Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3249/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1602/2023 saylı 30 mart 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 54 manat cəriməyə ödənilmiş pulun, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6950 manat avtomobilə dəymiş maddi zərərin, Cavabdeh3 118 manat ödənilmiş cərimənin əvəzinin və 92 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1602/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Hazırda İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1602/2023 saylı 07 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1602/2023 saylı 30 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən tələblərinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən haqlı olaraq hesab etmişdir ki, iddia tələblərinin mahiyyəti iddiaçının mülkiyyətində olan avtomobilin Cavabdeh3 tərəfindən idarə olunması zamanı törədilmiş inzibati xətalar nəticəsinə tətbiq edilmiş cərimələrin əvəzinin Cavabdeh3 tələb olunmasından, Cavabdeh2 tərəfindən idarə olunması zamanı törədilmiş inzibati xəta nəticəsinə tətbiq edilmiş cərimənin əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tələb olunmasından və Cavabdeh1 tərəfindən idarə olunması zamanı törədilmiş yol nəqliyyat hadisəsi zamanı həmin avtomobilə dəymiş zərərin Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tələb olunmasından ibarətdir. Bununla da müəyyən olunur ki, iddiaçı bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Belə ki, iddia tələbinin bir hissəsi inzibati tənbəh qaydada tətbiq edilmiş cərimələrin əvəzinin tutulmasından, digər hisəsi isə əmlaka dəymiş zərərin əvəzinin tutulmasından ibarətdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ayrıayrı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan müstəqil tələblər irəli sürməklə həmin tələbləri bir iddia ərizəsində birləşdirməkdə haqlı olmamış və bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qərardaddan da göründüyü kimim, məhkəmə iddiaçıya hazırki iddia tələbi ilə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməli olduğunu izah etmişdir. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu dəlillər yuxarıda göstərilənlərlə təkzib olunur və mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1602/2023 saylı 30 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1602/2023 saylı 30 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3249/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3249/2023
03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver