Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3273/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-668/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurduğu maddi zərərin əvəzi olan 10630 manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 01.11.2016-cı il tarixdə, saat 05:30 radələrində 382243 nömrəli etibarnamə əsasında idarə etmiş olduğu ** SU *** dövlət nömrə nişanlı «Peugeot» markalı avtomobili ilə hərəkətdə olarkən Gədəbəy rayonunun Qarıkənd kəndi ərazisindən keçən magistral yolda ona məxsus olan xırda buynuzlu heyvanlarından on dörd başını, yəni iki baş erkək damazlıq qoçu, on iki baş isə doğar qoyunu vurub hadisə yerində öldürmüşdür. Hadisə zamanı yaralanmış altı baş doğar qoyun isə qısa müddətdən sonra ölmüşdür. Beləliklə, cavabdehin təqsiri nəticəsində iyirmi baş xırda buynuzlu heyvanının öldürülməsi ilə ona maddi ziyan vurulmuşdur. Bazardan aldığı «xxxx» MMC-nin arayışına əsasən, iki dəfə doğar bir baş qoyunun alışsatış qiyməti 160-180 manat, bir baş cins erkək heyvanın alış-satış qiyməti isə 230-250 manat məbləğindədir. Ona görə doğar qoyunların on səkkiz baş olmaqla, cəmi dəyərləri bir başını 200 manatdan hesablamaqla 3600 manat, iki baş qoçun dəyəri isə 300 manatdan hesablamaqla 600 manat edir. Həmçinin, həmin on səkkiz baş doğar qoyunun üç il ərzində doğar balalarının bir ilini güzəşt gedərək iki ilin pulu olaraq otuz altı baş quzunun dəyərini 180 manatdan hesablamaqla, cəmi dəyəri 6430 manat təşkil edir. Üç ilədək onun həmin maddi ziyan tələbi ilə əlaqədar orqanlara şikayətlər etməsi ilə keçirdiyi mənəvi iztirablarının əyəri qiymətsizdir. Beləliklə, cavabdehdən ona vurduğu maddi zərərin dəyəri ümumilikdə 10630 manatdır. Dəfələrlə cavabdehdən ona vurduğu maddi zərərin əvəzini ödəməsini tələb etsə də müxtəlif bəhanələrlə imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia verərək, cavabdeh İddiaçı təqsirli hərəkətlərinin nəticəsi olaraq ona vurulmuş 5800 manat məbləğində maddi zərərin, 3000 manat məbləğində mənəvi zərərin, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, hərbçidir və gündəlik olaraq Gədəbəy rayonu Qarıkənd kəndi ərazisindən keçərək iş yerinə gedir. 01.11.2016-cı il tarixində, səhər 05:30 radələrində işə gedən zaman körpünün üzərindən keçərkən İddiaçı otardığı xırdabuynuzlu heyvan sürüsünü körpünün üstünə çıxarmış və nəticədə idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə İddiaçı təqsirli hərəkətləri səbəbindən ona xeyli miqdarda zərər dəymiş və idarə etdiyi «Peugeot» markalı, **-SU-*** dövlət qeydiyyat nömrəli avtomobil tam yararsız vəziyyətə düşmüşdür. Hadisə zamanı İddiaçı bildirmişdir ki, ona məxsus olan avtomobili təmir etdirə bilməyəcək, çünki onun otardığı heyvanların müəyyən hissəsi məhv olmuş, ona da maddi zərər dəymişdir. Bacardığı qədər çalışacaq ki, ona dəymiş ziyanın müəyyən hissəsini ödəsin. Lakin yol-nəqliyyat hadisəsindən 3 il keçdikdən sonra İddiaçı ona qarşı iddia qaldırmış, öz təqsiri olduğu halda ondan 10630 manat pul tələb etmişdir. Halbuki yol-nəqliyyat hadisəsində o təqsirli olsaydı, dərhal ona qarşı iddia qaldırardı. Üç il ərzində iddia qaldırmaması sübut edir ki, o yol nəqliyyat hadisəsində özünü təqsirli saymış, özünün qanunsuz hərəkətlərinin nəticəsini dərk etmiş və hadisə sovuşduqdan sonra öz təqsiri səbəbindən ona dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaqda özünü haqlı hesab etmişdir. İddiaçı təqsirli olmasını sübut edən hallardan biri də budur ki, o otardığı heyvanları mexaniki nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş asfalt örtüklü yolun hərəkət hissəsinə çıxarmış və heyvanların keçməsi üçün nəzərdə tutulmamış yerdən keçirmişdir. Halbuki, heyvanlar şüurlu olmadığından onların yolun digər tərəfinə keçməsi ehtimalı olan yerlərdə yolun hərəkət hissəsində gedən sürücüləri xəbərdar edən lövhələr quraşdırılır və bu cür heyvanları keçirən şəxslər də ilk olaraq heyvanların təhlükəsiz keçirilməsini təmin etməli və yol hərəkəti iştirakçılarına heç bir maneə yaratmamalıdır. Göründüyü kimi İddiaçı qanunun tələbini pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur, lakin hələ ondan tələf olmuş heyvanlarının pulunu almağa da cəhd edir. Bu azmış kimi, heyvanlarının iki və üç illik artım ehtimallarını da qeyd edərək «belə olsaydı, belə olacaqdı» kimi ehtimallarla iddiasını əsaslandırmağa çalışır. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərər İddiaçı alınaraq ona ödənilməlidir. Halhazırda ona dəymiş zərər 5800 manat təşkil edir. Yol-nəqliyyat hadisəsinin üstündən üç ilədək vaxt keçməsinə baxmayaraq, o hələ də avtomobili təmir etdirə bilməmişdir. Bu isə onun işə gedib-gəlmək üçün kifayət qədər əlavə pul xərcləməsi ilə nəticələnmişdir. Eyni zamanda yol-nəqliyyat hadisəsi zamanı aldığı əsəb sarsıntısı səbəbindən başında kəskin ağrılar başlamış, uzun müddətdir baş nahiyəsindən müalicə kursu almışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)- 668/2020 saylı qətnaməsi ilə (hakim Səlimə Miriyeva) ilk iddia qismən təmin olunmuş, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 5700 (beş min yeddi yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ilk iddia tələbi üzrə ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun 15 manatı ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh aid edilməsi, ekspertizanın aparılması üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının ilk iddia üzrə Cavabdeh alınaraq ilk iddia üzrə İddiaçı verilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsində göstərilənlə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam və hərtərəfli araşdırılmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, ilk iddai ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ilk iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respubikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsi tərəfindən Gədəbəy rayon Polis Şöbəsinə göndərilmiş İddiaçı tərəfindən Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə ünvanlanmış ərizənin surətində qeyd edilmişdir ki, 01.11.2016-cı il tarixdə Gədəbəy rayonu Qarıkənd kəndi ərazisində Cavabdeh idarə etdiyi avtomobillə ona məxsus on dörd baş heyvanını vuraraq öldürmüşdür. Hadisə baş verdiyi zaman, Cavabdeh hərbçi olmasını və səhvini boynuna alaraq dəyən ziyanı ödəyəcəyini bildirməsini nəzərə alaraq polisə müraciət etməmişdir. Lakin onun ziyanı ödənilməmiş, aldadılmışdır. Odur ki, Cavabdeh barəsində müvafiq tədbir görülməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respubikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə «N» saylı hərbi hissə 4-cü tabor komandirinin şəxsi heyyətlə iş üzə müavini vəzifəsində xidmət edən X9 tərəfindən verilmiş izahatın surətində göstərilmişdir ki, 01.11.2016-cı il tarixdə, saat 09:00 radələrində hərbi hissənin 4-cü tabor 15-ci bölüyündə pulemyot manqa komandiri vəzifəsində xidmət edən MAHHXHQ əsgər Cavabdeh ona yaxınlaşaraq məruzə etmişdir ki, Qarıkənd kəndi ərazisində magistral yolda yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Nazim Məmmədova məxsus olan sürüyə idarə etdiyi avtomobil ilə xəsarət yetirmiş, bir neçə qoyunu tələf etmişdir. O isə öz növbəsində əsgər Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsi barədə yuxarı komandanlığa məruzə etmişdir. Eyni zamanda ona zərər vurduğu şəxslə razılığa gəldiklərini və zərəri ödəyəcəyini bildirmişdir. İşdə olan Azərbaycan Respubikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə «N» saylı hərbi hissə 4-cü tabor 15-ci bölük pulemyot manqa komandiri vəzifəsində xidmət edən Cavabdeh tərəfindən verilmiş izahatın surətində göstərilmişdir ki, 01.11.2016-cı il tarixdə, saat 05:30 radələrində 382243 nömrəli etibarnamə əsasında idarə etdiyi, dövlət nömrə nişanı ** SU *** olan «Peugeot» markalı avtomobillə hərəkətdə olarkən hava qaranlıq olduğundan yolu yaxşı görə bilməmiş, Qarıkənd kəndi ərazisində magistral yolda əvvəllər tanımadığı X6 apardığı qoyun sürüsünü vuraraq hadisə törətmiş və bunun nəticəsində N.İddiaçı məxsus on dörd baş xırdabuynuzlu heyvanı vuraraq xəsarət yetirmiş, avtomobilini saxlayaraq N.İddiaçı narahat olmağa heç bir səbəb olmadığını, dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Onlar həmin vaxt N.İddiaçı ilə zərərin ödənilməsi ilə bağlı şifahi razılığa gəlmiş və eyni zamanda o, yaralanan altı baş qoyunu da yaşadığı ünvana aparacağını, ümumilikdə on dörd baş qoyunun pulunu hər ay hissə-hissə konkret məbləğ bildirmədən ödəyə biləcəyini bildirmiş, telefon nömrəsini təklif etmiş və öz telefon nömrəsini də N.İddiaçı vermişdir. Sonradan N.İddiaçı öz atası İddiaçı zəng edərək hadisə barədə və eyni zamanda onun etdiyi təklif barədə atasına məlumat vermiş, atası İddiaçı razılığı ilə yaralanmış altı baş qoyunu Gədəbəy rayonunun Novasaratovka ərazisində Ləzmin dərəsi adlı yerdə yerləşən atası Qəhrəman Məmmədova məxsus fermaya aparmışdır. O, İddiaçı və oğlu N.İddiaçıla bir neçə dəfə telefon əlaqəsi saxlayaraq ona probemlərinin olmasını və tezliklə vurduğu ziyanı ödəyəcəyi barədə məlumat vermişdir. Həmçinin, verilmiş suala cavab olaraq bildirmişdir ki, N.İddiaçıla şifahi razılığa gəldiklərindən hüquq mühafizə orqanlarına heç bir məlumat verməmiş, bu səbəbdən də hüquq mühafizə orqanlarının əməkdaşları hadisədən xəbərsiz olduqlarından hadisə yerinə gəlməmişlər. Ziyana gəldikdə isə o, dəymiş ziyanın ödənilməsini öz öhdəsinə götürmüşdür. N.İddiaçı dəymiş ziyanı bu vaxta kimi ödəməməsini isə ailə problemləri, maddi vəziyyəti ilə izah etmiş, bu barədə N.İddiaçı və eyni zamanda onun atası İddiaçı məlumat verdiyini bildirmişdir. Son olaraq, izahata öz yazısı ilə əlavə etmişdir ki, vurulmuş ziyanı hər ay hissə-hissə ödəməyi öz öhdəsinə götürür. İşdə olan Gədəbəy rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 04.12.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə verdiyi telefon məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. İşdə olan Gədəbəy rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş 14.08.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilmədiyindən Gədəbəy rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 04.12.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, material üzrə əlavə araşdırmanın aparılması üçün Gədəbəy rayon Polis Şöbəsinə qaytarılmışdır. İşdə olan Gədəbəy rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 31.08.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, əməldə cinayət tərkibi olmadığı üçün cinayət işi başlanması rədd edilmişdir. İşdə olan Gədəbər rayon Prokurorluğunun məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərdiyi 30 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Gədəbəy rayon Polis Şöbəsinin TB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31.08.2018-ci il tarixli qərarı hazırda qüvvədədir. İşdə olan «Fame-Pro» Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş 23.06.2020-ci il tarixli kənd təsərrüfatı heyvanlarının qiymətləndirmə hesabatından görünür ki, 14 baş xırdabuynuzlu heyvanın (12 baş doğar qoyun, 2 baş erkək damazlıq qoç) 01.11.2016-ci il tarixə olan bazar dəyəri 3700 (üç min yeddi yüz) manat təşkil edir. İşdə olan Gədəbəy rayonu «xxxx» MMC tərəfindən verilmiş 17.06.2019-cu il tarixli, 14 nömrəli arayışdan görünür ki, 2016-cı ilin oktyabr-noyabr aylarında bir baş iki dəfə doğar boğaz qoyunun, sağlam heyvanın alış-satış qiyməti 160-180 manat olmuşdur. Bir baş cins erkək heyvanın alış-satış qiyməti 230-250 manat olmuşdur. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən – Cavabdeh 01.11.2016-cı il tarixdə, saat 06:30 radələrində idarə etdiyi «Peugeot» markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X6 apardığı İddiaçı məxsus qoyun sürüsünü vurmuşdur. Hadisə nəticəsində İddiaçı məxsus ümumilikdə on dörd baş xırdabuynuzlu heyvan xəsarət almışdır. Həmin heyvanlardan səkkizi hadisə yerində ölmüş, altısı yaralanmış, onlar da sonradan ölmüşdür. Beləliklə, hadisə nəticəsində on dörd baş xırda buynuzlu heyvan ölmüşdür. Hadisə baş verdikdən sonra Cavabdeh heyvanların sahibi İddiaçı ilə razılaşaraq ona on dörd baş heyvana görə dəymiş ziyanı ödəyəcəyini bildirmiş, İddiaçı bununla razılaşmış, aralarında razılığa gəldiklərindən hadisə ilə bağlı müvafiq orqanlara heç bir məlumat verilməmişdir. İşin yuxarıda qeyd edilən halları iş materiallarına əlavə edilmiş izahatlarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında həm İddiaçı, həm də Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə və Gədəbəy rayon Polis Şöbəsinə verdiyi izahatların surətləri mövcuddur. Həmin materiallardan görünür ki, İddiaçı 07.11.2017-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə müraciət etmiş, 01.11.2016-cı il tarixdə Cavabdeh idarə etdiyi avtomobillə ona məxsus qoyun sürüsünü vurduğunu, nəticədə on dörd heyvanın xəsarət aldığını, onlardan altısının sonradan öldüyünü bildirmişdir. Hadisə ilə bağlı izahat verən Cavabdeh tabor komandirinin müavini izahat vermiş, həmin gün əsgər Cavabdeh ona yaxınlaşaraq yol-nəqliyyat hadisəsi törətdiyini, idarə etdiyi avtomobillə qoyun sürüsü vurduğunu, hadisə nəticəsində heyvanların xəsarət aldığını, bir neçəsinin öldüyünü, dəymiş ziyanı ödəyəcəyini, bu barədə heyvanların sahibi ilə razılığa gəldiyini demişdir. İzahatı alınan Cavabdeh da ərizədə qeyd edilənləri təsdiqləyən məzmunda izahat verərək həmin yol-nəqliyyat hadisəsinin həqiqətən baş verdiyini, hadisə zamanı idarə etdiyi avtomobillə on dörd baş heyvana xəsarət yetirdiyini, həmin on dörd baş heyvana görə dəymiş ziyanı ödəməyə söz verdiyini, bu səbəbdən heyvan sahibi ilə aralarında razılıq əldə olunduğunu və heç bir dövlət orqanına müraciət olunmadığını bildirmiş, ziyanı həmin vaxta qədər ödəməməsini maddi durumu ilə izah etmiş, bununla belə İddiaçı on dörd baş heyvana görə vurduğu ziyanı hər ay hissəhissə ödəyəcəyinə söz vermişdir. Göründüyü kimi hadisənin baş vermə yeri, vaxtı, hadisə vaxtı xəsarət alan heyvanların sayı, yol-nəqliyyat hadisəsi baş verən vaxt aidiyyəti orqanlara hadisə ilə bağlı məlumat verilməməsinin səbəbi, Cavabdeh X4 məxsus on dörd baş heyvana dəymiş ziyana görə pul ödəməyi öhdəsinə götürməsi ilə bağlı tərəflər birbirini təsdiqləyən məzmunda izahatlar vermişlər. Belə ki, yuxarıda qeyd edilənlərin hamısını Cavabdeh öz izahatında təsdiq etmiş, on dörd baş heyvana dəymiş ziyana görə İddiaçı pul ödəməyi öhdəsinə götürdüyünü açıq şəkildə qeyd etmişdir. Lakin, toplanmış materiallar aidiyyəti üzrə Gədəbəy rayon Polis Şöbəsinə göndərildikdən sonra, Cavabdeh təxminən bir ay əvvəlki izahatından fərqli məzmunda yeni izahat vermiş, yol nəqliyyat hadisəsinin heyvan sürüsünün qaranlıq havada heç bir işıq olmadan asfalt yolda aparıldığına görə baş verdiyini, ümumilikdə on dörd baş heyvan öldüyünü, onlardan altısını öz atasının fermasına apardığını və orada öldüyünü, hadisənin onun təqsirinə görə baş vermədiyini, hadisə nəticəsində avtomobilinə də xeyli ziyan dəydiyini, lakin bütün bunlara baxmayaraq, dəymiş ziyanı hissə-hissə ödəyəciyini bildirmişdir. Cavabdeh 25.08.2018-ci il tarixdə Gədəbəy rayon RPŞ-də hadisə ilə bağlı yenidən izahatı alınmış, o bu dəfə tamam fərqli məzmunda izahat verərək baş vermiş hadisədə heç bir təqsiri olmadığını, əksinə İddiaçı məxsus heyvanların qadağan olunmuş vaxtda qadağan olunmuş yolla aparıldığına görə ona məxsus avtomobilə ziyan dəydiyini, buna görə İddiaçı ona dəymiş ziyanı ödəməli olduğu halda, ondan pul tələb etdiyini bildirmiş, həmin pulu ödəməyəcəyini qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh 01.11.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı üç dəfə izahat vermiş, onlardan ilkində İddiaçı dediklərini təsdiqləsə də sonradan verdiyi izahatlarında hər dəfə ifadələrini dəyişmiş, ən son verdiyi izahatında isə hadisədə heç bir təqsiri olmadığını və ziyanı ödəməyəciyini bildirmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh Gədəbəy rayon Polis Şöbəsinə sonradan verdiyi 02.12.2017-ci il tarixli və 29.08.2018-ci il tarixli izahatlara tənqidi yanaşaraq qeyd etmişdir ki, Cavabdeh ilk izahatında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürdüyü, İddiaçı on dörd baş heyvana görə dəymiş ziyanı ödəməyi qəbul etdiyi halda, sonrakı izahatlarında bunu inkar etməsi yalnız onun məsuliyyətdən yayınmaq cəhdi kimi qəbul edilməli və həqiqətə uyğun hesab edilməməlidir. Belə ki, xüsusən ilk iki izahat arasında təxminən bir ay vaxt keçmiş, lakin Cavabdeh izahatının məzmununu əhəmiyyətli dərəcədə dəyişmişdir. Buradan aşkar görünür ki, Cavabdeh sonrakı izahatlarında sadəcə olaraq baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məsuliyyətdən yayınmağa çalışmış, bu səbəbdən qarşı tərəfi ittiham edən məzmunda reallığa uyğun olmayan izahatlar vermişdir. Odur ki, həmin izahatlar inandırıcı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi on dörd baş heyvana görə ilk iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlı qeyd etmişdir ki, «Fame-Pro» Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş 23.06.2020-ci il tarixli kənd təsərrüfatı heyvanlarının qiymətləndirmə hesabatından görünür ki, 14 baş xırdabuynuzlu heyvanın (12 baş doğar qoyun, 2 baş erkək damazlıq qoç) 01.11.2016-ci il tarixə olan bazar dəyəri 3700 (üç min yeddi yüz) manat təşkil edir. Məhkəmə, həmçinin qarşılıqlı iddia tələbinə münasibət qeyd etmişdir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia tələbindən görünür ki, iddia tələbi 5800 manat məbləğində maddi və 3000 manat məbləğində mənəvi zərərdən ibarətdir. İşdən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı məxsus heyvanların qaranlıq havada və qanunla heyvan ötürülməsinə yol verilməyən asfalt yolda nəzarətsiz saxlandığına görə avtomobilinin həmin heyvanları vurduğunu, bu qanunazidd davranış nəticəsində avtomobilinə 5800 manat məbləğində zərər dəydiyini qeyd edir. Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Bu mənada əgər qarşılıqlı iddiaçı cavabdehin davranışı nəticəsində onun avtomobilinə zərər dəydini iddia edirsə ilk növbədə həmin davranışın hüquqa zidd olduğunu, daha sonra həmin davranış ilə vurulmuş zərərlə faktı arasında səbəbli əlaqə olduğunu sübut etməlidir. Hazırkı işdən isə bu halların heç biri müəyyən olunmur. Əksinə, qarşılıqlı iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 8-ci Təhqiqat Bölməsinə verdiyi 07.11.2017-ci il tarixli izahatında yol-nəqliyyat hadisəsinin baş verməsinə görə bütün məsuliyyəti öz üzərinə götürmüş, avtomobilinə dəymiş hansısa zərərdən bəhs etməmiş, vurduğu zərəri isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Hazırkı qarşılıqlı iddia ərizəsində isə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 47-ci maddəsinə istinad edərək yol nəqliyyat hadisəsinin baş verməsində qarşı tərəfin təqsiri olduğunu iddia etmişdir. Yəni o, yol nəqliyyat hadisəsinin baş verməsindən üç il sonra - yalnız ona qarşı məhkəmədə iddia qaldırıldanda həmin hadisənin törədilməsində qarşı tərəfi təqsirli bilmiş, üstəlik əvvəlcə nəyə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü də məntiqi cəhətdən izah edə bilməmişdir. Halbuki, qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddiaçı özü İddiaçı üç il sonra məhkəmədə iddia qaldırması barəsində qeyd etmişdir ki: «...yol-nəqliyyat hadisəsində o təqsirli olsaydı, dərhal ona qarşı iddia qaldırardı. Üç il ərzində iddia qaldırmaması sübut edir ki, o yol nəqliyyat hadisəsində özünü təqsirli saymış, özünün qanunsuz hərəkətlərinin nəticəsini dərk etmiş və hadisə sovuşduqdan sonra öz təqsiri səbəbindən ona dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaqda özünü haqlı hesab etmişdir.» Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh öz verdiyi izahatdan məlum olur ki, o, on dörd baş heyvanın pulunu hissə-hissə ödəməyə söz verib polisə müraciət edilməməsini istəmiş, bu barədə qarşı tərəflə razılaşmışdır. Yəni vaxtında aidiyyəti orqanlara müraciət edilməsinin səbəbi qarşılıqlı iddiaçının hesab etdiyi kimi cavabdehin özünü təqsirli bilməsi yox, Cavabdeh zərəri ödəməklə bağlı verdiyi vəd olmuşdur. Həmçinin, İddiaçı hadisə ilə bağlı ilk müraciəti hadisədən üç il sonra yox, bir il sonra 07.11.2017-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə olmuşdur. Əksinə, Cavabdeh isə avtomobilinə dəymiş ziyanla bağlı hazırkı tarixədək hər hansı orqana heç bir müraciət etməmişdir. Hər bir halda məhkəmə qarşılıqlı iddia ərizəsində mal-qaranın ötürülməsi ilə bağlı yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qeyd edilənlərə münasibət bildirir ki, qarşılıqlı iddiaçı qeyd etdiklərini təsdiq edəcək heç bir sübutu qarşılıqlı iddia ərizəsinə əlavə etməmişdir. Qarşılıqlı iddia ərizəsinə on beş fotoşəkil əlavə edilmişdir ki, həmin fotoşəkillərdə də qəzalı ağ rəngli avtomobil və asfalt bir yoldan başqa heç nə müəyyən edilməmişdir. Birinci isntansiya məhkəməsi qarşılqlı iddianın həmçinin mənəvi zərər hissədə də əsassız olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı sayaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdə zərəri iddiaçıya ödəmək vəzifəsi vardır. Cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda cavabdehin hadisə ilə bağlı inzibati məsuliyyətə cəlb olunmaması halı vəziyyəti dəyişdirmir. İşdə olan sübutlar hadisə ilə bağlı cavabdehin mülki məsuliyyətinin mövcudluğunu tam təsdiq edir. Həmçinin, istər cinayət işinin başlanmasının rədd olunması barədə qərarlar, istər Gədəbəy rayon prokuroru tərəfindən qəbul edilmiş 14.08.2018-ci il tarixli qərar, istərsə də digər sübutların (izahatlar və s.) qarşılıqlı müqayisəsi cavabdehin baş vermiş hadisədə mülki məsuliyyətinin mövcudluğu və bununla bağlı dəymiş ziyanı iddiaçıya ödəmək öhdəliyinin yaranması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını ümumi sözlərlə əsaslandırmağı çalışmışdır. Beləliklə, ilk iddia yoxlanılan hissədə əsaslı olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianı rədd etmişdir (cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi halları da əsaslandıra və sübut edə bilməmişdir). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-668/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(010)-668/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-3273/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3273/2021
04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver