Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-326/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 03L000008200 saylı “Kredit xətti müqaviləsi” çərçivəsində xx.xx.2015-ci il tarixdə bağlanmış 003R********** saylı “Razılaşma” yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 5.235,64 ABŞ dolları, kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.011,78 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 2.358,65 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və yuxarıda qeyd edilən “Kredit razılaşması” üzrə sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Kredit xətti müqaviləsinə” əsasən 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh1, onunla Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8.000 ABŞ dolları məbləğində krediti Bankdan götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 003R**********S saylı və xx.xx.2016-cı il tarixli 003R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən Banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2.764,36 ABŞ dolları ödəmiş, onun 5.235.64 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verdiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 306 gün üçün hesablanmış faiz borcu 1.011,78 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 306 gün üçün hesablanmış cərimə 2.358,65 ABŞ Dolları təşkil edir. “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bank və Cavabdeh1 ilə birlikdə bağladıqları “Zaminlik müqavilələrinə” əsasən Bank qarşısında öz üzərilərinə öhdəlik götürmüşlər ki, borcalan Cavabdeh1 yuxarıda göstərilən “Kredit xətti müqaviləsi” üzrə kreditor Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda onlar Cavabdeh1 ilə birgə məsuliyyət daşıyacaqlar və “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh1 bütün öhdəliklərini icra etməlidirlər. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat
3. Cavabdeh3 Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, o, borcalan Cavabdeh1 ümumiyyətlə tanımasa da, tanışı olan Cavabdeh2 xahişi ilə Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş, Bank ilə “Zaminlik müqaviləsini” bağlamışdır.
4. Cavabdeh2 Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, o, tanışı olan Cavabdeh1 xahişi ilə sonuncunun iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və Bank ilə “Zaminlik müqaviləsini” bağlamışdır. Cavabdeh1 Banka olan borcunun bir qisminin lazımi qaydada və vaxtında ödəsə də, sonradan ödənişlərdə problemlər yaranmışdır. Buna baxmayaraq Cavabdeh1 Banka olan borcunu hazırda da Banka ödəyir.
5. İş üzrə digər cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh4 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə baxışı iclasinda iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bunu nəzərə almış Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Banka olan əsas borcun ödənilməsi məqsədi ilə 3.340,13 ABŞ dolları, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 369,03 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 50 ABŞ dolları, cəmi 3.759,16 ABŞ dollarının (qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Bankın ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh (borcalan) Cavabdeh1, onunla Bank arasında bağlanmış “Kredit xətti müqaviləsi” və həmin müqavilə çərçivəsində bağlanmış “Razılaşma” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müəyyən edilmiş “Ödəniş qrafiki” üzrə ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Borcalan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər – iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də cavabdehlər onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Göstərilənlərə əsasən iddia tələbi əsas və faiz borcunun cavabdehlərdən tutulması hissəsində təmin edilməli, hesablanmış cərimə məbləği isə əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 50 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə isə iddia əsassız olduğundan təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, ona aid hissədə qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı Bank şişirdilmiş məbləğdə pulun ödənilməsini cavabdehlərdən müştərək qaydada tələb edir. Bank tərəfindən həm əsas, həm də faiz borcu şişirdilmiş və artıq hesablanmışdır. Mülki işə baxmış Rayon Məhkəməsi borc məbləği ilə bağlı heç bır araşdırma aparmamış, iş üzrə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Buna görə də, işə apelyasiya qaydasında baxılarkən bütün bunlar nəzərə alınmalı və iş üzə həm əsas, həm də faiz borcunun dəqiq müəyyən olunması üçün ekspertiza təyin edilməlidir. e) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat
10. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi (İş № 2(103)-10496/2021) ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. f) kassasiya instansiyasında icraat barədə məlumat
11. Cavabdeh2 verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2(102)-2811/2022) ilə kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.
12. Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Rayon Məhkəməsi borc məbləğini müəyyən edərkən iddiaçı Bankın təqdim etdiyi “Maliyyə arayışına” əsaslanmışdır. Həmin “Maliyyə arayışında” isə borc xx.xx.2021-ci il tarixədək, yəni “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonra təxminən 3 il 8 ay müddət üçün də hesablamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı Bankın təqdim etdiyi “Hesabdan çıxarış” məlumatlarına əsasən bu dövrdə xx.xx.2019-cu il tarixdə 3.244,74 manat ödənilmişdir ki, həmin ödənişin borcdan silinməsi qaydası müəyyən deyildir. Cavabdeh2 apellyasiya şikayətində iddiaçı Bankın borcu düzgün hesablanmamasını bildirsə də, apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan bu halına və apellyasiya şikayətinin ekspertizanın təyin edilməsi barədə dəlilinə hüquqi qiymət verməmişdir. g) apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
13. İş üzrə cavabdehlər, o cümlədən apellyator olan Cavabdeh2 apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da apellyasiya baxışı iclasında gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
14. İddiaçı Bankın nümayəndəsi X1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat vermişdir. h) hazırki iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
15. Hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin qismən təmin etsə də, iş üzrə iddiaçı Bank iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.
16. İş üzrə cavabdehlər (borcalan) Cavabdeh1, (zamin) Cavabdeh3 və (zamin) Cavabdeh4 iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər.
17. Qətnamədən apellyasiya şikayəti yalnız cavabdeh (zamin) Cavabdeh2 tərəfindən verilmişdir. Yuxarıda artıq qeyd edildiyi kimi, Cavabdeh2, Rayon Məhkəməsinin qətnaməsini qismən, yəni ona aid hissədə ləğv edilməsini və iddianın ona aid hissəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bankın əsas kredit və faiz borcuna aid tələbi əsassızdır. Həmin məbləğlər həqiqəti əks etdirmir, şişirdilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi borc məbləği ilə bağlı heç bır araşdırma aparmamış, iş üzrə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir.
18. Odur ki, qeyd edilənləri, MPM-nin 372.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə, qətnamənin iddiaçı Bankın əsas kredit və faiz borcuna aid tələbinin qismən təmin edilməsi hissəsinin əsaslılığını yoxlamışdır. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
19. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.
20. Belə ki, işdə olan sənədlərdən görünür ki, borcalana olan Cavabdeh1 ilə kreditor olan iddiaçı Bank arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Kredit xətti müqaviləsinə” əsasən, Bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Onlar, bu müqaviləyə əsasən razılığa gəlmişlər ki, Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmalıdır.
21. “Kredit xətti müqaviləsi” çərçivəsində Bank ilə Cavabdeh1 arasında xx.xx.2015ci il tarixdə bağlanmış “Kredit razılaşmasından” və işdə olan sənədlərdən görünür ki, Cavabdeh1, iddiaçı Bankdan 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, “Ödəniş planı” üzrə hissə-hissə qaytarmaq şərti ilə 8.000 ABŞ dolları məbləğində kredit götürmüşdür.
22. Bank ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən” görünür ki, Cavabdeh1 Bankdan götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni “Ödəniş planına” uyğun olaraq Banka ödəməyi öz üzərinə götürmüşdür.
23. Bank ilə digər cavabdehlər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “Zaminlik müqavilələrinə” əsasən digər cavabdehlər, o cümlədən Cavabdeh2, borcalan Cavabdeh1 Bank qarşısında götürdüyü öhdəliyin vaxtına və tam həcmdə icra edilməsinə zamin durmuşlar.
24. Bank bildirir ki, cavabdehlər, qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun bir qismini qaytarmış, qalan borcu qaytarmamışlar.
25. Bank tərəfindən təqdim edilmiş 19808 saylı, xx.xx.2021-ci il tarixli “Maliyyə arayışından” görünür ki, qeyd edilən müqavilələr üzrə öhdəliyin icra edilməməsi səbəbindən yaranmış borc xx.xx.2021-ci il tarixinə aşağıdakı məbləğdədir: əsas kredit borcu 3.340,13 ABŞ dolları, kredit borcuna hesablanmış faiz borcu 369,03 ABŞ dolları, öhdəliyin icra edilməməsi səbəbindən tətbiq edilmiş cərimə (dəbbə) 553,54 ABŞ dolları.
26. İşdə olan sənədlərdən görünür ki, Bank, cavabdehlərə yazılı xəbərdarlıqlar göndərək borcun ödənilməsini tələb etmişdir.
27. İşin müəyyən hallarından görünür ki, Bank tərəfindən cavabdehlərə yazılı xəbərdarlıqlar göndərilsə də, borc ödənilməmiş qalmışdır.
28. Göstərilənlərə əsasən işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir.
30. Zamin olan Cavabdeh2 Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, Bank tərəfindən borcun məbləği düzgün hesablanmamış, məbləğ şişirdilmişdir.
31. Məhkəmə, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi qərarında qeyd edilən göstərişləri nəzərə alaraq, apellyasiya şikayətinin bu dəlilinin əsaslı olubolmamasını araşdırmaq üçün qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
32. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/7504 №-li rəyindən görünür ki, Cavabdeh1 Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli “Kredit razılaşmasının”, xx.xx.2016-cı il tarixli “Əlavə sazişin” şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2017-ci il tarixə (müqavilənin bitdiyi tarix) Banka olan faiz borcu 1.343,30 ABŞ dolları məbləğində və xx.xx.2021-ci il tarixə (“Maliyyə arayışının” verildiyi tarix) Banka olan əsas borcu 1.650.90 ABŞ dolları məbləğindədir. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” və xx.xx.2016-cı il tarixli “Əlavə saziş” üzrə təqdim edilmiş “Borcalanın hesabından çıxarış” məlumatlarına əsasən xx.xx.2017-ci il tarixdən (müqavilənin bitdiyi tarix) sonra xx.xx.2019-cu il tarixdə 3.244,74 ABŞ dolları kompensasiya məbləği, xx.xx.2021-ci il tarixdə 200 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 140 ABŞ dolları olmaqla ümumilikdə 3.584,74 ABŞ dolları məbləğində ödəniş edilmişdir. xx.xx.2017-ci il tarixdən (müqavilənin bitdiyi tarix) sonra ödənilmiş xx.xx.2019-cu il tarixli 3.244,74 ABŞ dolları kompensasiya məbləğinin 1.549,23 ABŞ dolları faiz borcdan, 1.695,51 ABŞ dolları əsas borcdan, xx.xx.2021-ci il tarixli 200 ABŞ dolları əsas borcdan, xx.xx.2021-ci il tarixli 140 ABŞ dolları əsas borcdan silinmişdir.
33. İşə baxılan zaman iddiaçı Bankın nümayəndəsi Məhkəməyə vəsatətlə müraciət edərək “iş üzrə təkrar mühasibatlıq ekspertizasının” təyin edilməsini xahiş etmişdir.
34. Vəsatət onunla əsaslandırılmışdır ki, borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” üzrə 8.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Əgər borclu tərəfindən xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə cəmi 4.107,15 ABŞ dolları məbləğində ödəniş icra edilmiş olsaydı, hazırda əsas borc üzrə borc məbləği (8.000 - 4.107,15=) 3.892,85 ABŞ dolları məbləğində olmalı idi. Halbuki ekspert öz rəyində xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” üzrə əsas borcun – 1.650,90 ABŞ dolları məbləğində olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş hesabından çıxarışdan da göründüyü kimi xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” üzrə ödənişlərin 4.899,87 ABŞ dolları əsas borcdan, 2.326,42 ABŞ dolları faiz borcundan, 100 ABŞ dolları cərimə borcundan silinmişdir. Belə ki, Bank tərəfindən hesabdan çıxarış təqdim edilsə də, ekspert həmin hesabdan çıxarış məlumatlarını nəzərə almamışdır. Lakin hesabdan çıxarışda borclu tərəfindən kredit ödənişinə mədaxil etdiyi pul məbləğlərinin Bank tərəfindən əsas borca, faiz borcuna və ya cərimə borcuna silinməsi açıq aydın göstərilmişdir.
35. Həqiqətən də iş materiallarından görünür ki, borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” üzrə iddiaçı Bankdan 8.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Ekspert tərəfindən verilmiş rəyə görə, borclu tərəfindən xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə cəmi 4.107,15 ABŞ dolları məbləğində ödəniş icra etmişdirsə, onda qəbul edilməlidir ki, hazırda əsas borc üzrə borc məbləği (8.000 - 4.107,15=) 3.892,85 ABŞ dolları olmalı idi. Halbuki ekspert öz rəyində xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” üzrə əsas borcun – 1.650,90 ABŞ dolları məbləğində olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” üzrə ödənişlərin 4.899,87 ABŞ dolları əsas borcdan, 2.326,42 ABŞ dolları faiz borcundan, 100 ABŞ dolları cərimə borcundan silinmişdir. Belə ki, Bank tərəfindən hesabdan çıxarış təqdim edilsə də, ekspert həmin hesabdan çıxarış məlumatlarını nəzərə almamışdır. Lakin hesabdan çıxarışda borclu tərəfindən kredit ödənişinə mədaxil etdiyi pul məbləğlərinin Bank tərəfindən əsas borca, faiz borcuna və ya cərimə borcuna silinməsi açıq aydın göstərilmişdir.
36. Məhkəmə, qeyd edilənlərdən ekspertizanın xx.xx.2023-cü il tarixli, 9/7504 saylı rəyinə yanaşaraq əsassızlığına görə ekspertin rəyi ilə razılaşmamış və buna görə də, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.
37. Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli, 9/2423 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 003R********** saylı kredit razılaşmasının, eləcə də xx.xx.2016-cı il tarixli 003R**********SA saylı Əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2017-ci il tarixə (müqavilənin bitdiyi tarix) Banka olan faiz borcu 7.893,15 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 5.235,64 ABŞ dolları, faiz borcu üzrə 2.657,51 ABŞ dolları... Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 3.584,74 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin ödəniş əsas borca silinir. Belə olan halda, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə illik faiz dərəcəsi 5% ilə hesablanmaqla, Cavabdeh1 Banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1.650,90 ABŞ dolları, faiz borcu üzrə 3.291,01 ABŞ dolları. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” və xx.xx.2016-cı il tarixli “Əlavə saziş” üzrə təqdim edilmiş “Borcalanın hesabından çıxarış” məlumatlarına əsasən xx.xx.2017-ci il tarixdən (müqavilənin bitdiyi tarix) sonrakı dövrdə, yəni xx.xx.2019-cu il tarixdə 3.244,74 ABŞ dolları kompensasiya məbləği, xx.xx.2021-ci il tarixdə 200 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 140 ABŞ dolları olmaqla, ümumilikdə 3.584,74 ABŞ dolları məbləğində ödəniş edilmişdir. xx.xx.2017-ci il tarixdən sonra ödənilmiş xx.xx.2019-cu il tarixli 3.244,74 ABŞ dolları kompensasiya məbləğinin 1.549,23 ABŞ dolları faiz borcdan, 1.695,51 ABŞ dolları əsas borcdan, xx.xx.2021-ci il tarixli 200 ABŞ dolları əsas borcdan, xx.xx.2021-ci il tarixli 140 ABŞ dolları əsas borcdan silinmişdir.
38. Göründüyü kimi ekspert rəyi ilə Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” üzrə Banka ödənilməli olan əsas kredit borcu 1.650,90 ABŞ dolları, faiz borcu isə 3.291,01 ABŞ dolları təşkil edir.
39. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinin əsaslılığına hər hansı bir şübhə olmadığından bu rəy mötəbər sübut kimi qəbul edilməlidir.
40. Belə olan halda işin halı kimi müəyyən edilir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” üzrə əsas və faiz borc Bankın iddia ərizəsində və Rayon Məhkəməsinin qətnaməsində qeyd edilən məbləğdə deyil.
41. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).
42. MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
43. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən və Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli rəyində göstərilənlərdən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcu ekspertiza rəyində göstərilən məbləğdə, faiz borcu isə Məhkəmənin iddia tələbindən kənara çıxma səlahiyyətinin olmaması nəzərə alınaraq Bankın iddia ərizəsində tələb etdiyi məbləğdə Banka ödənilməlidir.
44. Bununla da müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili qismən əsaslıdır. j) apellyasiya baxışının nəticəsi
45. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Rayon Məhkəməsinin qətnaməsi iddiaçı Bankın xeyrinə tutulmalı olan əsas kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində səhvdir. Apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaslı və işin hallarına uyğundur.
46. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən iddiaçı Bank və cavabdeh (apellyator) Cavabdeh2 kassasiya şikayəti verə bilməzlər. Çünki hazırki qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. MPM-in 402-ci maddəsinin mənasına görə isə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. İş üzrə digər cavabdehlər (borcalan) Cavabdeh1, (zamin) Cavabdeh3 və (zamin) Cavabdeh4 də hazırki qətnamədən iddiaçı Bank və cavabdeh (apellyator) Cavabdeh2 kassasiya şikayəti verə bilməzlər. Çünki MPM-in 403.1-ci maddəsinə görə, MPM-nin 402ci maddəsində nəzərdə tutulmuş qətnamələrdən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İşdən isə görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 təmin olunmayan tələbi mövcud deyil.
47. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan əsas kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 iyun 2015-ci il tarixli “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.650 (min altı yüz əlli) ABŞ dolları 90 (doxsan) sent məbləğində pul (qətnamə icra ediləcəyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən edəcəyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 25 avqust 2021-ci il tarixli qətnamənin apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 iyun 2015-ci il tarixli “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 369,03 (üç yüz altmış doqquz dollar üç sent) ABŞ dolları məbləğində pulun (qətnamə icra ediləcəyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən edəcəyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 25 avqust 2023-cü il tarixli qətnamənin qalan hissəsi, o cümlədən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 zamin olaraq mülki məsuliyyətinin yaranması hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. İş üzrə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ümumi xərci qismində 300 (üç yüz) manat məbləğində pul Cavabdeh2 və İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.