Məhkəmə qərarları › İş №2(103)-327/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-327/2022

02.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-327/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-93/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı “su axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mənzilinə dəymiş 4.510 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mülkiyyətində olan Səbail rayonu, Xaqani küçəsi, 47 saylı evin 25 və 29 a saylı mənzillər həmin binanın 3-cü mərtəbəsində yerləşməklə mənzillərin arasını açmış və təmirlə artıq 3 ildən artıqdır ki məşğuldur. Cavabdehin mənzillərin altında mülkiyyətində olan eyni ünvanda yerləşən 14 və 14 a saylı mənzillər mövcuddur. Cavabdehin mülkiyyətində olan mənzillərin təmiri nəticəsində onun mülkiyyətində olan mənzillərə su axıdılıb ki, nəticədə son dövrlərdə təmir etdirdiyi mənzilə ciddi ziyan dəymiş və yenidən təmirə ehtiyac yaranmışdır. Hətta qaynatası Akif Həmidov Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət etmiş, ona 71-9 saylı 10.12.2018-ci il tarixli məktubla 3-cü mərtəbədə yerləşən cavabdehin mənzilindən təmir aparılan zaman su axıdılması barədə məktubla cavab verilmişdir.Həmin cavabdehdən digər qonşular da narazılıq edir, onun etdiyi təmir digər qonşulara da ziyansız ötüşməyib. Dəymiş ziyanın fotoları iddia ərizisnə əlavə edilmişdir, eləcə də məznilinə dəymiş ziyan məbləği Əmlak Ekspert Mərkəzinin ƏEM/O53- 905/19 saylı rəyi ilə müəyyən edilmiş və mənzili təmir bərpa üçün 4.510,3 manat məbləğində puıl vəsaiti smeta üzrə hesablanmış və həmin məbləğdə ona ziyan dəymişdir. Cavabdeh özü də ayrıayrı müraciətlərində mənzilini su ilə başqa vasitələrlə təmin etməsini təsdiq etmişdir. Qeyd olunanlara əsasən Cavabdeh onun mənzilinə dəymiş 4.510 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-93/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 4.510 (dörd min beş yüz on) manat dəymiş maddi ziyanın tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İlk növbədə qeyd edir ki, məhkəmə iddia tələbinin qanuni və əsaslı həllini təmin elmək üçün aşağıdakı suallar üzrə araşdırma aparmalıdır: 1) İddiaçının evinə su axıdılmışdırmı 2) İddiaçının evinə cavahdehin mənzilindən və ya cavabdehin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində su axıdıİmışdırmı? İlk növbədə bu xüsusatların araşdırılması vacibdir ki, iddiaçının subyektiv hüququnun cavabdeh tərərfindən pozulub-pozulmadığı müəyyənləşsin və ondan sonra iddiaçının pozulmasını ehtimal etdiyi hüququnun bərpası üçün cavabdehdən tələbinə hüquqi qiymət verilsin. Məhkəmə isə cavabdehin hüququnun pozulduğunu və ona maddi ziyan dəydiyinə dair nəticəyə, hansısa MMC şəklində fəaliyyət göstərən, bu cür xüsusi bilik tələb edən sualların cavablandırılmasında səlahiyyətli olmayan "Əmlak Ekspert Mərkəzi” nin mötəbər olmayan "rəyi" əsasında gəlmişdir. Məhkəmənin yalnız “mənzilin təmiri üçün tələb olunan məbləğə dair” nəticəyə gəlməsi, məhkəmə araşdırmasının qanuniliyi və əsaslığı prinsiplərinə zidd, ədalətsiz yanaşmadır. Belə ki, məhkəmə əvvəlki iclaslarında cavabdehin iddianı qəbul etmədiyini, hazırki iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması üçün xüsusi bilik tələb edən sualların araşdırılmasını zəruri etmiş, iş üzrə məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsinə dair qərardad qəbul etmişdir. Göründüyü kimi, məhkəmə mübahisənin obyektiv, qanuni və tam həllini təmin etmək üçün yuxarıdakı sualların ekspertiza tərəfindən cavablandırılmasına cəhd etmişdir. Lakin qətnamədən görünür ki, yuxarıda ekspertiza qarşısında qoyulan suallara cavab alınmadan, ümumiyyətlə ekspertiza keçirilmədən, məhkəmə yalnız iddiaçının əsassız tələbi, səlahiyyətli olmayan MMC-nin “rəyi” və özünün subyektıv mülahizələri əsasında iddianı təmin edən qətnamə qəbul etmişdir. Belə ki, işdə olan "Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında" 17 iyun 2020-ci il tarixli məlumatdan görünür ki, ekspert məhkəməyə müraciət edərək aşağıdakı səbəbdən ekspertizanın aparılmasının mümkün olmadığını bildirmişdir: "Ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsəddə, tədqiq olunan mənzillərə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil olunması zəruri olduğundan, bu barədə 10 fevral 2020-ci il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan mənzillərə baxış keçirilməsi vaxtı 01 mart 2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə cavabdehə məxsus mənzilə tərəfibdən baxış keçirilmiş və mənzildə yerləşən kommunikasiya xətlərində hər hansı qüsur və ya su sızma halları müşahidə edilməmişdir. Lakin iş üzrə iddiaçıya məxsus 14 və 14a nömrəli mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi və qərardadda qovulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə.... əsasən 30 yanvar 2020-ci il tarixli qərardad icra olunmadan ...mülki iş materialları Sizə qaytardır ". Göründüyü kimi, məhkəmənin təyin etdiyi ekspertizada qoyulan suallar üzrə tədqiqat aparılması məhz iddiaçının özünün tədqiqata şərait yaratmaması nəticəsində mümkün olmamışdır. İş materialının ekspertizadan qaytarıldıqdan sonra məhkəmə tərəfindən bildiriş-məlumat göndərilmədiyinə görə iclasda iştirak edə bilmədiyindən, qoyulmuş sualların ekspertizaya təkrar göndərilməsini tələb edə bilməmişdir. Qətnamədən görünür ki, məhkəmənin qoyduğu suallara cavab olmadan, sanki bu sualların cavablandırılmasının zəruriliyini, qanuni və obyektiv qərar qəbul edilməsində əhəmiyyətini “unutmuş" və öz mülahizələri ilə qətnamə çıxarmışdır. Nəzərə alınmalıdır ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozısiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün mötəbər sübutlardan istifadə olna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna hilər. Hazırkı iş üzrə iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün məhkəmənin 30.01.2020-ci il tarixli qərardadı ilə qoyulmuş suallar üzrə səlahiyyətli ekspertiza mərkəzi tərəfindən tədqiqat aparılmadan, iş üzrə gəlinən nəticə əsassız, qanunsuz və ədalətsiz olacaqdır. Qanuni və əsaslı nəticəyə gəlinməsi üçün: 1) iddiaçının mənzilinə məhz cavabdehin mənzilindən su axıdılıb-axıdılmaması; 2) belə axıdılma olduğu halda, bunda cavabdehin hüquqazidd əməlinin olııb-olmaması müəyyən olunmalıdır. Bu suallar araşdırılmadan çıxarılmış qətnamə apellyasiya məhkəməsi tərəfindən birmənalı şəkildə ləğv edilməli və qoyulan bu sualların cavabı müsbət olmadığı halda iddia tələbi rədd edilməlidir. Maddi hüququn pozulmasına gəldikdə isə, hesab edir ki, iddia tələbinin faktiki əsası sübuta yetirilmədiyinə - yəni, iddiasının mənzilinə onun mənzilindən və ya “onun hüquqazidd əməli” nəticəsində su axıdılması müəyyən olunmadığından hazırkı iş üzrə Mülki Məcəllənin 21-ci maddəsinə istinad edilməsi qanunsuzdur. Məhkəmə göstərilən əsaslarla iddia tələbini rədd elməli olduğu halda MM-in 21-ci maddəsini (tətbiq elməli olmadığı halda) tətbiq etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-93/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi “Cavabdeh 4.510 (dörd min beş yüz on) manat dəymiş maddi ziyan tutulub İddiaçı ödənilməsi” hissəsində dəyişdirilərək həmin məbləğ 975 (doqquz yüz yetmiz beş) manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 71-9 nömrəli, 10.12.2018-ci il tarixli məktubunun məzmunundan görünür ki, əməkdaşların Səbail rayonu Xaqani küç. 47 saylı evin 4 saylı mənzilinə baxış zamanı müəyyən olundu ki, 3-cü mərtəbədə yerləşən 25 və 29a saylı mınzillərin sahibi tərəfindən mənzilində təmir işləri aparılan zaman mənzilə su axıdılıb. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 nömrəli evin, 14 və 14a nömrəli mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş 905/19 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 nömrəli evin, 14 və 14a nömrəli mənzilinə dəymiş maddi ziyanin məbləgi 4510,30 (dörd min beş yüz on manat otuz qəpik) manat təşkil edir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 nömrəli evin, 25 və 29 a nömrəli saylı mənzillərin mülkiyyətçisi Cavabdehdur. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır; - birincisi mülki hüquq pozuntusu olmalıdır, - ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, - üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu, yəni Cavabdeh mülkiyyətində olan 25 və 29 a saylı mənzillərdə aparılan təmir işləri nəticəsində İddiaçı mülkiyyətində olan 14 və 14 a saylı mənzillərə zərər dəyməsi arasında səbəbli əlaqənin olması barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı olmuşdur. Məhkəmə kolegiyası vurulmuş zərərin miqdarına münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən hissədə düzgün nəticəyə gəlmədiyindən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi cavabdehə dəymiş maddi ziyanın müəyyən edilməsi ilə bağlı yalnız Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş 905/19 saylı mütəxəssis rəyinə istinad etmişdir. Kollegiya hesab edir ki, məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC-nin rəyi hazırki iş üzrə mötəbər sübut hesab edilə bilməz. Məhkəmə hazırki iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması üçün xüsusi bilik tələb edən sualların araşdırılmasını üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizanın təyin etməklə cavablandırılması mükün idi. Məhkəmə tərəfində isə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, rəy alınmamışdır. Kollegiya qeyd olunan halın araşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/4891 saylı ekspet rəyindən görünür ki, 1-ci və 2-ci sullar üzrə: Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 nömrəli evin 14 və 14 a saylı mənzilinin tikililərinin tavan və divarlarında qüsurlar əmələ gəldiyi müəyyən edilmişdir. Lakin, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 nömrəli evin 25 və 29 a saylı mənzillərinin təmirli vəziyyətdə olduğundan və su-kanalizasiya xətlərində hər hansı qüsur aşkar edilmədiyində 14 və 14a saylı mənzilə su sızmasının texiki səbəbini müəyyən etmək mümükün olmamışdır. 3-cü sual üzrə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 47 nömrəli evin 14 və 14 a saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 975,0 manat müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, zərərin qiymətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2021ci il tarixli, 10/4891 saylı ekspet rəyi əsas sübut hesab edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 4.510 (dörd min beş yüz on) manat dəymiş maddi ziyan tutulub İddiaçı ödənilməsi” hissəsində dəyişdirilməli və həmin məbləğ 975 (doqquz yüz yetmiz beş) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/4891 saylı məktubdan görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Kollegiya hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-93/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi “Cavabdeh 4.510 (dörd min beş yüz on) manat dəymiş maddi ziyanın tutulub İddiaçı ödənilməsi” hissəsində dəyişdirilərək həmin məbləğ 975 (doqquz yüz yetmiz beş) manat müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-93/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi “Cavabdeh 4.510 (dörd min beş yüz on) manat dəymiş maddi ziyanın tutulub İddiaçı ödənilməsi” hissəsində dəyişdirilərək həmin məbləğ 975 (doqquz yüz yetmiz beş) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdehdan tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinə ödənilsin. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar