Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3279/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı1 nümayəndə-vəkili, həmçinin İddiaçı2 vəkili Vəkil1, İddiaçı3 MMC-nin nümayəndələri X3 və X2, cavabdehin nümayəndə-vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1 tərəfindən birgə verilmiş, İddiaçı3 MMC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 MMC Cavabdeh qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı1 tərəfindən birgə verilmiş, İddiaçı3 MMC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayətlər mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən sorğu daxil olmuş və həmin məhkəmənin 2(005)-717/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində olan yalnışlığın düzəldilməsi məsələsinə baxılması üçün mülki işin geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən tərəflər mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində yol verilmiş yalnışlığın düzəldilməsi məsələsinə baxılması üçün mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində olan yalnışlığın düzəldilməsi məsələsinə baxılması üçün 2(103)- 3279/2023 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3279/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3279/2023
05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver