Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3257/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə3 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “pul tələbi” barədə ilk, həmçinin Cavabdeh X6 qarşı “pul tələbi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(002)-74/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh günün məzənnəsinə uyğun olaraq 15000 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2019-cu ilin dekabr ayında çoxdan tanıdığı X16 vasitəsilə tanış olmuşlar. Söhbət əsnasında Nadirdən Cavabdeh torpaq sahəsi olduğunu və həmin torpağı satdığını öyrənmişdir. Cavabdeh ona Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən və Binəqədi rayonu Qəsəbə Bələdiyyəsi tərəfindən adına rəsmiləşdirilmiş № 1812/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncam əsasında 62 sot torpaq sahəsinin olduğunu, hər sotu 2000 ABŞ dolları olmaqla, ümumilikdə 124000 ABŞ dollarına satdığını bildirmişdir. Qeyd olunan torpağa baxdıqdan sonra 120000 ABŞ dollara sözügedən 62 sot torpağı almağa razılaşmışlar. Cavabdehə 15000 ABŞ dolları beh vermiş, cavabdeh isə ona torpağın özəlləşməsini və s. işlərə görə etibarnamə vermişdir. xx.xx.2020-ci iltarixdə o, ƏMDK-nın Əmlak Xidməti Məkanına müraciət edərək torpağın özəlləşməsinə dair sənədləri təqdim etmiş, lakin ona cavabdeh tərəfindən təqdim edilmiş torpaq sənədlərinin saxta olması və heç bir halda özəlləşmənin və çıxarışın verilməsinin mümkün olmaması bildirilmişdir. Bundan sonra o, cavabdeh tərəfindən aldadıldığını anlamış və zəng edərək ondan aldığı 15000 ABŞ dolları pul məbləğinin geri qaytarılmasını tələb etmiş, sonuncu isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Eyni zamanda, Cavabdeh (bundan sonra, iddiaçı) cavabdeh İddiaçı (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə qarşılıqlı iddia verərək, ilk iddianın rədd edilməsini, cavabdeh İddiaçı 6000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı tanışı Xadir Mövsümov vasitəsi ilə tanımışdır. 2019-cu ilin axırlarında Nadir Mövsümov ona bildirmişdir ki, onun İddiaçı adlı bir tanışı var, onun gömrükdən gələn yükə görə gömrük rüsumunu ödəməyə təxminən on gün müddətinə 10000 ABŞ dolları məbləğində pul lazımdır. Əgər bu pulu girov müqabilində borc kimi İddiaçı verərsə, o zaman Nadir bir az pul qazana bilər. O, şəxsi marağı olmasa da, öz yaxın tanışının qazanc götürməsi üçün bu pulu verməyə razılaşmışdır. 22 dekabr 2019-cu il tarixdə İddiaçı borcun təminatı olaraq 2 ədəd qızıl sırğa və üzükdən ibarət olan bir dəst brilyant komplekti və 1 ədəd qızıl qolbağı girov qoyaraq qəbzlə (iddia ərizəsinə əlavə olunmuşdur) 10000 ABŞ dolları məbləğində pulu borc götürmüşdür. 02 fevral 2020-ci il tarixdə, o, Nadir Mövsümov və İddiaçı “Soltan Sofrası ” restoranında görüşmüşlər. Girovları istəyən İddiaçı qızılları geri almış, lakin cəmi 4000 ABŞ dolları qaytarmış, qalan 6000 ABŞ dollarını istəsə də, bir-iki günə qaytaracağını demiş, lakin sonradan qalıq borcu qaytarmaqdan imtina etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(002)-74/2021 saylı qətnaməsi (hakim Günay Həşimova) ilk və qarşılıqlı iddia ərizələri rədd edilmişdir. İddiaçı Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv olunmasını, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, qarşılıqlı iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh tərəfindən X6 10000 ABŞ dolları borc pul verməsi birinci instansiya məhkəməsində tam sübuta yetirilmişdir. Cavabdeh özü də bu halı inkar etmir. Eyni zamanda həmin pul vəsaitindən 4000 ABŞ dollarının qaytarılmış, lakin 6000 ABŞ dolları hazıradək cavabdeh tərəfindən qaytarılmamışdır. Cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh əgər 6000 ABŞ dolları qaytarsa idi, bu barədə qəbz tərtib olunardı. Çünki, hər dəfə pulun verilməsi və qaytarılması zamanı qəbzlər yazılıb. Birinci instansiya məhkəməsi formal mülahizələrə əsaslanaraq qarşılıqlı iddianı rədd etmişdir. Cavabdeh pulu qaytaracağını bildirmiş, tərəflər görüşmüşlər və iddiaçı qızılları cavabdehə qaytarmışdır. Cavabdeh isə həmin vaxtı pulu tam olaraq deyil, 4000 ABŞ dolları hissədə qaytarmış, qalan hissəsini isə qısa müddətdə verəcəyini bildirmişdir. İddiaçı cavabdehə inanmış, lakin sonradan qalan pul verilməmişdir. Əlavə olaraq bildirir ki, şahid X11 apellyasiya baxışı zamanı verdiy ifadəsinin bir hissəsi, yəni iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zamanı şahidə cavabdeh tərəifndən 6000 ABŞ dollarının qaytarılmasını deməsi həqiqətə uyğun deyildir. Belə bir hal baş verməmişdir. Şahid belə ifadə verməklə cavabdehin mənafeyindən çıxış edir. Birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər 6000 ABŞ dolları pulun qaytarılmasının şahidi olmadıqlarını açıq-aşkar bildirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 4000 ABŞ dolları pulu iddiaçıya ödəyən zamanı qızıllarını geri almış, həmin vaxtı 6000 ABŞ dolları ödəməmişdir. 6000 ABŞ dollarını qısa müddət sonra qaytarmış, həmin vaxtı isə yanlarında heç kim olmamış, bu barədə qəbz yazılmamışdır. Lakin, həqiqətən 4000 ABŞ dollarından qısa müddət sonra 6000 ABŞ dolları da iddiaçıya qaytarılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ilk və qarşılıqlı iddialar təmin olunmamış, qətnamədən iddiaçı qarşılıqlı iddianın təmin olunmaması hissəsində apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv olunmalı, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Yoxlanılan hissədə işin mübahisələndirilməyən hallarına görə - iddiaçı tərəfindən cavabdehə 22 dekabr 2019-cu il tarixdə 15 gün müddətində qaytarılmaq şərti ilə 10000 ABŞ dolları borc verilmiş, öhdəliyin icrasının təmini kimi cavabdeh qızıl-zinət əşyalarını girov qoymuş, 02 fevral 2020-ci il tarixdə iddiaçı 4000 ABŞ dolları hissəsini qaytarmış, giov qoyduğu qızılları geri almış, borcun qalan hissəsini isə qısa müddət sonra qaytaracığına vəd vermişdir (iddiaçı cavabdeh tərəfindən təqdim edilmiş, işdə olan borcla bağlı sadə yazılı formada tərtib edilmiş qəbzlərin həqiqiliyini təsdiq etmişdir). Mübahisəli hal isə - qalıq qalmış 6000 ABŞ dolları borcun qaytarılması ilə bağlıdır. Belə ki, cavabdeh həmin pulu sonradan iddiaçıya qaytardığını bildirir, iddiaçı isə bu halı təsdiq etmir. Belə olan halda isə borcun tam olaraq qaytarılmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh izahatında 6000 ABŞ dolları pulu iddiaçıya qaytaran zamanı yanlarında heç kimin olmamasını, pulun qaytarılmasına dair qəbz almamasını bildirmişdir. Birinci instansiya məhkəməsi, qarşılıqlı iddianı rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, 10000 ABŞ dollarının qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia üzrə cavabdehə girov müqaviləndə borc verildiyi və həmin puldan 4000 ABŞ dollarının qaytarılması tərəflər arasında mübahisələndirməyən hallardır. Lakin şahidlər X4, X11 məhkəmə iclasında verdikləri ifadələr, həmçinin borc verilən zaman girov kimi qoyulan qızıl-zinət əşyalarının İddiaçı qaytarılması kimi hallar 6000 ABŞ dollarının İddiaçı tərəfindən Cavabdeh qaytarılmasını təsdiq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə ilə razılaşmayaraq həmçinin aşağıdakıları qeyd edir. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında borc münasibətləri yaranmış, borcun qaytarılması müddəti bitmiş, cavabdehin tələb hüququ yaranmışdır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-nin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. MM-nin 529.7-ci maddəsinin tələbinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. İşdən görünür ki, tərəflər istər borc verilən zamanı, istərsə borcun bir hissəsinin qaytarılması, istərsə də qızılların girov qoyulması və qaytarılması zamanı bu halları müvafiq qəbzlər yazaraq təsdiq etmişlər. Yəni, tərəflər aralarında olan borcla bağlı münasibətləri (hərəkətləri) daima rəsmiləşdirmişlər. Qanunvericinin yuxarıda qeyd edilən tələbləri ilə də borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən analoji qaydalar müəyyən edilmişdir. Cavabdeh isə borc müqaviləsi üzrə öhdəliyinin olmaması (borcun tam qaytarılması) ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər də 6000 ABŞ dollarının qaytarılmasının birbaşa şahidi olmasını təsdiq etməmişlər. Bununla yanaşı, girov qoyulmuş qızılların cavabdehə qaytarılması faktı da özüözlüyündə qalıq qalmış 6000 ABŞ dollarının ödənilməsi nəticəsinə gəlməyə yetərli deyildir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh özü apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, o, hələ 4000 ABŞ dolları pulu ödəyən zamanı qızıllarını geri almış, həmin vaxtı 6000 ABŞ dollarını ödəməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin nəyə görə borcun tam qaytarılması nəticəsinə gəlməsi anlaşılmaz olmaqlı, əsaslandırılmamışdır. Məhkəmə yalnız ehtimallara əsaslanmışdır ki, belə olan halda da, qətnamə yoxlanılan hissədə qanuni və əsaslı sayıla bilməz. Həminin qeyd edilməlidir ki, cavabdehin vəsatətinə əsasən birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş şahid X17 apellyasiya baxışı zamanı yenidən dindirilmiş, sonuncu əvvəlki ifadəsi ilə analoji ifadə verərək, 6000 ABŞ dollarının ödənilməsindən məlumatlı olmamasını, həmin pulun onun yanında qaytarılmamasını, 4000 ABŞ dollarının qaytarılmasında iştirak etməsini bildirmiş, lakin əlavə olaraq qeyd etmişdir ki, 6000 ABŞ dollarının qaytarılmasını cavabdeh sonradan ona demiş, iddiaçı isə birinci instansiya məhkəməsində işə baxılan zamanı ona 6000 ABŞ dollarının qaytarılmağını demişdir. Göründüyü kimi, şahid ifadəsinə sonradan iddiaçının ona 6000 ABŞ dollarını almasını deməsini əlavə etmiş, lakin iddiaçının nümayəndəsi bu halı təsdiq etməmiş, iddiaçının şahidə birinci instansiya məhkəməsində icraat zamanı belə bir etiraf etməməsini, şahidin məqsədinin cavabdehə kömək etmək olmasını, həmin hissədə həqiqətə uyğun olmayan ifadə verməsini bildirmişdir. Məhkəmə kollegiyası şahid X1 bildirdiyi hala tənqidi yanaşaraq bir daha qeyd edir ki, həmin şahid istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı ifadələrində 6000 ABŞ dollarının qaytarılmasından məlumatlı olmamasını, həmin pulun onun iştirakı ilə qaytarılmaması təsdiq etmişdir. Belə olan halda isə, iddiaçının guya birinci instansiya məhkəməsində icraat zamanı şahidə belə bir etiraf etməsi sadə məntiqə sığmamaqla, inandırıcı deyildir və bu fakt işdə olan digər hər hansı sübutla da təsdiq olunmur. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçıya 6000 ABŞ dolları borcu ödəmək öhdəliyinin mövcudluğu müəyyən olunmuşdur. Cavabdeh isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə qarşılıqlı iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv olunmalı, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalı, X2 6000 (altı min) ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın manata olan məzənnəsi ilə) pul alınaraq Cavabdeh verilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “pul tələbi” barədə ilk, həmçinin Cavabdeh X6 qarşı “pul tələbi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(002)-74/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(002)- 74/2021 saylı qətnaməsi qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv olunsun, qarşılıqlı iddia təmin olunsun. Cavabdeh X2 6000 (altı min) ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın manata olan məzənnəsi ilə) alınaraq iddiaçı Cavabdeh verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3257/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3257/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver