Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3266/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı Ləğv prosesində oaln İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 22.09.2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 5.971 manat, faiz borcu kimi 1.628,91 manat pul, cəmi 7.599,91 manat borcun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan, cavabdehə məxsus “Mercedes 200” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə qəbul edilsin. Daha sonra iddiaçı iddianı dəyişərək tələb etmişdir ki, əsas borc kimi 5.971 manat, faiz borcu kimi 1.877,78 manat, cərimə borcu kimi 1.628,91 manat, cəmi 9.477,69 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 5.971 manat, faiz borcu kimi 1.877,78 manat, cərimə borcu kimi 325 manat, cəmi 8.173,8 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi rədd edilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı həmin hissədə yoxlanılıb. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, həmin kredit müqaviləsi üzrə cavabdehin iddiaçının qarşısında 1-ci instansiya məhkəməsinin qətnaməsində göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi var. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. İddia ərizəsi verilərkən iddiaçı kredit müqaviləsi üzrə borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib, lakin sonradan iddianı dəyişərək yalınz kredit müqaviləsi üzrə borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsi dəyişdirilmiş iddia üzrə qətnamə qəbul edib. Bu, Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 08.01.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3266/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3266/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver