Məhkəmə qərarları › İş №2(103)-3251/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3251/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3251/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-5778/2016 nömrəli qərardadından ərizəçi Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 01084 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 17150 ABŞ dolları əsas borc, 1963 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün 102 ABŞ dolları faiz borcu (5%) və 3823 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 23038 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, tutulmalı məbləğin ilk növbədə xx.xx.2013-cü il tarixli 1084 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan cavabdehə məxsus “CHRYSLER 200” markalı, **-DG-*** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə verərək, cavabdeh X3 mülkiyyətində olan “CHRYSLER 200” markalı, **-DG-*** qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması, avtomobilə dair sərəncam vermək və istifadə etmək hüquqlarına qadağa qoyulması, avtomobillin saxlanması və boşaldılaraq Baş Dğvlət Yol Polisi İdarəsinin mühafizə olunan duracağında yerlşdirilməsinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-5778/2016 nömrəli qərardadı ilə iddiaçının ərizəsi qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan “CHRYSLER 200” markalı, **-DG-*** qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin həmin qərardadının izah edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-5778/2016 nömrəli qərardadı ilə ərizəçi Cavabdeh ərizəsi təmin edilməmişdir. Hazırda ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilmsini və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-5778/2016 nömrəli qərardadına izah verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin xx.xx.2013-cı il tarixli, 2(003)-5778/2016 nömrəli qərardadının şərh olunmasını xahiş etmişdir. Həmin qərardadın təsviri hissəsində avtomobili dayancağa yerləşdirmək və ondan mülkiyyətçinin istifadə hüququndan məhrum edilməsi hissəsində "xxxx" ASC-nin iddiasının əsassız olduğundan rədd edilməsi göstərilmişdir. Buna baxmayaraq, Bakı Şəhər Polis İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixində heç br sənəd tərtib edib təqdim etmədən avtomobili “Ağ Şəhər” adlanan ərazidəki dayanacağa yerləşdirmişdir. Qeyd edilən qərardada əsasən o, hesab edir ki, polis əməkdaşları tərəfindən mülkiyyətində olan avtomaşının dayancağa yerləşdirilməsi əsassızdır. Hazırda xx.xx.2023-cü il tarixdən 40 gündür ki, avtomobil açıq havada yağışın-qarın altında çürüməklə, yararsız hala düşməkdədir. Nəzərə almaq lazımdır ki, bu qərəzli hərəkət olaraq heç kimin xeyrinə deyil. Xəzər Rayon Məhkəməsi də ərizədə göstərilənləri şərh etmək əvəzinə ərizənin təmin edilməməsi barədə əsassız qərardad çıxarmışdır. Məhkəmə xx.xx.2023-cü il tarixli qərardadında göstərir ki, “məhkəmə hesab edir ki, qərardadın əsaslandırıcı və nəticə hissəsi aydın ifadə olunmuş və izaha ehtiyacı yoxdur. Belə ki, qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlərə əsasən iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin qismən təmin edilməsi qərara alınmışdır. Qanunvericinin tələblərinə əsasən qərardadda göstərilmiş, lakin aydın və dəqiq olmayan, həmçinin ziddiyyətli olan hər hansı ifadələr olarsa, hakim onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qərardadda isə hər hansı bir ziddiyyət təşkil edən ifadələr, qeyri-müəyyən anlaşılmaz hər hansı bir xüsusat mövcud deyil.” Məhkəmə bütün bunları göstərsə də 03 oktyabr 2016-cı il tarixli qərardadın əsaslandırıcı, yəni təsviredici hissəsi ilə nəticə hissəsi arasındakı uyğunsuzluğu, ziddiyyəti nəzərə almamışdır, məhkəmə onun suallarının heç birinə qanuni cavab verməmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-5778/2016 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-5778/2016 nömrəli qərardadı ləğv edilməlidir. Azərbaycan Resoublikası Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, qərardadın əsaslandırıcı və nəticə hissəsi aydın ifadə edildiyi üçün izaha ehtiyacı yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-5778/2016 nömrəli qərardadına izah verilməsindən imtina edərkən qərardadda məhkəmənin göstərdiyi mövqeyi düzgün olmayaraq nəzərə almamışdır. Belə ki, məhkəmə sözügedən qərardadında ərizəni qismən təmin edərkən avtomobilə dair istifadə etmək hüququnun qadağan edilməsini qəbul etməmiş, o cümlədən bununla bağlı avtomobilin müvəqqəti saxlama yerində yerləşdirilməsi nəticəsində avtomobilin istifadəsiz qalmaqla yararsız hala düşməsinə səbəb ola biləcəyini qeyd etmişdir. Yəni, məhkəmə hazırki qərardadı çıxararkən əsaslandırmasından da göründüyü kimi, məhz avtomobilin yalnız özgəninkiləşdirilməsinin qarşısının alınması baxımından ərizənin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu xüsusatları nəzərə almaqla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadına ərizəçinin ərizəsi üzrə izah vermək əvəzinə, ərizənin təmin edilməməsi qənaətinə gəlməkdə səhvə yol vermişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadında məhkəmənin avtomobilin üzərinə həbs qoyulması kimi ifadə etdiyi mövqe əslində həmin avtomobilinin özgəninkiləşdirilməsinin qadağan edilməsini özündə ehtiva etdiyindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(003)-5778/2016 nömrəli qərardadı ləğv edilməli, ərizəçinin ərizəsi təmin edilməklə qərardada bu məzmunda izah verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5778/2016 saylı iş üzrə xx.xx.2023cü il tarixli qərardadı ləğv olunsun. Cavabdeh ərizəsi təmin edilsin. İzah olunsun ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qəradadı yalnız Cavabdeh mülkiyyətində olan “CHRYSLER 200” markalı **-DG-*** qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulmasını ehtiva edir və həmin qərardad sözügedən avtomobilin mülkiyyətçidən alınaraq dayanacağa (duracağa) yerləşdirilməsi üçün əsas deyildir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar