Məhkəmə qərarları › İş №2(103)-3290/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3290/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3290/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1490/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı İKB ASC - Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5523,11 (beş min beş yüz iyirmi üç manat on bir qəpik) manat əsas borc, 238,39 (iki yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu və 56,25 (əlli altı manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5817,75 (beş min səkkiz yüz on yeddi manat yetmiş beş qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması və “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh “xxxx” İKB ASC-dən illik 21 faizlə 36 ay müddətinə 7500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxx 2020-ci il tarixədək Cavabdeh banka 5523,11 (beş min beş yüz iyirmi üç manat on bir qəpik) manat əsas borc, 238,39 (iki yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu və 56,25 (əlli altı manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5817,75 (beş min səkkiz yüz on yeddi manat yetmiş beş qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1490/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, “xxxx Bank” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 23-Y-1-0-23-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, “xxxx Bank” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 5523,11 (beş min beş yüz iyirmi üç manat on bir qəpik) manat əsas borc, 238,39 (iki yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu və 56,25 (əlli altı manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5817,75 (beş min səkkiz yüz on yeddi manat yetmiş beş qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir (sədrlik edən: Rəna Qafarova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1490/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, «Göstərilən nomaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı ilə istehlak krediti müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən bank qarşısında məsuliyyətcavabdehlik daşıyır». Birinci instansiya məhkəməsi öz qətnaməsinin hüquqi əsası kimi, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 421.2, 423.2, 424.2, 442, 445, 449.4 və 739.1ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi yol verdiyi prosessual pozuntuların məntiqi nəticəsi olaraq faktları düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, nəticə etibarı ilə qanunsuz və əsassız qətnamə çıxartmışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi D.Əliyeva cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 23-Y-1-0-23-19 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, Bank borcluya 36 ay müddətinə, illik 21 faiz hesablanmaqla 7500 manat məbləğində kredit vermişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020ci il tarixinə banka 5523,11 (beş min beş yüz iyirmi üç manat on bir qəpik) manat əsas borc, 238,39 (iki yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu və 56,25 (əlli altı manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5817,75 (beş min səkkiz yüz on yeddi manat yetmiş beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun 5 bank günü ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından görünür ki, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 23-Y-1- 0-23-19 nömrəli istehlak krediti müqaviləsinə əsasən Bank borcluya 36 ay müddətinə, illik 21 faiz hesablanmaqla 7500 manat məbləğində kredit vermiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə xx.xx.2020ci il tarixinə banka 5523,11 (beş min beş yüz iyirmi üç manat on bir qəpik) manat əsas borc, 238,39 (iki yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu və 56,25 (əlli altı manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5817,75 (beş min səkkiz yüz on yeddi manat yetmiş beş qəpik) manat məbləğində borcu yaranmışdır. Kollegiya sadalanan hüquq normalarının tələblərini rəhbər tutmaqla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, Cavabdeh “xxxx Bank” ASC ilə istehlak krediti müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir. Bununla da cavabdeh tərəflər arasında olan müqavilə şərtlərini və Mülki Məcəllənin tələblərini pozmuşdur. Cavabdeh Banka 5523,11 (beş min beş yüz iyirmi üç manat on bir qəpik) manat əsas borc, 238,39 (iki yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu və 56,25 (əlli altı manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5817,75 (beş min səkkiz yüz on yeddi manat yetmiş beş qəpik) manat məbləğində borcunun olması iş materiallarında olan maliyyə arayışı (i.v. 3) ilə təsdiqlənir. Qeyd edilən hallara əsasən, kollegiya cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, bankın məhkəmə qaydasında Cavabdeh 5523,11 (beş min beş yüz iyirmi üç manat on bir qəpik) manat əsas borc, 238,39 (iki yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat faiz borcu və 56,25 (əlli altı manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5817,75 (beş min səkkiz yüz on yeddi manat yetmiş beş qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsinin tam əsaslı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya əlavə olaraq qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin prosessual pozuntulara yol verilməklə qanunsuz və əsassız qətnamə çıxarmasına istinad etsə də, həmin prosessual pozuntuların nədən ibarət olması, qətnamənin qanunsuz və əsassız olmasını əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1490/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar