Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-328/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-188/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsinin müddəti bitdiyi tarixə 507000 manat, faiz borcu üzrə 66157,96 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 662,18 manat və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən etibarən hesablanan zərər (əldən çıxmış fayda) üzrə 54134,35 manat, cəmi 627954,49 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı) ümumilikdə 628044,49 manat tutulması, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, kiçik Qala-4 döngəsi, ev 13 ünvanında yerləşən yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 627954,49 manat məbləğində borcun ödənilməsi; Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi, ev 13 ünvanında yerləşən yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 1**-HF-***4 №-li kredit müqaviləsinə əsasən ona illik 16 faiz dərəcəsi ilə 550 000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi, ev 13 ünvanında yerləşən yaşayış evi xx xxxx 2017-ci il tarixli, 101-HFİ-3764 saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndlərinə əsasən Cavabdeh1 kreditdən istifadə müddəti 12 ay müəyyən edilmişdir. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun xx.xx.2018-ci il tarixə banka əsas borcu üzrə 507000 manat, faiz borcu üzrə 66157,96 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 662,18 manat və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən etibarən hesablanan zərər (əldən çıxmış fayda) üzrə 54134,35 manat, cəmi 627954,49 manat məbləğində kredit borcu yaranmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-188/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxx 2017-ci il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsi üzrə 507000 (beş yüz yeddi min) manat əsas, 60 500,89 (altmış min beş yüz manat səksən doqquz qəpik) manat faiz borcu, 662,18 (altı yüz altmış iki manat on səkkiz qəpik) manat cərimə borcu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən etibarən hesablanan zərər (əldən çıxmış fayda) üzrə 54 134,35 (əlli dörd min yüz otuz dörd manat otuz beş qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 20 (iyirmi) manat dövlət rüsumu, 40 (qırx) manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi, ev 13 ünvanında yerləşən yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitindən İddiaçı ASC-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən həmin vəsaitin qalan hissəsi Cavabdeh1 qaytarılması. Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi, ev 13 ünvanında yerləşən yaşayış evi satıldıqdan sonra bir ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh1 tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi qət olunmuşdur. Cavabdeh1 Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)- 188/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Səbail rayon Məhkəməsi iddianı təmin edərkən yalnız iddiaçı Bankın arqumentlərinə və təqdim etdiyi sənədlərə istinad etmişdir. Cavabdeh1 müxtəlif vaxtlarda kredit məbləğinin ödənilməsi məqsədi ilə Banka ödənişlər etmişdir. Son zamanlarda borcalanın maddi vəziyyəti pisləşdiyindən kreditin ödənilməsində problemlər yaranmışdır. Lakin onun Banka olan əsas və faiz borcu iddia ərizəsində göstərilən şişirdilmiş məbləğdən qat-qat azdır. Bundan başqa, Bank, Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin şərtlərini əsas götürərək borcalana 662,18 manat məbləğində cərimə tətbiq etmiş və həmin məbləğin tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lakin iş üzrə qəbul edilmiş qətnamədən də görünür ki, Bankın Cavabdeh1 tutulmasını tələb etdiyi cərimə borcunun məbləği yüksək olsa da, işə baxmış Səbail rayon Məhkəməsi qanunvericiliklə ona verilmiş səlahiyyətdən istifadə etməmiş, cərimə borcunun məbləğini azaltmamışdır. Bundan əlavə iddiaçı Bank müqavilənin bitdiyi tarixdən etibarən hesablanan zərərin ödənilməsi məqsədilə (əldən çıxmış fayda) 54.134,35 manat məbləğində pulun tutulmasını birinci instansiya məhkəməsindən xahiş etmiş, məhkəmə də bu tələbi təmin etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi ğu nəticə də əsassızdır. Belə ki, Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Mülki Məcəlləni 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama, qaytarmaqdan boyun qaçırma, ödənilməsini digər şəkildə gecikdirmə, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyəəsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.”. Lakin iddiaçı Bank, borcun qaytarılmaması nəticəsində cavabdehin bəhər və ya sair maddi xeyir əldə etməsini - faydalanmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə sübuta söykənməyən bu tələbi əsassız olaraq təmin etmişdir.İş üzrə yol verilmiş digər qanun pozuntusu isə ondan ibarətdir ki, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsində yerləşən 13 nömrəli evə yönəldilməsini qət etmiş məhkəmə, ipoteka predmetinin ilkin satış qiymətini özünün qətnaməsində göstərməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə, Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Lakin birinci instansiya məhkəməsi ipoteka predmeti olan evin ilkin satış qiymətini qətnamədə göstərməmiş, habelə evin hazırki real dəyərinin nə qədər olmasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin etməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, cavabdeh tərəfin vəsatətinə əlavə etdiyi qiymətləndirmə rəyində olan qiymət həddən artıq şişirdilmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti qətnamədə göstərilməmiş, bununla da, maddi hüquq normasının tələbləri pozulmuş, iş üçün mühüm əhəmiyyət kəsb edən ilkin satış qiyməti ilə bağlı araşdırma aparmamışdır. Buna görə də, məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-188/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2017-ci il tarixli, 1**-HF-***4 №-li kredit müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 illik 16 faiz dərəcəsi ilə 550000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli 101-NFİ-3764 №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, kreditin təminatı olaraq, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi, ev 13 ünvanında yerləşən yaşayış evi bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. İş materiallarında olan x xxxx 2017-ci il tarixli 1**-HF-***4 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx xxxxx 2017ci il tarixdən başlayıb xx xxxx 2018-ci il tarixdə bitməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İşdə olan RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi, 13 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********04 nömrəli İddiaçı ASC-ə ünvanlanmış məktubundan görünür ki, X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi 13 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, PKD/330 saylı pretenziya məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarından xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 xx xxxx 2017-ci il tarixli, 1**-HF-***4-13 saylı kredit müqaviləsi üzrə xx xxxx 2018-cı il tarixinə banka iddia qaldırılan günə əsas kredit borcu 507000 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə faiz borcu 66157,96 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 662.18 manat, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) 54134.35 manat, cəmi 627954.49 manat məbləğində borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28134 nömrəli, xx xxxx 2019cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair mədaxil elanları, hesabdan çıxarış məlumatları, xx xxxx 2017-ci il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəaların şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərara müvafiq olaraq Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx xxxx 2018-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 566500,89 manat: əsas borc üzrə 506000.00 manat, faiz borcu üzrə 60500,89 manat. xx xxxx 2018-ci il tarixə (müqavilə müddəti bitən tarixədən sonra illik 5%-lə hesablanmaqla) 575.074,78 manat: əsas borc üzrə 506.000,00 manat, faiz borcu üzrə 69.074,78 manat təşkil edir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qey edir: Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Kollegiya hesab edir ki, iddia tələbi 507000 manat əsas və 66157,96 manat faiz borcunun tutulması hissələrində qismən təmin edilməli, ekspert rəyi nəzərə alınmaqla, 506000 manat əsas borc, 60500,89 manat faiz borcu Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya iddia tələbinin kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən etibarən hesablanan zərərlə (əldən çıxmış fayda) bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin, icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikcə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin hallarından göründüyü kimi, kredit müqaviləsinin müddəti xx xxxx 2018-ci ildə bitmişdir. Ekspert rəyində müqavilə müddətinin sonundan, yəni xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək 5%-lə olan əldən çıxmış faydanı və faizi birlikdə 69074,78 manat kimi qeyd etmişdir. Buna görə də, kollegiya hesab edir ki, 5%-lə əldən çıxmış faydanın dəqiqləşdirilməsinə zərurət vardır. Belə ki, xx.xx.2018-ci il tarixdən maliyyə arayışının verildiyi xx.xx.2018-ci il tarixədək olan müddət 126 gün təşkil edir. Müqavilə müddətinin sonundan- xx.xx.2018-ci il tarixdən maliyyə arayışının verildiyi- xx.xx.2018-ci il tarixədək 126 gün üçün illik 5% hesablanmaqla əldən çıxmış fayda 8855 manat təşkil edir (126 gün x 5%:365 gün x 506000 manat əsas borc=8855 manat) Buna görə də, kollegiya hesab edir ki, iddia tələbi kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən etibarən hesablanan zərər (əldən çıxmış fayda) üzrə 54134,35 manat tələb hissəsində qismən təmin edilməli, 8855 manat əldən çıxmış fayda Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi dəbbə pulu ilə bağlı hissədə əsaslı olduğundan, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tənasübsüzlük müəyyən olunmadığından, həmin hisədə iddia təmin edilməli, 662,18 manat cərimə borcu Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MM-nin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-nin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. MM-nin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. MM-nin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca icra etmədiyindən, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri Cavabdeh1 tərəfindən pozulduğundan və onun tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirmədiyindən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-188/2019 saylı qətnaməsində ipoteka predmetinin satış qiymətinə münasibət bildirilmədiyindən, Bakı şəhəri, Səbail rayonu, kiçik Qala-4 döngəsi, ev 13 ünvanında yerləşən yaşayış evinin qiymətləndirilməsi barədə məhkəmə kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin olunmuşdur. Belə ki, “xxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala döngə 4, ev 13 ünvanında, Cavabdeh2 xüsusi mülkiyyətində olan, ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, 0269927No-li Çıxarışa əsasən ümumi sahəsi 317,1 kv.m təşkil edən 5 mərtəbəli obyektin bu günə avqust 2019-cu il tarixə bazar qiyməti 1380000,0 manat civarında olduğu müəyyən edilmişdir. Bundan sonra cavabdeh tərəf vəsatət verərək, təkrar qiymətləndirmə ekspertizasının keçirilməsini xahiş etmiş, vəsatətə “X5” MMC-nin xx.xx.2019-cu il tarixli, ƏEM/D-01-981/2019 saylı rəyini əlavə etmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evinin (faktiki qeyri-yaşayış sahəsi) xx xxxxxx 2019-cu il tarixinə bazar dəyəri ******* manat təşkil edir. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə təkrar məhkəmə-qiymətləndirmə ekspertizası təyin olunmuşdur. “xxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala döngə 4, ev 13 ünvanında yerləşən daşınmaz əmlakın fərdi yaşayış evi kimi bazar dəyəri ******* manat, faktiki vəziyətinə (qeyri-yaşayış binası) əsasən ******* manat təşkil edir. “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala döngə 4, ev 13 ünvanında yerləşən daşınmaz əmlakın fərdi yaşayış evi kimi bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat, faktiki vəziyətinə (qeyri-yaşayış binası) əsasən ******* manat, likvid dəyəri ******* manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, “xxxx” MMC-nin rəyi daha ətraflı və dolğun olmaqla, qiymətləndirmə ilə bağlı rəy kifayət qədər əsaslandırılmış, əmlakların mövcud faktiki vəziyyətinə uyğun likvid dəyəri (internet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, həmin rəy mötəbər sübut kimi qəbul olunmalıdır. Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti (lkvid dəyəri) ******* manat müəyyən edilməlidir. Kollegiya iddia tələbinin “Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi, ev 13 ünvanında yerləşən yaşayış evinin məcburi boşaldılması” hissəsində hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi, ev 13-ə tutma yönəldikdən və həmin əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 tərəfindən boşaldılmalıdır. Həmçinin ipoteka predmetinin satışından əldə olunmuş məbləğ tələbdən artıq olduqda, qalıq məbləğ Cavabdeh2 qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı kimi ödənişlər etmişdir. Kollegiya qeyd olunan hissədə iddia tələbinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli, ödənilmiş 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasib olan 27,3 manatı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı tərəf Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının iddianın təmin edilmiş hissəsinə münasib olan 18,2 manat dövlət rüsumu və 36,4 manat xidmət haqqı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza xərci tələbin təmin edilmiş hissəsinə münasib olaraq tərəflərə aid edilməlidir. Məhkəmə mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 200 manatın 182 manatı Cavabdeh1, 18 manatı cavabdeh İddiaçı ASC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 480 manatın 436,8 manatı Cavabdeh1, 43,2 manatı cavabdeh İddiaçı ASC-dən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594; SWİFT: GUNAAZ22) keçirilməlidir. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 400 manatın 364 manatı Cavabdeh1, 36 manatı cavabdeh İddiaçı ASC-dən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N: AZ48AZEG********************, Bank: AG BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ75NABZ********************, KOD:505817; SWİFT: NABZAZ2C) keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yuxarıda qeyd olunan qaydada iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(009)-188/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxx 2017-ci il tarixli, 1**-HF-***4 saylı kredit müqaviləsi üzrə 506000 (beş yüz altı min) manat əsas, 60500,89 (altmış min beş yüz manat səksən doqquz qəpik) manat faiz borcu, 662,18 (altı yüz altmış iki manat on səkkiz qəpik) manat cərimə borcu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən etibarən hesablanan zərər (əldən çıxmış fayda) üzrə 8855 (səkkiz min səkkiz yüz əlli beş) manat, 27,3 (iyirmi yeddi manat otuz qəpik) manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 18,2 (on səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu, 36,4 (otuz altı manat qırx qəpik) manat xidmət haqqı, cəmi 576099,97 (beş yüz yetmiş altı min doxsan doqquz manat doxsan yeddi qəpik) manat tutulsun. Tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi, ev 13-ə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti ******* (bir milyon doqquz yüz otuz min) manat olmaqla, həmin ev açıq hərracdan satılsın. İpoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitindən İddiaçı ASC-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra, qalıq məbləğ Cavabdeh2 Adil oğluna qaytarılsın. Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala-4 döngəsi, ev 13 ünvanında yerləşən ipoteka predmeti satıldıqdan sonra bir ay ərzində Cavabdeh2 tərəfindən boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 200 (iki yüz) manatın 182 (yüz səksən iki) manatı Cavabdeh1, 18 (on səkkiz) manatı cavabdeh İddiaçı ASC-dən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 480 (dörd yüz səksən) manatın 436,8 (dörd yüz otuz altı manat səksən qəpik) manatı Cavabdeh1, 43,2 (qırx üç manat iyirmi qəpik) manatı cavabdeh İddiaçı ASC-dən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594; SWİFT: GUNAAZ22) keçirilsin. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manatın 364 (üç yüz altmış dörd) manatı Cavabdeh1, 36 (otuz altı) manatı cavabdeh İddiaçı ASC-dən alınaraq, “xxxx” MMC-nin hesabına (VÖEN:**********, Hesab N: AZ48AZEG********************, Bank: AG BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ75NABZ********************, KOD:505817; SWİFT: NABZAZ2C) keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-328/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-328/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver