyyatı olmuşdur. Bundan əlavə xx xxxxxx 2017-ci il tarixdə müvəqqəti sayğac quraşdırılan zaman sayğacın mexaniki göstəricisi(41606) və xx xxxxx 2018-ci il tarixdə müvəqqəti sayğac çıxarılan zaman olan göstəricisi(67979) arasında fərq hesablandıqda((67979-41606) X 0.2=5274.6) alınan məbləğ tələb olunan məbləğə uyğun gəlir. Belə ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı həmin məbləğin əsassız olaraq hesablanması barədə mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən qarşılıqlı iddia ərizəsinin hesablanmış cari borcun abonent hesabından silinməsi tələbi bu hissədə əsassız hesab edilməklə rədd edilməli, dolayısı ilə ilkin iddia tələbi 5274.6 manat pulun tutulması hissəsində təmin edilməlidir. Qarşılıqlı iddia ərizəsinin 8841.6 manat cari borcun abonent hesabından silinməsini məhkəmə əsaslı hesab edir. Belə ki, abonentin saldosundan və iddia tələbindən ehtimal olunur ki, tələb olunan məbləğ xx xxxxxx 2017-ci il tarixədək hesablanmış məbləğdir. Çünki, nə ilkin iddia üzrə iddiaçı, nə qarşılıqlı iddia üzrə iddiaçı həmin məbləğin hansı tarixlər üçün və hansı əsasla hesablandığını müəyyən edə bilmir. 2018-ci ilin ilk 4 ayı üçün hesablanmadığı aşkardır, belə ki, 2018-ci ilin ilk 4 ayı üçün abonentin saldosunda sərf edilmiş qazın məbləği göstərilmişdir. Ehtimal olunur ki, həmin məbləğ sayğac ilk dəfə dəyişdirilərkən, yəni xx xxxxxx 2017-ci ilədək hesablanmış məbləğdir. Lakin xx.xx.2017-ci il tarixli AKT-da sayğacın smart tipli olması müəyyən edilsə də, smart tipli sayğaclarda mexaniki göstəricilərə əsasən deyil, yüklənmiş məbləğə münasibətdə qaz sərfiyyat edilir. Yəni sayğacın nasaz olmasına(sayğacın minusa işləməsinə görə) görə istehsalçı məlum olmayan qaydada hesabladığı məbləği cavabdehdən tələb etməsi əsassızdır. Üstəlik həmin sayğacın harda olması, həmin məbləğin hansı laboratoriya şəraitində hesablanması müəyyən edilmir, ilkin iddia üzrə iddiaçı bununla bağlı hər-hansı tutarlı əsas gətirə bilmir. Odur ki, ilkin iddia üzrə iddiaçının hansı əsasla həmin məbləği hesablaması müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi 8841.6 manat pulun silinməsi hissəsində əsaslıdır, dolayısı ilə ilkin iddia tələbi 8841.6 manat pulun tutulması hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: “xxxx” MMC ilə “Mirzayev and X1” MMC arasında bağlanan xx xxx 2019-cu il tarixli “Alyans yaradılmasına dair” müqavilənin 3.5-ci bəndinə görə partnyor tərəfindən 1 saatlıq hüquqi xidmətin göstərilməsi üçün 130 manat, böyük hüquqşünas tərəfindən 1 saatlıq hüquqi xidmətin göstərilməsi üçün 100 manat, hüquqşünas tərəfindən 1 saatlıq hüquqi xidmətin göstərilməsi üçün 80 manat dəyərində tariflər müəyyən edilmişdir. “Mirzəyev və Partnyorları” vəkil brosunun direktoru Səyyad Mirzəyev tərəfindən İddiaçıİB-nə ünvanlanan məktubdan görünür ki, İddiaçı İB-nin maraqlarının bütün instansiya məhkəmələrində müdafiə edilməsi ilə bağlı “Mirzayev and X1” MMC-yə xx.xx.2019-cu il tarixli, 189/AZQ saylı sifariş daxil olmuşdur. Məktubda “xxxx” MMC ilə “Mirzayev and X1” MMC arasında bağlanan xx xxx 2019-cu il tarixli “Alyans yaradılmasına dair” müqavilənin 3.5-ci bəndinə görə hər bir iş üzrə böyük hüquqşünas tərəfindən göstərilən hüquqi xidmətin dəyəri hazırlıq və digər iclaslarda iştirakın müddəti 1 saat hesablanmış və 1 saat üçün 100 manat xidmət haqqı müəyyən edilməsi qeyd edilmişdir. İş materialları üçün tanışlıq müddəti isə 2 saat olacağı qeyd edilmişdir. Nəticə olaraq isə hər bir iş üzrə xidmət haqqının 300 manat təşkil edəcəyi barədə məlumat verilmişdir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının vəkil xidmətləri üçün sərf etdiyi 300 manat vəsait, keçirilmiş məhkəmənin hazırlıq və dəfələrlə baxış iclaslarında iştirakının müddəti nəzərə alınmaqla ağlabatandır və həmin vəsait cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətlərinin dəlilləri həcmində yoxlayır. İlkin iddiaçı apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilməyən, qarşılıqlı iddianın isə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Qarşılıqlı iddiaçının apellyasiya şikayətinin obyektini də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, hər iki iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin hər iki iddia üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh ilk iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Qarşılıqlı iddiaçının hər hansı bir qanunsuz əməl nəticəsində ilk iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, ilk iddiaçı apellyasiya şikayətində cavabdehin özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı taladığını, təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıldığını və bu halı təsbitləyən foto və video çəkilişlər aparıldığını göstərsə də bu barədə(qarşılıqlı iddia üzrə etibarsız hesab edilən aktlardan başqa) məhkəməyə heç bir sübut mötəbər təqdim edə bilmir. Baxmayaraq ki, iddiasının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü onun üzərinə düşür. Şikayətində göstərdikləri isə sübuta yetirilmir. Əksinə birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutlara tam, hərtərəfli və obyektiv qiymət vermişdir. İkincisi, qarşılıqlı iddiaçının şikayətində göstərdikləri dəlillər də öz təsdiqini tapmır. Belə ki, qarşılıqlı iddiaçı da mübahisələndirdiyi hissədə qətnaməni qanunsuz və əsassız hesab etsə də, qanunsuzluğun nədən ibarət olduğunu və əsassızlığın nədə ifadə olunduğunu konkret olaraq göstərmir. Ümumi dəlillərdən istifadə edilməsi ilk iddianın təmin olunan hissədə əsaslılığını təkzib edə bilməz. Başqa sözlə qarşılıqlı iddiaçının 5274.6 manat cari borcunun abonent hesabından silinməsi tələbi də əsassızdır. Çünki, bu məbləğdə borc konkret olaraq mexaniki sayğac göstəricisi əsasında hesablanmışdır. Ona görə də qarşılıqlı iddiaçının şikayətində göstərdikləri dəlillərin öz təsdiqini tapmadığı açıq-aşkardır. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərdikləri dəlillər mübahisələndirdikləri hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-760/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3224/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3224/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver