Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-327/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı işi üzrə Açar sözlər: ("mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması”) hakimlər X9 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi Vəkil1,Cavabdeh1 nümayəndəsi Nümayəndə1 və Nümayəndə1 nümayəndəsi Vəkil3, "Mega-Siti Holding” MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1464/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan binada 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 96,3 kvm sahəli 18 saylı mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbi haqqında iddiasının təmin edilməsi və qətnamənin dərhal icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh 2 arasında 25 dekabr 2012-cu ildə müqavilə bağlanılmış və bu müqavilə əsasında cavabdeh 2 ünvan 2 ünvanında cavabdehin tikilməkdə olan binasının 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 96,3 kvm sahəli mənzili iddiaçıya verməyi, iddiaçı isə mənzilin razılaşdırılmış 33705 manat dəyərini cavabdeh 2-yə ödəməyi öhdəsinə götürmüşdür. Elə həmin gün iddiaçı cavabdeh 2-yə mənzilin razılaşdırılmış 33705 manat dəyərini tam ödəmiş və bununla da əlaqədar cavabdeh 2 iddiaçıya 25 dekabr 2012-cu il tarixli maliyyə arayışı vermişdir. İddiaçı həmin mənzili 2012-cu ildə almasına baxmayaraq bu günədək həmin mənzil iddiaçıya təhvil verilməmişdir. Mənzil iddiaçıya satıldıqdan sonra iddiaçıya o zaman tikilməkdə olan binada müvəqqəti olaraq 22 sayla nömrələnmiş, bina tam hazır olanda isə 18 sayla nömrələnmiş mənzildə təmirə icazə verilmiş, iddiaçı həmin mənzilə qapı qoymuş, lakin bir qədərdən sonra gələndə görmüşdür ki, ona satılmış mənzilə qoyulmuş qapı sındırılmış, mənzilə yeni giriş qapısı qoyulmuş və orada cavabdehl məskunlaşmışdır. Cavabdeh 1-də bildirmişdir ki, ona da bu mənzil müqavilə üzrə satılmışdır. İddiaçı cavabdeh 2yə müraciət etmiş, hazırda həbsdə olan və bu binada bir mənzili bir neçə şəxsə satan cavabdeh 2-nin rəhbər vəzifəli şəxsləri bu mübahisəni həll etməyə söz versələr də, məsələ həllini tapmamışdır. Sonradan cavabdeh 2-nin rəhbər şəxsləri həbs edilmiş və müvafiq cəzalara məhkum edilmişlər. Cavabdeh 2-nin keçmiş rəhbər şəxsləri haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1058/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında iddiaçının iddia etdiyi mənzillə bağlı vermiş olduğu şikayət haqqında deyilir: Məhkəmə kollegiyası zərərçəkmiş şəxs İddiaçı mülki iddia tələbinin tam təmin edilməsi, yəni "Mega-Siti Holding” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə onun - İddiaçı payçı kimi mülkiyyət hüququnun tanınması, həmin mənzilin onun sahibliyinə və İstifadəsinə verilməsi, o cümlədən 10000 manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd edir ki, zərərçəkmiş şəxs İddiaçı ilə bağlı epizoddan göründüyü kimi qeyd edilən mənzil İddiaçı əlavə başqa bir müştərinin də adına rəsmləşdirilmişdir və hazırda cinayət icraatı üzrə həmin mənzillə bağlı mübahisənin ədalətli həll edilməsi cinayət işinin apellyasiya baxışının əlavə yubanmasının nəticələnəciyi ehtimalları nəzərə alaraq, bununla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırılması hüququnun olması izah edilir. Apellyasiya məhkəməsinin bu qərarından sonra iddiaçı vəkillə müqavilə bağlamış və vəkil 9/24 saylı xx.xx.2024 tarixli vəkil sorgusu ilə cavabdeh 2-yə (hazırda təsisçisi və rəhbəri Nümayəndə2) müraciət etmişdir. Cavabdeh 2-nin vəkil sorgusuna vermiş olduğu cavabda göstərilmişdir: 1. İddiaçı ilə «X76» MMC arasında Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 4cü mərtəbəsində ümumi sahəsi 96,3 kvm-dən ibarət olan 3 otaqlı mənzilin alqı-satqısı haqqında 25 dekabr 2012-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə İddiaçı tərəfindən 33705 manat vəsait «X76» MMC-nin hesabına ödəniş və bu barədə ona xx.xx.2012-ci il tarixində müvafiq maliyyə arayışı verilmişdir. Həmin dövrdə mənzillərin nömrələnməsinin (soldan sağa, yaxud sağdan sola) necə olacağı bilinmədiyindən ona göstərilən mənzilin nömrəsi müqavilədə qələmlə müvəqqəti olaraq 22 kimi göstərilmişdir, lakin bina tam hazır olanda həmin mənzilın sıra nömrəsi 18 olmuşdur. 2. İddiaçı ilə «X76» MMC arasında mənzil alqı-satqısı haqqında müqavilənin olmasına baxmayaraq həmin mənzil ona təhvil verilməmişdir. Müqavilə üzrə tam ödəniş edildikdən sonra N.M. Ələkbərova icazə verilmişdir ki, həmin mənzilə qapı qoyub təmirə başlasın. Lakin həmin 18(22) saylı mənzil başqa bir şəxs - Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. İddiaçı mənzilə qapı qoymuş, lakin sonradan E.R. Əmirova tərəfindən həmin qapı sındırılıb yerinə başqa qapı qoyulmuşdur. Həmin şəxslə tərəfimizdən aparılan söhbətlər zamanı ondan mənzilin ona satılmasını təsdiq edən ilkin müqavilə və maliyyə arayışının təqdim edilməsi tələb olunsa da, həmin şəxs tərəfindən belə sənədlər onlara təqdim edilməmiş, o mənzili ona satmış müxtəlif adamlarla istinad etmişdir. Hazırda Cavabdeh1 onlara xx.xx.2018-ci il tarixli sənədlərin götürülməsi haqqında protokolun surətini təqdim edərək bildirmişdir ki, onun adına verilən xx.xx.2014-cü il tarixii sənədlər istintaq orqanındadır. Məsələnin mülki mübahisəyə aid olması səbəbindən tərəflərindən İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh 2-nin vəkil sorğusuna verdiyi cavabdan birmənalı şəkildə aydın olur ki, ünvan 1 ünvanında yerləşən Mega-Siti Holdinq MMC-yə məxsus olan binada 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 96,3 kvm sahəli 18 saylı mənzilə iddiaçı ilə xx.xx.2012-ci ildə, həmin mənzilə cavabdeh 1-lə müqavilə isə xx.xx.2014-cü ildə, yəni 2 il sonra bağlanmışdır.Bu fakt həmçinin xx.xx.2018-ci il tarixli "xxxx" MMC-nin cavabdeh 2 haqqında verdiyi audit aktının 4-cü səhifəsinin sonuncu abzasında də öz əksini tapmışdır. Belə ki, həmin aktda göstərilmişdir ki, binanın 4-cü mərtəbəsində olan 2 ədəd 96,3 kvm sahəsi olan mənzilin qarşılığında 3 ədəd, o cümlədən X20 adına xx.xx.2008-ci il tarixli, İddiaçı adına xx.xx.2012-ci il tarixli, Cavabdeh1 adına xx.xx.2014-cü il tarixli satış müqaviləsinin olması aşkar edilmişdir.
2. İş üzrə Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd olunan məsələ X77 MMC vəzifəli şəxsləri barəsində olan cinayət işinin həm ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində, həm də məhkəmə istintaqı zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılmışdır. Etiraza əlavə edilmiş Cavabdeh2 MMC vəzifəli şəxsləri X49, X40, X41, Nümayəndə2 və X13 məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)-59/2023-152 nömrəli hökmünün 11-ci vərəqindən görünür ki, X49 binanın 4-c mərtəbəsində cəmi iki ədəd 96,3 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən birini özü Elnur Məmmədovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 88 nömrəli müqavilə ilə X26, digərini isə eyni tarixli müqavilə ilə X5 və mənzillərin dəyərinin Cəmiyyətə tam ödənildiyi halda, həmin mərtəbədə 96,3 m2 ölçülü bir ədəd mənzilin əvvəlcədən heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını aralarındakı işgüzar münasibətlərlə əlaqədar pul borclu olduğu cinayətdən xəbərsiz olan Zöhrab adlı şəxsə bildirib həmin mənzili satmaq üçün alıcı tapmasını bildirməsi ilə əlaqədar, mənzil almaq üçün sonuncunun vasitəsi ilə 2012-ci ilin sonlarında özünə müraciət edən İddiaçı qeyd edilən mərtəbədə 96,3 m2 ölçülü mənzilin heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını sonuncunun cinayətdən xəbərsiz olan tanışı X42 vasitəsi ilə yalandan bildirib, həmin mənzili İddiaçı 41500 ABŞ dollarına sata biləcəyini Elnur Məmmədovla birlikdə aldatmaqla Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsində yerləşən ofisində deyib, inandırmaq üçün sonuncu ilə birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə, mənzilin xx.xx.2012-ci il tarixdə guya İddiaçı satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli 100 nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Məmmədov E.A» və «X77 MMCnin direktoru Məmmədov E.A» yazılarının qarşısında Elnur Məmmədov tərəfindən imza olunmaqla istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri İddiaçı təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan həmin tarixdə Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsindəki ofisində 33705 manat dəyərində razılaşdıqları 41500 ABŞ dollarını Elnur Məmmədovun iştirakı ilə almaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus 33705 manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı göründüyü kimi qeyd olunan binanın 4-cü mərtəbəsində yerləşən iki ədəd 96,3 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil xx.xx.2008-ci il tarixli 88 nömrəli müqavilə ilə X26, digərini isə eyni tarixli müqavilə ilə X1 və mənzillərin dəyərinin Cəmiyyətə tam ödənildiyi halda həmin mənzillərdən biri xx.xx.2012-ci il tarixdə İddiaçı təkrar satılmaqla ona qarşı dələduzluq cinayəti törədilmiş, bununla bağlı X49 və X28 ittihamlar irəli sürülmüş, həmin ittihamlar məhkəmədə öz təsdiqini tapmış və adı çəkilən şəxslər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin məhkəmə hökmü ilə müəyyən olunur ki, göstərilən mənzillərin qanuni sahibi olan X43 və X44 borclarının qarşılığında xx.xx.2013-cü il tarixdə X10 adlı şəxsə satmışlar. Həsən Zümürxanov isə Emin Məmmədova məxsus olan mənzili isə xx.xx.2014-cü il tarixdə cavabdehə satmış və mənzil cavabdehin həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. X56 həmin mənzilləri X76 MMC-dən deyil mənzillərin qanuni sahibindən almış və mənzillərdən birini ona satmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)-59/2023-152 nömrəli hökmün 129-130-cu vərəqələridən görünür ki: "Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində X77 MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.metr olan iki ədəd mənzili xx.xx.2013-cü il tarixdə əvvəlki sahibləri olan X43 və X14 almışdır. Arif Cəfərov ilə Emin Məmmədov əvvəllər Rusiya Federasiyasında bir yerdə işləmişlər, onların hər birinin ona xatırlamadığı məbləğdə pul borcları olmuş və həmin borcu ödəyə bilmədiklərinə görə 2013-cü ilin avqust ayında həmin mənzilləri borcun əvəzində etibarnamə əsasında ona verməyi təklif etmişlər. Belə razılaşmışlar ki, onların binanı tikən şirkətə qalan borclarını ödəsin, sonra isə mənzilləri satıb pulunu götürsün. xx.xx.2013- cü il tarixdə Arif Cəfərov və Emin Məmmədov ilə birlikdə Bakı şəhəri ərazisində yerləşən 32 saylı dövlət notariat kontoruna getmiş, hər ikisi onun adına 5 illik etibarnamə vermişlər. Mənzillər onların adlarına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirildiyindən, çıxarışı olmadığından etibarnaməni konkret həmin mənzillərlə bağlı deyil, bütün əmlakları ilə bağlı vermişlər. Yəni, həmin mənzillərin heç biri onun adına rəsmiləşdirilməmiş, etibarnamə ilə kifayətlənmişdir ki, mənzilləri satıb pulunu götürəcək. Arif Cəfərova məxsus mənzili xx.xx.2013cü il tarixdə X3, lakin, həmin bina gec inşa olunduğuna görə Günel Mehdiyeva sonradan narazılıq edib mənzili geri qaytarmış, həmin mənzili 2018-ci ildə Akif adlı şəxsə satmışdır. Emin Məmmədova məxsus olan mənzili isə xx.xx.2014-cü il tarixdə Oqtay adlı şəxsə satmış və mənzil Oqtayın həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Xeyli müddət keçdiyinə görə mənzilləri konkret olaraq hansı qiymətə alıb-satdığını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş X44 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində «X76» MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.metr olan mənzili xx.xx.2008-ci ildə əvvəllər şəriki olan X43 ilə birlikdə şirkətin təsisçisi X21 almışdır. Belə ki, həmin dövrdə Arif Cəfərovla hər ikisi Rusiya Federasiyasında işləmiş, eyni mərtəbədə, bir-biri ilə qonşuluqda, eyni ölçülü mənzillər almışlar. Mənzili 62.595 manata almışdır. Arif Cəfərovla birlikdə mənzillərin dəyərindən bir hissəsini ilkin ödəniş kimi ödəmiş, qalan hissəsini isə ödəməkdə davam etmişlər. Biznes fəaliyyəti ilə əlaqədar Arif Cəfərovla birlikdə X8 pul borcları yarandığından sonuncu ilə 2013-cü ildə belə razılığı gəlmişlər ki, borcun əvəzində həmin mənzilləri ona versinlər. Həmin vaxt mənzilə görə şirkətə hələ borcları qaldığından, mənzilləri Həsən Zümürxanova vermək, sonuncunun isə onların şirkətə qalan borclarını ödəməsi, sonra isə mənzilləri satması, beləliklə, ona olan borclarının ödənilməsi barədə razılaşmışlar. Həsən Zümürxanovun adına 32 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə mənzillərin orderi olmadığına görə məhz həmin mənzillərlə bağlı etibarnamə verilməsi mümkünsüz olduğundan bütün əmlaklarıyla bağlı etibarnamə vermişlər. Mənzilin adına rəsmiləşdirilməsi haqqında müqavilənin əslini də həmin vaxt Həsən Zümürxanova vermiş, bildiyinə görə Həsən həmin mənzili başqa bir şəxsə satanda və mənzil həmin şəxsin adına rəsmiləşdiriləndə sözü gedən müqaviləni şirkətdə Həsəndən almışlar. Baş verənlər barədə şirkətin təsisçisi Aqil Qədirovun xəbəri olmuşdur. 2008-ci ildə X77 MMC-dən aldığı, sonradan Həsən Zümürxanova satması üçün etibar etdiyi mənzilin qanunsuz olaraq başqa şəxsin adına rəsmiləşdirilməsi barədə eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində X77 MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.metr olan üçotaqlı mənzili xx.xx.2014-cü ildə hazırda kimliyini xatırlamadığı ilkin sahibindən arvadı Cavabdeh1 adına 56000 manata Natiq Zamanovun vasitəçiliyi ilə almışdır. Mənzilin arvadının adına rəsmiləşdirilməsinə dair arvadı Cavabdeh1 ilə həmin Cəmiyyətin direktoru X22 arasında xx.xx.2014-cü il tarixli müqavilə tərtib olunmuş, həmçinin mənzillə bağlı arvadının şirkətə borcunun olmaması barədə həmin tarixli maliyyə arayışı verilmişdir. Müqavilədə satıcı qrafasında Elnur Məmmədov bilavasitə onun yanında imza etmişdir. Məhz həmin gün mənzilin pulunu ilkin sahibinə tam şəkildə ödəmişdir. Xatırlamadığı tarixdə mənzilinin yerləşdiyi binanın yanında Cəmiyyətin təsisçisi Aqil Qedirdila görüşəndə mənzilin nömrəsinin müqavilədə olmadığına görə irad bildirmiş, sonuncu isə Cavabdeh1 adına verilmiş xx.xx.2014- cü il tarixli maliyyə arayışının sol yuxarı küncündə 18 N işarələrini yazmış və imza etmişdir. Həmin mənzil hazırda onun sahibliyindədir və mənzillə bağlı hər hansı bir problem yoxdur." Bundan əlavə həmin hökmün nəticəvi hissəsindən (iş vərəqi 206) görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində Ümumi sahəsi 96,3 kv.metrdən ibarət üçotaqlı 22 saylı mənzilə payçı kimi mülkiyyət hüququ tanınaraq həmin mənzil onun sahibliyinə və istifadəsinə verilməsi barədə mülki iddası qismən təmin edilmiş, ona dəymiş zərər 33705 manat və 10000 manat mənəvi ziyanın cavabdehlər Aqil Qədirov və Elnur Məmmədovdan tutularaq ona ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli 1(103)-1058/2023-052 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş İddiaçı nümayəndəsinin 18 yanvar 2024-cü il tarixli 9/24 nömrəli sorğusuna X76 MMC-nin hazırda təsisçisi və rəhbəri Nümayəndə2 vermiş olduğu cavab məktubunda qeyd olunan mənzilin İddiaçı satıldığı, lakin həmin mənzilin Cavabdeh1 tərəfindən mənzilin qapısının sındırılaraq yerinə başqa qapı qoyulduğu və zəbt olunduğu kimi həqiqəti əks etdirməyən məlumatlar əks olunmuşdur. Həmin mənzili X77 MMC-dən deyil, 2014cü il tarixdə mənzilin qanuni sahibi və mülkiyyətçisi Həsən Zümürxanovdan həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirməklə almışdır və həmin tarixdən 2022-ci ilə qədər İddiaçı adlı şəxsi tanımamışam, onun mənzilə dair iddiasından cinayət işinin Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində və Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırması zamanı məlumatlı olmuşdur. Maraqlısı odur ki, hazırkı mülki iş üzrə İddiaçı qarşı dələduzluq cinayətini törətməkdə təqsirli bilinərək məhkum olunmuş Nümayəndə2 hazırda X76 MMC-nin təsisçisi və rəhbəridir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023- cü il tarixli 1(101)-59/2023-152 nömrəli hökmün 62-ci vərəqindən görünür ki, Nümayəndə2 təkrarən, binanın 4-cü mərtəbəsində yerləşən 96,3 m2 ölçülü bir ədəd mənzilin X49 və X40 tərəfindən İddiaçı xx.xx.2012-ci il tarixdə qanuni əsaslarla satıldığını güman edib xx.xx.2016-cli aluna ünvan 4 ünvanında yerləşən binanın yaxınlığında sonuncuya mənzildə təmir aparılmasına icazə verilməsi haqqında arayışı təqdim edərkən Cəmiyyətin maddi vəziyyətinin pis olduğunu yalandan bildirib, köməklik göstərilməsi məqsədi ilə Cəmiyyətə 3000 manat məbləğində pul ödənilməsinin zəruriliyini, həmin pulun sonradan bina sakinlərindən binanın saxlanılması məqsədi ilə toplanacaq xərclərdən çıxılacağını deyib aldadaraq həmin yerdə İddiaçı həmin vaxt 500 manat, xx.xx.2016-cı il tarixdə təmir icazəsi arayışının arxa tərəfində 1000 manat aldığına dair qeyd yazıb imza edərək inandırıb daha 500 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus ümumilikdə 1000 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, sonradan binada zəruri tikinti quraşdırma işlərinin yerinə yetirilmədiyini görən İddiaçı aldadıldığını başa düşərək 2000 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib. İddiaçı məxsus pul vəsaitini ələ keçirməyə nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 3000 manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Nümayəndə2 təqsirləndirilən şəxs statusunda olduğu və bütün məhkəmə iclaslarında iştirak etdiyi cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırıması zamanı onunla yanaşı Həsən Zümürxanov və Emin Məmmədov şahid qismində, İddiaçı isə zərərçəkmiş şəxs qismində dindirilmişlər. Bütün yuxarıda qeyd olunan hallar, həmçinin İddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırdığı mülki iddiası ətraflı araşdırılmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)- 59/2023-152 nömrəli hökmünə əsasən Nümayəndə2 Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə ona 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Həmin hökmün 75-ci vərəqində təqsirləndirilən şəxs Nümayəndə2 ifadəsi bu şəkildədir: "Həmin binanın 4-cü mərtəbəsində 96,3 kv.metr ölçülü mənzillərin birini xx.xx.2008-ci il tarixdə Aqil Qədirov ilə Elnur X4, digərini X2 sonra xx.xx.2012-ci il tarixdə qanunsuz olaraq İddiaçı satmışdılar. Həmin mənzilin İddiaçı qanuni şəkildə satıldığını güman elədiyi üçün müqaviləsinə baxıb bu barədə ona demiş və binanın tikintisi üçün pul almışdır. Həmin pullar razılıq əsasında binanın tikintisinin başa çatdırılması üçün yığılmışdır. İddiaçı ödədiyi pul binanın tikintisinə xərclənmişdir. Lakin binanın tikintisinə xərclənən pullara dair hansısa məxaric-mədaxil orderi, hansısa sənəd olmamışdır. Həmin hökmün 91-92 vərəqələrində olan zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə vermiş İddiaçı ifadəsi aşağıdakı kimidir: "oğlu Nazim Ələkbərliyə Bakı şəhərində mənzil almağa köməklik etməsi üçün müraciət etdiyi tanışı Asif Rüstəmov 2012-ci ilin dekabr ayında işlə bağlı dənizdə olduğu vaxt ona zəng edib Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunmuş binanın 4-cü mərtəbəsində 41500 ABŞ dollarına münasib mənzil satıldığını deyəndə mənzili alacağını deyib, əvəzindən 1000 manat beh verməsini xahiş etmiş, dənizdən gələndən sonra Asiflə görüşmüş və sonuncu mənzili ona göstərmişdir. 25 dekabr 2012-ci il tarixdə təxminən 43.000-44.000 manat pul götürüb Namiq Özbəkzadə adlı dostuyla birlikdə binanın yanında Asif Rüstəmovla görüşmüş, Cavabdeh2 MMC tərəfindən Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 96,3 kv.metr sahəsi olan üçotaqlı, 22 nömrəli mənzilə bir daha Asif Rüstəmovun, Namiqin, həmçinin özünü şirkətin direktoru kimi təqdim edən X22, təsisçisi kimi təqdim edən Zöhrab adlı şəxsin iştirakları ilə baxmış, sonra birlikdə şirkətin 2-ci mərtəbədə yerləşən ofisində əsas təsisçi və sahibi olmasını anladığı X49 ilə görüşüb tanış olmuşdur. Aqil Qədirov onun mənzili bəyəndiyini biləndən sonra sənədləşmə aparılması barədə tapşırıq vermişdir. X39 pulu dollarla gətirməsini tapşırıb, mənzilin pulunu dollarla alacaqlarını, müqavilədə isə manatla yazılacağını demişdir. Ofisdə dostu Namiqin yanında 100 və 50 dollarlıq əskinaslardan ibarət olan, həmin dövrün məzənnəsi ilə 33705 manat edən 41500 ABŞ dollarını sayıb Asif Rüstəmova vermişdir ki, Aqil Qədirova versin. Aqil Qədirovun tapşırığı ilə həmin ofisdə olan tanımadığı qız şirkətin direktoru Elnur Məmmədovla onun arasında 22 nömrəli mənzilə dair alqı-satqı müqaviləsi, həmçinin, mənzilin dəyərinin ödənilməsi barədə xx.xx.2012-ci il tarixli, 100 nömrəli maliyyə arayışı tərtib etmiş, müqaviləni Elnür Məmmədov özünün imzası, həmçinin şirkətin möhürü ilə təsdiq etmişdir. X7 mənzil almaq münasibəti ilə təbrik edib yaxşı mənzil olduğunu, heç bir problemi olmadığını demiş, pul ödəməsi barədə ona Elnurun imzası və şirkətin möhürü ilə təsdiq olunmuş xx.xx.2012-ci il tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Müqaviləni tərtib edən xanım mənzillərə hələ nömrə verilmədiyini, ancaq həmin mənzilin böyük ehtimalla 22 nömrəli mənzil olacağını deyib, müqavilənin ikinci vərəqinin arxa tərəfində, sol yuxarı küncdə göy rəngli diyircəkli qələmlə «mənzil 22» söz və rəqəmlərini yazmışdır. Aqil Qədirov binanın altı ay ərzində təhvil veriləcəyini və mənzildə təmir aparmağın mümkün olacağını bildirməsinə baxmayaraq, bina vaxtında istismara verilməmiş, 2015-ci ilin iyun ayında, daha doğrusu xx.xx.2015-ci il tarixdə mənzilə öz hesabına qapı qoymuş, səhəri gündən mənzildə təmirə başlanması üçün usta ilə danışmış, xx.xx.2015-ci il tarixdə oğlu qətlə yetirildiyinə görə planları pozulmuşdur. 2015-ci ilin iyul ayında bir nəfər zəng edib qapı qoyduğu mənzilin ona məxsus olduğunu demiş, Aqil Qədirovla görüşmüş, Aqil mənzilin ona səhvən verildiyini, mənzillər nömrələnəndə 22 nömrəsinin həmin mərtəbədə başqa mənzilə düşdüyünü bildirib, həmin mənzili ona təqdim edərək məhz həmin mənzilin onun olmalı olduğunu demiş, bu dəfə həmin mənzilə qapı qoymuş, mənzildə təmirə icazə verilməsinə dair şirkətin digər təsisçisi Nümayəndə2 tərəfindən ona Aqilin adından arayış verilmişdir. Təmir icazəsini verəndə Nümayəndə2 ona verilmiş xx.xx.2015-ci il tarixli, 100 nömrəli maliyyə arayışının sağ yuxarı küncündə göy rəngli diyircəkli qələmlə mənzilin nömrəsi olan 22 rəqəmini yazıb imza etmiş, icazəsi arayışının verildiyi tarixi, yəni xx.xx.2016 rəqəmlərini yazmışdır. Təmir arayışı veriləndən sonra Nümayəndə2 şirkətin maddi vəziyyətinin pis olduğundan köməklik üçün 3000 manat pul ödəmək lazım olduğunu, həmin pulun sonradan ödəniləcək kommunal xərclərdən çıxılacağını demiş, Maksimə bir dəfə Asif Rüstəmovun iştirakı ilə 500 manat, daha sonra xx.xx.2016-cı il tarixdə tanımadığı şəxslərin yanında daha 500 manat pul vermiş, xx.xx.2016-cı il tarixdə Maksim ona ümumilikdə 1000 manat pul verdiyinə dair təmir icazəsi arayışının arxa tərəfində göy rəngli diyircəkli qələmlə qeyd yazaraq imza edib tarix yazmışdır. Nümayəndə2 özünü Aqil Qədirovun əvəz edicisi kimi təqdim edərək «Aqili mən əvəz edirəm, nə sözünüz varsa mənə deyin», bundan başqa «arxayın ol, heç bir problem yoxdur mənzil sənindir, səndən başqa da heç kimə satılmayıb sözlərini demişdir. Nümayəndə2 əlavə 2.000 manat verməli olmuş, xahiş etmişdir ki, binanın kanalizasiya sistemi quraşdırılsın və mənzilə heç olmasa pəncərə çərçivəsi qoyulsun. Bu işlər görülmədiyinə görə 1000 manatdan sonra ona pul verməmiş, 2017-ci ilin sentyabroktyabr aylarında Nümayəndə2 zəng edib bildirmişdir ki, Rusiya Federasiyasından bir nəfər gəlib, əlində də müqaviləsi var və ona verilmiş mənzilin özünə məxsus olmasını bildirir, xx.xx.2017-ci il tarixdə isə yenidən zəng edib mənzilə iddia edən şəxsin gəlib onun mənzilə asdığı qapının qıfılını sındırıb yeni qıfıl asdığını, həmin şəxsin də əlində mənzilə dair müqavilə olduğunu bildirmişdir. Nümayəndə2 deməsinə görə mənzilin qıfılını sındıran şəxs əvvəl ona verilmiş mənzilin verildiyi, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı olmuş, ondan alınıb verilmiş mənzil həmin polisdən də əvvəl kiməsə satılmış, bunu bildikdə polis əməkdaşı gəlib ikinci dəfə ona verilmiş mənzilə asdığı qapının qıfılını sındırmış və həmin mənzilin onun olduğunu iddia etmişdir. Zərərçəkmiş şəxs (mülki İddiaçı) İddiaçı məhkəməyə təqdim etdiyi notariat qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Nümayəndə2 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti yoxdur, gələcəkdə iddia və tələbi də olmayacaqdır, lakin sonradan mülki iddia ərizə təqdim etmişdir.
3. İşin icraatı zamanı aşağıda qeyd edilən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir: - "Meqa-Siti Holdinq” MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanılmış 25 dekabr 2012-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzil alıcının mülkiyyətinə verilmişdir; - "Meqa-Siti Holdinq” MMC-nin 100 nömrəli, xx.xx.2012-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı bağlanmış olan müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m olan 3 otaqlı mənzil üçün şirkətə borcu yoxdur; - "Meqa-Siti Holdinq” MMC (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında bağlanılmış 04 aprel 2014-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzil alıcının mülkiyyətinə verilmişdir; - "Meqa-Siti Holdinq” MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 bağlanmış olan müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m olan 3 otaqlı mənzil üçün şirkətə borcu yoxdur; - Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1043/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, "Meqa-Siti Holdinq” MMC-nin təsisçilərinin adından tərtib edilmiş 28 avqust 2019-cu il tarixli qərar və "Meqa-Siti Holdinq” MMC-nin 3-cü redaksiyada nizamnaməsi və nəticələri etibarsız hesab edilmişdir; - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə X49 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 311.3.2, 313 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, X40 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 311.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini, X41 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini, Nümayəndə2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini, X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.1, 32.5,313 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməklə təqsirli bilinərək məhkum edilmişdirlər. Hökmlə zərərçəkmiş şəxs İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.metrdən ibarət üçotaqlı 22 saylı mənzilə payçı kimi mülkiyyət hüququ tanınaraq həmin mənzil onun sahibliyinə və istifadəsinə verilməsi barədə mülki iddası qismən təmin edilmiş, ona dəymiş zərər 33.705 manat və 10.000 manat mənəvi ziyanın cavabdehlər Aqil Qədirov və Elnur Məmmədovdan tutularaq ona ödənilməsi qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum X29 müdafiəçisi X23, məhkum Nümayəndə2 müdafiəçisi X45, məhkum X40, zərərçəkmiş şəxslər İddiaçı, X50, X46, X11, X36, X37, X38, X51 zərərçəkmiş şəxs X30 nümayəndəsi X31, zərərçəkmiş şəxs Arif Bayramovun nümayəndəsi X24 və maraqlarına toxunan şəxslər (mülki iddiaçılar) X17, X32, X12 hüquqi varisi X18 nümayəndələri X19 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Apellyasiya protesti qismən təmin edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxs İddiaçı mülki iddia tələbinin tam təmin edilməsi, yəni "Meqa-Siti Holdinq” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə onun - İddiaçı payçı kimi mülkiyyət hüququnun tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, o çümlədən 10.000 (on min) manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd etmişdir ki, zərərçəkmiş şəxs İddiaçı ilə bağlı epizoddan göründüyü kimi qeyd edilən mənzil İddiaçı əlavə başqa bir müştərinin də adına rəsmləşdirilmişdir və hazırda cinayət icraatı üzrə həmin mənzillə bağlı mübahisənin ədalətli həll edilməsi cinayət işinin apellyasiya baxışının əlavə yubanmasının nəticələnəciyi ehtimalları nəzərə alaraq, bununla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırılması hüququnun olması izah edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi kassasiya şikayəti təmin edilməmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1464/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4; Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən müəyyən edilir ki, X49 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə etmə yolu ilə ayrı-ayrı şəxslərə məxsus əmlakı xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti təkrarən rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah və şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları qeyrisinin köməkçiliyi ilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən saxta möhür hazırlamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Zərərçəkmiş şəxs İddiaçı ilə bağlı epizod üzrə X49 binanın 4-cü mərtəbəsində cəmi iki ədəd 96,3 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən birini özü Elnur Məmmədovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 88 nömrəli müqavilə ilə X26, digərini isə eyni tarixli müqavilə ilə X5 və mənzillərin dəyərinin Cəmiyyətə tam ödənildiyi halda, həmin mərtəbədə 96,3 m2 ölçülü bir ədəd mənzilin əvvəlcədən heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını aralarındakı işgüzar münasibətlərlə əlaqədar pul borclu olduğu cinayətdən xəbərsiz olan «Zöhrab» adlı şəxsə bildirib həmin mənzili satmaq üçün alıcı tapmasını bildirməsi ilə əlaqədar, mənzil almaq üçün sonuncunun vasitəsi ilə 2012-ci ilin sonlarında özünə müraciət edən İddiaçı qeyd edilən mərtəbədə 96,3 m2 ölçülü mənzilin heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını sonuncunun cinayətdən xəbərsiz olan tanışı X42 vasitəsi ilə yalandan bildirib, həmin mənzili İddiaçı 41500 ABŞ dollarına sata biləcəyini Elnur Məmmədovla birlikdə aldatmaqla Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsində yerləşən ofisində deyib, inandırmaq üçün sonuncu ilə birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə, mənzilin xx.xx.2012-ci il tarixdə guya İddiaçı satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli 100 nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Məmmədov E.A» və Cavabdeh2 MMC-nin direktoru Məmmədov E.A» yazılarının qarşısında Elnur Məmmədov tərəfindən imza olunmaqla istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri İddiaçı təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan həmin tarixdə Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsindəki ofisində 33705 manat dəyərində razılaşdıqları 41500 ABŞ dollarını Elnur Məmmədovun iştirakı ilə almaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus 33.705 manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı cinayətlərini törətmişdir. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh1 və "Mega- Siti Holding” MMC-yə qarşı "mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” barədə iddia tələbinə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1464/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 29; Mülki Məcəllənin 112.1, 152, 452.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,82.4, 119.3-cü maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04.03. 2015-ci il tarixli qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə iş materiallarında olan sənədlərlə ziddiyyət təşkil edir. İş materiallarına görə mənzilin ilk alıcısı iddiaçıdır, iddiaçı tam olaraq pay haqqını ödəmiş, cavabdehə isə iddiaçıdan 2 il sonra mənzili satılsa da, cavabdeh heç bir sənəd məhkəməyə təqdim etməmiş, iddiaçının mənzilə qoyduğu qapını sındırıb mənzili zəbt etmiş, digər cavabdeh (MTK) bu halları təsdiq etmiş və iddianın təmin edilməsini xahiş etsə də, məhkəmə iddianı rədd etmişdir ki, bu da işin hallarına uyğun gəlməmişdir. Məhkəmə cinayət işinə istinad etmiş, lakin həmin cinayət işində cavabdehin nə zəzərçəkən, nə də mülki iddiaçı olmamasına qiymət verməmişdir. Məhkəmə ilk olaraq mənzilin kimə satıldığını və mənzilin ilk olaraq kimə təhvil verildiyini aydınlaşdırmamışdır. Qanunvericilik Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət hadisəsi üzrə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin özünün istinad etdiyi məhkəmə qərarında o heç bir prossesual tərəf olmayıb, yəni nə zərəçəkən kimi tanınmayıb, nə də mülki iddiaçı olmayıb. Məhz bu səbəbə görə əvvəl bu işin icraatına xitam verilən qərardadı ləğv edən Bakı Apellyasiya Məhkəməsi göstərmişdir ki, iddiaçı Cavabdeh1 qarşı mülki iddianı cinayət mühakimə icraatı çərçivəsində irəli sürmədiyi halda, hazırki iddia üzrə ona qarşı tələb irəli sürməkdə haqılıdır. Lakin məhkəmə haqsız olaraq MPM-nin 82.4 -cü maddəsini düzgün tətbiq etməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2644/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadındakı hüquqi mövqeyə zidd qətnamə qəbul etmişdir. Cavabdeh tərəf öz istinad etdiyi halları sübut edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Son iclasda cavabdeh saxta bir sənəd təqdim etdiyi və bu sənəddəki imzanın MTK rəhbərliyi tərəfindən saxta olduğu bildirildiyi halda, məhkəmə cavabdehin mövqeyini müdafiə etmiş, iddia tələbini qanunsuz olaraq rədd etmişdir. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi Mənzil Məcəlləsi də təsdiq edir ki, o, iddiaçı olaraq mənzilin ilk alıcısı kimi mənzilin tam dəyərini ödədiyindən mənzilə mülkiyyət hüququ əldə etmişdir. Ondan sonra mənzilin kiməsə satılmasının heç bir hüquqi əsası olmasa da, məhkəmə qanunsuz olaraq bu hallara qiymət verməmişdir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Konstitusiya Məhkəməsinin bu qərarına görə o, mənzilə pay haqqını tam ödədiyindən birinci olaraq mənzilə sahiblik və istifadə hüququ əldə etmiş, mənzil ona təhvil verilib, ora qapı qoymuşdur. Cavabdeh isə qapını sındırıb mənzili zəbt etmişdir. Məhkəmə cavabdehin onun sahiblik və istifadə hüququnu pozmasına qiymət verməmişdir. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qanunun bu tələbinə görə əgər bir neçə nəfərlə müqavilə bağlanarsa, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. İndiki halda ilk olaraq mənzil ona təhvil verilmiş, mənzilə qapı qoydurmuş, lakin cavabdeh qapını sındırıb mənzili zəbt etmişdir. Məhkəmə bu faktı gözardı etmiş, mənzilin ilk əvvəl ona təhvil verildiyinə, onunla alqı satqı müqaviləsinin olmasına, cavabdehin isə heç bir sübutu olmadığına əhəmiyyət verməmişdir. Payçı tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda həmin payçı qeyd edilən mənzilə mülkiyyət hüququ əldə etdiyindən sonradan həmin mənzilin onun razılığı olmadan başqa şəxsə satılması mülki qanunvericiliyin normalarına uyğun deyildir. Konstitusiya Məhkəməsinin bu qərarına görə o, mənzilin dəyərini tam ödədiyindən mənzilin ondan sonra kiməsə satılması mülki qanunvericiliyə zidd olmasına məhkəmə qiymət verməmişdir. Bu iş materiallarına əlavə edilən xx.xx.2018-ci il tarixli "xxxx" MMC-nin cavabdeh 2 (MTK) haqqında verdiyi audit aktının 4-cü səhifəsinin sonuncu abzasında də öz əksini tapmışdır. Belə ki, həmin aktda göstərilmişdir ki, binanın 4-cü mərtəbəsində olan 2 ədəd 96,3 kvm sahəsi olan mənzilin qarşılığında 3 ədəd, o cümlədən X20 adına xx.xx.2008-ci il tarixli, İddiaçı adına xx.xx.2012-ci il tarixli, cavadeh Cavabdeh1 adına xx.xx.2014-cü il tarixli satış müqaviləsinin olması aşkar edilmişdir. Göründüyü kimi, audit yoxlaması da təsdiq etmişdir ki, cavabdehə mənzil ondan 2 il sonra satılmışdır. Məhkəmə bu vacib hallara hüquqi qiymət verməmişdir.
6. Cavabdeh1 (nümayəndəsi Nümayəndə1) apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir neçə məhkəmə iclaslarında hakim iddiaçının mənzilini zəbt etmiş Cavabdeh1 nümayəndəsindən mənzilin ona satılmasını təsdiq edən müqavilə və maliyyə arayışını təqdim etməyi tələb etsə də, cavabdeh bu sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla bağlı bildirmək istəyir ki, iddiaçının özü və onun tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, mənzilə dair Cavabdeh1 adına verilmiş müqavilənin və maliyyə araryışının əsli Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə təqdim edilmiş və həmin sənədlərin əsilləri Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-59/2023 nömrəli cinayət işinə əlavə edilmişdir. Həmin sənədlərin əldə olunması üçün həmin məhkəməyə ərizə ilə müraciət olunmuş və 25 iyul 2024-cü il tarixli 1(101)-59/2023 nömrəli cavab məktubunda sənədlərin əsillərinin hazırkı mərhələdə verilməsinin cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmadığı, həmçinin cinayət işinin hazırda Ali Məhkəmənin icraatında olduğu bildirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 136.3-cü maddəsinə əsasənməhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan sənədlərin əsilləri qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə cinayət təqibi üzrə icraatın materiallarına saxlandığı yerdən asılı olaraq qaytarılan sənədlərin surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və həmin materiallarda saxlamalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1 (101 )-59/2023-152 nömrəli hökmü 24 noyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan əlavə, apellyasiya şikayətində göstərilir ki, qətnaməni əldə edəndən sonra məlum oldu ki, qətnamənin əsaslandırıcı hissəsində hakim Nümayəndə2 adından həqiqətə uyğun olmayan cümlələr işlətmişdir. Guya həmin şəxs iddianın təmin edilməməsini xahiş etmişdir. Bu barədə məhkəməyə şikayət ərizəsi ilə müraciət edildikdən sonra məhkəmə xx.xx.2024-cü il tarixli 2(004)-1464/2024 saylı qərardadı ilə qətnamədə aşağıdakı düzəlişi etmişdir: Qətnamənin əsaslandırıcı hissəsi (doqquzuncu səhifə üçüncü abzas) "Məhkəmə iclasında iştirak edən "Mega-Siti Holding” MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbi ilə razı olmadığını bildirərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.” ifadəsi "Məhkəmə iclasında iştirak edən cavabdeh "Mega- Siti Holding” MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 təqdim etdiyi sənəddəki imza şirkətin direktorunun imzası deyil. Odur ki iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.” kimi oxunsun. hazırkı iş üzrə digər cavabdeh - Cavabdeh2 MMC-nin təsisçisi və nümayəndəsi, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə təqsirləndirilən şəxs və həmin cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda sınaq müddətində olan məhkum Nümayəndə2 məhkəmə iclasında Cavabdeh1 adına olan müqavilədəki imzaların saxta olduğunu bildirməsi Nümayəndə2 İddiaçı aldatmasının növbəti mərhələsidir. Bu həmçinin cinayət işi üzrə məhkəməyə təqdim olunmuş hökmdə və hazırkı mülki iş üzrə qəbul edilmiş məhkəmə qərarlarında onların öz əksini tapmış izahat və ifadələri, həmçinin Nümayəndə2 məhkəmə iclaslarında, həmçinin iclaslardan əvvəl və sornrakı davranışları ilə açıq şəkildə təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri X49, X40, X41, Nümayəndə2 və X13 məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)- 59/2023-152 nömrəli hökmünün 11-ci vərəqindən görünür ki, X49 binanın 4-cü mərtəbəsində cəmi iki ədəd 96,3 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən birini özü Elnur Məmmədovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 88 nömrəli müqavilə ilə X26, digərini isə eyni tarixli müqavilə ilə X5 və mənzillərin dəyərinin Cəmiyyətə tam ödənildiyi halda, həmin mərtəbədə 96,3 m2 ölçülü bir ədəd mənzilin əvvəlcədən heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını aralarındakı işgüzar münasibətlərlə əlaqədar pul borclu olduğu cinayətdən xəbərsiz olan «Zöhrab» adlı şəxsə bildirib həmin mənzili satmaq üçün alıcı tapmasını bildirməsi ilə əlaqədar, mənzil almaq üçün sonuncunun vasitəsi ilə 2012-ci ilin sonlarında özünə müraciət edən İddiaçı qeyd edilən mərtəbədə 96,3 m2 ölçülü mənzilin heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını sonuncunun cinayətdən xəbərsiz olan tanışı X42 vasitəsi ilə yalandan bildirib, həmin mənzili İddiaçı 41.500 ABŞ dollarına sata biləcəyini Elnur Məmmədovla birlikdə aldatmaqla Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsində yerləşən ofisində deyib, inandırmaq üçün sonuncu ilə birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə, mənzilin xx.xx.2012-ci il tarixdə guya İddiaçı satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli 100 nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Məmmədov E.A» və «X77 MMCnin direktoru Məmmədov E.A» yazılarının qarşısında Elnur Məmmədov tərəfindən imza olunmaqla istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri İddiaçı təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan həmin tarixdə Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsindəki ofisində 33.705 manat dəyərində razılaşdıqları 41.500 ABŞ dollarını Elnur Məmmədovun iştirakı ilə almaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismindəöz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus 33.705 manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı etmişdir. Bununla bağlı cinayət işinin ibtidai istintaqı zamanı həmin müqavilələrin ekspertizası aparılmış və müvafiq rəy verilmişdir. Qeyd olunan hökmün 171-173cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 153 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına rəsmiləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli nömrəsiz müqavilədə, onun adına verilmiş eyni tarixli 100 nömrəli maliyyə arayışında "Azərbaycan Respublikası Bakışəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti X77” məzmunlu möhür əksləri sərbəst və ekspert tərəfindən şərti olaraq «1,2,3» nömrələrilə nişanlanmış eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. Həmçinin həmin hökmün 75-ci vərəqində təqsirləndirilən şəxs Nümayəndə2 ifadəsi bu şəkildədir: "Həmin binanın 4-cü mərtəbəsində 96,3 kv.metr ölçülü mənzillərin birini xx.xx.2008-ci il tarixdə Aqil Qədirov ilə Elnur X4, digərini X2 sonra xx.xx.2012-ci il tarixdə qanunsuz olaraq İddiaçı satmışdılar. Həmin mənzilin İddiaçı qanuni şəkildə satıldığını güman elədiyi üçün müqaviləsinə baxıb bu barədə ona demiş və binanın tikintisi üçün pul almışdır. Həmin pullar razılıq əsasında binanın tikintisinin başa çatdırılması üçün yığılmışdır. İddiaçı ödədiyi pul binanın tikintisinə xərclənmişdir. Lakin binanın tikintisinə xərclənən pullara dair hansısa məxaric-mədaxil orderi, hansısa sənəd olmamışdır.” Bununla da İddiaçı özünün adına verilmiş 25 dekabr 2012-ci il tarixli müavilənin saxta olduğu öz təsdiqini tapmışdır. Hörmətli məhkəmə, ümumiyyətlə İddiaçı qeyd olunan mənzilinə dair heç bir tələb irəli sürə bilməz. Həmin mənzilin ona aid olmaması Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)-59/2023-152 nömrəli hökmü ilə təsdiq olunur və bunu birinci instansiya məhkəməsinə təqdim etdiyim etirazlarında tam ətraflı açıqlamışdır. Belə ki, o, həmin mənzili qanuni sahibi olan X6, o da öz növbəsində qanuni sahibi X14 almışdır. Yəni həmin mənzil üzərində xx.xx.2008-ci il tarixdən etibarən X77 MMC-nin heç bir hüququ olmamışdır. Və məhz buna görə, yəni mənzil həmin şirkətə məxsus olmadığı halda təkrar İddiaçı satıldığı üçün MMC-nin vəzifəli şəxslərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 311.3.2, 313 və 320.1-ci maddələriilə ittihamlar verilmişdir. Bu səbəbdən İddiaçı mənzilə payçı kimi mülkiyyət hüququ tanınaraq həmin mənzil onun sahibliyinə və istifadəsinə verilməsi barədə mülki iddası qismən təmin edilmiş, ona dəymiş zərər 33705 manat və 10000 manat mənəvi ziyanın cavabdehlər Aqil Qədirov və Elnur Məmmədovdan tutularaq ona ödənilməsi qərara alınmışdır (hökmün 206-cı vərəqi).Həmçinin işə Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü 1(102)-1025/2024-022 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərardan görünür ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1058/2023 nömrəli 24 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, apellyasiya şikayəti təmin olunmadan rədd edilməli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(004)-1464/2024-024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 7.Cavabdeh1 (nümayəndəsi Nümayəndə1) məhkəməyə izahat təqdim etmiş və qeyd etmişdir ki, hazırkı apellyasiya şikayətinin baxılması zamanı birinci instansiya məhkəməsinə təqdim etdiyi qaldırımış iddia ərizəsinə verdiyim etirazları müdafiə edir və həmin etirazlarda göstərdiyim halların işə apellyasiya instansiya məhkəməsində baxılan zaman da nəzərə alınmasını xahiş edir. Belə ki, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir neçə məhkəmə iclaslarında hakim iddiaçının mənzilini zəbt etmiş Cavabdeh1 nümayəndəsindən, yəni ondan mənzilin satılmasını təsdiq edən müqavilə və maliyyə arayışını təqdim etməyi tələb etsə də, cavabdeh bu sənədləri məhkəməyə təqdim etməmişdir, iddiaçının özü və onun tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, mənzilə dair Cavabdeh1 adına verilmiş müqavilənin və maliyyə araryışının əsli Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə təqdim edilmiş və həmin sənədlərin əsilləri Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-59/2023 nömrəli cinayət işinə əlavə edilmişdir. Həmin sənədlərin əldə olunması üçün həmin məhkəməyə ərizə ilə müraciət olunmuş və 25 iyul 2024-cü il tarixli 1(101)-59/2023 nömrəli cavab məktubunda sənədlərin əsillərinin hazırkı mərhələdə verilməsinin cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmadığı, həmçinin cinayət işinin hazırda Ali Məhkəmənin icraatında olduğu bildirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 136.3-cü maddəsinə əsasənməhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan sənədlərin əsilləri qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə cinayət təqibi üzrə icraatın materiallarına saxlandığı yerdən asılı olaraq qaytarılan sənədlərin surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və həmin materiallarda saxlamalıdır. Bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1 (101 )-59/2023-152 nömrəli hökmü 24 noyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan əlavə apellyasiya şikayətində göstərilir ki, qətnaməni əldə edəndən sonra məlum oldu ki, qətnamənin əsaslandırıcı hissəsində hakim Nümayəndə2 adından həqiqətə uyğun olmayan cümlələr işlətmişdir. Guya həmin şəxs iddianın təmin edilməməsini xahiş etmişdir. Bu barədə məhkəməyə şikayət ərizəsi ilə müraciət edildikdən sonra məhkəmə xx.xx.2024-cü il tarixli 2(004)-1464/2024 saylı qərardadı ilə qətnamədə aşağıdakı düzəlişi etmişdir: Qətnamənin əsaslandırıcı hissəsi (doqquzuncu səhifə üçüncü abzas) "Məhkəmə iclasında iştirak edən "Mega-Siti Holding” MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbi ilə razı olmadığını bildirərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.” ifadəsi "Məhkəmə iclasında iştirak edən cavabdeh "Mega- Siti Holding” MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 təqdim etdiyi sənəddəki imza şirkətin direktorunun imzası deyil. Odur ki iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.” kimi oxunsun. Hazırkı iş üzrə digər cavabdeh - Cavabdeh2 MMC-nin təsisçisi və nümayəndəsi, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə təqsirləndirilən şəxs və həmin cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda sınaq müddətində olan məhkum Nümayəndə2 məhkəmə iclasında Cavabdeh1 adına olan müqavilədəki imzaların saxta olduğunu bildirməsi Nümayəndə2 İddiaçı aldatmasının növbəti mərhələsidir. Bu həmçinin cinayət işi üzrə məhkəməyə təqdim olunmuş hökmdə və hazırkı mülki iş üzrə qəbul edilmiş məhkəmə qərarlarında onların öz əksini tapmış izahat və ifadələri, həmçinin Nümayəndə2 məhkəmə iclaslarında, həmçinin iclaslardan əvvəl və sonrakı davranışları ilə açıq şəkildə təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri X49, X40, X41, Nümayəndə2 və X13 məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)- 59/2023-152 nömrəli hökmünün 11-ci vərəqindən görünür ki, X49 binanın 4-cü mərtəbəsində cəmi iki ədəd 96,3 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən birini özü Elnur Məmmədovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 88 nömrəli müqavilə ilə X26, digərini isə eyni tarixli müqavilə ilə X5 və mənzillərin dəyərinin Cəmiyyətə tam ödənildiyi halda, həmin mərtəbədə 96,3 m2 ölçülü bir ədəd mənzilin əvvəlcədən heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını aralarındakı işgüzar münasibətlərlə əlaqədar pul borclu olduğu cinayətdən xəbərsiz olan «Zöhrab» adlı şəxsə bildirib həmin mənzili satmaq üçün alıcı tapmasını bildirməsi ilə əlaqədar, mənzil almaq üçün sonuncunun vasitəsi ilə 2012-ci ilin sonlarında özünə müraciət edən İddiaçı qeyd edilən mərtəbədə 96,3 m2 ölçülü mənzilin heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını sonuncunun cinayətdən xəbərsiz olan tanışı X42 vasitəsi ilə yalandan bildirib, həmin mənzili İddiaçı 41500 ABŞ dollarına sata biləcəyini Elnur Məmmədovla birlikdə aldatmaqla Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsində yerləşən ofisində deyib, inandırmaq üçün sonuncu ilə birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə, mənzilin xx.xx.2012-ci il tarixdə guya İddiaçı satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli 100 nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Məmmədov E.A» və Cavabdeh2 MMC-nin direktoru Məmmədov E.A» yazılarının qarşısında Elnur Məmmədov tərəfindən imza olunmaqla istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri İddiaçı təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan həmin tarixdə Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsindəki ofisində 33705 manat dəyərində razılaşdıqları 41500 ABŞ dollarım Elnur Məmmədovun iştirakı ilə almaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismindəöz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus 33705 manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı etmişdir. Bununla bağlı cinayət işinin ibtidai istintaqı zamanı həmin müqavilələrin ekspertizası aparılmış və müvafiq rəy verilmişdir. Qeyd olunan hökmün 171-173cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 153 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı adına rəsmiləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli nömrəsiz müqavilədə, onun adına verilmiş eyni tarixli 100 nömrəli maliyyə arayışında "Azərbaycan Respublikası Bakı şəhəri Məhdud Məsuliyyətli Cəmiyyəti X77” məzmunlu möhür əksləri sərbəst və ekspert tərəfindən şərti olaraq «1,2,3» nömrələrilə nişanlanmış eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər.Həmçinin həmin hökmün 75-ci vərəqində təqsirləndirilən şəxs Nümayəndə2 ifadəsi bu şəkildədir: "Həmin binanın 4-cü mərtəbəsində 96,3 kv.metr ölçülü mənzillərin birini xx.xx.2008-ci il tarixdə Aqil Qədirov ilə Elnur X4, digərini X2 sonra xx.xx.2012-ci il tarixdə qanunsuz olaraq İddiaçı satmışdılar. Həmin mənzilin İddiaçı qanuni şəkildə satıldığını güman elədiyi üçün müqaviləsinə baxıb bu barədə ona demiş və binanın tikintisi üçün pul almışdır. Həmin pullar razılıq əsasında binanın tikintisinin başa çatdırılması üçün yığılmışdır. İddiaçı ödədiyi pul binanın tikintisinə xərclənmişdir. Lakin binanın tikintisinə xərclənən pullara dair hansısa məxaric-mədaxil orderi, hansısa sənəd olmamışdır.” Bununla da, İddiaçı özünün adına verilmiş 25 dekabr 2012-ci il tarixli müavilənin saxta olduğu öz təsdqini tapmışdır. Hörmətli məhkəmə, ümumiyyətlə İddiaçı qeyd olunan mənzilinə dair heç bir tələb irəli sürə bilməz. Həmin mənzilin ona aid olmaması Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)-59/2023-152 nömrəli hökmü ilə təsdiq olunur və bunu birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazlarında tam ətraflı açıqlamışdır. Belə ki, o, həmin mənzili qanuni sahibi olan X6, o da öz növbəsində qanuni sahibi X14 almışdır. Yəni həmin mənzil üzərində xx.xx.2008-ci il tarixdən etibarən X77 MMC-nin heç bir hüququ olmamışdır. Və məhz buna görə, yəni mənzil həmin şirkətə məxsus olmadığı halda təkrar İddiaçı satıldığı üçün MMC-nin vəzifəli şəxslərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 311.3.2, 313 və 320.1-ci maddələriilə ittihamlar verilmişdir. Bu səbəbdən İddiaçı mənzilə payçı kimi mülkiyyət hüququ tanınaraq həmin mənzil onun sahibliyinə və istifadəsinə verilməsi barədə mülki iddası qismən təmin edilmiş, ona dəymiş zərər 33705 manat və 10000 manat mənəvi ziyanın cavabdehlər Aqil Qədirov və Elnur Məmmədovdan tutularaq ona ödənilməsi qərara alınmışdır (hökmün 206-cı vərəqi). Həmçinin işə Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü 1(102)-1025/2024-022 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərardan görünür ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1058/2023 nömrəli 24 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, apellyasiya şikayəti təmin olunmadan rədd edilməli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(004)-1464/2024-024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
8. Apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli qərardadı ilə mülki iş üzrə kompleks (tikinti-texniki, məhkəmə-mühasibatlıq, sənədlərin texniki ekspertizası və xətşünaslıq) ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli məhkəmə - mühasibatlıq ekspertizası barədə rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan məlumatlara (ödəniş sənədləri, maliyyə arayışları, müqavilələr) əsasən "xxxx" MMC-in İddiaçı ilə bağlanılmış 25 dekabr 2012-ci il tarixli və Cavabdeh1 ilə bağlanılmış 04 aprel 2014-cü il tarixli müqavilələrin mühasibat uçotu qaydasına müvafiq qeydiyyata alındığı, İddiaçı ilə bağlanılmış 25 dekabr 2012-ci il tarixli müqavilə üzrə maliyyə arayışında şirkətə borcunun olmadığı, xx.xx.2012-ci il tarixli kassa mədaxil orderinə əsasən 33705,00 manat vəsaitin ödənildiyi, eyni qaydada Cavabdeh1 ilə bağlanılmış 04 aprel 2014-cü il tarixli müqavilə üzrə isə maliyyə arayışında şirkətə borcunun olmadığı, lakin mənzilin dəyərinin ödənilməsi ilə bağlı aparılmış ödənişlərin sənədlərinin (ödəniş tapşırıqları, bank sənədləri, kassa mədaxil və. s) iş materiallarında əksini tapmadığı müəyyən olundu. Aparılmış tədqiqatın dəyri 50 manat məbləğində müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən sənədlərin texniki ekspertizası və xətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli tikinti-texniki ekspertizası barədə ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Meqa-Siti Holdinq” MMC-in İddiaçı ilə bağlanılmış 25 dekabr 2012-ci il tarixli və Cavabdeh1 ilə bağlanılmış 04 aprel 2014-cü il tarixli müqavilələrdə mənzilin texniki parametrləri və planlı yerləşməsi barədə məlumatlar qeyd olunmadığından və qeyd olunan müqavilələrə mənzillərin planlı yerləşmə vəziyyətini (mənzilin mərtəbənin hansı hissəsində yerləşməsi, texniki parametrləri və konfiqurasiyası) əks etdirən sxem əlavə edilmədiyindən həmin müqavilələri üzrə mənzillərin eyni (və ya fərqli) olmasını müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyri 50 manat məbləğində müəyyən edilmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçın cinayət işi üzrə kompensasiya tələbinin olmadığını, tələbinin mənzilin ona verilməsi olduğunu qeyd etmiş, cinayət işi üzrə verilən audit rəyinə əsasən mənzilin 2008-ci ildə Arif Cəfərova, 2012-ci ildə ona, 2014-cü ildə isə Elmira Rəhimovanın adına rəsmiləşdirildiyini bildirmişdir. Mənzilin nömrəsinin dəyişdirildiyini sonradan bildiyini, həmin mənzilin ilk olaraq ona verildiyini,hətta həmin mənzilə qapı qoyduğunu, cavabdeh tərəfindən isə həmin qapının söküldüyünü və mənzilin zəbt olunduğunu qeyd etmişdir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş, cavabdehin mənzilə dair sənədlərinin saxta olduğunu, bu səbəbdən həmin müqavilənin əldə edilərək iş üzrə təkrar ekspertizanın keçirilməsini məhkəmədən xahiş etməklə, iddiaçıya mübahisəli mənzilin 2012-ci ildə satıldığını, belə olan halda mənzilin sonradan başqa şəxsə satılmasının qanuni olmadığını,təsisçinin də mənzili iddiaçıya satdığını özünün etiraf etdiyini və müqavilə ilkin olaraq kiminlə bağlanılıbsa mülkiyyət hüququnun ona məxsus olduğunu qeyd etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, bina tikilən vaxt mənzillərin nömrələnməsi saat əqrəbi istiqamətində, satıldıqda isə saat əqrəbinin əksi istiqamətində nömrələnib, yaranan ziddiyyətdə bununla bağlı olub. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə1 nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə etiraz ərizəsinin dəlillərini müdafiə etmiş və eyni məzmunlu izahat verməklə, şikayətin təmin olunmamasını xahiş etmişdir. Ekspertiza keçirilməsinə etiraz edərək, qeyd edilən halların Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəyyən edildiyini və həmin hökmün hal hazırda qüvvədə olduğunu qeyd etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə1 qapının onlar tərəfindən sökülmədiyini, həmin mənzilin qapısının olmadığını bildirmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "Mega-Siti Holding” MMC-nin nümayəndəsi Nümayəndə2 digər cavabdehin dediklərində həqiqət olmadığını, MMC-nin təsisçisi olduğunu, iddiaçıdan sayğaclara görə 1000 manat aldığını, digər cavabdeh tərəfindən mənzil zəbt edildikdən sonra 1000 manatı iddiaçıya qaytardığını bildirmiş, Məmmədov Eminin ümumiyyətlə 96 m2 sahədən ibarət mənzilinin olmadığını, Məmmədov Eminin vaxtilə 50 m2 sahədən ibarət mənzilinin olduğunu, hal-hazırda isə həmin mənzilin də mövcud olmadığını qeyd etmişdir. Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 2 4 . İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir; 7 1 . İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır; 8 0 . Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Münasibətlər yaranan zaman qüvvədə olan əvvəlki redaksiyasında deyilirdi: 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 feveral 2018-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 142) ilə 178.8-ci maddə yeni redaksiyada verilmişdir.).
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
21. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən və baxış həddi müəyyən edilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, baxış həddi üzrə araşdırılan hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən və əlavə olaraq bildirilən dəlillərinə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən müəyyən edilir ki, X49 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə etmə yolu ilə ayrı-ayrı şəxslərə məxsus əmlakı xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti təkrarən rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah və şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları qeyrisinin köməkçiliyi ilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən saxta möhür hazırlamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Zərərçəkmiş şəxs İddiaçı ilə bağlı epizod üzrə X49 binanın 4-cü mərtəbəsində cəmi iki ədəd 96,3 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən birini özü Elnur Məmmədovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 88 nömrəli müqavilə ilə X26, digərini isə eyni tarixli müqavilə ilə X5 və mənzillərin dəyərinin Cəmiyyətə tam ödənildiyi halda, həmin mərtəbədə 96,3 m2 ölçülü bir ədəd mənzilin əvvəlcədən heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını aralarındakı işgüzar münasibətlərlə əlaqədar pul borclu olduğu cinayətdən xəbərsiz olan «Zöhrab» adlı şəxsə bildirib həmin mənzili satmaq üçün alıcı tapmasını bildirməsi ilə əlaqədar, mənzil almaq üçün sonuncunun vasitəsi ilə 2012-ci ilin sonlarında özünə müraciət edən İddiaçı qeyd edilən mərtəbədə 96,3 m2 ölçülü mənzilin heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını sonuncunun cinayətdən xəbərsiz olan tanışı X42 vasitəsi ilə yalandan bildirib, həmin mənzili İddiaçı 41.500 ABŞ dollarına sata biləcəyini Elnur Məmmədovla birlikdə aldatmaqla Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsində yerləşən ofisində deyib, inandırmaq üçün sonuncu ilə birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə, mənzilin xx.xx.2012-ci il tarixdə guya İddiaçı satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli 100 nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Məmmədov E.A» və «X77 MMC-nin direktoru Məmmədov E.A» yazılarının qarşısında Elnur Məmmədov tərəfindən imza olunmaqla istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri İddiaçı təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan həmin tarixdə Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsindəki ofisində 33705 manat dəyərində razılaşdıqları 41500 ABŞ dollarını Elnur Məmmədovun iştirakı ilə almaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus 33705 manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı cinayətlərini törətmişdir.
22. Hökmlə zərərçəkmiş şəxs İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.metrdən ibarət üçotaqlı 22 saylı mənzilə payçı kimi mülkiyyət hüququ tanınaraq həmin mənzil onun sahibliyinə və istifadəsinə verilməsi barədə mülki iddası qismən təmin edilmiş, ona dəymiş zərər 33705 manat və 10000 manat mənəvi ziyanın cavabdehlər Aqil Qədirov və Elnur Məmmədovdan tutularaq ona ödənilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı iddiaçının bir müqaviləsi olduğu, nömrələnmənin sonradan dəyişməsi ilə əlaqədar 22 saylı və 18 saylı mənzillərin eyni olması müəyyən edilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə məhkum X29 müdafiəçisi X23, məhkum Nümayəndə2 müdafiəçisi X45, məhkum X40, zərərçəkmiş şəxslər İddiaçı, X50, X46, X11, X36, X37, X38, X51 zərərçəkmiş şəxs X30 nümayəndəsi X31, zərərçəkmiş şəxs Arif Bayramovun nümayəndəsi X24 və maraqlarına toxunan şəxslər (mülki iddiaçılar) X17, X32, X12 hüquqi varisi X18 nümayəndələri X19 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxs İddiaçı mülki iddia tələbinin tam təmin edilməsi, yəni "Meqa-Siti Holdinq” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 m2-dən ibarət olan 3 otaqlı mənzilə onun - İddiaçı payçı kimi mülkiyyət hüququnun tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, o cümlədən 10000 manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd etmişdir ki, zərərçəkmiş şəxs İddiaçı ilə bağlı epizoddan göründüyü kimi qeyd edilən mənzil İddiaçı əlavə başqa bir müştərinin də adına rəsmləşdirilmişdir və hazırda cinayət icraatı üzrə həmin mənzillə bağlı mübahisənin ədalətli həll edilməsi cinayət işinin apellyasiya baxışının əlavə yubanmasının nəticələnəciyi ehtimalları nəzərə alaraq, bununla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırılması hüququnun olması izah edilmişdir. Məhz bu qərar iddiaçının hazırki iddianın verilməsinə əsas olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd edilməlidir ki, Cavabdeh1 hüquqları pozulmadığından və o evlə təmin edildiyindən onun mülki iddiaçı kimi tanınması cinayət işinin baxış predmeti olmamış və bu hala qiymət verildiyindən, digər tərəfdən mübahisə edilən mənzilin fərqli və ya eyni mənzil olması belə müəyyən edilmədiyindən, lakin cinayət işi üzrə məhz iddiaçının bu əsasla iddiasının pul tələbləri üzrə mülki iddiası təmin edildiyindən və mənzil tələbi təmin edilmədiyindən, eyni predmet üzrə tələb təmin edillə bilməz. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən haqsız olaraq MPM-nin 82.4 -cü maddəsini düzgün tətbiq etməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2644/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadındakı hüquqi mövqeyə zidd qətnamə qəbul etməsi əsasları müəyyən (sübut) edilməmişdir.
24. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) və ekspertiza xərcləri iddiaçıya aid edilməlidir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, onun kooperativlə olan müqavilə münasibətlərinə (öhdəliklərin yerinə yetirmədiyinə) görə mütləq mülki məsuliyyət (başqa əsaslarla çıxış etmədiyi təqdirdə) sonuncuya mənsubdur və cavabdeh mülki qanunvericiyə müvafiq kooperativə qarşı zərər və sair üzrə tələblər irəli sürməkdə haqlıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1464/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.