Məhkəmə qərarları › İş №2(103)-324/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-324/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-324/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), və Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı1 vəkili X15, Cavabdeh nümayəndəsi vəkil X4 iştirakları ilə, iddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməklə 0.15 ha torpaq sahəsinin geri qaytarılması, torpağa dair aparılmış qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilinəsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-866/2018 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və X9 iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1, X13, X9 və X19 ilə Cavabdeh arasında bağlanan xx.xx.2015ci il li alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməklə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən Azərbaycan Respublikası ƏMDK ynınada DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə mülkiyyətçilərə məxsus 0.03 ha torpaq sahəsinin 0.015 ha sahəsinin geri qaytarılması, torpağa dair aparılmış qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş həyətyanı sahələr ayrı-ayrılıqda içərisində yaşayış evləri, müxtəlif (əks) küçələrə çıxışları olan, hasara alınmış həyətlərdir. İddiaçı1 istifadəsində yaşayış evi ilə birlikdə 0.042 hektar, Cavabdeh istifadəsində yaşayış evi ilə birlikdə 0.0498 hektar torpaq sahəsi vardır. İddiaçı1 istifadəsində olan yaşayış evi İddiaçı1 və ailə üzvülərinin adına verilmiş xx xxxxxx 2002-ci il tarixdə qeydiyyata alınmış JN-472 [nömrəli (KOD 00500016) şəhadətnaməin 0.015 hektar hissəsidə yerləşir. Şəhadətnamənin qalan 0.015 hektar hissəsi Cavabdeh alqı-satqı müqaviləsinə əsasən ((JN-472 nömrəli (KOD 00500016) şəhadətnamədəki torpaq sahəsi) mülkiyyətinə verilmiş sahəsi 0.03 hektar, reyestr nömrəsi **********2 olan çıxarışla qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür (səh.68). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-866/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı1, X13, X9 və X16 ilə Cavabdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi 0.015 ha torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-866/2018 saylı mülki iş üzrə xx xxxx 2018- ci il tarixli qətnaməsini ləğv etməklə, iş üzrə mübahisələndirilən əqdin qismən etibarsız hesab edildiyi halda, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, yəni İddiaçı1, X5, X1 və X6 müqavilə məbləğinin 1/2 hissəsini təşkil edən 20000 manatın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə bildirmişdir ki, iddiaçılar onu aldadaraq mülkiyyətlərində 0,03 torpaq sahəsi olmalarına dair sənədləri göstərsələr də, yalnız 0,015 ha hissəsi mülkiyyətlərində olan faktiki ölçüsü 0.03 ha olan torpaq sahəsini göstərmiş, həmin torpaq sahəsinin yəni 0,03 ha hissəinin mülkiyyətlərində olmasını bəyan etməklə, ümumilikdə ondan 0,03 ha torpaq sahəsinə görə 40000 manat almışlar. Onun niyyəti də mülkiyyətdə olan 0,03 ha ölçüdə torpaq sahəsini 40000manata almaq olmuşdur. İddiaçıların niyyətinin guya ona 0,015 ha ölçüdə torpaq sahəsinin satılmasının olmasına baxmayaraq, guya hüquqi savadsızlıqları ucbatından müqavilədə torpaq sahəsinin ölçüsünün səhvən 0,03 göstərilməsi barədə dəlilləri məhkəmə tərəfindən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmadan, məhkəmə tərəfindən bu qənaətə gəlinməsi prosessual pozuntudan başqa bir şey deyildir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə iddiaçılardan başqa, digər iki paylı mülkiyyətçinin birdən-birə səhvə yol vermələri, hüquqi savad tələb etməyən “0,03” rəqəmi ilə “0,015” rəqəmlərini bir-birindən ayıra bilməmələri absurdluqdan başqa bir şey deyildir. Çünki, aldadılmasına baxmayaraq, alqısatqı müqaviləsi üzrə ona 0.03 ha ölçüdə torpaq sahəsini 40000 manata satmalarına baxmayaraq, məhkəmə tərəfindən əqd qismən, yəni “A” hissədə olan 0,015 ölçüdə etibarsız hesab edilərkən, məhkəmə həmin müqavilə üzrə ödəmiş olduğu 40000 manat məbləğin “A” hissəsinin, yəni 20000 manatın satıcılardan müştərək qaydada tutularaq ona qaytarılması məsələsini açıq saxlamaqla, onun hüquqlarını pozmuşdur . Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11466/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli. 2(008)- 866/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçılar kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11466/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3129/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə,kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 416; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339, 347, 567-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx xxxxxx 2002-ci il tarixli şəhadətnamə əsasında iddiaçılar və onların digər 2 nəfər ailə üzvünə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi xx xxxxxxx 2015-ci il tarixdə həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxxxx 2015-ci il tarixdə iddiaçılar və digər mülkiyyətçilərlə cavabdeh arasında Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlanılmışdır. İddiaçılar hazırda cavabdehə əslində 0,015 ha torpaq sahəsini satmaq niyyətlərinin olduğuna, hüquqi savadsızlıq ucbatından özlərinə məxsus torpaq sahəsinə aid sənədlərin də cavabdehin adına rəsmiləşdirildiyinə, nəticədə onlara məxsus olan və hazırda yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin də cavabdehin mülkiyyətinə keçdiyinə istinad edərək alqı-satqı müqaviləsinin onlara məxsus olan torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə hazırki iddia tələbini irəli sürmüşlər. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçılarla 0,03 ha torpaq sahəsinin alqı-satqısı barədə razılaşma olmuş, həmin alqı-satqı müqaviləsi notarial qaydada təsdiqlənməklə əmlak onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara məxsus yaşayış sahəsinin cavabdehə satılmış torpaq sahəsinin hüdudlarında yerləşib yerləşməməsinin müəyyən edilməsi məqsədilə alınmış mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçıların istifadəsində yaşayış evi ilə birlikdə 0,042 ha torpaq sahəsi, cavabdehin istifadəsində yaşayış sahəsi ilə birlikdə 0,0498 ha torpaq sahəsi var. İddiaçı1 istifadəsində olan yaşayış evi İddiaçı1 və ailə üzvlərinə verilmiş xx xxxxxx 2002-ci il tarixli şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin 0,15 ha hissəsində yerləşir. Həmin şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin qalan 0,15 ha hissəsi Cavabdeh alqı-satqı müqaviləsinə əsasən mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsi qətnaməsi onunla əsaslandırılmışdır ki, yerli baxış zamanı müəyyən edildiyi kimi tərəflərin həyətləri hasarla təcrid edilmiş qaydada ayrı-ayrı yerləşir, girişləri ayrı-ayrı küçələrdəndir, təcrid edilmiş hər iki həyətdə fərdi evlər inşa edilmiş, tərəfələr hər biri özünə aid hissədə yaşayır. İş üzrə tərəflərin hər ikisi alqı-satqı müqaviləsi bağalanarkən mübahisə predmeti olan torpaq sahəsini hazırda mövcud olan vəziyyətdə alqı-satqı etdiklərini, iddiaçıların məhz cavabdehin faktiki istifadəsində olduğu torpaq sahəsini satmaq niyyətləri, cavadehin də məhz hazırda faktiki istifadəsində olan torpaq sahəsini almaq niyyəti izahatları ilə təsdiq edilmişdir. Məhkəmə araşdırılmasında iddiaçılar ilə cavabdeh arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqdin yanılmanın təsiri altında bağlandığı müəyyən edilmişdir.Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandrımışdır ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsini qismən etibarsız hesab edərkən tərəflərin hüquqi statusunu ilkin vəziyyətə qaytarmamaqla, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Çünki aldadılmasına baxmayaraq alqı-satqı müqaviləsi üzrə ona 0,03 ha torpaq sahəsini 40000 manata satmalarına baxmayaraq, məhkəmə tərəfindən əqd qismən, yəni ½ hissədə olan 0,015 ha ölçüdə etibarsız hesab edilərkən həmin müqavilə üzrə ödənilmiş 40000 manat məbləğin ½ hissəsinin, yəni 20000 manatın ona qaytarılması məsələsini açıq saxlamaqla onun hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamağa tərəflərin tam səlahiyyəti və iradə ifadələri olmuş, əqdin forma və məzmunu qanunuvericiliyin tələblərinə uyğun olmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, müqavilənin məzmununa görə satıcının vəzifəsi satdığı torpaq sahəsini alıcının mülkiyyətinə verməkdən, alıcının vəzifəsi isə həmin torpaq sahəsini qəbul etməklə mülkiyyətinə daxil etməkdən ibarət olmuş və onlar bununla bağlı öz iradə ifadələrini müqavilə bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.Yuxarıda qeyd edildiyi kimi, barəsində mübahisə edilən alqı-satqı müqaviləsinin predmeti olan 0,03 ha torpaq sahəsinin 0,015 ha hissəsi alıcıya təhvil verilmişdir. Qalan 0,015 ha torpaq sahəsi isə iddiaçıların sahibliyində qalmışdır. İddiaçılar onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini satmaq niyyətində olmadıqlarını göstərmişlər. Cavabdeh də hazırda iddiaçıların sahibliyində olan fərdi yaşayış evinin yerləşdiyi 0,15 torpaq sahəsinə dair hər hansı tələbi olmamaqla, əvəzli surətdə əldə etdiyi 0,03 ha torpaq sahəsinin məhz müqavilədə göstərilən və öz adına qeydiyyata alınan torpaq sahəsi olduğunu göstərir. Qeyd edildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyində iddiaçıların istifadəsində olan yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsinin cavabdehə satılmış 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir.Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına sadalanan normaların tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə alqı-satqı müqaviləsinin forma və məzmununun bir-birini tamamlaması barədə səhv nəticəyə gəlmişdir.Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatı zamanı Bakı şəhəri 24 saylı Notariat Kontoru lll şəxs qismində cəb edilmiş, Bakı şəhəri 24 saylı Notariat Kontoru xx.xx.2020-ci il tarixli məktubu ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin satıcılar- İddiaçı1, X13, X9 və X19 tərəfindən alıcı Cavabdeh 40000 manata satılmasına dair xx.xx.2015-ci il tarixli alqı satqı müqaviləsi, ******* saylı çıxarış, Dövlət Xəzinədarlıq Agentliyinə və ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazi İdarəsinə İddiaçı1 tərəfindən ödnişlər edilməsi barədə xx.xx.2015-ci il tarixli mədaxil orderləri, xx.xx.2015-ci il tarixli ərizə-forma 1-lər, xx.xx.1988ci il tarixli 399762 saylı nigah haqqında şəhadətnamə, xx.xx.2015-ci il tarixli İddiaçı1, İddiaçı2, Babayev Tural, Qasımov Qəhrəman və Babayeva Ayselin razılıq ərizələri, Babayev Tural hüseyn oğlu ilə X10 xx.xx.2014-cü il tarixli 960157 saylı nikah haqqında şəhadətnaməsi, X7 ilə X8 xx.xx.2013-cü il tarixli 889947 saylı nikah haqqında şəhadətnaməsi, Cavabdeh tərəfindən 40000 manatın X11 hesabına köçürülməsinə dair xx.xx.2015-ci il tarixli qəbz, xx.xx.2015-ci il tarixli Muğanbank ASC-yə ünvanlanmış 40000 manat pulun İddiaçı1 verilməsi üçün X11 depozit hesabına qəbul olunmasına dair məktub, İddiaçı1, Qasımov Qəhrəman, Babayeva Aysel, İddiaçı2 və Qasımova Turanənin şəxsiyyət vəsiqələrinin surəti məhkməyə təqdim edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur (səh.34) xx.xx.2020-ci il tarixli məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, qarşı tərəfə sənəd üzərində 3 sot faktiki olaraq isə 5 sot torpaq satdığını, sənədləşdirmə zamanı yanılaraq özünə aid olan hissəni də satmış olduğunu, buna görə də özünün yaşadığı evinin və torpağının sənədinin olmadığından evi sənədləşdirə bilmədiyini bildirir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X12 apellyasiya şikayətini müadfiə edərək, torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında 3 sot torpaq sahəsinin satıldığını, torpaq sahəsinin yarısının istənildiyi halda ödəniləcək pul vəsaitində də razılıq əldə edilməli olduğunu, ancaq qarşı tərəfin bunu istəmədiyini bildirir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili X15 apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının satdığı torpaq sahəsində 2 evin mövcud olduğunu, bu evlərdən birinin özünə məxsus olduğunu, yanılma nəticəsində öz evini də satdığını, ekspertlərində sənədləşdirmənin yanlış həyata keçirildiyini bildiyini, qarşı tərəfdən nə pul nə də torpaq tələb etmədiklərini, yalnız iddiaçıya məxsus evin yerləşdiyi torpaq sahəsinin sənədləşdirmədə onlara məxsusluğunun qeyd edilməsini tələb etdiklərini bildirir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı X2 iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 149, 324, 337, 339, 340, 354, 420, 421, 646; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 224, 372, 385, 386, 388 və 390,420-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, məhkəmə iddiaçı şəxsin izahatını daha mötəbər hesab edərək yalnız ona və ehtimallara əsaslanaraq müəyyən edilmiş hallardan səhv nəticəyə gəlmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Diqqətə şatdırılmalıdır ki, hazırki iş üzrə hüquqtətbiqetmədə pozuntuların, habelə edilməli olan tədbirlər dairəsi yönəmində maddi və prosessual hüquq normalarının pozuntusu və onların aradan qaldırılması üçün səlahiyyət həddində qanuni göstərişlərin dəqiq əks edilməməsi apellyasiya baxışının hədlərini müəyyən etmir.Qeyd edilməlidir ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş müqavilədə torpağın hansı hissəsinin verilməsi barədə qeydlər aparılmamış, cavabdeh iddia tələbinin dəlillərini qəbul etməmiş və torpağın qaytarılması müqabilində ödənilən pul vəsaitinin qaytarılmalı olduğunu bildirmiş, lakin vaxt verilsə də tərəflər arasında razılıq əldə edilməmişdir.Nəzərə alınmalıdır ki, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər xx.xx.2015-ci il tarixdə bağlanılan alqı-satqı müqaviləsinin etibarsızılğı (yanılma nəticəsində torpağın hamısın verməsi) üzrə iddiaçılar bu müddətin üzrlü ötürülməsi və ya sair sübutlar təqdim etməmişlər. bundan əlavə alqı-satqı müqaviləsini birgə mülkiyyətçilər (torpağı satan) olan İddiaçı1, X13, X9 və X19 imzalasalarda, yanılma əsası ilə iddianı yalnız İddiaçı1,X9 vermişlər. Belə məntiq hasil olur ki, digər həm-mülkiyyətçilər müqaviləni qəbul etmiş (bəyənmiş) və mübahisələndirməmiş, məhkəmə torpaq sahəsinin hissələr üzrə təsnif edilməyən alqı-satqı müqaviləsini 0.015 ha torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab etməklə mücərrəd və icra edilməsi mümkün olmayan (mübahisələr doğuran) qərar qəbul etmişdir. Qeyd edilənlərdən əlavə, iddia tələbinin əsaslarına müvafiq cavabdehlərin dairəsi, cavabdehə qarşı yönələn tələb üzrə onun tərəfindən edilməli hərəkət və onun mülki məsuliyyətini müəyyən edən sübutlar belə müzakirəyə təqdim edilməmiş, notariat hərəkətlərinin aparılması zamanı hər hansı qanunsuzluq aşkar edilməmişdir. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıların qeydə alınmamış torpaq sahəsinin və evlərinin məhkəmədə müzakirəsi məhkəmənin səlahiyyətlərinə aid olmayan və hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. İzah edilməlidir ki, iddiaçılar hüquqlarının qeydiyyatı ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək və inzibati icraat həddində mübahisələri həll etmək hüquqlarına malikdirlər. Hazırda olan tələb üzrə mülki məsuliyyətin hədləri alqı-satqı müqaviləsini imzalayan şəxslərin öz risk dairəsinə aid olan məsələdir və obyektiv mənada yanılmanın mövcudluğu belə əqdlərdə təmsil edilən hər bir fərdin subyektiv hüquq və vəzifələrinə aiddir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-866/2018 saylı işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməklə 0.15 ha torpaq sahəsinin geri qaytarılması, torpağa dair aparılmış qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik ediliməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar