Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3278/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)- 4311/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli borc müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehlər Rzaquliyev Ələkbər İlham oğlu və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 4800 manat əsas borc, 1440 manat cərimə borcu, cəmi 6240 manat məbləğində borcun tutulması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh1 ilə onun arasında bağlanmış borc müqaviləsinə əsasən o, Cavabdeh1 avtomaşın alınması üçün 15 ay müddətində 4800 manat məbləğində borc vermişdir. Borc öhdəliyinin təmin edilməsi üçün o, Cavabdeh2 ilə xx.xx.2012-ci il Zaminlik Müqaviləsi bağlamış, müqavilənin şərtlərinə əsasən Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə onun qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin 3.2-ci bəndinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini 15 ay müddətində hər ay bərabər hissələrlə, 320 manat vəsait ödəməli idi. Cavabdeh1 xx.xx.2012-ci il tarixində pulu götürmüş, lakin borc müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq ödənişləri gecikdirmiş və heç bir ödəniş etməmişdir. Cavabdehə gecikdirilmiş borcun qaytarılması haqqında bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər gecikdirilmiş borcun qaytarılması təmin edilməmişdir. Borc müqaviləsinin 4.2-ci bəndinə əsasən cavabdeh hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1%-i məbləğində borcverənə cərimə pulu ödəməlidir. Borc Müqaviləsinin 6.3-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklər icra edilmədikdə Borcalan pulu və Borcverənə dəymiş zərəri tam həcmdə ödəməlidir. Borc müqaviləsinin 7.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklər icra edilmədikdə borcverənin borcalandan cərimə pulu və dəymiş zərəri tam həcmdə ödənilməsini tələb etmək hüququ var. Zaminlik müqaviləsinin 4.2.1-ci bəndinə əsasən borcalanın zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi barədə borcverəndən bildiriş aldığı zamandan 5 gün müddətində borclunun öhdəliyini icra etməlidir. Hal-hazırda Cavabdeh1 ona 4800 manat əsas borc, 1440 manat cərimə borcu,cəmi 6240 manat məbləğində borcu vardır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin həcminin azaldılmasına dair ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4800 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(010)-382/2013 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 15 iyul 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv ediliərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2 (010)-382/2013 saylı qərardadı ilə Suraxanı rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2 (010)-382/2013 saylı qiyabi qətnaməsi ləğv edilərək mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 4800 (dörd min səkkiz yüz) manat borc və iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı müqavilələrə əsasən həmin 4800.0 manat məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və xx xxxxxxxx 2019-cu il tarixdə mülki işə baxılaraq 2(010)-4311/2019 saylı qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmişdir. Bunu bildikdən sonra xx.xx.2019-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək rəsmi olaraq qətnamə almışdır. Bununlada qanunvericiliyin və işin faktiki hallarına görə hesab edir ki, Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4311/2019 saylı qətnaməsi aşağıda göstərilən əsas və subutlara görə, maddi və prosessual hüquq normalarının pozulması və mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən apellyasiya icraatı qaydasında ləğv edilməli və iş materiallarında müəyyən edilmiş hallar və apellyasiya şikayətinə əlavə edilmiş sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki işin materialları və iddia ərizəsi ilə tanış olduqdan sonra tam əminliklə bildirir ki, iddia ərizəsində qeyd edilənlər reallığı əks etdirmir, yalan və saxta sənədlər əsasında borc yaradılmaqla qətnamə ilə üzərlərinə öhdəlik qoyulmuşdur. Reallıqda Müqavilə üzrə borc verən şəxslə yəni iddiaçının onlarla heç bir tanışlığı və əlaqələri belə yoxdur. Belə ki, biz cavabdehlər tanıdıqları X1 avtomobil almaq və həmin avtomobilə görə hər ay müəyyənləşmiş məbləği ödəməklə “ZaminBank”ın 20 yanvar yaxınlığında yerləşən filialı ilə razılığa gəlmişdir. Həmin gün C.Z.Paşayev onlara zəng edərək, bankda ona zamin durmağı xahiş etmişdir. Onlar iddia ərizəsi üzrə cavabdehlər hər ikisi onların razılaşdıqları bankda zamin durmuşlar. Lakin mülki işin materiallarına əlavə edilmiş müqavilələr həqiqəti əks etdirmir. Beləki, hesab edirlər ki, həmin müqavilələr onlar tərəfindən imzalanmamışdır. “Zamin Bank”da imzalanmış zaminlik müqavilələri avtomobil ilə bağlı olmuş və avtomobil nasaz olduğundan X1 avtomobili bir neçə dəfə dəyişdirsədə götürdüyü avtomobili banka geri qaytarmışdır. Xüsusi ilə onların tanıdıqları X1 reallıqda Bankla razılaşmaya əsasən birinci dəfə 1999-cu il buraxılışı olan metallik rəngli “Mersedes 2.4 mator C klas” markalı avtomobil götürülmüş və 2 gündən sonra avtomobildə olan problemə görə banka geri qaytarılmışdır. Bank onunla olan anlaşmaya əsasən təkrarən “HUNDAY” markalı avtomobili ona vermiş və qəbul etsədə həmin avtomobildə nasaz olduğundan 1 gün sonra geri qaytarılmışdır. Bank növbəsində həmin avtomobili geri alaraq ona “BMW E39” markalı 3,5 mator avtomobil versədə Ceyhun həmin gün banka geri qaytarmışdır. Bu proses bir neçə dəfə təkrarlandıqdan bank sonuncu avtomobili götürməklə normal və saz vəziyyətdə olan avtomobil gətirəcəyi barədə öhdəlik götürsədə bunu icra etməmiş və tərəflər arasında olan bütün anlaşmanı pozmaqla müqavilələri ləğv etmişdir. Bununlada mövcud olan hüquqi sənədlərə xitam verilməklə ləgv edilmişdir. Lakin İddiaçı kimliyi onlara məlum olmasada həmin şəxs İ gizlincə və saxta sənədlər düzəltməklə onlara qarşı borc yaratmış və məhkəməyə iddia verməklə əsassız qətnamə çıxarmağa nail olmuşdur. Əgər məhkəmə prosesində mülki iş üzrə iddiaçı iştirak edərsə onları tanımayacaqdır. Belə ki, həmin şəxslə onların heç bir anlaşması olmamış və ondan borc alınmamış, borc üzrə zamin olmamışlar. Bu cinayət faktlarının müəyyən olunması üçün yenidən məhkəmənin keçirilməsinə ehtiyac vardır. Beləki, qeyd olunanların tam sübuta yetirilməsi üçün kifayət qədər sübutları və bu prosesdə iştirak etməklə işin faktiki hallarını bilən şahidləri var. Eyni zamanda məhkəmə araşdırılması zamanı iddiaçının onlarla birlikdə çəkişmə prinsipləri ilə araşdırılarsa qeyd etdikləri tam sübuta yetiriləcəkdir. Əldə etdikləri məlumatlara əsasən məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, iddiaçı və onunla bərabər bu tip işlərdə iştirak edən digər şəxslər bir çox şəxsləri aldatmaqla cinayət işlədikləri üçün cinayət məsuliyyətinə cəlb edilməklə cəza çəkirlər. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş qətnaməsi apellyasiya şikayətinə əsasən ləğv olunmalıdır. Bununlada yuxarıda qeyd olunan hüquq normalarına əsasən hesab edirlər ki, Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(010)-4311/2019 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən apellyasiya icraatı qaydasında ləğv edilməlidir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 ərizə təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə təqdim olunmuş xx.xx.2019-cu il tarixli apellyasiya şikayətindən xəbəri yoxdur və həmin şikayəti o, imzalamamışdır. O, həmin şikayəti müdafiə etmir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli apellyasiya şikayətini Suraxanı rayon Məhkəməsinə o, xx xxxxxx 2020-ci il tarixdə təqdim etmişdir. Həmin apellyasiya şikayətində Cavabdeh1 əvəzinə kimin imza etməsindən xəbəri yoxdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4311/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya- Cavabdeh1 aid hissədə qeyri-mümkün hesab edilmişdir. Hazırki halda kollegiya qeyd edir ki, qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti mövcuddur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti olmasa da, digər cavabdehin fikri ilə razı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 aid təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdeh apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4311/2019 saylı qətnaməsi Cavabdeh2 aid təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə İddiaçı 4800 (dörd min səkkiz yüz) manat məbləğində borc almışdır. İşdə olan xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə borcverən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borc Müqaviləsinin 6.3-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklər icra edilmədikdə Borcalan pulu və Borcverənə dəymiş zərəri tam həcmdə ödəməlidir. Zaminlik müqaviləsinin 4.2.1-ci bəndinə əsasən borcalanm zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi barədə Borcverəndən bildiriş aldığı zamandan 5 gün müddətində Borclunun öhdəliyini icra etməlidir. İşdə olan İddiaçı Cavabdeh1 ünvanladığı borc müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə bildirişdən görünür ki, borcvevən sonuncudan 10 (on) gün müddətində ona olan borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh2 xx.xx.1988-ci ildə ünvan 1 ünvanında daimi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh1 xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 mənzil 131 ünvanında daimi qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş, digər Cavabdeh2 iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icrasına görə müqavilənin 2.1-ci bəndinə əsasən birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürdüyündən, onun subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, o iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Göründüyü kimi, borc öhdəliyi yerinə yetirilmədiyindən, iddiaçı haqlı olaraq Cavabdeh2 qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 müqaviləni imzalamadığını bildirdiyi üçün Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 aid hissədə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 4/793 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, Cavabdeh2 adına olan xx xxx 2012-ci il tarixli zaminlik müqaviləsinin 1-ci vərəqindəki 1-ci imza, 2-5-ci vərəqələrində “Zamin” qrafalarındakı imzalar Cavabdeh2 tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya apellyatorun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mülki işin i/v 83-də olan qəbzdən görünür ki, apellyator xx.xx.2019-cu il tarixdə keçiriləcək məhkəmə iclası ilə bağlı xəbərdar olmuş, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, sübutlarını təqdim etməmişdir. Kollegiya apellyatorun borc münasibətləri olmaması, onun zamin kimi öz üzərinə öhdəlik götürməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, apellyator tərəflərin iradə azadlığını ifadə etmiş zaminlik müqaviləsini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim etməmişdir. Əksinə onun müqavilədən xəbəri olmaması, müqaviləni imzalamaması ilə bağlı dəlilləri ekspert rəyi ilə təkzib olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu birinci instansiya məhkəməsi tərəfindən həll edilmişdir. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(010)-4311/2019 saylı qətnaməsi mübahisələndirilən- Cavabdeh2 aid iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh2 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3278/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3278/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver