Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3270/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Hüseẏn qızının, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Maknir Sərifovun və İddiaçı9 Cavabdeh-yə qarşı (üçüncü şəxs "xxxx" MTK cəlb olunmaqla) "manelərin aradan qaldırılması və torpağın yerində ölçülərəkkimə məxsus olunmasnın müəyyən edilməsinə dair" ilk və Cavabdeh-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 Hüseẏn qızına, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Maknir Sərifova, İddiaçı9 və "xxxx" MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(004)-100/2022 nömrəli qərardadından İddiaçı1 vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh-yə qarşı (üçüncü şəxs "xxxx" MTK cəlb olunmaqla) iddia ərizəsi məhkəməyə müraciət edərək, “Cavabdeh-nin qanunsuz zəbt edilmiş (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 37 ilə Mətbuat prospekti 3141 məhəllə arasında olan məsafəyə aid) binaların sakinlərinə məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Həmçinin, Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 Hüseẏn qızına, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Maknir Sərifova, İddiaçı9 və "xxxx" MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsinin üzərində inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)- 100/2021 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən ilk iddia üzrə İddiaçı1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(103)-11997/2021 saylı qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)-100/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(004)- 100/2021 saylı qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli, 2(004)-100/2021 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra ilkin iddia üzrə İddiaçı1 vəkili Nümayəndə şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.01.2022-ci il tarixli, 2(004)-100/2021 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim qərar qəbul edərkən öz qərəzliyini birbaşa büruzə verməklə, Mülki Prosessual Məcəlləyə yeni dəyişikliklərinin normalarını göstərməklə (elektron məhkəmə informasiya sistemini) konkret olaraq hansı formada yeni qanunvericiliyə uyğun olaraq apellyasiya şikayətinin tərtib edilməməsini göstərməməklə, qərəzli olaraq qanunsuz və əsassız qərardad qəbul edərək, apellyasiya şikayətini 2 (iki) ay özündə saxlayaraq, baxmayaraq ki, apellyasiya şikayəti 04 dekabr 2021-ci ildə elektron sistem üzrə göndərilmişdir, sadəcə olaraq hakim cavabdehin vəkili rolunda çıxış edərək apellyasiya şikayətini göndərməkdən boyun qaçırmışdır. Bununla yanaşı, vəkil Nümayəndə 23 fevral 2022-ci il tarixdə 2 dəfə “COVİD” diaqnozu ilə müalicə olunmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(004)-100/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, şikayətdə 28.01.2022-ci il tarixli qərardadın ləğv olunması tələb edilir, lakin iş materialları ilə müəyyən edilir ki, həmin tarixdə birinci instansiya məhkəməsi tərəfindən hər hansı qərardad qəbul edilməmişdir, kollegiya belə qənaətə gəlir ki, ilk iddia üzrə iddiaçının vəkili texniki yanlışlığa yol vermiş, qərardadın tarixini səhvən 28.01.2022-ci il olaraq qeyd etmişdir, belə olan halda kollegiya barəsində şikayət verilən qəraradadın 26 yanvar 2022-ci il tarixli qərardad kimi qəbul edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk iddia üzrə iddiaçının Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)-100/2021 saylı qətnaməsindən vermiş olduğu apelyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən, həmçinin apellyasiya şikayətinin formasını müəyyən edən, MPM-yə əlavə 2-də göstərilən formaya əməl edilmədən verildiyindən birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin barədə düzgün hüquqi nəticəyə gəlmişdir, qərardad qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 151, 152, 263, 264, 397, 398-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli, 2(004)-100/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3270/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3270/2022
15.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver