Məhkəmə qərarları › İş №2(103)-3234/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3234/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3234/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə apellyasiya icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırki mülki işə baxmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.12.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) 06.04.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilmiş və şikayət icraata qəbul edilmişdir. Bundan sonra Rayon Məhkəməsi 13.04.2022-ci il tarixli məktubla Məhkəməyə müraciət edərək, iş üzrə iddiaçı tərəfindən “qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verdiyini bildirmiş və həmin ərizəyə baxılması üçün işin Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Məhkəmənin 06.04.2022-ci il tarixli qərardadı ləğv edilməli və iş baxışdan çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.2-ci maddəsinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. MPM-nin 384.0.6-cı maddəsinə görə isə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 06.04.2022-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 24.12.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinə və “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxılması üçün iş apellyasiya baxışından çıxarılsın və Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar