Məhkəmə qərarları › İş №2(103)-3248/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3248/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3248/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 5897/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.092.39 ABŞ dolları əsas borc, 2.774,43 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11.866,82 ABŞ dolları məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı ’’MuğanBank” ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi Cavabdeh məxsus 1998-ci il buraxılışlı, “Mercedes Benz S320” markalı, **-NM-***dövlət qeydiyyat nişanlı, WDB2200651A006953 ban, **********0710 mühərrik nömrrəli. mavi rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satışı yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "MuğanBank” ASC ilə Cavabdeh arasında 17.09.2013-cüil tarixli 188SFAK №-li kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçıya nəqliyyat vasitəsinin alınması məqsədi ilə illik 25% olmaqla 24 ay müddətinə 8.400 ABŞ dolları məbləğində kredit verilmişdir. 17.09.2013-cü il tarixli 188SFAK №-li müqavilənin təminatı kimi "MuğanBank” ASCilə Cavabdeh arasında 17.09.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanaraq Cavabdeh məxsus 1998-ci il buraxılışlı, "Mercedes Benz S320” markalı. **-NM-*** dövlət qeydiyyat nişanlı, WDB2200651A006953 ban. **********0710 mühərrik nömrəli, mavi rəngli avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, cavabdehin banka 9.092,39 ABŞ dolları əsas borc, 2.774,43 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11.866,82 ABŞ dolları məbləğində borcu qalmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 5897/2017 saylı, 18 avqust 2017ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı ’’MuğanBank” ASCnin xeyrinə 7922.97 (yeddi min doqquz yüz iyirmi iki dollar, doxsan yeddi sent) ABŞ dolları əsas kredit borcu pulun ödənilən (qaytarılan) gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın kreditin təminatı kimi Cavabdeh məxsus 1998-ci il buraxılışlı, "Mercedes Benz S320” markalı. **-NM-*** dövlət qeydiyyat nişanlı, WDB2200651A006953 ban. **********0710 mühərrik nömrəli, mavi rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satışı yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmetinin satışından Banka olan borc tam ödənildikdən soma artıq qalan məbləğin Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş 1998-ci il buraxılışlı, “Mercedes Benz S320” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-nin də razılığı əsasında etibarnamə vasitəsilə tərəfindən Quliyev Ceyhun Eldar oğluna satılmışdır. Beləliklə də, həmin avtomobil sonradan bankın razılığı əsasında üçüncü şəxsin sahiblik və istifadəsinə verilmişdir. Lakin məhkəmə qətnaməsindən də görünür ki, "xxxx" ASC tərəfindən ümumiyyətlə belə bir razılıqdan bəhs edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 5897/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 17.09.2013-cü il tarixli 188SFAK №-li kredit müqaviləsindən görünür ki. Cavabdeh ’’MuğanBank” ASC-dən illik 25% olmaqla 24 ay müddətinə 8.400 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materillarında olan 17.09.2013-cii il tarixli 188SFAK №-li ipoteka müqaviləsində;, müəyyən olunmuşdur ki. Cavabdeh 1998-ci il buraxılışlı, “Mercedes Benz S32C " markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı, WDB2200651A006953 ban, **********071 1 mühərrik nömrrəli, mavi rəngli avtomobili”MuğanBank” ASC qarşısında girov qoymuşdur. İpoteka ilə yüklü edilmiş əmlak 12.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materillarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanma bildirişdən görünür ki. bank borcluya borcun ödənilməsi barədə rəsmi xəbərdarlıq etmişdir. İş materillarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşmar əmlakın AA seriyalı 102212 savlı 18.09.2013-cü il tarixli çıxarışın surətindən aydın olur ki, Cavabdeh məxsus “Mercedes Benz S320” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ’’MuğanBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Məhkəməyə təqdim olunmuş 09.03.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh banka 03.03.201 7-ci il tarixə 9.092,39 ABŞ dolları əsas borc, 2.774,43 ABŞ dollar, faiz borcu olmaqla, ümumilikdə 11.866.82 ABŞ dolları məbləğində borcu vardır.. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göründüyü kimi, borc alan Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş bununla da müqavilələrin şərtlərini pozmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş materiallarında olan sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı 17.09.2013-cü il tarixli 188SFAK №-ii kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus 1998-ci il buraxılışlı “Mercedes Benz S320” markalı. **-NM-*** dövlət qeydiyyat nişanlı, WDB2200651A006953 ban, **********0710 mühərrik nömrəli, mavi rəngli avtomobilini 17.09.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoymuşdur. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh məxsus 1998-ci il buraxılışlı “Mercedes Benz S320” markalı. **-NM-*** dövlət qeydiyyat nişanlı, WDB2200651A006953 ban, **********0710 mühərrik nömrəli, mavi rəngli avtomobilinə yönəldilməli, həmin avtomobil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmalı və yeni alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi halı təsdiq edəcək sübutu nə apellyasiya şikayətinə əlavə etmiş, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5897/2017 saylı, 18 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 5897/2017 saylı, 18 avqust 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar