Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3256/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Hüseynov Hamlet Ağa oğluna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ( “mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı “mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi və qeyriyaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-621/2023 saylı işi üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-621/2023 saylı işi üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh2 MTK və X5 hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 30 kv/m olan, 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün "Binanın eskiz layihəsi, MTK-nın ümumi yığıncağının protokolundan çıxarış, maliyyə arayışı və binanın istismara qəbul edilməsinə dair aktın surəti"nin verilməsinin Cavabdeh2 MTK-ya həvalə edilməsi, ünvan 1 ünvanında yerləşən (ümumi sahəsi 30 kv/m olan, 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) qeyri-yaşayış sahəsinin boşaldılaraq cavabdehlər Cavabdeh2 MTK-nın və X5 istifadəsindən alınması, cavabdeh və digər şəxslərin həmin qeyriyaşayış sahəsindən çıxarılması və qeyriyaşayış sahəsinin İddiaçı verilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
2. Qətnamədə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsi; Azərbaycan Respublikası Konstitusiyasının 13,29; Mülki Məcəllənin 6.2, 14.2.1, 139-1.1.2, 152.5, 157.2, 157.4, 414, 415.5; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 107, 185.5, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə protokola əsasən mübahisəli əmlakı əldə etməsinə baxmayaraq, Cavabdeh1 qeyri-yaşayış sahəsindən istifadə etməkdə davam edir, çıxmaq istəmir, habelə cavabdeh həmin qeyri-yaşayış sahəsini digər şəxslərin istifadəsinə vermişdir. Dəfələrlə qeyri-yaşayış sahəsini boşaldılması və iddiaçıya təhvil verməsini tələb etsə də nəticəsi olmamışdır.İddiaçı qanuni sahib olmaqla, həmin qeyri-yaşayış sahəsindən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - “X2” "xxxx" MMC-nin 22 avqust 2022-ci il tarixli 164/22 saylı Hərrac Yekunları barədə Protokolunun surətinə əsasən Bakı ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci tarixli icra vərəqəsi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 997310062/22-15-12 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən keçirilmiş hərrac üzrə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30 kv metr olan 13 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi 101100 manat ilkin hərracda satış qiymətilə tələbkar (qalib alıcı) İddiaçı satılmışdır; - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinməsi və öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, ..... Cinayət işi üzrə verilmiş mülki iddiaların maddi ziyan hissələri tam, mənəvi ziyan hissələri qismən təmin edilməsi.... Cinayət işi üzrə zərərçəkmiş şəxslər .....İddiaçı 92000 manat maddi ziyan, 5000 manat mənəvi zərər ...ödənilməsi, ..... Mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş ......faktiki olaraq Elmira Şirinovanın özünə məxsus olmaqla........ Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin.... üzərinə qoyulmuş həbsin saxlanılması; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 51/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)- 130/2020 saylı hökmü apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1231/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən verilmiş kassasiya şikayətləri, kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (səh. 4-7, 8-11, 13-14, 17-47). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü iltarixli, 2(005)-621/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89; Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2; “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına; Azərbaycan Respublikasının Konstitusiyasının 13. 26, 29, 60, 71; Mülki Prosessual Məcəllənin 14; Cinayət Prosessual Məcəllənin 99-1.1, 99-3.2 , 181.1, 250.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin əmlak üzərinə həbs qoyulması barədə 16 may 2019-cu il tarixli qərarı ilə, ziyanın ödənilməsi məqsədilə əmlakların üzərinə həbs qoyulmuş, icra məmuru tərəfindən hərraca yönəldilən əmlakların cox böyük hissəsi X1nın cinayət törətməmişdən xeyli müddət əvvəl Qohumları tərəfindən və onların şəxsi vəsaiti hesabına əldə edilmişdir və bu məsələlər araşdırılmadan qanunverciliyin tələblərinə məhəl qoyulmadan iddiaçıların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, ilkin hüquqverici və mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında tam təsdiq edilir ki, həmin əmlaklar cinayət baş verən vaxtdan uzun illər əvvəl əldə edilmiş və cinayət vaxtıda yəni 2011-ci ilin dekabr ayında Elmira Şirinovaya məxsus olmamış və olması da qeyri-mümkün olmuşdur. Belə ki, Cavabdeh1: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 MTK ilə bağlanmış 20 fevral 2004-cü il tarixli müqaviləyə əsasən 7200 manata almış və xx.xx.2008-ci il tarxli 57 nömrəli maliyyə arayışına əsasən onun MTK-ya borcu yoxdur. xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********33-05301-083001,qeydiyyat nömrəsi ********** olan cıxarışa əsasən mülkiyyətdədir.Qeyd edilməlidir ki, üzərinə həbs qoyulmuş əmlakların dəyəri verilmiş mülki iddianın qiymətindən qat-qat çoxdur. Bu isə son nəticədə üzərinə həbs qoyulmuş əmlakların sayının süni surətdə çoxaldılmasına, guya mülki iddianın təmin edilməsi istiqamətində tədbirlərin görülməsi görüntüsü yaradılmasına, şəxslərin konstitusion hüquqları olan mülkiyyət toxunulmzalığının pozulmasına, qəsdən süründürməçilik yaradılaraq şəxslərə mülkiyyətlərində olan əmlaklardan istifadənin və sərəncam verilməsinin qarşısının alınmasına, bu qədər əmlakı hərraca yönəltməklə, qəsdən qiymətin aşağı salınması, sui-istifadə hallarının yaradılması və sairəyə yönəlməkdədir. CPM-nin 250.2-ci maddəsinin tələbinə əsasən mülki iddiaçı tərəfindən verilmiş mülki iddianın təmin edilməsi üçün üzərinə həbs qoyulan əmlakın dəyəri iddianın qiymətindən artıq olmamalıdır. Bundan əlavə, məhkəmə xüsusi müsadirə və mülki iddianın təmin edilməsi üçün əmlak üzərinə həbs qoyulması və satılaraq iddianın təmininə yönəldilməsini tənzimləyən maddi hüquq normalarını tamamilə qarışdırmış, nəticədə əmlakların xüsusi müsadirəsi barədə qənaəti əks etdirən qərara gəlmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədib- törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. İcra məmuru qanunsuz hərəkət və hərəkətsizliyə yol verərək verilmiş iddia ərizəsinə dair hüquqi nəticələr gözlənilmədən hərracı keçirməkdə davam etmişlər.Mübahisəli əmlakla bağı icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərkən Cavabdeh1 məlumatlandırmamış və nəticədə 30 kv.metr sahəsi olan əmlak dəyərindən xeyli aşağı qiymətləndirlməklə hərracın təşkili "xxxx" MMC-nə həvalə edilmiş və 22 avqust 2022-ci il tarixli, 164\22 nömrəli “Hərracın Yekunlarının barədə Protokola” əsasən mubahisəli əmlak iddiaçıya satılmışdır. X1 2019-cu il tarixdə 78 yaşında vəfat etdiyi halda cavabdeh icra və hərrac təşkilatı butun məktubları onun adına göndərmişdir.
5. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin həmin idarənin mühim işlər üzrə müstəntiqi vəzifəsini icra edən, 2-ci dərəcəli hüquqşünas Elnur Rüstəmovun vəsatəti əsasında ********* saylı cinayət işi üzrə əmlak üzərinə həbs qoyulması barədə təqdimatla Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş,Binəqədi rayon Məhkəməsinin 5(001)-358/2019 saylı 16 may 2019-cu il tarixli qərarı ilə təqdimat təmin edilərək daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulmuşdur. Mülki iddiaların təmin edilməsi üçün cinayət işi üzrə həmin əmlaklardan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı 16 mart 2020-ci il tarixli Hökmü ilə mülki iddiaların təmin edilməsi üçün sadalanan əmlakların üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılmış və həmin əmlaklara xüsusi müsadirə tətbiq edilmişdir. Verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Aləhkəməsində baxılmış və məhkəmənin 09 fevral 2021-ci il tarixli 1(103)-51/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 130/2020 saylı 16 mart 2020-ci il tarixli Hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Ali Məhkəmənin 2(103)-1231/2021 saylı xx.xx.2021 tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmənin 09 fevral 2021-ci il tarixli 1(103)-51/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xüsusi müsadirə tətbiq edilmiş ünvan 1 ünvanında yerləşən (iimıımi sahəsi 30 kv/m olan. 13 mərtəbəli binanın 1-ci mərtəbəsində) 2.08.2022-ci il tarixdə hərrac vasitəsi ilə İddiaçı satılmışdır. Bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli Protokol tərtib edilmişdir.Tərəfindən verilmiş ərizəyə Binəqədi rayon Məhkəməsində baxılmış, məhkəmənin 7(001)-733/2022 saylı qərarı ilə əmlaka mülkiyət hüququnu təsdiq edən şəhadətnamənin alınması məqsədi ilə əmlak üzərinə Binəqədi rayon Məhkəməsinin 5(001)-358/2019 saylı 16 may 2019-cu il tarixli qərarı ilə qoyulmuş həbs götürülmüşdür. Hazırda əmlaka mülkiyyət hüququnun qeydə alınması və əmlaka sahiblik etmək üçün Cavabdeh2 MTK tərəfindən əmlakın yerləşdiyi ünvan 4 ünvanında olan binaya protokoldan çıxarış, maliyyə arayışı, binanın eskiz layihəsi və binanın istismara qəbul edilməsinə dair akt qərəzli olaraq təqdim edilmir. Eyni zamanda digər Cavabdeh1 əmlakın üzərindən həbs götürüldükdən sonra faktiki olaraq ona məxsus əmlakı digər şəxsə kirayə verərək onun sahiblik hüququnu məhdudlaşdırmışdır. Eyni zamanda hər 2 cavabdeh tərəfindən əmlakın ona təhvil verilməsində maneələr yaradılmağa davam edir. Belə ki, əmlak boşaldılmır və hazırda cavabdehərin istifadəsindədir. Bu da qanunla onun illərdir pozulmuş hüquqlarını pozmaqda davam edir və eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qərarlarının həvata keçirilməsinə ciddi və qərəzli maneə yaradır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2- ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmın pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 99-3-cü maddəsində göstərilir ki, müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakı qalan hissəsi dövlət nəfinə alınmalıdır. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Azərbaycan Respublikası MPM-nin 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdeh tərəfindən verilmiş Apellyasiya şikayətində göstərilən xüsusatlar tamamı ilə formal xarakter daşımaqla yanaşı sadəcə olaraq məhkəmə aktının icrasının gecikdirilməsinə hesablanmış addımdır. Belə ki, MPM-nin 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənləri Məhkəmənin diqqətinə çatdıraraq Azərbaycan Respublikası MPM-nin tələbləri qaydasında Nərimanov rayon Məhkəməsinin 2(005)-621/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək, qarşı tərəfin hökmü və hərracın nəticələrinin mübahisələndirmiş olsa da, nəticə əldə etmədiyini bildirmiş, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 və Cavabdeh2 MTK-nın iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri; Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158, 228, 414-415; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, artıq birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.
10. Diqqətə çatdırılmalıdır ki, cavabdehin istinad edə bilmədiyi və mövcud olmayan maddi hüquq normalarının münasibətlərə təfsiri baxımından hüququn analogiyası üzrə belə tətbiqi suiistifadəyə və qanunsuzluğa şərait yaradan hal olaraq mülki hüququn (mülkiyyət hüququnun əsassız mədudlaşması) fəlsəfəsinə ziddir. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınaraq, iddiaçının mülkiyyət hüququnu mübahisələndirərək bu hüququn əsassız qeydə alınması sübuta yetirildiyi təqdirdə, cavabdehin pozulmuş hüquqları barədə tələb irəli sürmək və məhkəmə müdafiə hüquqları istisna edilmir. Lakin, cavabdeh daşınmaz əmlaka mülkiyyət hüquqlarının mövcudluğunu qeyd etsə də, hazırki mülki iş üzrə buna dair sübutlar müəyyən edilməmiş, habelə cavabdeh cinayət prosesi üzrə və hazırki mülki iş üzrə tələb olmadığı halda hərracın prosedurlarına dair dəlillər irəli sürmüşdür ki, işə aid olmayan və tələb olmadığı halda müvafiq sənədlərin qanuniliyinin yoxlanılması prosessual cəhətdən mümkün olmamışdır.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cı maddəsinə əsasən: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.
12. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
13. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-621/2023 saylı işi üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.