Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3232/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının etibarnamə əsasında nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-475/2016 saylı, 10 fevral 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 35 manat 10 qəpik məbləğində abunə haqqı qismində vurulmuş zərərin, nümayəndəyə çəkilən xərclərə görə 100 manat, texniki işlərin aparılmasına görə "xxxx" MMC-yə ödənilmiş 20 manat məbləğində pulun, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu və 1 manat məbləğində bank xidmət haqqının, cəmi 176 (yüz yetmiş altı) manat 10 (on) qəpik məbləğində pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri daxilində iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 9 manat məbləğində abunə haqqı qismində vurulmuş zərərin, nümayəndəyə çəkilən xərclərə görə 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu və 1 manat məbləğində bank xidmət haqqının, cəmi 130 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia tələbini azaldılmış həcmdə müdafiə edərək onunla əsaslandırmışdır ki, bir çoxvətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq KATV1 kabel şəbəkəsinə qoşulur. Bu şəkildə qanunsuz qoşulmaların qarşısını almaq məqsədilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında hüquqi yardım göstərilməsi barədə 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014-cü il və 29 mart 2015-ci il tarixli müqavilələr imzalanmışdır. Həmin firmanın əməkdaşlarının iştirakı ilə KATV1 kabel televiziyasının əməkdaşları 31 mart 2015-ci il tarixdə ünvan 1 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman həmin evin 94 saylı mənzilinin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması faktı aşkar edilərək, bu barədə 31 mart 2015-ci il tarixli 2967 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 12 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 81A saylı evin 94 saylı mənzili Cavabdeh məxsusdur. 23 may 2014-cü il tarixdə isə həmin ünvanda yaşayan Cavabdeh ilə İddiaçı MMC arasında KATV1 xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və o İddiaçı MMC-nin abunəçisi olmuşdur. Onun son abunə haqqını ödəməsinin müddəti 01 oktyabr 2014-cü il tarixədək olmuş, qeyd olunan şəxslə müqavilə münasibəğlərinə 04 dekabr 2014-cü ildə son qoyularaq, həmin mənzil 18 manat borcla şəbəkədən ayrılmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün isə aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hər bir j məhkəmə işi üçün nümayəndəyə ödənilən məbləğ 100 manat təşkil edir. Hazırda • 'J cavabdehdən abunə haqqı qismində vurulmuş zərərə görə 9 manat tələb edirlər. Bundan başqa, nümayəndəyə ödənilən məbləğ 100 manat, işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu 20 manat və bank xidmət haqqı 1 manat təşkil edir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu məbləğ cəmi 130 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın azaldılmış həcmdə təmin olunmasını xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-475/2016 saylı, 10 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-475/2016 saylı, 10 fevral 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, o, heç vaxt qanunsuz olaraq KATV1 kabel şəbəkəsinə qoşulmamışdır. Məhkəmə Kollegiyasının iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X6 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini, tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan: 12 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 14.04.2015-ci il tarixdə verilmiş 1244 №-li və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 14.05.2015-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh xx.xx.1962-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 81A saylı evin 94 saylı mənzilində qeydiyyatdadır və həmin mənzilin sahibidir. Məhkəməyə təqdim edilmiş 31 mart 2015-ci il tarixli 2967 N №-li aktın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı MMC-yə 15 mart 2011-ci il tarixli 02 saylı müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşı X8 oğlunun, İddiaçı MMC KATV1-in əməkdaşı X1 və R.İ.T.N-nin nümayəndəsi S.Məmmədovun iştirakı ilə 31 mart 2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 81A ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 94 saylı mənzilinin sakininin KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, mənzilin qapısını açan olmamışdır. İşdə olan İddiaçı MMC KATV1-in 16 sentyabr 2015-ci il tarixli arayışından məlum olur ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh 23 may 2014-cü il tarixdə İddiaçı MMC-nin KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, 01 oktyabr 2014-cü il tarixdə son ödəməsini edərək, 04 dekabr 2014-cü il tarixində 18 manat borcla şəbəkədən ayrılmışdır. Məhkəmə Kollegiyası sadalanan iş materiallarına qiymət verərək qeyd edir ki, Məhkəməyə təqdim edilmiş 31 mart 2015-ci il tarixli 2967 N №-li aktın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı MMC-yə 15 mart 2011-ci il tarixli 02 saylı müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin əməkdaşı X8 oğlunun, İddiaçı MMC KATV1-in əməkdaşı X1 və R.İ.T.N-nin nümayəndəsi S.Məmmədovun iştirakı ilə 31 mart 2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 81A ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 94 saylı mənzilinin sakininin KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, mənzilin qapısını açan olmamışdır. Lakin həmin Akta cavabdeh imza etməmiş, həmçinin iş materiallarında iddia tələbində qeyd edilən qanunsuz olaraq KATV1 kabel şəbəkəsinə qoşulmanı təsdiq eən video görüntü, yaxud fotoşəkillər də müəyyən olunmamışdır.Odur ki, iddiaçının tələbi mötəbər sübutlarla təsdiqini tapmır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, qanunsuz qoşulma ilə bağlı ziyan tələbi rədd edildiyindən MPM-in 119-cu maddəsinə əsasən nümayəndəyə çəkilən xərclərə görə 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumu və 1 manat məbləğində bank xidmət haqqının, tutulub iddiaçıya verilməsi barədə tələb də əsassızdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-475/2016 saylı, 10 fevral 2016-cı il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3232/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3232/2022
05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver