Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3267/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (kredit borcunun qaytarılması) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2047/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cəmi 4670,75 ABŞ dolları olmaqla – bundan 942,62 ABŞ dolları əsas, 569,24 ABŞ dolları faiz, 3020,96 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 137,93 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 99,41 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2047/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh2 ”DəmirBank" ASC-nin xeyrinə məhkəmə qətnaməsinin icra edildiyi tarixə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 942,62 ABŞ dolları əsas, 569,24 ABŞ dolları faiz, 45 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 137,93 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1694,79 ABŞ dolları vəsaitin və 99,41 manat dövlət rüsumunun əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 449.1, 449.2, 472.2, 477.0-cı maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 457/14 AYİB nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 7700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında ZM-1-457/14 AYİB və ZM-2- 457/14 AYİB nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən onlar zamin qismində sözügedən kredit müqavilələrinin tərəfləri olmuş, razılaşmalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdürlər. xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələrinə xx.xx.2017-ci il tarixli Əlavə sazişlərə əsasən, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmiş və cavabdehlər tərəfindən həmin əlavələr təsdiq edilmiş, onlarla saziş bağlanılmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 942,62 ABŞ dolları əsas, 569,24 ABŞ dolları faiz, 3020,96 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 137,93 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 4670,75 ABŞ dolları borcu vardır. Lakin cavabdehlər kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdirlər. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Borclu Cavabdeh2 İddiaçı ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının cavabdehdən müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2022-ci il tarixinə illik 5 faizlə hesablanmış 137,93 ABŞ dolları məbləğində əldən çıxmış fayda tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında zaminlik müqavilələri xx.xx.2014-cü il tarixdə bağlanmış və həmin zaminlik müqavilələrinə xx.xx.2017-ci il tarixli Əlavə sazişlərə əsasən, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmiş və zaminlər tərəfindən həmin əlavə təsdiq edilib imzalanmışdır. İddiaçı tərəfindən iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə bağlı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 3 ilə yaxın keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda iddia tələbi həmin hissədə təmin edilməməli, yaranmış borc Cavabdeh2 tutulmalı, zaminlərə münasibətdə təmin edilməməlidir. İddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375; Mülki Prosessual Məcəlləsinin 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, bank xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 28% dərəcəsi ilə ödəmək şərti ilə 7700 ABŞ dolları məbləğində kredit vermişdir. Kreditin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. O bir müddət manatla ödənişlər etmiş və bankın manatla krediti qaytarmağına heç bir etirazı olmamışdır. Sonradan ABŞ dollarının məzənnəsi Azərbaycan manatına münasibətdə çox yüksək qalxmışdır. O əvvəlki məzənnə ilə ödənişləri davam etdirmişdir. Sonradan bank ondan dollar və ya dolların Azərbaycan manatına olan məzənnəsi ilə krediti qaytarmasını tələb etmişdir. Onun bankın tələb etdiyi məzənnə ilə krediti qaytarmaq imkanı olmamışdır. Çünki krediti götürərkən bütün qazanc və məsrəflərini manatla hesablamış və buna müvafiq kredit götürmüşdür. Sonradan həyati çətinliklər və eləcə də bankın ondan razılaşdıqlarından daha artıq pul tələb etməsi səbəbindən səhhətində problemlər yaranmış və o avqust 2019-cu ildən 2020-ci ilin aprel ayınadək xəstəxanada müalicədə olmuşdur. Bu səbəblərdən ödənişləri aparmaq mümkün olmamışdır. Həmçinin iddiaçı qeyd etmişdir ki, guya xx.xx.2017-ci ildə əlavə sazişə dəyişiklik olunmuş və kredit müqaviləsi xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Eləcə də xx.xx.2022-ci il tarixdə onun ünvanına bildiriş göndərmişdir. O heç bir əlavə kredit müqaviləsinə və ya əsas sazişə dəyişikliklə bağlı razılıq verməmiş və bu müqavilələri imzalamamışdır. Onun bu müqavilələrdən xəbəri yoxdur. Ünvanına da bildiriş göndərilməmişdir. Birinci instansiya məhkəməsi barədə məlumatı olmamış və məhkəmə barədə bildirişləri almamışdır. Bu səbəbdən məhkəmədə iştirak edə bilməmiş və iddiaçının yalan iddiaları qarşısında hüquqlarını müdafiə edə bilməmişdir. Bankın iddiası barədə 2023-cü ilin yanvar ayının əvvəllərində icra şöbəsinə çağırılarkən bilmiş və məhkəməyə müraciət edib xx.xx.2023-cü il tarixdə qətnamənin surətini almışdır. İşin hallarından görünür ki, onunla iddiaçı və zaminlər arasında xx.xx.2014-cü ildə kredit və zaminlik müqaviləsi imzalanmışdır. xx.xx.2017-ci ildə əlavə sazişə əsasən kredit müddəti xx.xx.2019-cü il tarixədək müəyyən edilmiş və onun tərəfindən həmin müqavilələr imzalanmışdır. Əslində isə o əlavə müqavilələrə imza atmamışdır və bu müqavilələrdən xəbəri yoxdur. Birinci instansiya məhkəməsi barədə məlumatı olmamışdır. Bu barədə icra şöbəsində bilmişdir. Müqavilənin bağlandığı xx.xx.2014-cü il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi 2022-ci ilin sonunadək təqribən 8 ildən çox vaxt keçmişdir. İddiaçı iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə barədə məlumatı olmadığından iddia müddətinin tətbiqi ilə bağlı ərizə verə bilməmişdir. Hazırda məhkəmədən iddia tələbi üzrə iddia müddətini tətbiq etməsini və iddianın rədd olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan iddianı qismən təmin etməkdə əsaslı olmamış, işin bütün hallarını tam nəzərə almamışdır. Odur ki, qətnamə tam qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsində bu əlavə müqavilələr məsələsi ətraflı araşdırılmalı və məhkəməimzaşünaslıq ekspertizası təyin edilməlidir. Alınmış rəydən asılı olaraq iş üzrə ədalətli qərar qəbul olunmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X3 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə sazişdə olan imzanın Cavabdeh2 məxsus olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3267/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyi xx.xx.2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2017-ci il tarixli “xx.xx.2014cü il tarixli 457/14-AYİB saylı kredit müqaviləsinə 1 saylı Əlavə sazişin 1-ci vərəqinin aşağı sağ küncündəki imza və həmin sazişin “BORC ALAN” qrafasındakı imza – Cavabdeh2 tərəfindən icra olunmuşdur. (ekspertiza xərci 110 manat)
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2047/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 560, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan suiistifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir.Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza üzrə məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir.
10. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
11. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2047/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin.