Məhkəmə qərarları › İş №2(103)-3282/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3282/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3282/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-125/2024 nömrəli 06 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ərizəsi əsasında qəbul edilmiş Qaradağ rayon Pİ İŞ-nin xx.xx.2017-ci il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir.

2. İddiaçı ərizəsi qəbul edilmiş Qaradağ rayon Polis İdarəsi İŞ-nin xx.xx.2017-ci il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir.

3. Qaradağ rayon prokurorunun müavini, ədliyyə muşaviri Elçin İbrahimovun xx.xx.2017-ci il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru İftixar Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırmanın aparılması üçün Qaradağ RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır.

4. Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Azər Əsgərovun xx.xx.2018ci il tarixli qərarı ilə Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə baş müstəntiqi Samir Ağayevin «cinayət işinin aidiyyatı üzrə Səbail RPİ-nin İŞ-nə göndərilməsi haqqında» xx.xx.2018-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş, cinayət işi istintaqın Qaradağ RPİ-nin İŞ-də daha təcrübəli digər müstəntiqin icraatında davam etdirilməklə toplanmış sübutlara uyğun qərar qəbul edilməsinin təmin olunması üçün Qaradağ rayon prokurorluğuna qaytarılması qərara alınmışdır.

5. Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Mehman Qocayevin xx.xx.2018-ci il tarixli qərarı ilə Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə müstəntiqi Raqib Rəhimovun «cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında» xx.xx.2018-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş, cinayət işi istintaqın Qaradağ RPİ-nin İŞ-də davam etdirilməklə toplanmış sübutlara uyğun qərar qəbul edilməsinin təmin olunması üçün Qaradağ rayon prokurorluğuna qaytarılması qərara alınmışdır.

6. Səbail rayon prokurorluğunun müstəntiqi İİİ dərəcəli hüquqşünas Allahverdi Allahverdiyevin şahid X6 xx.xx.2019-cu il tarixdə dindirilmə protokolunda göstərilmişdir ki, «Cavabdeh Yahya oğlunu təxminən 2 ilə yaxın vaxtdır ki, tanıyıram. Cavabdeh də çoxdankı tanışım Cavidan İbrahimov vasitəsi ilə tanımışam. 2016-cı ilin əvvəlləri olardı ki, Cavabdeh mənimlə görüşərək yaxın qohumunun barəsində cinayət işi olmasını bildirərək kömək etməyimi xahiş etmişdir. Məsələ bundan ibarətdir ki, Cavabdeh qohumu İddiaçı qardaşı Nizami Sadıqovun Sumqayıt RPi-də olan cinayət işində ona köməklik edək. Mən də bu barədə əvvəldən Ədliyyə Nazirliyinin əməkdaşı kimi tanıdığım Azər Orucov adlı şəxslə görüşüb bu barədə ona bildirdim. X25 Mirzəyevlə də görüşüb bu barədə danışdılar. Azər Orucov söhbət əsnasında məsələ ilə maraqlanıb, İlhamdan barəsində cinayət işi olan adam barədə məlumatlar alaraq, bir neçə günə cavab verəcəyini bildirdi. Bir neçə gündən sonra yenədə İlhamla birlikdə Azər Orucovla görüşdük və Azər bu məsələnin həlli üçün 100.000 ABŞ dolları lazım olduğunu və pulun hissə-hissə veriləcəyini bildirmişdir. Bundanda təxminən 3 gün sonra İlhamla birlikdə Azər Orucovla görüşərək İlham pulu vermək istədiyini bildirdi və birinci dəfə 30.000 manat pulu Səbail rayonu ərazisində yerləşən “Axundov” bağı yaxınlığında Azər Orucova məxsus Wolswaqen-Tuareq markalı avtomobildə Azərə vermişdir. Bundan sonra İlham mənimlə əlaqə saxlayaraq bildirmişdir ki, Azər hər gün ona zəng vurub pulunu istəyir. 2016-cı ilin iyun ayının ortalarında saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun, küçəsindəki «Zabitlər parkı»nın qarşısında İlhamla birlikdə X12 ilə görüşdük, İlham 40.000 manat pulu mənə verdi ki, Azərə verim, mən də Azər Orucovun idarə etdiyi avtomobildə pulu ona verdim. Bundan sonra Cavabdeh deməsinə görə 5000 manat pulu Yasamal rayonu ərazisində yerləşən Ədliyyə Nazirliyini yaxınlığında İlham yenidən Azər Orucova vermişdir. X15 işinin Bakı Ağır Cinayətlər və Sumqayıt Apellyasiya məhkəmələrində həll olunacağını bildirirdi. 2016-cı ilin dekabr ayının axırlarında Azər mənimlə və İlhamla əlaqə saxlayıb bildirdi ki, 3500 manat pul vermək lazımdır. Həmin vaxtı mən İlhamla Salyan rayonundan İlhamın idarə etdiyi atomobillə gəlirdik. Daha sonra biz Azər Orucovla əlaqə saxlayıb onunla Qaradağ rayonu, Binə Ticarət mərkəzinin yaxınlığında görüşüb 3500 manat pulu ona verdik, Həmin vaxt Azər bu məsələnin yaxın bir zamanda həll edəcəyini bildirərək, ayrılmışdır. Bundan bir neçə müddət keçdikdən sonra İlhamla görüşlərimizin birində tam Azərin onu aldatdığından şübhələndiyini mənə bildirdi və mən Azərə zəng vuraraq görüşməyimizi xahiş etdim. Azərlə bundan əvvəlki görüşləmizdə daha doğrusu “Qurban bayramı” ərəfəsində görüşmüşdük, belə ki, söhbət əsnasında X20 qohumu olan Şaiqə bildirdi ki, “Qurban bayram”- ında artıq qohumları həbsdən azad ediləcəkdir. Lakin, bir müddət sonra İlham yenədə mənimlə əlaqə saxlayaraq bildirdi ki, bu vədinə də Azər Orucov əməl etməmiş və İlhama bildirmişdir ki, Sumqayıt şəhər Apellyasiya məhkəməsində məsələni həll edəcəkdir, İlhamın deməsinə görə dəfələrlə Azər İlhamla birlikdə Sumqayıt şəhərinə Apellyasiya Məhkəməsinə getmiş və orada Azər məhkəmənin binasına girib bir müddətdən sonra çıxaraq, hər şeyin nəzarətdə olduğunu və işin yaxın zamanlarda həll ediləcəyini bildirmişdi, mən yenədə Azərlə əlaqə saxlayıb onunla görüş təyin etdim və bu görüşdə İlham, Şaiq və Şaiqin əmisi oğlu Vüqar Sadıxovda olmuşdur, yenə də Azər Orucov onları əmin edərək məsələnin yaxır vaxtlarda həll olunacağını bildirmişdir. Sonda isə İlham mənə dedi ki, ona məlum olmuşdur ki, Azər Orcuov onları aldatmış və heç kəsdən heç bir xahiş etməmişdir. X26 verdiyi vədinə əməl etməmiş və İlhama bu günə qədər pulu geri qaytarmamışdır. Bundan sonra Azər mənim də telefon zənglərimə cavab verməyib nənimlə və İlhamla görüşdən yayınmağa başladı və sonuncu dəfə biz Azərlə görüşdükdə, X21 yanında müxtəlif yüksək vəzifəli şəxslərin adlarını çəkərək pulların həmin şəxslərdə olduğunu bildirirdi. İlham Azər barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə, Azər Bakı şəhərində Milli Məclisin arxasında inşa edilən yeni tikilidə olan mənzilin müqaviləsinin surətini bizə göstərərək bildirdi ki, həmin mənzili İlhamın və ya başqa bir adamın adına rəsmiləşdirərək girov verəcəkdir, pulları qaytardıqda mənzili geri götürəcəkdir. Həmin vaxt İlham və Şaiq Azərdən xahiş etmişlər ki, mənzili nə İlhamın, nə də Şaiqin adlarına yox, Vüqar Sadıxovun adına rəsmiləşdirsin. Lakin Azər dediyi vaxtlarda həmin binanı inşa edən MTK-ya gəlməyərək, mənzilin rəsmiləşdirilməsindən də yayındı. Bildirmək istəyirəm ki, Azər Orucova pullar Bakı şəhərinin bir neçə yerində verilmişdir, mən əvvəlki ifadəmdə həmin məbləğləri və yerləri ümumilikdə demişdim, lakin hazırki ifadəmdə Azər Orucova verilən məbləğləri dəqiqləşdirərək bildirirəm. Azər Orucov ümumilikdə 100.000 ABŞ doları pul istəmişdir, biz ona manatla vermişik, 78.500 manat pul Azər Orucova verildikdən sonra onun da bizə yalan dediyini başa düşüb qalan pul Azər Orucova verilməmişdir, zərərçəkən şəxsin özündə qalmışdır. Mənim bu barədə heç bir məlumatım yoxdur, onların Cavidan lbrahimova pul verib-verməmələrini bilmirəm. Hadisə mənim hazırki ifadəmdə göstərdiyim qaydada olmuşdur. Xeyr, heç bir məbləğdə mən pul əldə etməmişəm, mənə pul verməmişdir. Azər Orucova bir çox yerlərdə pul verilmişdir, Cavabdeh ola bilsin pulların verilmə yerlərini səhv salır, lakin mən dəqiq deyə bilərəm ki, hadisələr mənim ifadəmdə göstərdiyim kimi olmuşdur, sonuncu dəfə pulu mən Azərə Qaradağ rayonu ərazisində yerləşən Binə Ticarət mərkəzinin yaxınlığında görüşüb vermişəm.»

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-81/2021 saylı hökmü ilə X12 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 06 il 11 ay 26 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

8. Sumqayıt şəhər Prokurorluğunun xx.xx.2022-ci il tarixli İddiaçı ünvanladığı məktubunda göstərilmişdir ki, İddiaçı tanışları İlham, Anar və Cavidan adlı şəxslər tərəfindən qarşı dələduzluq edilməsi barədə Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində aparılan araşdırmadan narazı qalması barədə müraciəti şəhər prokurorluğunda araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğundan toplanmış material üzrə Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

9. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-81/2023 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən qardaşı Sadıqov Nizami Rafiq oğlunun cəzadan azad olunması üçün Cavabdeh, X8 və X6 ondan ümumilikdə 100.000 ABŞ dolları və 5.000 manat məbləğində pul almalarına dair verdiyi cinayət haqqında məlumat aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

10. Qaradağ rayon Pİ İŞ-nin baş müstəntiqi, polis kapitanı Samir Ağayevin şahid Cavabdeh Yahya oğlunun xx.xx.2018-ci il tarixli əlavə dindirilmə protokolunda göstərilmişdir ki, «İstintaqa əvvəl vermiş olduğum ifadəmi tam şəkildə təsdiq edirəm və qeyd edirəm ki, İddiaçı Lənkəran şəhər sakini kimi tanıyıram. Onun əmisi oğlu Şaiq Sadıqov mənim yaxın dostumdur. Vüqarın qardaşı Nizami Sadıqovu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olduğuna görə MTN tərəfindən həbs olunmuşdur və onun barəsində istintaq Sumqayıt şəhər Pİ-nin istintaq şöbəsində aparılırdı. Həmin vaxt Şaiq mənə müraciət edərək Nizamiyə kömək etmək üçün adam tapmağı xahiş etdi. Bu səbəbdən bir nəfər tanışımın vasitəsilə tanış olduğum BDU-də müəllim işləyən və eyni zamanda Energetika Nazirliyində şöbə müdiri işləyən Cavidan adlı şəxsin yanına Vüqarla birlikdə getdik. Biz həmin vaxtı onunla “Hökümət Evinin” qarşısında görüşdük. Orada Vüqar aralıda dayandı və mən Cavidanla söhbət etdim və vəziyyəti ona başa saldım. Həmin vaxt Cavidan mənə köməklik etməyinə söz vermədi lakin bu işlə maraqlanacağını bildirdi. Biz həmin vaxt digər yerlərədə müraciət edirdik ki, Nizamiyə hərhansı köməklik göstərək. Təxminən bir ay sonra Cavidan mənə zəng vurub işi danışdığını və buna görə 100.000 manat pul lazım olduğunu dedi. Həmin vaxt mən Lənkəran şəhərinə getdim. Orada Şaiq və Vüqarla birlikdə görüşdüm, Vüqara bildirdim ki, bir yerdə tanış olduğumuz və işin həllinə söz verən Cavidan işinin düzəldiyini, buna görədə 100 000 manat pul lazım olduğunu bildirib. Mən həmin vaxtlar Bakı-Lənkəran yolunda taksi fəaliyyəti ilə məşğul olurdum. Təxminən 2015-ci il oktyabr ayında Vüqar ilə birlikdə Lənkəran rayonundan idarə etdiyim avtomobil ilə Bakı şəhərinə gəldik, Vüqar 57150 ABŞ dollarını mənə Yasamal rayonunda “20 Yanvar” dairəsinin yanında verdi. Həmin vaxt Cavidan idarə etdiyi avtomobili ilə həmin yerə gəldi və mobil telefonda mənə dedi ki, pulu ona daimi kim verəcəksə, həmin şəxs indi də pulu ona versin. Vüqar da Bakı şəhərinə daimi gələ bilməyəcəyini deyib pulu mənə verdi, mən də buna görə avtomobildən düşərək Cavidanın avtomobilinə əyləşib 57150 ABŞ dollarını 60 000 manat pulun əvəzinə Cavidana verdim. Bu söhbətdən təxminən bir həftə sonra Lənkəran şəhərində Vüqar öz evlərinin yanında mənə 10 000 manat pul verdi. Bir gün sonra mən Bakı şəhərinə gəldim və Hökümət Evinin qarşısında həmin 10.000 manat pulu Cavidana verdim. Daha 3 gün sonra, Vüqar mənə yendə 10 000 manat pul verdi. Vüqarın mənə verdiyi 10 000 manat pulu mən taksi avtomobili ilə Cavidana göndərdim. Cavidan Bakı şəhərində 10 000 manat pulu taksi sürücüsündən almışdır. Səhv etmirəmsə Bu söhbətdən bir müddət sonra bu məsələ alınmadığından Cavidan 57150 ABŞ dollarını və 20 000 manat pulu mənə qaytardı və mən də həmin pulu götürüb Lənkəran şəhərinə gedib Vüqarla görüşüb pulun məndə olduğunu bildirdim. Mən Vüqarla bu barədə söhbət edəndə Cavidan mənim mobil telefonuma zəng vurub işin alındığını bildirdi. Mən də mobil telefonu Vüqara verdim, Vüqar özü telefon vasitəsilə Cavidanla danışdı. Vüqar mənə dedi ki, həmin pulu aparıb yenidən Cavidana verim. Məndə buna görə 57150 ABŞ dollarını və 20 000 manat pulu Bakı şəhəri, Nəsimi rayonunda Cavidanın yaşadığı evin yaxınlığında Cavidana verdim. Mən 57150 ABŞ dollarını və 20 000 manat pulu Cavidana verdikdən təxminən bir ay sonra Vüqar mənə Lənkəran şəhərində yaşadığı evdə 3500 ABŞ dolan pul verdi və məndə 500 ABŞ dolları həmin pulun üzərinə qoyub Bakı şəhəri, Nəsimi rayonunda Cavidanın yaşadığı evin yaxınlığında Cavidana verdim. Cavidanın hesablamasına görə ümumilikdə pulun məbləği həmin vaxtda olan ABŞ dollarının məzənnəsinə görə 80 000 ABŞ dolları etdi. Cavidan bildirmişdi ki, bu işi Anar adlı dostunun tanıdığı Azər Orucov adlı şəxs həll edəcəkdir. Cavidan məni əvvəlcə Anar adlı şəxslə tanış etmək istəmirdi, sonradan isə Cavidan məni Anar adlı şəxslə tanış etdi. Yenidən bir həftə sonra Vüqar özü 10.000 ABŞ dollarını Yasamal rayonu, BDU-nin qarşısında Cavidana verdi. Təxminən 10 gün sonra Cavidan pulun qalan hissəsini istədi və mən Vüqara zəng vurub pulun qalanını istədiklərini bildirdim. Həmin gün Vüqar Murad adlı şəxslə 16.000 manat pulu mənə göndərdi və mən Murad ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən Hilton otelin yaxınlığında görüşüb 16 000 manat pulu mənə verdi. Mən həmin günü Cavidanla Nəsimi rayonu, Səməd Vurğun bağının qarışısında görüşüb pulu ona verdim. Mən 2016-cı ilin iyun ayının əvvəlində Cavidan və Anar mənimlə görüşüb 30 000 manat pulu mənə verib dedilər ki, həmin pulu bir nəfər tanışları Azərə verməli idi, lakin həmin şəxs xəstələndiyi üçün mən 30 000 manat pulu Azərə verim. Mən də işin həllinin müsbət tərəfə həll olunması məqsədi ilə 2016cı ilin iyun ayının əvvəlində dəqiq xatırlamadığım tarixdə saat 10 radələrində ünvan 2 ünvanının qarşısında X12 ilə görüşüb Azərin idarə etdiyi avtomobilində 30 000 manat pulu Azərə təhvil verdim. 30 000 manat pulu Azərə təhvil verdikdən sonra mobil telefonumla Anarın mobil nömrəsinə zəng edib pulu Azərə verdiyimi bildirdim və eləcədə Azərlə Anarı danışdırdım. Bu söhbətdən az müddət sonra Anar məndən xahiş etdi ki, avtomobili yoxdur, onu avtomobilim ilə Azərlə görüşə aparım. Mən də Anara etiraz etməyib onunla birlikdə 2016-cı ilin iyun ayının ortalarında saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurgun küçəsindəki «Zabitlər parkı»nın qarşısında X12 ilə görüşdüm. Anar Azərin idarə etdiyi avtomobilə əyləşdi. Mən isə həmin avtomobilə əyləşmədim. Mən avtomobilə əyləşməsəm də gördüm ki, Anar içərisində pul olan selofan torbanı Azərə verdi. Daha sonra Anar Azərin avtomobilindən düşüb yanıma gəlib dedi ki, Azər pulu saysın. X22 nə qədər pul verməsini soruşmadım. Sonradan isə bildim ki, Anar Azərə həmin vaxt Azərə 40.000 manat məbləğində pul verib. Bundan sonra 2016-cı ilin iyun ayının ortalarında Anar mənim ilə telefon əlaqəsi saxlayıb Azərlə münasibətinin pozulduğunu, Azərə 5000 manat pul vermək lazım olduğunu xahiş etdi. Məndə Anara etiraz etmədim. Anar mənimlə Elmlər Akademiyasının yaxınlığında mənimlə görüşüb 5000 manat pulu mənə verdi. Mən 2016-cı ilin iyun ayının ortalarında dəqiq tarix yadımda qalmayan tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Ədliyyə Nazirliyinin yaxınlığında X7 5000 manat məbləğində pul verdim. 2016-cı ilin oktyabr ayının əvvəlində Anar mənimlə telefon əlaqəsi saxlayıb bildirdi ki, Azərə 3500 manat pul vermək lazımdır, lakin həmin pulu tapa bilmir, Azər isə həmin pulu təcili ona çatdırılmasını tələb edir. Anar məndən xahiş etdi ki, ona 3500 manat borc pul tapıb ona verim. Məndə Anara etiraz etmədim, 3500 manat pulu tanışımdan borc alıb Anarla görüşüb Anara verdim. 2016-cı ilin oktyabr ayının əvvəlində dəqiq tarix yadımda qalmayan gündə saat 21 radələrində Bakı şəhəri, Səbail rayonu,Ə.Əliyev küçəsində Anar ilə birlikdə X12 ilə görüşdük, Anar Azərə 3500 manat pulu verdi. Lakin Azər verdiyi vədinə əməl etmədi və Vüqarın qardaşı Nizaminin azadlığa buraxılması məsələsini həll etmədi. Sonda isə məlum oldu ki, Azər Orucov bizi aldatmışdır. Bildirirəm ki, mən bu işdə ancaq vasitəçi rolu oynamışam. Mən taksi sürücüsü idim, eləcədə Vüqar və Nizamini yaxından tanıdığım üçün Vüqara kömək etmək üçün bu məsələyə qarışmışam, Vüqarın mənə verdiyi bütün pulları Cavidana vermişəm, Cavidan həmin pulları Anara verdiyini demişdi, Anarda mənə hansı məbləği verirdisə məndə həmin pulu Anarın yanında və ya Anardan bir qədər aralıda Azərə vermişəm. Onu da qeyd etmək istəyirəm ki, Cavidan Anar ilə görüşəndə başqa bir şəxsi İlham adı ilə Anar ilə tanış etmişdir. Sonradan isə Anar mənə bildirdi ki, Cavidan və Azər onu aldatmışdır, hətta Cavidan başqa bir şəxsi mənim əvəzimə İlham adı ilə onunla tanış etmişdir.»

11. Səbail rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Allahverdi Allahverdiyevin şahid Cavabdeh xx.xx.2019-cu il tarixli dindirilməsi protokolunda göstərilmişdir ki, «İddiaçı Lənkəran şəhər sakini kimi tanıyıram. Onun əmisi oğlu Şaiq Sadıqov mənim yaxın dostumdur. Vüqarın qardaşı Nizami Sadıqovu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə MTN tərəfindən həbs olunmuşdur və onun barəsində istintaq Sumqayıt şəhər Pİ-nin istintaq şöbəsində aparılırdı. Həmin vaxt Şaiq mənə müraciət edərək Nizamiyə kömək etmək üçün adam tapmağı xahiş etdi. Bu səbəbdən bir nəfər tanışımın vasitəsilə tanış olduğum BDUdə müəllim işləyən və eyni zamanda Energetika Nazirliyində şöbə müdiri işləyən Cavidan adlı şəxsin yanına Vüqarla birlikdə getdik. Biz həmin vaxtı onunla “Hökümət Evinin” qarşısında görüşdük. Orada Vüqar aralıda dayandı və mən Cavidanla söhbət etdim və vəziyyəti ona başa saldım. Həmin vaxt Cavidan mənə köməklik etməyinə söz vermədi lakin bu işlə maraqlanacağını bildirdi. Biz həmin vaxt digər yerlərədə müraciət edirdik ki, Nizamiyə hər-hansı köməklik göstərək. Təxminən bir ay sonra Cavidan mənə Daxili İşlər Nazirliyi ilə danışdığını, zəng vurub işi danışdığını və buna görə 100.000 manat pul lazım olduğunu dedi. Həmin vaxt mən Lənkəram şəhərinə getdim. Orada Şaiq və Vüqarla birlikdə görüşdüm, Vüqara bildirdim ki, bir yerdə tanış olduğumuz və işin həllinə söz verən Cavidan işinin düzəldiyini, buna görədə 100000 manat pul lazım olduğunu bildirib. Cavidan bu vaxt bildirdi ki, həm vəkil, həm də Nizaminin ev dustaqlığına buraxılması üçün 5000 manat məbləğində pul lazımdır. Bu vaxta qədər də Vüqar və Cavidan mənim mobil telefonum vasitəsi ilə danışırdılar. Onlar bir-birilərini görməsələr də telefon vasitəsi ilə əlaqə saxlayırdılar. Mən bu barədə İddiaçı bildirdim, Vüqar razılaşdı. Bir həftə soma biz Vüqarla birlikdə Bakı şəhərinə gəldik, Nəsimi rayonu ərazisində yerləşən, Amerika səfirliyinin yaxınlığında Cavidanın göndərdiyi, mənim tanımadığım adama Cavidana verilməsi üçün 5000 manat pulu verdim. Lakin Vüqarın qardaşının ev dustaqlığına buraxılamsı məsələsi alınmadı. Bu barədə mən Cavidandan soruşdum Cavidan bildirdi ki, iş istintaqda olduğu üçün həmin məsələ alınmamışdır. Bundan sonra bildirdi ki, işi həll olunması üçün 100.000 ABŞ dolları pul lazımdır, mən də bu barədə Vüqara bildirdim, vüqar da mənimlə razılaşdı. Mən həmin vaxtlar Bakı-Lənkəran yolunda taksi fəaliyyəti ilə məşğul olurdum. Təxminən 2015-ci il oktyabr ayında Vüqar ilə birlikdə Lənkəran rayonundan idarə etdiyim avtomobil ilə Bakı şəhərinə gəldik, Vüqar 57150 ABŞ dollarını mənə Yasamal rayonunda “20 Yanvar” dairəsinin yanında verdi. Həmin vaxt Cavidan idarə etdiyi “Leksus 570” markalı, 008-lə bitən dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin yerə gəldi və mobil telefonda mənə dedi ki, pulu ona daimi kim verəcəksə, həmin şəxs indi də pulu ona versin. Vüqar da Bakı şəhərinə daimi gələ bilməyəcəyini deyib pulu mənə verdi, mən də buna görə avtomobildən düşərək Cavidanm avtomobilinə əyləşib 57150 ABŞ dollarını, həmin dövrdə olan məzənəyə görə 60 000 manat pulun əvəzinə Cavidana verdim. Bu söhbətdən təxminən bir həftə sonra Lənkəran şəhərində Vüqar öz evlərinin yanında mənə 10 000 manat pul verdi. Bir gün sonra mən Bakı şəhərinə gəldim və Hökümət Evinin qarşısında həmin 10.000 manat pulu Cavidana verdim. Daha 3 gün sonra Vüqar mənə yendə 10 000 manat pul verdi. Vüqarın mənə verdiyi 10 000 manat pulu mən taksi avtomobili ilə Cavidana göndərdim. Cavidan Bakı şəhərində 10 000 manat pulu mənim göndərdiyim taksi sürücüsündən almışdır. Səhv etmirəmsə bu söhbətdən bir müddət sonar, lakin Vüqarın qardaşı barəsində cinayət işi hələ də Sumqayıt şəhər polis idarəsində istintaq olunan vaxt bu məsələ alınmadığından Cavidan 57150 ABŞ dollarını və 20 000 manat pulu mənə qaytardı və mən də həmin pulu götürüb Lənkəran şəhərinə gedib Vüqarla görüşüb pulun məndə olduğunu bildirdim. Mən Vüqarla bu barədə söhbət edəndə Cavidan mənim mobil telefonuma zəng vurub işin alındığını bildirdi. Mən də mobil telefonu Vüqara verdim, Vüqar özü telefon vasitəsilə Cavidanla danışdı. Vüqar mənə dedi ki, həmin pulu aparıb yenidən Cavidana verim. Mən də buna görə-57150 ABŞ dollarını və 20 000 manat pulu Bakı şəhəri, Nəsimi rayonunda Cavidanın yaşadığı evin yaxınlğında Cavidana verdim. Mən 57150 ABŞ dollarını və 20 000 manat pulu Cavidana verdikdən təkminən bir ay sonra Cavidan mənə bildirdi ki, ümumilikdə verilmiş 80.000 manatı həmin dövrün məzənnəsi ilə ABŞ dollarına çevirdikdə 76.000 ABŞ dollar edir, lakin 4000 ABŞ dolları da pul istədi ki, 80.000 ABŞ dollar olsun. Qalan 20.000 ABŞ dollar isə iş məhkəməyə gedənə dək verər. Mən də bu barədə Vüqara bildirdim, Vüqar mənə Lənkəran şəhərində yaşadığı evdə 3500 ABŞ dolan pul verdi və məndə 500 ABŞ dolları həmin pulun üzərinə qoyub Bakı şəhəri, Nəsimi rayonunda Cavidanın yaşadığı evin yaxınlğında Cavidana verdim. Bizim və Cavidanın hesablamasına görə ümumilikdə pulun məbləği həmin vaxtda olan ABŞ dollarının məzənnəsinə görə 80 000 ABŞ dolları etdi. Cavidan bildirmişdi ki, bu işi Anar adlı dostunun tanıdığı Azər Orucov adlı şəxs həll edəcəkdir. Cavidan məni əvvəlcə Anar adlı şəxslə tanış etmək istəmirdi, sonradan isə Cavidan məni Anar adlı şəxslə tanış etdi. Yenidən bir həftə sonra Vüqar özü 10.000 ABŞ dollarını Yasamal rayonu, BDU-nin qarşısında Cavidana verdi. Təxminən 10 gün sonra Cavidan pulun qalan hissəsini istədi və mən Vüqara zəng vurub pulun qalanını istədiklərini bildiridim. Həmin gün Vüqar Murad adlı şəxslə 16.000 manat pulu mənə göndərdi və mən Murad ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən Hilton otelin yaxınlığında görüşüb 16 000 manat pulu mənə verdi. Mən həmin günü Cavidanla Nəsimi rayonu, Səməd Vurğun bağının qarışısmda görüşüb pulu ona verdim. Bundan sonra Vüqarın qardaşı Nizaminin əməli Sumqayıt ŞPİ-də CM-nin 234.1-nə tövsif edilib X1 cinayət işi ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi, məhkəmə prosesində Nizami Sadıqovun əməlinin ağır cinayətə tövsif edilməsi üçün həmin cinayət işi əlavə istintaqa, yəni Sumqayıt şəhər polis idarəsinə göndərildi. Kamran Sadıqovun əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək yenidən Bakı Ağır Cinayətlər məhəkəməsinə göndərildi. Mən 2016- cı ilin iyun ayının əvvəlində Cavidan və Anarla görüşdüm, Cavidan bildirdi ki, bu məsələ ilə Anar Çıraqov məşğul olub. Sonradan mən həm Cavidanla həm də Anar çıraqovla görüşdüm, onlar mənə hərəsi 15.000 manat olmaqla 30 000 manat pulu mənə verib dedilər ki, həmin pulu bir nəfər tanışları bu işlə məşğul olan Azərə verməli idi, lakin həmin şəxs xəstələndiyi üçün mən 30 000 manat pulu Azərə mən verim. Mən də işin həllinin müsbət tərəfə həll olunması məqsədi ilə 2016-cı ilin iyun ayının əvvəlində dəqiq xatırlamadığım tarixdə saat 10 radələrində ünvan 2 ünvanının qarşısında X12 ilə görüşüb Azərin idarə etdiyi avtomobilində 30 000 manat pulu Azərə təhvil verdim. 30 000 manat pulu Azərə təhvbil verdikdən sonra mobil telefonumla Anarın mobil nömrəsinə zəng edib pulu Azərə verdiyimi bildirdim və eləcədə Azərlə Anarı danışdırdım. Bu söhbətdən az müddtə sonra Anar məndən xahiş etdi ki, avtomobili yoxdur, onu avtomobilim ilə Azərlə görüşə aparım. Mən də Anara etiraz etməyib onunla birlikdə 2016-cı ilin iyun ayının ortalarında saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun, küçəsindəki «Zabitlər parkı»mn qarşısında X12 ilə görüşdüm. Anar Azərin idarə etydiyi avtomobilə əyləşdi. Mən isə həmin avtomobilə əyləşmədim. Mən avtomobilə əyləşmə/Zpu də gördüm ki, Anar içərisində pul olan selofan torbanı Azərə verdi. Daha sonra Anar Azərin avtomobilindən düşüb yanıma gəlib dedi ki, Azər pulu saysın. X22 nə qədər pul verməsini soruşmadım. Sonradan isə bildim ki, Anar Azərə həmin vaxt Azərə 40.000 manat məbləğində pul verib. Bundan sonra 2016-cı ilin iyun ayının ortalarında Anar mənim ilə telefon əlaqəsi saxlayıb Azərlə münasibətinin pozulduğunu, Azərə 5000 manat pul vermək lazım olduöunu xahiş etdi. Məndə Anara etiraz etmədim. Anar mənimlə Elmlər Akademiyasının yaxınlığında görüşüb 5000 manat pulu mənə verdi. Mən 2016- cı ilin iyun ayının ortalarında dəqiq tarix yadımda qalmayan tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Ədliyyə Nazirliyinin yaxınlığında X7 5000 manat məbləğində pul verdim. Mən Azərdən bu işi gedişatmı soruşduqda Azər Orucov bildirdi ki, ümumilikdə ona 75000 manat pul verilib, Nizaminin işi Bakı Ağır Cinayətlər və Sumqayıt Apellyasiya məhkəmələrində həll olunacaq. 2016-cı ilin dekabr aynın ortalarında Anar mənimlə telefon əlaqəsi saxlayıb bildirdi ki, Azərə 3500 manat pul vermək lazımdır, lakin həmin pulu tapa bilmir, Azər isə həmin pulu təcili ona çatdırılmasını tələb edir. Anar məndən xahiş etdi ki, ona 3500 manat borc pul tapıb ona verim. Məndə Anara etiraz etmədim, 3500 manat pulu tanışımdan borc alıb Anarla görüşüb Anara verdim. Həmin vaxt saat 21 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsində Anar ilə birlikdə X12 ilə görüşdük, Anar Azərə 3500 manat pulu verdi. Lakin Azər verdiyi vədinə əməl etmədi və Vüqarın qardaşı Nizaminin azadlığa buraxılması məsələsini həll etmədi. Sonda isə məlum oldu ki, Azər Orucov bizi aldatmışdır. Bildirirəm ki, mən bu işdə ancaq vasitəçi rolu oynamışam. Mən taksi sürücüsü idim, eləcədə Vüqar və Nizamini yaxından tanıdığım üçün Vüqara kömək etmək üçün bu məsələyə qarışmışam, Vüqarın mənə verdiyi bütün pulları Cavidana vermişəm, Cavidan həmin pulları Anara verdiyini demişdi, Anarda mənə hansı məbləği verirdisə məndə həmin pulu Anarm yanında və ya Anardan bir qədər aralıda Azərə vermişəm. Onu da qeyd etmək istəyirəm ki, Cavidan Anar ilə görüşəndə başqa bir şəxsi İlham adı ilə Anar ilə tanış etmişdir. Sonradan isə Anar mənə bildirdi ki, Cavidan və Azər onu aldatmışdır, hətta Cavidanm başqa bir şəxsi mənim əvəzimə İlham adı ilə onunla tanış etmişdir. Mən pulu Cavidana vermişəm, Cavidanm da deməsinə görə pulu Anar Çıraqova verib. X9 və Anar Çıraqovun mənə verdikləri 30.000 manat, Anar Çıraqovun verdiyi 5000 manat pulu mən Azər Orucova vermişəm, mənim Anar Çıraqova verdiyim 3500 manat pulu Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsində Anar Çıraqov ilə birlikdə X12 ilə görüşdük, Anar Azərə 3500 manat pulu verdi. Bu pulları Cavidan və Anar cinayət işinin əlavə istintaqa qayıtdıqdan sonra Bakı Ağır Cinayətlər və Sumqayıt Apellyasiya məhkəmələrində həll edilməsi üçün Azər Orucova verildiyini bildirmişdilər. Cavidan İbrahimovun verdiyi ifadə doğru deyil, 57150 ABŞ dolları mən ona birinci dəfə Vüqar 57150 ABŞ dollarını mənə Yasamal rayonunda “20 Yanvar” dairəsinin yanında idarə etdiyi “Leksus 570” markalı, 008-lə bitən dövlət qeydiyyat nişanlı avtomobilin içərisində vermişəm. Cavidan 57150 ABŞ dollarını iş alınmadığını bildirdikdən sonra yaşadığı evin yaxınlığında mənə qaytarmışdı, bundan bir gün sonra Cavidan yenidən mənə zəng edib işin alındığını baş qa bir şəxslə danışdığını pulu geri gətirməyimi istədi, mən də bu barədə Vüqara bildirdim, onlar da razılaşdıqdan sonra mən Bakı şəhərinə gəlib Cavidanın yaşadığı evin yaxınlığında mənim idarə etdiyim avtomobildə vermişəm. Xeyr, Cavidan düzgün danışmır, Cavidan pulu qaytardıqdan bir gün sonra geri istəmişdir, mən də aparıb pulu Cavidana vermişəm. Anar Çıraqovu mənimlə Cavidan İbrahimov özü tanış etmişdir. Cavidana verilən pulları Anar çıraqova özünün verdiyini bildirmişdir. Bəli, Cavidan əvvəlcə 120.000 ABŞ dollar istəmişdir, sonradan Vüqar verə bilmədiyini deyəndə, 100.000 ABŞ dollara endirmişdir. Cavidan düz danışmır, İddiaçı mənim yanımda, Bakı Dövlət Universitetinin yaxınlığında idarə etdiyi “Leksus 570” markalı, 008-lə bitən dövlət qeydiyyat nişanlı avtomobilin içərisində vermişdir. Xeyr, heç bir məbləğdə mən pul əldə etməmişəm, mənə pul verilməmişdir. Əksinə mən özüm İddiaçı kömək üçün 500 ABŞ dolları, 8500 manat və 3500 manat məbləğində pul vermişəm.»

12. Qaradağ rayon Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3, şahid Cavabdeh Yahya oğlunun şahidi əlavə dindirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokolunda göstərilmişdir ki, «İddiaçı Lənkəran şəhər sakini kimi tanıyıram. Onun əmisi oğlu Şaiq Sadıqov mənim yaxın dostumdur. Vüqarın qardaşı Nizami Sadıqovu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olduğuna görə MTN tərəfindən həbs olunmuşdur və onun barəsində istintaq Sumqayıt şəhər Pİ-nin istintaq şöbəsində aparılırdı. Həmin vaxt Şaiq mənə müraciət edərək Nizamiyə kömək etmək üçün adam tapmağı xahiş etdi. Bu səbəbdən mən Vüqarla birlikdə BDU-də müəllim işləyən və eyni zamanda Energetika Nazirliyində şöbə müdiri işləyən Cavidan adlı dostumun yanına getdik. Biz həmin vaxtı onunla “Hökümət Evinin” qarşısında görüşdük, Orada Vüqar aralıda dayandı və mən Cavidanla söhbət etdim və vəziyyəti ona başa saldım. Həmin vaxt Cavidan mənə köməklik etməyinə söz vermədi, lakin bu işlə maraqlanacağını bildirdi. Biz həmin vaxt digər yerlərədə müraciət edirdik ki, Nizamiyə hərhansı köməklik göstərək. Təxminən bir ay sonra Cavidan mənə zəng urub işi danışdığını və buna görə 100.000 manat pul lazım olduğunu dedi. Həmin vaxt mən Lənkəran şəhərinə getdim. Orada Şaiq və Vüqarla birlikdə görüşüb işinin düzəldiyini, buna görədə manat lazım olduğunu bildirdi. Təxminən 2015-ci il oktyabr ayında Vüqar pulu mənə Yasamal rayonunda “20 Yanvar” dairəsinin yanında mənə verdi. Həmin vaxt Cavidan həmin yerə gəldi və mən avtomobildən düşərək Cavidanın avtomobilinə əyləşdim və 60.000 manat pulu Cavidana verdim. Təxminən bir həftə sonra mən Lənkaran şəhərində olan zaman Vüqar öz evlərinin yanında mənə 20.000 manat pul verdi. Bir gün sonra mən Bakışəhərinə gəldim və Hökümət Evinin qarşısında həmin 20.000 manat pulu Cavidana verdim. Yenidən bir həftə sonra Vüqar özü 10.000 ABŞ dollar pulu Yasamal rayonu, BDU-nin qarşısında Cavidana verdi. Təxminən 10 gün sonra Cavidan pulun qalanını istədi və mən Vüqara zəng vurub pulun qalanını istədiklərini bildiridim. Həmin günü \/üqar xatırlamadığım taksi sürücüsü ilə 16.000 manat pulu mənə göndərdi. Mən həmin günü Cavidanla Nəsimi rayonu, Səməd Vurğun bağının qarışısında görüşüb pulu ona verdim. Sonra səhf etmirəmsə 2016-cı ilin yanvar ayının sonlarında Cavidan işin alınmadığını bildirdi. Məndən aldığı pulların hamısını mənə qaytardı. Mən Lənkəran şəhərinə getdim və orada Vüqarla görüşüb işin alınmadığını, mənə verdiyi pulların evimdə olduğunu bildirdim. Təxminən bir gün sonra Cavidan mənə zəng vurub görüşmək lazım olduğunu bildirdi. Mən, Bakı şəhərinə gəldim və Cavidanla BDU-nun qarşısında görüşdük və o, mənə bizim ümumi tanışımız və mənim uzaqdan qohumum olan Anar Çıraqovun kömək edəcəyini bildirdi. Təxminən 10 gün sonra mən, Anar və Cavidan Yasamal rayonu, Hüseyn Cavid parkının yanında mənim idarə etdiyim “Mersedes- Benz” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilimdə əyləşərək söhbət etdik. Həmin vaxt mən Anardan köməklik göstərməsini xahiş etdim. Bu zaman Anar mənə Ədliyyə Nazirliyinin sektor müdiri olan Azər Orucov adlı şəxsin olduğunu və onun bu işdə köməklik edə biləcəyini dedi. Təxminən bir həftə sonra mən Anarla birlikdə Nəsimi rayonu ərazisində “Zabitlər Bağının” qarşısında Azərlə görüşdük. Həmin vaxt Nizaminin anket məlumatlarını və cinayət işi barəsində məlumat verdim. Azər işlə maraqlanıb məlumat verəcəyini söylədi. Ardınca mən hər gün Azərlə telefonla danışırdım və o, bu işi necə həll edəcəyi barədə məlumat verirdi. Təxminən bir həftə sonra mən Anarla birlikdə yenidən Nəsimi rayonu ərazisində “Zabitlər Bağının” qarşısında Azərlə görüşdük və Azər bizə Nizaminin işini qutarmaq üçün 100.000 (yüz min) ABŞ dollar lazım olduğunu bildirdi. 2016-cı ilin mart ayının ortalarında mən Anarla birlikdə Yasamal rayonunu ərazisində keçmiş“Qələbə” kinoteatırının qarşısında Azər Orucovla görüşdük. X27 idarə etdiyi “Wolswaqen- Tuareq” markalı, səf etmirəmsə sonu “003” rəqəmləri ilə bitən dövlət qeydiyyat nişanlı avtomobilinəəyləşdik və mən 30.000 ABŞ dollarını Azərə verdim. Ardınca Azər hər gün mənə zəng vurub pulun qalanını istəyirdi. Sonra mən, Şaiq və Anar 2016-cı ilin aprel ayının səhv etmirəmsə 5-də Yasamal rayonunu ərazisində keçmiş “Qələbə” dairəsində Azər Orucovla görüşdük və mən orada 70.000 ABŞ dollarını Azərə verdim. Həmin vaxt Azər bizə yaxın bır müddətə işin həll olunacağını bildirdi. Lakin verdiyi vədə əməl etmədi.Bir neçə dəfə mən Vüqar Sadıxovun əmisi oğlu Şaiqlə birlikdə Azər Orucovla görüşdük və Azər həmin vaxt yəni 2017-ci ilin “qurban bayramı” ərəfəsində bizə bildirdi ki, artıq bütün məsələləri həll edib və “qurban bayramında” Nizami evlərində olacaqdır. Lakin bu vədinə də Azər Orcuov əməl etmədi və bildirdi ki, Sumqayıt şəhər Apellyasiya məhkəməsində məsələni həll edəcəkdir. Dəfələrlə mənimlə birlikdə Sumqayıt şəhərinə Apellyasiya məhkəməsinə getmişdi. Azər orada məhkəmənin binasına girib bir müddətdən sonra çıxaraq, hər şeyin nəzarətdə olduğunu və işin yaxın zamanlarda həll ediləcəyini bildirmişdi.Bunuda əlavə etmək isətyirəm ki,iş Sumqayıt Apellyasiya məhkəməsində olan vaxtlarda Vüqar Sadıxov özü də mənimlə birlikdə Azər Orucovla görüşmüşdür. Sonda isə məlum olmuşdur ki, Azər Orcuov bizi aldatmış və heç kəsdən heç bir xahiş etməmişdir. X26 verdiyi vədinəəməl etmədi və mən bu günə qədər ona verdiyim pulu geri ala bilməmişəm. Azər mənim zənglərimə cavab verməyib mənimlə görüşdən yayınmağa başladı və sonuncu dəfə biz Azərlə görüşdükdə, Azər müxtəlif yüksək vəzifəli şəxslərin adlarını çəkərək pulların həmin şəxslərdə olduğunu bildirirdi. Azər barəsində hüquqmühafizə orqanlarına şikayət edəcəyimi bildirdikdə, Azər Bakı şəhərində Milli Məclisin arxasında inşa edilən yeni tikilidə olan mənzilin müqaviləsinin surətini mənə göstərərək bildirdi ki, həmin mənzili mənim və ya başqa bir adamın adına rəsmiləşdirərək girov verəcəkdir, pulları qaytardıqda mənzili geri götürəcəkdir. Həmin vaxt o, Azərdən xahiş etdim ki, mənzil mənim yox, vüqar Sadıxovun adına rəsmiləşdirilsin. Lakin Azər dediyi vaxtlarda həmin binanı inşa edən MTK-ya nəyərək, mənzilin rəsmiləşdirilməsindən də yayındı. 2016-cı ilin iyun ayının əvvəlində saat 10 radələrində ünvan 3 ünvanının qarşısında X7 30.000 manat məbləğində pulu vermişdim. 2016-cı ilin iyun ayının əvvəlində saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsindəki «Zabitlər parkı»nda X7 40.000 manat məbləğində pul vermişdim. Bundan sonra 2016-cı ilin iyun ayının əvvəlində saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsindəki «Zabitlər parkı»nda X7 5000 manat məbləğində pul vermişdim. 2016-cı ilin oktyabr ayının əvvəlində saat 21 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsi ilə Neftçilər küçəsinin kəsişməsində isə X7 3500 manat məbləğində pulu vermişdim. Bu pulları Azərə verməkdə məqsədim İddiaçı qardaşı Nizami Sadıqovun məhkəmə işini həll etmək olmuşdur. Belə ki, Azər mənə vəd etmişdi ki, işi həll edəcək və Nizami azadlığa çıxardıracaq. Lakin Azər ondan aldığı pulun müqabilində Nizamini həbsdən azad etdirmədi, aldığı pulları isə qaytarmayıb məndən qaçdı, telefon zənglərimin çoxuna cavab vermədi, təyin etdiyimiz görüşlərə gəlmədi. Bundan sonra mən məcbur olub İddiaçı çatdırması üçün Şaiq Sadıqova 2016-cı ilin sentyabr ayında 5000 manat pul verdim. Şaiq pulu məndən Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Bakı Mol” Ticarət Mərkəzinin qarşısında alıb yanımda Vüqara pulu götürdüyünü söylədi. Bundan sonra 2017-ci ilin yanvar ayının əvvəlində İddiaçı onun göndərdiyi adını bilmədiyim tanışının vasitəsi ilə 8500 manat pulu göndərdim. Bundan bir neçə gün sonra, 2017ci ilin yanvar ayının əvvəlində İddiaçı onun göndərdiyi Elşad adlı qohumunun vasitəsi ilə 20.000 manat pulu göndərdim. Beləliklə də, İddiaçı ümumilikdə 33.500 manat pulu öz hesabıma qaytarmışam.»

13. X10 Qaradağ rayon Polis idarəsinin İŞ-də verdiyi xx.xx.2017-ci il tarixli izahatında göstərilmişdir ki, «İddiaçı və Sadıqov Nizami Rafiq oğlu mənim əmim oğlanlarıdır. 2015-ci ilin may ayında Nizami Sadıxov tutuldu. Biz həmin vaxt onun nəyə görə tutulması barədə məlumatımız yox idi. Sonra biz onun narkotik vasitələrinin qanunsuz dövrüyyəsi ilə məşqul olduğuna tutulduğu barəsində məlumat aldıq. Bundan sonra mən əmimoğlu Vüqarla:də Nizamiyə köməklik etmək üçün adam axtarmağa başladıq. Həmin vaxt mən əslən Lənkəran şəhərindən olan Cavabdeh müraciət etdim və baş vermiş hadisəni ona danışdım. Həmin vaxt İlham təxminən bir həftə Bakı şəhərinə gedib gəldi və Nizamini həbsdən buraxılması üçün adam tapdığını bildirdir. X16 buraxılması yüz min manat istədiklərini bildirdi. Bundan sonra biz bir neçə gün məsləhətləşdik və Vüqar İlhamın təklifi razılaşdı. Təxminən 2015-ci ilin avqust ayının sonlarında X17 şəhərində öz yaşadığı 60.000 manat pul verdi. Ardınca 2015-ci ilin sentyabr ayının sonlarında Vüqar Bakı şəhərində İlhamla görüşüb ona 20.000 manat pul verdi. Həmin vaxtlar Nizaminin buraxılması ilə əlaqədar olaraq mən bir neçə dəfə İlhamla birlikdə Cavidan adlı şəxslə, sonradan yenidən İlhamla, Anar Çıraqovala və Cavidan adlı şəxslə görüşüb bu barədə söhbət etmişik. Bundan sonra Həmin dövürlərdə Cavidan və Anar adlı şəxslər bizə yalandan vəd verərək Nizaminin tezliklə buraxılmasını bildirirdilər. Sonra İlham zəng vuraraq bu məsələnin alınmadığını və həmin pulu qaytaracaqlarını bildirirdilər. Biz həmin vaxt pulu qaytarmaqlarını tələb etdik. Həmin günün səhərisi günü İlham bizə zəng vurub işin diğər şəxs tərəfindən düzəldiyini, lakin 100.000 ABŞ dolları istədiklərini bildirdi. Vüqar onunla rastlaşdı və əlavə olaraq 2015-ci ilin oktyabr ayının ortalarında Vüqar mənə 3500 dollar pul verdi və mən həmin pulu Lənkaran şəhərində yaşadığım evdə İlhama verdim. Bundan başqa 2015-ci ilin noyabr ayında Vüqar İlhama Bakı şəhərində görüşüm ona 10.000 ABŞ dolları verdi və bununlada onların istədikləri 100.000 ABŞ dolları tam olaraq İlham adlı şəxsə verdi. Bundan sonra İlham, Cavidan və Anar Çıraqov bizi Azər adlı şəxslə tanış etdi və o, həmin vaxt bizə buraxılmasına köməklik etməsini vəd verdi. Həmin dövürlərdə biz birlikdə bir neçə dəfə Cavidan, Anar Çıraqov və Azər adlı şəxslə görüşüb söhbət edirdik və həmin vaxtlarda Azər bizə vəd verərək Nizminin tezlikdə buraxılmasını həll edəcəyini bildirirdi. Həmin söhbətdən bir neçə müddət keçdi və Bakı Ağır Cinayətlər Məhkəməsində Nizamiyə 8 il iş verildi. Bundan sonra mən və Vüqar dəfələrlə İlham və Anar adlı şəxslərə zəng vurub onlara verdiyimiz pulu geri əmin vaxt onlar pulu Azər Orucova verdiklərini və onu axtardıqlarını bildirdilər. Lakin bugünə qədər biz Cavabdeh verdiyimiz pulu geri ala bilməmişik.»

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş ziyan olan 22415 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və dövlət rüsumu olaraq ödənilmiş 205 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Cavabdeh əmisi oğlu Şaiq Sadıqov vasitəsilə tanımışdır. Sumqayıt ŞPİ tərəfindən qardaşı Nizami Sadıqov Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi. Qardaşına kömək etmək və onun günahsız olduğunu sübut etmək üçün çox çalışırdı. Əmisi oğlu Şaiq Sadıqov, dostu Cavabdeh bu cür işlərlə məşğul olduğunu və qardaşına kömək etmək üçün güclü əlaqələrə malik olduğunu ona bildirmişdir. Bu məqsədlə İlhamla görüşüb söhbət edəndən sonra, sonuncu Baş Prokurorluqda tanışı olduğunu və həmin tanışının vasitəsilə qardaşına lazımi kömək edəcəyinin mümkünlüyünü bildirmişdir. Onlar Bakıya yola düşərkən İlham həmin şəxslə telefonla əlaqə saxlamış və o, sonradan İlhamla birgə Sumqayıt Şəhər Prokurorunun müavininin yanına getmişdir. İlham həmin müavindən adını xatırlamadığı şəxsin ona bu işlə bağlı zəng edib-etmədiyini soruşduqda sonuncu heç kimin ona zəng etmədiyini demişdir. Qardaşının işinə gəldikdə isə, ona istintaqda kömək etməyin qeyri-mümkün olduğunu bildirmiş, yalnız məhkəmə istintaqı zamanı məhkəmənin ona kömək edə biləcəyini və lazımi sənədləri toplayıb məhkəməyə təqdim etməsini tövsiyyə etmişdir. Bir neçə gün sonra, İlham Baş Prokurorluqda işləyən tanışının daha bu işlərlə məşğul olmadığını və həmin tanışının onun nömrəsini Cavidan adlı şəxsə verdiyini, sonradan isə Cavidanın özünün onunla əlaqə saxladığını bildirərək bu işin həll olunması üçün 100000 manat pul lazım olduğunu söyləmişdir. O İlhama bu məbləğin hissə-hissə verilməsinin mümkün olması barədə sual etdikdə, o, həmin məbləğin hissə-hissə verilməsinin mümkün olduğunu bildirmişdir. Yəni, ilk öncə qardaşının zaminliyə çıxarılması üçün 5000, istintaq üçün 60000 və məhkəmə üçün 40000 manat lazım olduğunu demişdir. Onların - İlham, əmisi oğlu Şaiq və onun birgə görüşü zamanı, nəsə problem olacağı təqdirdə ondan aldığı həmin pulları qəpiyinə kimi ona qaytaracağına söz vermişdir. İlhama verilən məbləğlər aşağıdakı ardıcıllıqla olmuşdur: 5000 manat pulu vəkilə ödənilməsi üçün tanımadığı yerdə İlhama vermişdir. İlham da həmin pulu tanımadığı vəkilə vermişdir. Əvəzində də qardaşı 20 günə zaminliyə buraxılmalı olmuş, lakin buraxılmamışdır. İlham bildirmişdir ki, zaminlik mümkün deyil, maddələrdə dəyişiklik olacaq və qardaşı məhkəmə zamanı azadlığa buraxılacaq. 2015-ci il avqust ayının axırları istintaq dövründə o 57150 ABŞ dolları məbləğində pulu İlhama vermiş, İlhamın ona dediyinə görə həmin pulu Cavidanla görüşərək ona vermişdir. 2015-ci il sentyabr ayının əvvəllərində növbəti dəfə 20000 manat pul vəsaitini istintaq rəisinə çatdırması üçün Lənkəran şəhərində işlədiyi bərbərxanada İlhama vermişdir. Bundan sonra istintaq sona çatdırılıb iş məhkəməyə göndərilmişdir. İlkin məhkəmə baxışından sonra isə iş yenidən prokurorluğa qaytarılmışdır. Bundan sonra isə iş daha ağır maddələrlə yenidən məhkəməyə göndərilmişdir. Sonradan İlham ona bu işin alınmadığını bildirmiş və o da ondan verdiyi 5000 manat, 57150 ABŞ dolları və 20000 manat pulu geri tələb etmişdir. İlham isə bir neçə müddət süründürdükdən sonra Cavidanın general tanışları vasitəsilə bu işi qaydasına qoyacağını bildirmişdir. Bunun üçün isə işin qiymətinin 100000 manat deyil, 100000 ABŞ dollarına başa gələcəyini bildirmişdir. O İlhama etiraz etmiş və ona verdiyi pulları geri qaytarmasını tələb etmişdir. Sonradan İlham onu dostu kimi təqdim etdiyi Cavidanla telefon vasitəsilə danışdırmış, Cavidanla şəxsən telefon vasitəsilə danışanda ona bildirmişdir ki, pulu verməyəcəyi təqdirdə qardaşına 20 il iş kəsiləcəkdir, o isə cavabında, “lap 30 il iş versinlər, mənim pulumu qaytarın, camaatdan borc almışam, onların borcunu qaytarım” deyib, telefonu İlhama qaytarmışdır. Onun İlhama verdiyi 57150 ABŞ dolları və 20000 manat vəsait dollar məzənnəsi ilə ümumilikdə 76000 ABŞ dollar təşkil edirdi. Əlavə olaraq zaminlik üçün verdiyi 5000 manat pul həmin dövrün məzənnəsinə görə 4762 ABŞ dolları təşkil edirdi. Cavidan ümumi məbləğin 80000 ABŞ dollarına çatması üçün İlhama əlavə olaraq əvvəlcə 4000 ABŞ dolları, daha sonra 20000 ABŞ dollarını isə məhkəmə dövründə verəcəyini təklif edəndə o yenə İlhamla razılaşmamış və pulunu geri istəmişdir. Cavidan isə İlhamla telefon danışığı zamanı “mən ağsaqqallara ağız açmışam, mənim sözüm yerə düşə bilməz, həmin 4000 ABŞ dollarını sənin boğazından çıxardaram” dediyini şəxsən eşitmişdir. O uzun müddət pulunu tələb etsə də, İlham pulunu qaytarmamış, əksinə 4000 ABŞ dollarını tələb etmişdir. O da çarəsiz qalıb İlhama bildirmişdir ki, zaminlik üçün aldığı 5000 manat həmin dövrün məzənnəsinə görə 4762 ABŞ dolları təşkil edir. Məbləğin 80000 ABŞ dolları olması üçün həmin pul bəs edir. Nə üçün o pulu istifadə etmir. İlham isə həmin pulların vəkillərə və generalların yeyib-içməyinə xərcləndiyini bildirmişdir. Nəhayət o deyilən məbləğlə razılaşmaq məcburiyyətində qalmış və 3500 ABŞ dolları düzəldib əmisi oğlu Şaiq vasitəsilə İlhama göndərmişdir. Əlavə olaraq onun İlhama verdiyi pullar aşağıdakı ardıcıllıqla olmuşdur: 2016-cı il mart ayının əvvəllərində Bakı Dövlət Universitetinin qarşısında məhkəməyə verilməsi üçün Cavidanın idarə etdiyi avtomobildə (özü də avtomobildə idi) İlhama verdiyi 10000 ABŞ dollarını İlham Cavidanın dediyi kimi avtomobilin bardaçokuna qoymuşdur. Danışdığıqları kimi qalan 10000 ABŞ dollarını isə qardaşının azadlığa buraxılacağı gün verməli idi. Lakin məhkəmə dövründə həmin pulu da ondan tələb etdilər. Həmin vaxt banklarda dollar satışı qadağan olduğu üçün həmin dövrün məzənnəsinə müvafiq olaraq 16000 manat pulu taksi ilə Bakıda yaşayan dostu Murada və onun vasitəsilə İlhama göndərmişdir. İlham da həmin pulu Cavidana verdiyini bildirmişdir. Cəmi verilən məbləğ 5000 manat, 57150 ABŞ dolları, 20000 manat, 3500 ABŞ dolları, 10000 ABŞ dolları və 16000 manat olmaqla, cəmi: 41000 manat+70650 ABŞ dolları təşkil edir. Nəticə etibarilə qardaşına 8 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sonradan o İlhamdan öz pullarını tələb edəndə ona məlum olmuşdur ki, Cavidan pulların bir hissəsini Yasamal RPİ-nin müstəntiqi Anar Çıraqova, Anar da Ədliyyə Nazirliyində sektor müdiri işləyən Azər Orucova vermişdir. O, əmisi oğlu Şaiq, Anar Çıraqov və Azər Orucov - dördü görüşüb hazırki məsələ barədə söhbət etmiş, Anarla Azər pul üstündə bir-biri ilə mübahisə etmiş və sonda ona qardaşının 4- 5 il keçəndən sonra kommendaturaya çıxarmaq vədini vermişlər. O da razı olmamış və oranı tərk etmişdir. İlham isə ona narahat olmamasını, pulu qaytarmasalar həmin məbləği özünün qaytaracağını bildirmişdir. Bir müddət keçəndən sonra onların əməlləri barədə Qaradağ rayon Prokurorluğuna şikayət etmiş, İlham telefon vasitəsilə Cavidanın “Vüqar bizdən şikayət edib, pulu da gedər polis idarəsindən alar” sözlərini dediyini bildirmişdir. Bir müddət sonra Azər Orucov barəsində cinayət işi açılmış və o Azərlə üzləşməyə dəvət edəndə pulu Azərə vermədiyi bildirmiş, müstəntiqə pulları İlhama verdiyini demişdir. Belə ki, X12 özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi sistemində olan əlaqələrindən istifadə edərək, onun Sumqayıt şəhər Pl-nin İŞ-də Azərbaycan Respublikasi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən qardaşı Sadıqov Nizami Rafiq oğluna əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsində yüngül cəza alınmasına, daha sonra isə Sumqayıt Apellyasiya Məhkəməsində azadlığa buraxılmasına nail olacağı və bundan ötrü 90000 (doxsan min) manata yaxın pul lazımı şəxslərə veriləcəyi barədə yalan məlumat verib aldadaraq, vahid qəsdlə 2016-cı ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi, 26 nömrəli yaşayiş binasının qarşısında, həmyerlisi və ailəvi yaxın münasibətdə olduğu Cavabdeh vasitəsi ilə onun 30000 (otuz min) manat pulunu, 2016-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Səməd Vurğun küçəsində yerləşən «Zabitlər» parkının qarşısında X6 vasitəsi ilə onun 40000 (qırx min) manat pulunu, 2016-cı ilin iyulavqust aylarında Bakı şəhəri, Yasamal rayonu ərazisində, Şəfayət Mehdiyev küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yanında olan 4 D nömrəli yaşayış binasının qarşısında Cavabdeh və Anar Çiraqovun vasitəsi ilə onun 5000 (beş min) manat pulunu, 2016-ci ilin noyabr ayının axırlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Səməd Vurğun küçəsində yerləşən «Göy Məsçidin» yanında Cavabdeh vasitəsi ilə onun 4500 (dörd min beş yüz) manat pulunu, 2016-cı ilin dekabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Qələbə» dairəsinin yanında olan “Baku Mail” Ticarət Mərkəzinin yanında Cavabdeh və Anar Çiraqovun vasitəsi ilə 5500 (beş min beş yüz) manat pulunu, 2016-cı ilin dekabr ayının axırlarında Bakı şəhəri, Səbail rayonu ərazisində, Əziz Əliyev küçəsində yerləşən «X29» adlanan yerdə Cavabdeh və Anar Çiraqovun vasitəsi ilə 3500 (üç min beş yüz) manat pulunu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək, ona külli miqdarda - 88500 (səksən səkkiz min beş yüz) manat ziyan vurmaqla, dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1 (101 )- 81/2021 saylı hökmü ilə X12 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməklə təqsirli bilinib 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Yuxarıda ondan alınan 41000 manat və 70650 ABŞ dolların qismən qaytarılma ardıcıllığı aşağıda kimi olmuşdur: 5000 manat İlhamın verdiyi pulu X28 vasitəsilə ona qaytarmışdır. 20000 manat İlhamın verdiyi pulu X23 yeznəsi Elşad vasitəsilə qaytarmışdır. 8500 manat pulu İlham özü qaytarmışdır. 1000 manat pulu İlham özü qaytarmışdır. 40000 manat pulu müstəntiq İftixar Azərin qardaşından alaraq qaytarmışdır. 15000 manat depozit hesabına köçürülməklə Azər tərəfindən qaytarılmışdır. 33500 manat məhkəmə yekunlaşandan sonra Azərin qohumları tərəfindən qaytarılmışdır. Cəmi 123000 manat pul qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Cavabdeh də iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və ümumilikdə İlhama 5000 manat və 100000 ABŞ dolları verdiyini etiraf etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Anar Çıraqov 88500 manat pulun İlham vasitəsilə Azərə verildiyini təsdiq etmişdir. Digər məbləğlərin İlhama verilməsindən təbii ki, məlumatsız olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Cavidan İbrahimov 80000 manat pulun Azərə verildiyini qeyd etmişdir. Digər məbləğlərin İlhama verilməsindən təbii ki, məlumatsız olmuşdur. Məhkəmənin hökmündə tərəfindən verilmiş 50355 ABŞ dolları və 20000 manat məbləğində maddi və mənəvi ziyanla bağlı mülki iddiası qismən təmin edilmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, cinayət işi materialları ilə Azər Orucovun cinayət əməli nəticəsində 88500 manat məbləğində maddi zərərin dəyməsi öz təsdiqini tapmışdır. Həmin məbləğdən də 55000 manatın Azər tərəfindən ödənildiyini nəzərə alan məhkəmə iddianı 33500 manat olan hissədə təmin etmişdir. Hal-hazırda Cavabdeh tərəfindən ödənilməli olan borc məbləği 22415 ABŞ dollarıdır.

16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 fevral 2024-cü il tarixli 2(010)-125/2024 nömrəli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia təmin edilmiş, Cavabdeh 22415 (iyirmi iki min dörd yüz on beş) ABŞ dolları ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi miqdarında dəymiş ziyan və dövlət rüsumu olaraq ödənilmiş 205 (iki yüz beş) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh İddiaçı məxsus pul vəsaitini ələ keçirdiyindən iddiaçının hesabına əsassız varlanmışlar. Belə ki, o, iddiaçıdan aldığı pulun bir hissəsini Azər Orucova vermişdir ki, həmin fakt öz təsdiqini məhkəmə hökmü ilə tapmış, həmin hökmlə Azər Orucov tərəfindən vurulmuş zərər məbləği müəyyən edilmiş və həmin məbləğin qaytarılması qərara alınmışdır. İddiaçının cavabdehin vasitəsilə verdiyi və cavabdehin öz ifadələrində aldığını təsdiq etdiyi pulların Azər Orucova verilməyən hissəsini özündə saxlamaqla qazanc əldə etmiş, əsassız varlanmışdır. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçı hesabına əsassız varlandığı və onun əsassız varlandıran pulu iddiaçıya qaytarmaq vəzifəsi daşıdığı nəticəsinə gəlmişdir. Bu baxımdan iddiaçı 22415 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 390.1, 1091.1, 1091.2, 1092.1, 1096.1, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 107, 119.1, 180.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı iddia ərizəsində onun pulları müvafiq şəxslərə verməsi barədə məlumatsız olmasını gizlətməyə çalışsa da, həqiqətdə bundan xəbərdar olmasını öz iddia ərizəsi və digər şəxslərin ifadələri ifşa etməkdədir. Onun bu işdə ancaq vasitəçi rolu oynamağı qeyd olunan hökmlə öz təsdiqini tapmışdır. O Vüqar və Nizamini yaxından tanıdığı üçün Vüqara kömək etmək üçün bu məsələyə qarışmışdır. Onun niyyəti kömək etmək olmuş, aralarında heç bir mülki münasibət olmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

23. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

42. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-81/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, mülki İddiaçı mülki iddiası qismən təmin edilmiş, X4 33500 manat məbləğində pul tutularaq mülki iddiaçıya ödənilmişdir. Həmin hökmlə iddiaçıya vurulan cəmi zərərin məbləği 41000 manat və 70650 ABŞ dolları olması müəyyən edilmiş, həmin zərərin 88500 manat hissəsi Azər Orucov tərəfindən vurulduğu müəyyən edilmiş, qalan tələblə bağlı iddiaçıya məhkəməyə mülki icraat qaydasında müraciət edə biləcəyi izah edilmişdir.

43. Hökmlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X5 cinayət əməli nəticəsində İddiaçı 88500 manat məbləğində maddi zərər dəymiş, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən 40000 manat pul ödənilmiş, həmçinin ona ödənilməsi üçün depozit hesabınaa 15000 manat pul ödənilmiş, məhkəmə də bunları nəzərə alaraq mülki cavabdehdən 33500 manat tutularaq İddiaçı xeyrinə ödənilməsi nəticəsinə gəlmişdir. Həmçinin mülki iddianın qalan hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

44. Hökmdən görünür ki, məhkəmədə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, “.... ümumilikdə Vüqar onun vasitəsi ilə Cavidana 5000 manat və 100000 ABŞ dolları pul vermişdir. ... Vüqarın verdiyi pullardan Azərə 30000, 40000, 5000, 5000 və 5000 manat, onun özü isə 3500 manat, ümumilikdə Azər Orucova 88500 manat pul qaytarılmışdır....”

45. Göründüyü cavabdehin iddiaçıdan sözügedən məbləğdə pulu alması, iddiaçıdan aldığı pulun bir hissəsini Azər Orucova verməsi faktı öz təsdiqini məhkəmə hökmü ilə tapmış, həmin hökmlə Azər Orucov tərəfindən vurulmuş zərər məbləği müəyyən edilmiş və həmin məbləğin qaytarılması qərara alınmışdır.

46. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının cavabdehin vasitəsilə verdiyi və cavabdehin öz ifadələrində aldığını təsdiq etdiyi pulların Azər Orucova verilməyən hissəsini cavabdeh özündə saxlamaqla qazanc əldə etmiş, əsassız varlanmışdır.

47. Belə olan halda iddiaçı həmin pul məbləğini tələb etməkdə haqlı olmuşdur.

48. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-125/2024 nömrəli iş üzrə 06 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar