Məhkəmə qərarları › İş №2(103)-323/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-323/2023

28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-323/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlk iddia üzrə İddiaçı (nümayəndəsi) vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-836/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 5173,10 manat dəymiş ziyanın, 819,60 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 83,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 65 manat vəkil xərcinin cavabdehdən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 03865 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00050 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu hal təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 2138,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 532,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 264,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 154,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 167,30 manat İddiaçı İB-yə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 5173,10 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Nəticədə cavabdehin təbii qazdan istifadə nəticəsində 2020ci ilin aprel ayından (529,30 manat) 2021-ci ilin sentyabr ayı da daxil olmaqla (620,30 manat) 1149,60 manat təbii qazdan istifadə etmiş, cəmi 330 manat ödəniş etmiş, nəticədə 819,60 manat debitor borcu yaranmışdır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 6093,10 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın 819,60 manat borca aid hissədə təmin edilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək ona məxsus **********00050 saylı abonent hesabına hesablanmış 5173,10 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB tərəfindən ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək 5173,10 manat dəymiş ziyanın, 819,60 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 83,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 65 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ilkin iddia qismən əsassızdır. Belə ki, İddiaçı İB tərəfindən tələb olunan 5173,10 manat dəymiş ziyan şişirdilmiş məbləğdir. Onun tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə yol verilməmişdir. İddiaçı İB tərəfindən 5 dəfə 2018-ci ildə, 12 dəfə 2019-cu ildə, yəni 2019-cu ilin hər ayında, yanvar ayından başlayaraq dekabr ayına qədər, 3 dəfə 2020-ci ilin yanvar, fevral, mart aylarında akt tərtib edilmişdir. Hər aktda da müxtəlif məbləğlərdə dəymiş ziyan hesablanmış və kənar xəttin ləğv olunduğu göstərilmişdir. İddiaçı İB tərəfindən qanunsuz olaraq 2018, 2019, 2020-ci illərdə borc hesablanmış, qanunsuz və əsassız aktlar yazılmışdır. Bundan başqa İddiaçı İB tərəfindən ünvanına verilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, 3857 manat borcu vardır. Halbuki, verilmiş iddia ərizəsində 819,60 manat debitor borcunun olduğu göstərilmişdir.Beləliklə, ona məxsus abonent hesabına əsassız olaraq şişirdilmiş borc hesablanmış və bu barədə ilkin iddia ilə məhkəməyə müraciət edilmişdir. Onun məcburi köçkün olmağı və qaçqın limitinin olduğu nəzərə alınmamışdır. Onun İddiaçı İB-yə ödənilməmiş qalan 819,60 manat borcundan başqa heç bir borcu yoxdur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddianın təmin, ilk iddianın qismən təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-836/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə təbii qazdan istifadə nəticəsində yaranmış 819,60 manat məbləğində borc pul tutulması, ilk iddia qalan hissədə təmin edilməməsi, Qarşılıqlı iddia təmin edilməsi, İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus ünvana aid qaz sağacına (abonent kodu: **********00050 olan) hesablanmış 5173,10 (beş min yüz yetmiş üç manat on qəpik) manat məbləğində borc silinməsi, İddiaçı tərəfindən ödənilmiş 83,93 manat dövlət rüsumu və iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 65 manat xərc Birliyin özünə aid edilməsi qət olunmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-836/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 03- 865 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00050 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 2138,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 532,80 manat, xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 264,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 154,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020ci il tarixli ******* saylı akt əsasında 167,30 manat İddiaçı İB-yə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq cəmi 5173,10 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Nəticədə cavabdehin təbii qazdan istifadə nəticəsində 2020- ci ilin aprel ayından (529,30 manat) 2021-ci ilin sentyabr ayı da daxil olmaqla (620,30 manat) 1149,60 manat təbii qazdan istifadə etmiş, cəmi 330 manat ödəniş etmiş, nəticədə 819,60 manat debitor borcu yaranmışdır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nəticəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 6093,10 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.Eyni zamanda, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın 819,60 manat borca aid hissədə təmin edilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək ona məxsus **********00050 saylı abonent hesabına hesablanmış 5173,10 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB tərəfindən ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək 5173,10 manat dəymiş ziyanın, 819,60 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 83,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 65 manat vəkil xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ilkin iddia qismən əsassızdır. Belə ki, İddiaçı İB tərəfindən tələb olunan 5173,10 manat dəymiş ziyan şişirdilmiş məbləğdir. Onun tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə yol verilməmişdir. İddiaçı İB tərəfindən 5 dəfə 2018-ci ildə, 12 dəfə 2019-cu ildə, yəni 2019-cu ilin hər ayında, yanvar ayından başlayaraq dekabr ayına qədər, 3 dəfə 2020-ci ilin yanvar, fevral, mart aylarında akt tərtib edilmişdir. Hər aktda da müxtəlif məbləğlərdə dəymiş ziyan hesablanmış və kənar xəttin ləğv olunduğu göstərilmişdir. İddiaçı İB tərəfindən qanunsuz olaraq 2018, 2019, 2020-ci illərdə borc hesablanmış, qanunsuz və əsassız aktlar yazılmışdır. Bundan başqa İddiaçı İB tərəfindən ünvanına verilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, 3857 manat borcu vardır. Halbuki, verilmiş iddia ərizəsində 819,60 manat debitor borcunun olduğu göstərilmişdir. Beləliklə, ona məxsus abonent hesabına əsassız olaraq şişirdilmiş borc hesablanmış və bu barədə ilkin iddia ilə məhkəməyə müraciət edilmişdir. Onun məcburi köçkün olmağı və qaçqın limitinin olduğu nəzərə alınmamışdır. Onun İddiaçı İB-yə ödənilməmiş qalan 819,60 manat borcundan başqa heç bir borcu yoxdur. Qətnamədə aktların təmin edilməməsinin“istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur” kimi ifadələrlə əsaslandırılması kobud prosessaul pozuntudur. Belə ki, bugün ölkədə təbii qazdan sayğacdankənar istifadə edən abonentlərin saylı olduqca çoxdur və İddiaçı İB tərəfindən hər bir abonentin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ölkədə inzibati və cinayət məsuliyyətinə cəlb edilənlərin statistikasına əhəmiyyətli dərəcədə təsir göstərər, eyni zamanda iddiaçı mövcud qanunvericiliyə əsasən seçim edərək, şəxsin mülki hüquq pozuntusu törətməsi nəticəsində vurulmuş ziyanı tələb etmişdir. Məhkəmənin açıq-aşkar dövlət əmlakının talanmasına göz yumması və buna şərait yaratması cavabdeh tərəfindən törədilən mülki hüququ pozuntusunun davam etməsinə gətirib çıxarır. Bugün ölkədə təbii qazdan istifadə edən hər bir şəxs İddiaçı İB-nin abonentidir və hər kəs üçün aydındır ki, hər ay İddiaçı İB tərəfindən bütün abonentlərə nə qədər borcun olması barədə -bildirişxəbərdarlıqməktubları göndərilir, həmçinin hazırki iş üzrə cavabdehə də borun olması barədə bildiriş göndərilmiş və cavabdeh tərəfindən həmin borcun əsassız olması mübahisələndirilməmişdir. Təssüf ki, məhkəmə tərəfindən sayğacdankənar istifadə hallarına bu cür yanaşma bu kimi işlərdə mənfi məhkəmə təcrübəsi yaradar və abonentlər tərəfindən təbii qazdan qanunsuz istifadə hallarının artmasına gətirib çıxarar. Belə ki, hüquqda cəza ona görə tətbiq edilir ki, insanlar törətdikləri qanunazidd əməllərə görə məsuliyyətə cəlb olunaraq islah olunsunlar, gələcəkdə həmin hərəkətlərdən çəkinsinlər. Hazırki halda isə, bu qətnaməni alan abonent məhkəmə tərəfindən törədilən mülki-hüquq pozuntusuna görə məsuliyyətə cəlb olunmadığını gördükdə, islah olunmaq əvəzinə təbii qazdan qanunsuz istifadə hallarını artıraraq təbii qazı talan edəcək, dövlətə külli miqdarda ziyan vuracaqdır. İş materiallarından göründüyü kimi, abonent uzun müddətdir ki, təbii qazdan sayğacdankənar istifadə edir, istifadəyə etdiyi təbii qaza görə bir qəpik belə ödəniş etməmişdir. Bundan başqa, İddiaçı İB tərəfindən hər dəfə təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, həmin qaunsuz qoşulma dərhal aradan qaldırılır, bu barədə müvafiq akt tərtib edilir və həmin aktlar da iş materiallarına əlavə edilmişdir.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 6.1ci maddəsi hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu nəzərdə tutur. Ədalətli araşdırma hüququ məhkəmə araşdırmasının bir çox aspektlərini, o cümlədən məhkəmə qərarlarının əsaslandırılması hüququnu özündə ehtiva edir. Van de Hurk Niderlanda qarşı (19 aprel, 1994) işində Məhkəmə bildirmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxardıqları qərarları əsaslandırmalıdırlar. Həmçinin həmin qərarda bildirilir ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Ruis Torixa və Hiro Balani İspaniyaya qarşı işdə (9 dekabr, 1994, seriya A, № 303A və 303-B, № 18064/91) Məhkəmə ərizəçinin arqumentlərinə əhəmiyyət verməyərək qərar çıxarmışdı. Bu işdə Avropa Məhkəməsi qərara aldı ki, ərizəçinin arqumenti dəqiq və aydın idi və sübutlarla təsdiq olunurdu. Bundan başqa o qeyd etdi ki, məsələ konkret və aydın cavab tələb edir. Məhkəmə qərara aldı ki, cavabın olmaması səbəbindən müəyyən etmək mümkün deyil ki, məhkəmə arqumentə sadəcə əhəmiyyət verməmişdi, yoxsa onu rədd etmək məqsədi ilə belə etmişdi; əgər burada rədd etmək niyyəti var idisə qərarda bunu əsaslandırmaq lazım idi. Buna görə 6-cı maddənin 1-ci bəndi pozulmuşdu. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Castraveţ Moldovaya qarşı iş üzrə (23393/05, §…, 13 mart 2007-ci il) qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı (19 aprel 1993) iş üzrə qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam hərtərəfli baxılmamış, cavabdeh tərəfindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktı, eləcə də onun istifadə etdiyi təbii qaza görə yaranmış borcunu ödəməməsi həm tərtib edilmiş aktla, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmış, lakin məhkəmə gəldiyi nəticəni qətnamədə əsaslandırmamışdır. Halbuki, iddiaçı tərəfin iddia tələbinin əsaslılığı ilə bağlı arqumentləri məhkəməyə təqdim edilmişdi və məhkəmə qətnamədə həmin arqumentləri əsaslı hesab etmişdir. İlk iddianı rədd edərkən məhkəmə nəzərə almamışdır ki, cavabdeh aktı qəbul etməkdən imtina etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hər ay İddiaçı İB tərəfindən bütün abonentlərə nə qədər borcun olması barədə bildiriş təqdim edilir), hamıya məlumdür ki, İddiaçı İB-nin əməkdaşları hər ay abonentlərin nə qədər borcunun olması barədə arayışı şəxsən ünvana çatdırırlar.Cavabdeh isə heç vaxt dəymiz zərəi mübahisələndirməmişdir. Buna görə də hesab edirik ki, qarşılıqlı iddia təmin edilərkən, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Göstərilənlərə əsasən Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-836/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbi tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş və məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 yanvar 2023-cü il tarixli, 3/1775 saylı məhkəmə-trasoloji ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik iz vardır. Məhkəmə Kollegiyasının iclasında İddiaçı İB-nin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-836/2022 saylı qətnaməsi qismən- ilk iddianın rədd və qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, ilk iddianın ləğv olunan hissəsində iddia təmin olunaraq 5.173, 10 manat ilk iddia üzrə Cavabdeh tutulmalı, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli 03-865 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvan 1 ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə Cavabdeh (abonent kodu **********00050) 2018-2019-cu illər üçün aktlar əsasında 5173,10 manat borc hesablanmışdır. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Lakin iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək aktlar tərtib edilmiş, cavabdehə ümumilikdə aktlar üzrə 5173,10 manat məbləğində borc hesablanmışdır. Bundan əlavə 819,60 manat təbii qazdan istifadə nəticəsində yaranmış borcun, 83,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 65 manat vəkil xərcinin cavabdehdən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı ilk iddia üzrə cavabdeh tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi halı müəyyən edilmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri baxımından Bakı apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş və məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 yanvar 2023-cü il tarixli, 3/1775 saylı məhkəmə-trasoloji ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik iz vardır. Eyni zamanda iddiaçı aktlarla təsvir edilən və qaz xəttinə qoşulma hallarını təsdiq edən fotoşəkilləri də məhkəməyə təqdim etmişdir. Aktlar tərtib edilmişdir ona görə ki, cavabdeh qaz xəttinə qaz borusunda quraşdırılmış borucuq qaynaq etmiş və boru quraşdırmaqla qazdan sayğacdankənar istifadə etmişdir. İşdə olan məhkəmə-trasoloji ekspert rəyindən də görünür ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik iz vardır. Məhkəmə Kollegiyası qeyd edir ki, əslində, müdaxilədən uzun müddət keçdikdən, bir neçə aktlar tərtib edildikdən sonra, məhkəmə baxışı zamanı müvafiq ekspertiza ilə qaz borusuna müdaxilə faktını müəyyən etməyin ehtimalı sfıfıra bərabərdir. Analoji işlər üzrə müvafiq ekspertizanın keçirilməsinin müsbət nəticələri mümkün deyil. Buna baxmayaraq, hazırkı iş üzrə ekspertiza dövründə də, fotoşəkillərlə təsdiq edilmiş qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik görünüş aşkar edilmişdir. Uzun illər ərzində ardıcıl olaraq qanunsuz qoşulma ilə bağlı aktların tərtib edilməsi, bunu təsdiq edən fotoşəkillərin, fotoşəkillərdə hadisənin baş vermə şəraitinin aydın olaraq görünməsi, abonentin təbii qazdan uzun illər üçün istifadəyə görə yalnız 819, 60 manat ödənişi ödəniş etməli olmasını qəbul etməsi halları qanunsuz qoşulmanın mövcudluğuna dəlalət edən hallardır. Hər gün baş verən çoxsaylı analoji pozuntuların başqa qaydada (daha peşəkar) rəsmiləşdirilməsinin fiziki cəhətdən mümkün olmadığı anlaşılandır. Məhkəmə kollegiyası hesab edir ki, borc məbləği ilə bağlı hesablamalar iddiaçı təşkilatın qəbul etdiyi qaydalar və təlimatlar əsasında hesablanmasına, həmin qayda və təlimatlar normativ xarakterli aktlar olmasa da, lakin hər bir halda qanunsuz qoşulma halı təsdiq edildiyinə görə ilk iddia mübahisələndirilən hissədə də-5.173, 10 manat borcun tutulması hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 20.Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 22.Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın: Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qarşılıqlı iddia tələbi ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, qarşılıqlı tələb ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək qarşılıqlı iddia üzrə iddiaçıya məxsus **********00050 saylı abonent hesabına hesablanmış 5173,10 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə olduğundan və məhkəmə Kollegiyası ilk iddia tələbinin 5173,10 manat məbləğində borcun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olması qənaətinə gəldiyindən, bu isə qarşılıqlı iddianın uğurlu olmasını aradan qaldırdığından ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək qarşılıqlı iddia üzrə iddiaçıya məxsus **********00050 saylı abonent hesabına hesablanmış 5173,10 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə Kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən hesab edir ki, 83,93 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci ilk iddia üzrə Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə əsasən apellyasiya baxışı zamanı mülki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki–mühasibatlıq ekspertizasınının xərci 64 (altmış dörd) manat ilk iddia üzrə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-836/2022 saylı qətnaməsi qismən- ilk iddianın rədd və qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İlk iddia təmin olunaraq 5.173, 10 manat ilk iddia üzrə Cavabdeh tutulsun. Eyni zamanda 83,93 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci ilk iddia üzrə Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia rədd edilsin. Apellyasiya baxışı zamanı mülki iş üzrə təyin olunmuş məhkəmə trosolojiekspertizasınının xərci 64 (altmış dörd) manat ilk iddia üzrə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar